Amid Əlioğlu



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə34/43
tarix30.10.2018
ölçüsü1,73 Mb.
#76472
1   ...   30   31   32   33   34   35   36   37   ...   43

www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
çıxmayan dünənki hadisə bir daha canlandı gözümün 
önündə.  
Həmin günün xidmət qrafikində yer almadığıma 
görə, sonrakı günə qədər asudə vaxtım var idi. Lakin 
bu  vaxtı  istədiyin  kimi  keçirə  bilməzdin.  Yağış 
yağdığından buna ehtiyac da yox idi. Yaxşı olardı ki, 
komandirin  gözünə  görünməyəsən.  Yoxsa  nəsə 
məşğuliyyət tapacaqdı.  
Aramsız  yağan  yağış  səngərin  içində  hərəkəti 
demək  olar  ki,  məhdudlaşdırmışdı.  Çəkmələrin  suya-
palçığa batmaması üçün müəyyən məsafələrlə atılmış 
çay  daşlarının  üzəri  ilə  hərəkət  edilirdi.  Nənəmin 
mənim  üçün  tədarük  etdiyi  qidalardan  əsgər 
yoldaşlarım  üçün  bölüşdürüb  İslamın  payını  ayrıca 
saxladım. Bəşirov həmin gün üçüncü postun keşikçisi 
idi.  Hərbi  nizamnaməyə  əsasən,  postda  əlavə 
məşğuliyyət  qadağan  sayılsa  da,  düşündüm  ki,  onun 
qoğal  ilə  kompot  içməyi  üçün  ayıracağı  vaxtda 
fəlakət baş verməz. 
Yağışda  islanmamaq  üçün  nəzərdə  tututan 
sellofan örtüyü geyinib İslamın yanına getdim. Yağış 
şiddətini  bir  qədər  azaltmışdı.  Səma  getdikcə  qara 
buludlardan arınır, görüntü yaxşılaşırdı. Posta çatanda 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
İslamı silahını kiçik kəsikdən düşmənə tuşlamış, lakin 
yerində  yarımaddımlayan vəziyyətdə gördüm. Səbəbi 
düşündüyüm kimi idi. Qış girəndən onsuz da normal 
işləməyən  böyrəkləri  bir  az  da  incidirdi  onu. 
Ayaqlarının saatlarla suda olması böyrəklər üçün real 
təhlükə  idi.  Onun  yerinə  növbə  çəkib  təbii  ehtiyacını 
ödəmək  üçün  göndərdim.  Daha  çox  əziyyət 
çəkməməyim üçün qaçaraq  gedib-gələn İslam həmin 
an mənə dəfələrlə təşəkkür etmişdi.  
Cibimdə  gətirdiyim  qoğalı  və  balaca  şüşədəki 
kompotu  ona  verdim.  Yeyib  içənə  qədər  keşik 
çəkməyi  davam  etdirdim.  Tələsik  yeyib  bitirdikdən 
sonra  həm  boş  şüşəni,  həm  də  qoğalın  büküldüyü 
kağızı əzib xidmət bitəndən sonra zibil qabına atmaq 
üçün  kənara  qoyaraq  silahını  məndən  aldı.  Gözlərini 
kəsikdən ayırmadan söhbətə başladı: 
-
 
Məzuniyyət necə keçdi? 
-
 
Pis keçmədi, – dedim. Məzuniyyəti o qədər də 
tərifləyib onu darıxdırmaq istəmirdim.  
-
 
Nənən necədir? – soruşdu. 
-
 
Çox  sağ  ol,  yaxşıdır.  Salam  dedilər  sənə. 
Səndən  danışmışam  onlara,  –  deyib  gülümsədim.  O 
da gülümsədi. 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
-
 
Göndərən  də, gətirən  də  sağ olsun,  –  deyəndə 
üzünü  mənə  tutdu,  sonra  gözlərini  yenidən  düşmən 
postuna zillədi. 
-
 
Dəyməz, Bəşirov. Özün necəsən? Xidmət necə 
gedir? – zarafatlaşmaq istədim onunla. 
-
 
Xidmət?  –  kinayəli  gülüşlə  dedi  bu  sözü:  – 
Vətənə xidməti soruşursan, yoxsa Səfərova? 
-
 
Təbii ki, vətə... 
-
 
Əla 
gedir, 
əla. 
Bütün 
varlığımla 
qulluğundayam,  –    sözümü  kəsərək  dedi.  Rişxəndi 
açıq-aşkar  hiss  olunurdu:  –  Çox  qalmayıb  onsuz  da. 
Hər şey yaxşı olacaq. 
Onun  sözləri  məni  qorxutdu.  Yaxşı  olacaq 
deyəndə,  nəyi  nəzərdə  tuturdu  görəsən?  Yəqin  
Səfərovun  gedişindən  sonra  hər  şeyin  düzələcəyini 
nəzərdə  tuturdu.  Odur  ki,  onun  sözünə  qüvvət  olaraq 
fikrini dəstəklədiyimi bildirmək üçün: 
-
 
Əlbəttə, yaxşı olacaq. Pis günün ömrü az olur, 
Bəşirov,  eşitməmisən?  Ən  sonuncu  an  yaşansa  da, 
yaxşı saniyə pis illəri  unutdurur.  
-
 
Elə olar yəqin... – Bir qədər gözlədikdən sonra 
dilləndi:  –  Lakin  mənim  yaxşı  günümü  sən 
görməyəcəksən... 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
Nə  demək  istədiyini  soruşmaq  istəyirdim  ki, 
səngərlə  kiminsə  yaxınlaşdığını  hiss  elədim.  İslamla 
tələsik  sağollaşıb  postdan  çıxanda  Səfərovla  üzbəüz 
idik.  Bir  müddət  bir-birimizə  sükut  içində  baxanda 
axşamkı  hadisələr  bir  daha  lent  kimi  gözümün 
qabağından  keçdi.  Gözümün  içinə  diqqətlə  baxan 
çavuş  da  sanki  o  lenti  izləyirdi.  Birinci  dəfə  idi  ki, 
onu məni görəndə özünü itirən halda görürdüm. Sanki 
məzuniyyətdə  onun  kim  olduğunu  örəndiyimi  hiss 
etmişdi. Artıq ondan heç bir halda çəkinmirdim. İndi 
onun  məndən  çəkindiyini  hiss  edirdim.  Ən  azından 
saatdar  təyin  edilmədiyim  halda,  səngərin  içində 
olduğuma  görə  cəza  almalı  idim.  Lakin  bu  fikir 
Səfərovun  ağlına  nədənsə  gəlmirdi.  Qarşısında 
dayandığım üçün Bəşirovun olduğu posta boylanaraq 
baxan Səfərov şübhəli nəzərlərlə: 
-
 
Burda  nə  baş  verir?  Xidmət  vaxtı  nə  ilə 
məşğulsan,  Bəşirov?  –  səsini  sərtləşdirərək  sağ 
tərəfimdən  keçib  İslama  yaxınlaşdı.  İslam  isə  bir 
kəlmə  belə  işlətmədən  diqqətini  düşmən  postuna 
yönəltmişdi:  –  Səninlə  deyiləm  mən?  –  Səsini bir az 
da qaldıran çavuşun gözünə kompot şüsəsi ilə qoğalın 
büküldüyü kağız sataşdı: – Bu nədi burda, zibilxanadı 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
bura  sənin  üçün,  Bəşirov?  Sən  bilmirsən  ki,  postu 
təmiz saxlamaq lazımdır? 
İslamın  əsəbiləşdiyini  hiss  eliyirdim.  Odur  ki, 
araya  girdim.  Çavuşun  qolundan  tutub  özümə  sarı 
çevirdim. 
-
 
Səfərov.... – gözlərimdəki hikkəni görən çavuş 
çaşıb  qalmışdı:  –  Xidmətinin  bitməyinə  az  qalıb. 
Çıxanda götürüb zibil qabına atacaq. Faciəvi nəsə var 
burada? 
           Qolunu kənara çəkib əlimdən çıxan çavuş: 
-
 
Mənə  dəxli  yoxdur.  Bura  postdur.  Təmiz 
olmalıdır.  Buna  görə  mənə  söz  gəlməlidir?  Bəlkə 
yoxlama  gəldi?  Onda  kim  cavab  verəcək?  –  Az  qala 
şivən salan arvadlar kimi özünə əl  qataraq danışırdı. 
-
 
Zərər  yoxdur.  Mən  indi  götürüb  aparıb  zibil 
qabına ataram, – bildirdim. 
-
 
Sən niyə atırsan? Postda yemək olmaz. Yeyib, 
cəzasını  da  çəkəcək.  Özü  yığışdırsın.  –  üzünü 
Bəşirova 
çevirərək  davam  etdi:  –  Yığışdıra 
bilmirsənsə, ananı çağır yığışdırsın...  
Səfərov,  az  müddət  keçməsinə  baxmayaraq, 
İslamın  anasının  öldüyünü  unudacaq  qədər  şərəfsiz 
bir  insan  idi.  Anidən  arxaya  çevrilən  İslamın  gözləri 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə