Amid Əlioğlu



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə35/43
tarix30.10.2018
ölçüsü1,73 Mb.
#76472
1   ...   31   32   33   34   35   36   37   38   ...   43

www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
bərəlmişdi. Ağlımdan,  günlərdir fikrindən keçirdiyini 
edəcəyini  keçirdim.  Elə  də  oldu.  O,  cəld  silahını 
Səfərova  tuşlamağı  ilə  qoruyucunu  açmağı  bir  oldu. 
Özümü onun qabağına atanda əlini saxladı. Fikrindən 
döndərmək üçün söhbət etməyə vaxt yox idi. Özü də 
gözləmədən  sinəsindən  itələyib  silahı  əlindən  aldım. 
Donub  qalan  Səfərov  onun  silahsız  olduğunu  görüb, 
üstünə  atılmaq  istəyəndə,  boğazından  tutub  sıxdım. 
Onu  orada  boğub  öldürə  bilərdim.  Amma  yenə  də 
nənəmin  sözləri  qulağımda  eşidildi.  İtələyib  su  ilə 
dolu səngərin içinə atdım. İslama isə tərpənməməyini 
tapşırdım.  Onsuz  da  tərpənməyəcəkdi.  Postun  içində 
oturub ağlayırdı.              
Palçıqlı  suyun  içindən  güclə  ayağa  qalxan 
Səfərov  qaçmaq  istəyirdi.  Belə  olan  halda  onu 
vuracağımla  hədələyərək  dayandırdım.  Onunla 
üzbəüz  idik.  Həyəcandan  bərəlmiş  gözləri  ilə  gah 
silahın ucuna, gah da tətikdə olan barmağıma baxırdı. 
Silahı  islanmaması  üçün  səngərdən  yuxarı  atdım. 
İslamın  adına  idi  deyə  bu,  onun  üçün  problem  ola 
bilərdi.  Var  qüvvəmlə  sifətinə  vurduğum  yumruq  öz 
əlimi  də  incitmişdi.  Yenidən  yıxılan  Səfərov  dəhşət 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
içində idi. Yaxasından tutub qaldırdım. Düz gözünün 
içinə baxa-baxa hər şeyi üzünə deyəcəkdim: 
-
 
Səfərov...  -  Qışqırırdım:  –  Sən  həqiqətən  də 
çox  əclaf  adamsan,  Səfərov...  Sən  cındır  adamsan, 
Səfərov!  –  Qışqırdığım  üçün  gözüm  od,  ağzım  isə 
tüpürcək 
püskürürdü: 
– 
Sən 
qəhbəsən, 
Səfərov...Nəinki  qəhbəsən,  həm  də  qəhbənin  ...  – 
“balasısan” deyəcəkdim ki, atəş səsinin eşidilməsi ilə 
səngərin  içinə  düşən  bir  şeyin  ağırlığı  suyun  ləpəsini 
ayağımıza  qədər  gətirdi.  Qaçaraq  posta  gəldim. 
Burada İslamın hərbi papağı, kompot şüsəsi və bir də 
qoğalın  büküldüyü  əzilmiş  kağızdan  savayı  heç  nə 
yox  idi.  Səngər  qan  gölünü  xatırladırdı.  Postun 
kənarındakı islanmış torpaqdakı izlər onun səngərdən 
çıxdığına  işarə  idi...O,  düşmən  gülləsi  ilə  intihar 
etmişdi. Lakin yenə də ortalıqda İslamdan əsər-əlamət 
yox  idi.  Digər  dostlarımın  intiharından  sonra  təbii 
olaraq onları axtarmaq üçün özümü dağa-daşa vursam 
da,  bu  dəfə  vəziyyətlə  o  saat  barışmalı  oldum. 
Bilirdim  ki,  faydasızdır.  Əmin  idim  ki,  buna  gərək 
yoxdur.  Düşündüm  ki,  İslamı  heç  Allah  da  geri 
qaytara bilməz...  


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
           Səngərin  içində  ləpələnən  suya  səssizcə  nə 
qədər baxdığımı xatırlamıram. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
 
BEŞİNCİ HİSSƏ 
DÜNYA BİR PALATA, BİZ İSƏ... 
 
 
Acı, böyümənin bir parçasıdır. Və unutmayın, bir şey 
canınızı yandırdığında içinizdəki başqa bir şey 
basdırılmışdır.  
Məşhur hind mütəfəkkiri Oşo (Çandra Mohan Racniş) 
 
Özümə 
gələndə 
tavanda 
yanan 
işığa 
fokuslanmaqda əziyyət çəkdim bir müddət. Gözlərimi 
əsir alan duman qatı yavaş-yavaş çəkiləndən sonra ilk 
eşitdiyim  səs  ürək  aparatından  müvafiq  intervalla 
gələn  impulsun  siqnalları  oldu.  Hərəkət  etməyə 
taqətim  yox  idi.  Gözlərimi  sadəcə  sağa  və  sola 
hərəkət  etdirə  bilirdim.  Nə  baş  verdiyini  xatırlamağa 
çalışsam da, bir şey alınmadı. Niyə orada idim? Mənə 
nə  olmuşdu?  Heç  bir  yerimdə  ağrı  hiss  etməməyimə 
baxmayaraq, nəyə görə xəstəxana palatasında, özü də 
tək-tənha  uzanmışdım?  Tavanda  florasan  işıqdan, 
önümdəki  divarda  isə  saatdan  başqa  heç  nə 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
görmürdüm.  Bir  saata  yaxın  keçən  müddət  ərzində 
yadıma  heç  nə  sala  bilmədiyim  üçün  əsəbiləşirdim 
artıq. Elə bu dəm, bir səs məni diksindirdi:  
-
 
Hər vaxtın xeyir olsun! 
Üzümü  qeyri-iradi  olaraq  səs  gələn  tərəfə 
çevirdim.  Eynən  mənim  kimi  hər  tərəfindən  sistem 
şlanqları  asılan,  nurani  bənizli  bir  qoca  idi  səslənən. 
Diksindirdiyi üçün ani olaraq acıqlı olsam da, üzünü 
daha da qırışdıran səmimi təbəssümü yumşalmağımla 
nəticələndi.  
-
 
Salam...- söhbət etməyə heç həvəsim yox idi. 
-
 
Özünü necə hiss edirsən? – soruşdu. 
Üzümü  yenidən  tavana  sarı  çevirərək  dilucu  cavab 
verdim: 
-
 
Pis.... 
-
 
Başa  düşürəm,  bala,  –  qoca  dərindən  nəfəs 
alaraq dedi. 
Özümü səhhətimə görə deyil, beynimdə tüğyan edən 
fırtınaya  görə  pis  hiss  etdiyimi  nəzərdə  tutaraq 
bildirdim: 
-
 
Heç  yerim  ağrımır,  əslində...  -  “Heç  nə 
xatırlamıram!” - deyəcəkdim ki, qoca sözümü kəsdi: 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
-
 
Bilirəm,  bala.  Heç  nəyi  yadına  sala  bilmirsən. 
Bəlkə də, bura necə düşdüyünü də unutmusan. 
          Təlaş  içində  üzümü  ona  sarı  çevirdim.  O  isə 
davam edirdi: 
-
 
İki  günə  yaxındır  ki,  burdasan.  Yanına 
həkimlərdən  başqa  heç  kim  gəlməyib.  Bu  müddət 
ərzində  ancaq  sayıqlamısan.  Dostlarından  danışıb 
ağlayırdın. 
-
 
Dostlarımdan? – həyəcanla soruşdum. Qocanın 
hər sözü yaddaşımı bərpa edirdi sanki.  
-
 
Hə,  bala.  Əvvəlcə  Cavidan  adı  çəkdin. 
Dediklərindən  belə  başa  düşdüm  ki,  binəva  özünü 
maşının altına ataraq intihar edib. 
-
 
Düzdür,  dayı,  –  artıq  hər  şeyi  xatırlamağa 
başlayırdım:  –  ən  yaxın  uşaqlıq  dostum  olub.  Çox 
ağıllı  uşaq  idi. 
Yazıq  dözmədi  insanların 
hərəkətlərinə. 
-
 
Heyif...  –  kişi    yenə  də  dərindən  nəfəs  alaraq 
dedi. 
Bir qədər sakitlikdən sonra davam etdi: 
-
 
 Sonra  Əhməddən  danışdın.  Sonra...  Səhv 
eləmirəmsə, Mətləb və sonda da İslam adlı şəxslərdən 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə