Amid Əlioğlu



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə32/43
tarix30.10.2018
ölçüsü1,73 Mb.
#76472
1   ...   28   29   30   31   32   33   34   35   ...   43

www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
problem 
deməkdir. 
Bunu 
kimliyindən 
asılı 
olmayaraq, hər kəsə şamil et! 
Son  fikrimdən  sonra  əlini  saxlayıb,  gözlərini 
gözümə dikdi. Nə düşündüyünü təxmin etdiyimdən: 
-
 
Bəli, hətta mənə də, – bildirdim.  
Daha  çox  döyülməməsi  üçün  “estafeti” 
məcburən  İslama  ötürməli  oldum.  Lakin  Səfərovun 
ondan  istəyi  bununla  kifayətlənmirdi.  O,  hər  vəclə 
İslamı bərkə-boşa salaraq, dostumun əsəblərini tarıma 
çəkirdi. Axşamlar yanına çağırıb şeir deməyə məcbur 
etdirməyindən tutmuş, silahını təmizlətdirməyə qədər 
müxtəlif  işlər  tapşırırdı.  Hər  dəfə  İslamı  mən 
sakitləşdirirdim.  O,  dəfələrlə  gah  silahla  Səfərovu, 
gah da özünü öldürməyi planlaşdırdığını dilə gətirirdi. 
Amma  onu  hər  iki  fikirdən  çətinliklə  də  olsa, 
daşındıra  bilirdim.  Nə  onu,  nə  də  özünü  öldürməyin 
bir çarə olduğunu izah edir, səbirli olmağı tapşırırdım. 
Başqa bir çözüm fikirləşmək lazım gəldiyini deməklə
bir  müddət  başının  qarışmasını  istəyirdim.  Çünki 
Səfərovun tərxis olumasına sayılı günlər qalmışdı.  
Xidmətimin  yarısı  tamam  olanda  xətrimi  oğlu 
qədər  istəyən  starşınanın  təşəbbüsüylə  qərargahdan 
beşgünlük  məzuniyyətə  buraxılmağımla  bağlı  əmr 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
gəldi.  Dekabrın  ilk  soyuq  günləri  idi.  Evə  getmək, 
nənəmi bağrıma basmaq, tanışlarla görüşmək, doğma 
kəndimi  görmək  üçün  səbrimi  basa  bilmirdim.  Hərbi 
xidmətə  gələnə  qədər  fərqində  olmasam  da,  kərpic 
formasında  çovdar  unundan  bişirilən  çörəklər  məni 
nənəmin 
təndirdə 
yapdığı  çörəklərə  möhtac 
qoymuşdu.  Tanışlarla  görüşəndən  sonrakı  ilk  işim  o 
çörəkləri  əlimə  alıb  iliklərimə  çatana  qədər 
qoxulamaq  olacaqdı.  Xəstə  olsa  da,  əmin  idim  ki, 
xoşladığım  yeməkləri  bişirəcəkdi  nənəm.  Ən  çox  da 
parça-bozbaşdan  ötrü  sino  gedirdim.  İndikilərdən 
nisbətən  böyük,  qırmızı  naxışlı,  çini  kasa  ilə  bir 
oturuma azı iki qab yeyəcəyimi düşünürdüm... 
Hərbi  hissədən  kəndimizə  qədər  necə  gəldiyimi 
xatırlamıram.  Tək  xatırladığım  yolboyu  beşgünlük 
məzuniyyətim  boyunca  edəcəklərimin  siyahısını 
tutmağım idi.  
Günlərim  planlaşdırdığım  kimi  keçirdi.  Bir 
hadisədən savayı. Evdə - nənəmin yanında keçirdiyim 
beşinci  gecəni  yata  bilmədim.  Halbuki  xidmətdə  on 
dəqiqədən  artıq  yata  bilmək  üçün  “yat”  əmrinin  tez, 
“qalx”  əmrinin  isə  gec  verilməsini  arzulayardım. 
Yerimin  içində  sağa-sola  fırlanaraq 
yuxuya 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
getməyimin  mümkünsüz  olduğunun  fərqindəydim. 
Səhər 
tezdən 
hərbi 
hissəyə 
yollanacağımı 
düşündükcə,  dilxor  olurdum.  Kapitan  Tapdıqovun 
zəhirmar  dolu  sifətini,  çavuş  Səfərovun  kinayəli 
şəkildə qımışmasını  yenidən görəcəyim üçün səhərin 
açılmasını  istəmirdim.  Eyni  zamanda  dostum  İslamı 
da  bu  neçə  gündə  görmədiyim  üçün  darıxırdım.  Ən 
çox  da  Səfərovun  onu  incitməsini  xəyal  edəndə 
ürəyim yaman sıxılırdı.  
Çavuş Səfərov bizim kənddən imiş. Lakin bunu 
hamıdan,  hətta  məndən  də  gizlədirdi.  Bu  fakt  isə 
aşkar şəkildə anasının əməlindən xəbərdar olduğunun 
sübutu idi. Elşən haqlı imiş. Səfərov anasının nə işlə 
məşğul 
olduğunu 
bilməsəydi, 
yerini-yurdunu 
hamıdan gizlətməzdi.  
Birdən-birə  onların  evlərini  görmək  keçdi 
ürəyimdən.  Onsuz  da  yata  bilmirdim.  Kəndin 
aşağısına  –  onların  evinə  qədər  gedib-gəlmək  məni 
yoracaqdı  deyə,  rahat  yata  biləcəkdim.  Nənəmin 
qonşuya 
toxutdurduğu 
jiletin 
üstündən 
dəri 
gödəkçəmi geyinib çölə çıxdım. Üç gün əvvəl yağan 
yağışın  rütübəti  çəkilsə  də,  hava  soyuq  idi.  Aydın 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
səmada  bərq  vuran  bədirlənmiş  ay  yola  işıq  saçırdı. 
Zənnimcə, bu, sabahkı şaxtanın əlamətiydi.  
Nənəmin  yanında  xoşbəxt  olmağım  idi  buranı 
mənə  sevdirən,  yoxsa  başqa  səbəbdəndir,  bilmirəm, 
amma,  həqiqətən,  kəndimizi  ölkənin  ən  dilbər 
guşələrindən  biri  sayırdım.  Yay-qış  buraya  başqa 
rayonlardan  gəlib  ziyarət  edirdilər.  Kəndin  qərb 
tərəfindəki  qayalıqlarda  rəngli  süxurlar  üzə  çıxdığına 
görə  burada  şəkil  çəkdirmək  ənənəyə  çevrilmişdi. 
Lakin  son  vaxtlar  paytaxtdakı  inkişaf  bəzi  kəndliləri 
evlərindən  köçüb  oralarda  yaşamağa  sövq  etmişdi 
deyə,  bir  sıra  evlər  boş  qalmışdı.  Şimal  tərəfi  təbii 
meşə  ilə  əhatə  olunsa  da,  kənd  camaatı  özü  də 
yaşıllığa  maraq  göstərirdi.  Hamının  həyətində 
ağacların  olması  kənardan  meşənin  davam  etdiyi 
görüntüsünü  verirdi.  Şəhərdən  fərqli  olaraq,  burada 
evlər bir-birindən kənarda yerləşir.  
Elşənin 
dayısıgilin 
evini 
tanıdığımdan 
Səfərovgilin  evini  təqribi  tapacaqdım.  Odur  ki, 
onların evindən sağdakı həyətə tərəf yaxınlaşdım. Bu, 
Səfərovgilin  evi  idi.  Anası  paytaxtda  yaşadığından, 
həyət-baca baxımsız idi. Bir qədər kənardan çətinliklə 
görünən  şüşəbəndli  evin  isə  ciddi  təmirə  ehtiyacı 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
vardı.  Görünür,  atası  utandığından,  ümumiyyətlə, 
kəndə  gəlmir,  anasına  da  buralara  xərc  qoymaq  sərf 
eləmirdi... 
Gəldiyim  yolda  bir-iki  narahat  yer  olduğuna 
görə  geriyə  Səfərovgilin  evini  dövrə  vurmaqla 
qayıtmağı  qərara  aldım.  Getdikcə  ayaqlarımın 
yorulması  üzüyuxarı  çıxdığımdan  xəbər  verirdi. 
Zülmət  qaranlıq  olmasa  da,  yavaş-yavaş  üşənirdim. 
Yorulsam  da,  dayanmamağı  qərara  almağıma 
baxmarayaraq, dizlərim bunun mümkünsüz olduğunu 
diqtə edirdi. Kifayət qədər uzun məsafə qət etmişdim. 
Dayandım.  Səfərovgilin  evi  arxada  qalmışdı.  
Dərindən  içimə  çəkib  sonra  sinəmdən  boşaltdığım 
havanın  şaxtada  pərakəndə  rəqsinin  yox  olması  ilə 
gözümə  ağ  rəngli  “Niva”  sataşdı.  Bu,  kapitan 
Tapdıqovun  əsgərlərə  gündə  iki  dəfə  yuduzdurduğu 
“Niva”  idi.  Bu  maşını  başqa  “Niva”larla  səhv  sala 
bilməzdim.  O  bizim  kənddə  idi.  Maraqlıdır,  görəsən 
nə üçün? Bəlkə o da bizim kənddən idi? Yox, bu ola 
bilməzdi.  Elə  olsaydı,  tanıyardım.  Bəs  gecə  vaxtı 
burada  neyləyirdi?  Çox  guman  ki,  bizim  kənddə 
qohumları var... 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə