Amid Əlioğlu



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə30/43
tarix30.10.2018
ölçüsü1,73 Mb.
#76472
1   ...   26   27   28   29   30   31   32   33   ...   43

www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
həyəcanı bir az da artırırdı. Səngərdən çöldə görünən 
istənilən  obyekti  snayperlə  nişangaha  alırdılar.  Bir 
dəfə  çavuş  Səfərov  onlarla  guya  məzələnmək  üçün 
ağac budağından “T” şəkilli alət düzəldib ona mənim 
kitelimi  geyindirərək  səngərdən  yuxarı  qaldırdı. 
Bununla  həm  məni  qorxutmaq,  həm  də  düşməni 
çaşdırmaq istəyirdi. Əvvəlcə  bir-iki dəqiqə  onu sabit 
tutaraq,  cibindən  bir  əli  ilə  siqaret  çıxarıb 
yanındakından  yandırmasını  istədi.  Dərindən  qullab 
alıb,  tüstünü  üzü  yuxarı  ədəbazlıqla  üfürəndən  sonra 
siqareti  yenidən  damağına  qoydu.  Ağzında  siqaret 
olduğunda güclə başa düşüləcək şəkildə dilləndi: 
-
 
Görürsən? Onlar sənin kitelindən də qorxurlar! 
–  deyə,  gülə-gülə  əlindəkini  sağa-sola  yellətməyə 
başladı. Yenə də düşmən tərəfdən bir cavab yox idi. – 
Hamı  mənim  kimi  deyil  e,  –  bildirəndə  özünü 
qorxusuz  göstərməyə  çalışırdı.  Mənim isə  gözüm iki 
ay  ərzində  tozdan-palçıqdan  qoruduğum  kitelimdə 
idi.  Səfərov  əlini  saxlayıb  siqaretindən  bir  qullab  da 
almaq  üçün  sağ  əlini  ağzına  tərəf  aparanda  sabit 
saxladığı  T  şəkilli  alətin  qollarının  birləşdiyi  yerdə 
qırmızı  xırda  işığın  işarması  ilə  küt  tappıltı  səsinin 
gəlməsi bir oldu. Sol əli ilə boş tutduğundan snayper 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
gülləsinin  zərbəsi  budağın  yuxarısını  Səfərovun 
başına  elə  zərblə  çırpdı  ki,  yıxılmamaq  üçün  özünü 
güclə saxladı. Onun rənginin ağardığını görmək üçün 
iki  göz  lazım  idi.  Dik  yerisə  də,  səngərdən 
görünməyəcəyini  bildiyi  halda,  başını  aşağı  əyərək, 
yeyin  addımlarla  blindaja  getməyinə  baxmaq  mənə 
xüsusi həzz vermişdi.  
Postda xidmət aparan əsgərlərə hər dörd saatdan 
sonra  iki  saat  yatmağa  icazə  verilirdi.  Yuxu  rejimi  o 
qədər  pozulurdu  ki,  çox  vaxt  günün  necə  keçdiyini 
bilmirdin.  Eni  beş,  uzunluğu  on  beş  santimetr  olan 
kəsikdən  eyni  nöqtəyə  iki  saat  ərzində  ayıq-sayıq 
baxmaq  dəhşətli  bir  şey  idi.  Hərdən  ani  də  olsa, 
həmin mənzərəli yuxuda olurdun. Göz o görüntüyə o 
qədər  öyrəşirdi  ki,  yatmağından  xəbərin  belə 
olmurdu. Belə bir şəraitdə ayıq qalmaq üçün müxtəlif 
metodlardan  istifadə  olunurdu.  Bir-birinə  yaxın  olan 
beş-altı  post  hər  beş  dəqiqədən  bir,  özündən  sonrakı 
postun  nömrəsini  ucadan  səsləndirməklə  oradakı 
gözətçini  çağırırdı.  Həmin  postu  qoruyan  əsgər  isə 
yatmadığını  sübut  etmək  üçün  növbəti  postdakı 
yoldaşını  səsləyirdi.  Beləcə,  bu  qaydayla  -  sonuncu 
postdan  yenidən  əvvəlki  posta  ötürülməklə  - 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
çağırışlar  davam  edirdi.  Hərdən  olurdu  ki,  üçüncü 
postdakı 
dördüncünü  səsləməsinə  baxmayaraq, 
oradan səs gəlmirdi. Bu o demək idi ki, dördüncüdəki 
əsgər    yatıb.  Belə  olan  halda  bütün  postların  hamısı 
yarızarafat-yarıgerçək qışqıraraq onu oyadırdılar.      
Səhər  düzülüşündə  gözüm  artıq  dost  kimi 
öyrəşdiyim  İslamı  axtarsa  da,  onu  tapa  bilmədim. 
Əvvəlcə  ayaq  yolunda  olduğunu  düşündüm,  lakin 
ordan  başqa  əsgərin  çıxaraq  sıraya  gəlməsi  ilə 
dalağım sancdı.  Ağlıma  min cür qorxulu şey gəlirdi. 
Səfərovun təbəssümlə gənc əsgərlərə üzünü tutub: 
-
 
O  ağıllı  Bəşirov  hanı?  –  deməsi  məni  lap 
həyəcanlandırdı.  Özümdən  asılı  olmayaraq  sıradan 
çıxıb  blindaja  yüyürdüm.  Zavallı  İslam  dəmir 
çarpayısının  yanında  qıvrılıb  zarıyırdı.  Əllərini 
qarnına  sıxıb  ağladığını  görəndə,  əsəbimdən  hiddətə 
gəldim. Onu yerdən qaldırmaq istəyəndə isə daha çox 
zarımağı  bağrımı  yandırıb  közə  döndərdi.  Ürəyim 
sanki  başımda  döyünürdü.  Ona  qayıdacağımı  deyib 
çölə çıxdım. Səfərov həm İslama, həm də mənə görə 
tağıma  idman  adı  ilə  zülm  edirdi.  Bizim  sıraya 
qayıdacağımız  təqdirdə  zülm  bitəcəkdi.  Bu,  onun 
köhnə  metodu  idi.  Yerindən  gec  qalxana,  sıraya  gec 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
gələnə 
görə  bütün  heyətə  eyni  hərəkətləri 
təkrarladırdı. 
Komandirin və starşınanın sıraya yaxın - siqaret 
çəkmək  üçün  nəzərdə  tutulan  yerdə  olmasına 
baxmayaraq Səfərovun üstünə yüyürdüm: 
-
 
Sən  çox  alçaq  adamsan,  cındır!  –  Qışqırıb 
Səfərova yaxınlaşanda, təəccüblə üzünü mənə çevirdi. 
Hər  kəs  donub  qalmışdı.  Yaxasından  tutub  o  murdar 
sifətinə başımla vurmaq istəyirdim. Lakin o, mən ona 
çatmamış qeyri-ixtiyari arxa-arxaya addımladığı üçün 
istəyimi həyata keçirə bilmədim. Başına təpik vurmaq 
üçün sağ ayağımı bacardığımdan da yuxarı qaldırmaq 
istəyəndə 
sol 
ayağımın 
torpaqda 
sürüşməsi 
yıxılmağıma  səbəb  oldu.  Cəld  ayağa  durub  yenidən 
üstünə  getmək  istədim,  lakin  əsgərlər  tərəfindən 
qarşım  kəsildi.  Mən  isə  onu  dayanmadan  söyürdüm. 
Bu  zaman  komandirin  sərt  səsini  eşitdim.  Soyadımı 
elə  qəddarcasına  səsləndirdi  ki,  affekt  vəziyyətindən 
çıxa bildim.  
-
 
Yanımaaa!  –  Deyə  çığıranda  sifəti  hirsindən 
quruluşunu  bir  az  da  dəyişmişdi.  İkimiz  də 
komandirin yanına getdik. 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə