Amid Əlioğlu



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə37/43
tarix30.10.2018
ölçüsü1,73 Mb.
#76472
1   ...   33   34   35   36   37   38   39   40   ...   43

www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
anlaşılmazlıq  yaranıb.  Anasının  üzündə  təbəssüm 
görmədikcə, Yaşar da qəm dəryasında boğulurdu. Hər 
görüşümüzdə  bikef  olduğunu  sezirdim.  Ən  xırda 
məsələyə  görə  hansısa  söhbətin  böyüdülməsi  onların 
evində  artıq  adət  halını  alırdı.  Son  vaxtlar  ailə 
qurduğu üçün peşmançılıq çəkir, boşanmaq haqqında 
düşünürdü.  Belə  olan  halda  valideynləri  ilə  yenidən 
xoş  günlərə  qovuşacağını  düşünürdü.  Çünki  onları 
çox  sevirdi.  Lakin  əkiz  balalarına  görə  fikrindən 
daşınmalı olurdu.  
-
 
İki arada, bir dərədə qalmaq buna deyirlər ha,–
qoca dilləndi. 
-
 
Elədir,  dayı.  Valideynlərinə  o  qədər  bağlı  idi 
ki,  onların  kefi  kök  olanda  Yaşarın  da  çöhrəsi  gül 
açırdı.  Bunun  əksi  isə  onun  həyatdan  küsməsi  ilə 
nəticələnirdi.  Çox  aciz  idi  baş  verənlər  qarşısında. 
Anası onun nə  düşündüyünü  yox, necə  göründüyünə 
baxırdı. 
-
 
Problemlər  də  elə  buradan  yaranır,  oğul. 
Kimsə görərək yaşayır, kimsə eşidərək, kimsə də hiss 
edərək.  Bax  budur  insanları  yaxınlaşdıran  və  eyni 
zamanda uzaqlaşdıran. Həyatda daim xoşbəxt olanlar 
bunun hər üçünü tətbiq etməyi bacaranlardır. 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
-
 
 Yaşar  dözümsüzlüyünü  büruzə  verirdi  artıq. 
Hər  dəfə  onunla  söhbətdən  sonra  uğrunda  yaşamalı 
gərək 
olan 
dəyərləri 
xatırladırdım.  Əhvalını 
qaldırmağa  çalışırdım.  Bir  tərəfdə  şeytan,  bir  tərəfdə 
mən,  ortada  isə  Yaşar.  Lakin  bir  axşamüstü  şeytan 
məndən  güclü  çıxdı.  Çayxanadan  xoş-əhval  ruhiyyə 
ilə  çıxıb  evə  yollananda,  bizim  tərəfə  getdiyi  üçün 
məni  də  öz  maşını  ilə  apardı.  Evimizin  yanında 
saxlayanda  telefonuna  zəng  gəldi.  Ekranda  “Anam” 
yazılmışdı.  “Allah  xeyir  eləsin.  Yenə  nə  olub 
görəsən?”  –  deyib  bir  müddət  telefona  baxdı.  Şəxsi 
söhbət olacağını təxmin edib maşındanbayıra çıxdım. 
Çevrilib  ona  baxanda  telefona  cavab  vermişdi  artıq. 
Darvazamızın  önündən  yavaş-yavaş  uzaqlaşandan 
sonra  qəfildən  maşının  əyləc  işıqları  yandı.  Öndən 
gələn  avtomobillərin  işıqları  sayəsində  Yaşarın 
silüetini  görə  bilirdim.  Hərəkətsiz  duruşundan 
anlamaq  olurdu  ki,  o  sadəcə  qulaq  asır.  Hava  soyuq 
olsa  da,  özümdən  asılı  olmadan,  məndən  haradasa 
otuz-otuz  beş  metr  uzaqdakı  prosesi  izləyirdim.  Bir 
müddətdən  sonra,  əlini  qulağından  aşağı  endirəndə, 
görünür,  danışıq  bitmişdi.  Lakin  o  hələ  də  maşınını 
hərəkətə gətirmirdi. Daha beş-altı dəqiqə dayanandan 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
sonra  əyləcin  işıqları  söndü  və  maşın  ildırım  sürətilə 
yerindən  götürüldü.  Təkərlərin  sürətlə  dövrə  vurması 
toz-duman  qaldırmaqla  yanaşı,  avtomobilin  yerlə 
təmasını 
azaltdığı 
üçün 
düzxətli 
hərəkətini 
əngəlləyirdi. Əsas  yola çıxandan sonra daha  da sürət 
götürən  Yaşarın  maşını,  körpünün  üstündəki 
maneələri  qırmaqla,  çaya  düşəndə  yerimdə  donub 
qaldım.  Bir  andaca  baş  verdi  hər  şey.  Az  müddətdə 
hər  iki  istiqamət  üzrə  hərəkətdə  olan  avtomobillərin 
tıxacı  yarandı.  Cəld  çayın  kənarına  yetirdim  özümü. 
Azsulu  çay  olduğundan  arxası  üstündə  çevrilən 
maşının  təkərləri  görünürdü.  O  dəqiqə    özümü  buz 
kimi  suya  atdım.  Sanki  termal  bulağa  baş 
vurmuşdum.  Hərarətim  bütün  çayı  qızdırmışdı. 
Arxamca  iki-üç  nəfərin  çığırmasından  başqa,  olanlar 
heç  kimin  vecinə  deyildi.  Maşına  qədər  üzən  anda 
körpüdə gördüklərim hələ də düşünəndə məni hiddətə 
gətirir.  İnsanların  əlindəki  mobil  telefonlar  mənə 
tuşlanmışdı. 
-
 
Texnikanın 
inkişafı  insanlığın  süqutuyla 
nəticələndi,  oğul.    Bütün  duyğularımızı,  insani 
hisslərimizi əlimizdən aldı, – qoca təəssüflə dilləndi.  


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
-
 
Bu  qədər  də,  olmaz  axı,  ay  Tahir  dayı...  – 
dedim  və  qoca  başının  hərəkəti  ilə  dediklərimi 
təsdiqlədi. Mən isə davam etdim: 
-
 
Çətinliklə də olsa, maşının batdığı yerə çatdım. 
Baş  vurdum  suyun  altına.  Ömrümdə  bircə  dəfə  də 
olsa,  suyun  altında  gözümü  açmamışdım.  Ancaq 
həmin  an,  özümdən  asılı  olmayaraq,  gözlərimi  tam 
açdım.  Axşamın  zülmətinə  baxmayaraq,  suyun 
altında  maşının  içini  aydın  şəkildə  görürdüm. 
Zərbənin  təsirindən  öndəki  yan  şüşələr  qırılmışdı. 
Salonda  bir-birinə  qarışan  kağızlar,  qəzet  və  başqa 
əşyalar  rəqs  edirdi  sanki...  –  danışa-danışa  həmin 
anları yenidən yaşadığım üçün dayandım.  
-
 
Bəs Yaşar? – kişi təəccüblə soruşdu. 
-
 
Yaşar yox idi, Tahir dayı...Yaşar sadəcə qeybə 
çəkilmişdi.  Maşının  içini  axtardım,  əlimlə  hər  yerə 
toxundum.  Uzun  müddət  nəfəssiz  qaldığımdan 
gözlərimə  qaranlıq  çökürdü.  Gözlərimi  açanda  isə 
çayın  sahilində  sinəmdən  ürək  masajı  olunduğumu 
gördüm.  Suya  atılanda  arxamca  qışqıran  həmin  iki 
nəfər  xilas  etmişdi  məni.  Özümə  gələn  kimi  ilk 
növbədə  Yaşarı  soruşdum:  ətrafıma  toplaşanların 
özlərini  qəribə  aparmaları  məni  təəccübləndirmədi. 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə