Amid Əlioğlu



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə42/43
tarix30.10.2018
ölçüsü1,73 Mb.
#76472
1   ...   35   36   37   38   39   40   41   42   43

www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
Qonaq  otağına  daxil  olanda  isə  gördüyümüz 
mənzərə  bizi  dəhşətə  gətirdi.  Ətrafa  yazılı-yazısız, 
qanlı-ləkəli,  cırılmış-əzilmiş  kağızlar  səpələnmişdi. 
Yerdə divara tuşlanmış  yazı lampası  közərməkdə idi. 
O,  isə  üzü  üstə  masaya  sərilib  qalmışdı.  Sol  əlində 
ucu qanlı qələmi, sağ qolundan isə qan damcılayırdı. 
Masadan    döşəməyə  süzülən  qan  yerdə  gölməçə 
yaratmışdı.  Alt  qonşunun  FHN-ə  zəng  etməsinin 
səbəbi  də  qanın  onların  divarından  süzülməsi  olub. 
Təşvişə düşən qonşu əvvəlcə qapıdan səslənib, cavab 
verən  olmayınca,  çarəni  müvafiq  quruma  zəng 
etməkdə görüb.  
Bir müddət ay görmüş kərtənkələ quyruğu kimi 
qaldım. 
Bütün 
səslər 
kəsilmiş, 
hərəkətlər 
yavaşlamışdı.  Gözlərim  sadəcə  stola  sərilmiş  şəxsə 
fokuslanmışdı. Ömrümdə  ikinci dəfə idi ki, bu qədər 
acı çəkirdim... 
 
Sevdiyim  qızla  qovuşmağımı  əngəllədiklərinə 
görə  etiraz  əlaməti  olaraq  indiyə  qədər  də 
valideynlərimə  toy  sevincini  yaşatmamışam.  Nə 
qədər istəsələr də, ailə qurmadım. Bundan düz iyirmi 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
iki  il  qabaq  mən  arzuladığım  qədər  istəməklərinə 
baxmayaraq.                 
Günayı  onlara  qiyabi  təqdim  edəndən  sonra 
atam  onların  ailəsi  haqqında  araşdırma  aparmışdı. 
Onun  hüquq-mühafizə  orqanlarında  yüksək  vəzifədə 
çalışması  bu  araşdırmada  əziyyət  çəkməməsinə 
yardımçı  olmuşdu.  Görünür  araşdırması  öz  bəhrəsini 
vermişdi:  bir  müddətdən sonra  anam vasitəsilə  mənə 
çatdırdı  ki,  ondan  əl  çəkim.  Dediyinə  görə,  yer-göy 
bir olsa da, bizim vüsalımız mümkünsüzdür. Bu isə o 
qədər  asan  məsələ  deyildi.  Səbəbi  deyilmədən  ondan 
uzaqlaşmağım istənilirdi. O insandan ki, siması hər an 
gözümün  önündə,  adı  daim  ruhumun  dilində  idi. 
Səsini 
eşidəndə 
içim 
rövnəqlənər, 
qanım 
damarlarımda həmişəkindən daha sürətlə dövr edərdi. 
Ona  baxanda  sifətində  gündüzlər  günəşi,  gecələr  ayı 
görərdim.  Varlığı  xoşbəxtliyim,  yoxluğunu  isə  qəbul 
etməyəcək  qədər  tündxasiyyət  olmuşdum.  Sevginin 
tərifini bilməsəm də, mənim üçün sevginin mənası da, 
məğzi  də  o  idi.  Ona  vurulmağımla  bərabər,  bu 
sevginin  özünü  də  sevirdim.  Bütün  bunlar  atamın 
sözü ilə təbii ki, razılaşmamağıma səbəb oldu.  


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
Əvvəlcə  onların  fikrini  dəyişməsi  üçün 
gözləməyi  qərara  aldım.  Amma  Günayla  hər 
görüşümüzdən  sonra  evdə  söz-söhbətin  olması  məni 
cana  yığmışdı.  Atamın  məni  izlətdirməyini  biləndə 
isə buna həm əsəbiləşdim, həm də məsələnin nə qədər 
ciddi olduğunu yəqinləşdirdim. Axı onlar nə üçün bu 
qədər qəti şəkildə etiraz edirdilər?  
Günayın  çox  gözəl  ailəsi,  həddindən  artıq 
tərbiyəli  bacısı,  ziyalı  nəsli  vardı.  Əgər  söhbət  var-
dövlətdən  gedirdisə  (hərçənd  məni  heç  vaxt 
maraqlandırmırdı), o mənada da imkanları pis deyildi. 
Atası  əvvəllər  dövlət  qulluqçusu,  sonradan  isə  fərdi 
biznes fəaliyyəti ilə məşğul olan uğurlu iş adamı kimi 
tanınırdı. Bəs nə idi səbəb? Bu barədə bir kimsə mənə 
heç  nə  demirdi.  Artıq  anam,  eləcə  də  bacım  və 
qardaşım da atamın tərəfinə keçmişdi.  
Bir  müddətdən  sonra  hər  şeyi  atamın  məni  öz 
övladı qədər çox istəyən dostundan öyrənməli oldum. 
Sən  demə,  həmin  vaxtdanon  beş-on  altı  il  qabaq 
Günayın  atası  ilə  mənim  atam  eyni  rayonun  rəhbər 
vəzifələrində 
çalışıblar. 
Uzun 
müddət 
yola 
getmədikləri  üçün  bir-birinə  düşmən  mövqedə 
qərarlaşan  məmurlar,  həmçinin,  bir-birlərinə  nifrət 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
edirlərmiş.  İş  o  həddə  çatıb  ki,  ölkə  rəhbərliyi  hər 
ikisinin  təyinatını  başqa-başqa  rayonlara  verməklə 
onları birlikdə işləməkdən ayırıb. 
Həyatın  cilvəsimi  deyim,  fələyin  oyunumu 
deyim,  bilmirəm,    tale  onları  on  beş  ildən  sonra  belə 
bir  sınağa  çəkirdi.  Sonradan  əmin  oldum  ki,  nəinki 
mənim atam, hətta Günayın da atası həmin reaksiyanı 
göstərərək bizə əngəl olacaq. Beləliklə, onları məcbur 
razılığa  gətirmənin  bir  yolunu  tapmalı  idim.  Və 
tapdım... Zənnimcə, bir-birimizə sahib olmalı idik ki, 
valideynlərimizin  bizi  birləşdirməkdən  başqa  çarəsi 
qalmasın.  Çox  çətinliklə  də  olsa,  Günayı  razı  sala 
bildim. Ruhunu mənə təslim etmiş qız, bakirəliyini də 
mənə  “bağışladı”.  Saatlarla    vüsalımızın  təntənəsini 
qeyd  edərək,  göy  üzündəki  azad  quşlar  kimi  gələcək 
həyatımızın xəyalı üzərində uçduq... 
İki aydan sonra Günayın hamilə olması bizi yeni 
oyuncaq  alınmış  uşaq  kimi  sevindirdi.  Qanuni 
vüsalımızın  səbəbkarı  olacaqdı  bizim  üçün  o  uşaq. 
Hamiləliyin  üçüncü  ayında  vəziyyəti  eyni  anda 
valideynlərimizə  bildirmək  qərarına  gəldik.  Lakin  o 
gündən  sonra  Günayı  görə  bilmədim.  Bizim  evdə 
atamın  məni  az  qala  övladlıqdan  çıxarması  ilə 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
nəticələnən 
hadisə, 
onların 
evində 
nəylə 
nəticələnmişdi, təsəvvür edirdim.  
Bir  həftə  keçmədi  ki,  Günaygilin  ünvanlarını 
dəyişdiyini  öyrəndim.  Amma  yeni  ünvanı  bildim 
deyən olmadı. Universitetə də gəlməyən Günayı artıq 
xeyli vaxt idi ki, görmürdüm. Həmin gün onlarda nə 
baş  vermişdi?  Neyləmişdilər  yazıq  qıza?  Əmin  idim 
ki,  köçməklərinin  səbəbi  elə  bu  idi.  Məni  polisə 
şikayət  edəndə,  kimliyimdən  xəbər  tutan  Günayın 
atası  yaralı  şirə  dönmüşdü.  Atamın  hüquq-mühafizə 
orqanlarındakı  tanışları  olmasaydı,  bəlkə  hələ  də 
həbsdə 
idim. 
Əslində 
atamı 

qədər 
qəzəbləndirmişdim  ki,  həbs  olunmamağım  üçün 
addım atmırmış. Sonradan anamın yalvarışları onu bu 
yoldan döndərib. 
Səkkiz  aydan  sonra  ev  telefonuna  cavabsız 
zənglər  gəlməyə  başladı.  Həmin  gündən  sonra  həm 
ailə  üzvlərim,  həm  də  qohum  əqrəbam  məndən 
uzaqlaşdığı  üçün  evə  gec  saatlarda  gəlib  dinməzcə 
otağıma  keçib  yatırdım.  Gələn  zəngləri  anamın 
götürdüyünü,  iki-üç  dəfə  səsləyəndən  sonra  dəstəyi 
asdığını  artıq  dörd-beş  beş  gecə  idi  ki,  otağımdan 
eşidirdim. Sonra narahat edən olmasın deyə, hər gecə 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə