Amid Əlioğlu



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə36/43
tarix30.10.2018
ölçüsü1,73 Mb.
#76472
1   ...   32   33   34   35   36   37   38   39   ...   43

www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
danışıb  yerində  sağa-sola  çırpındığın  üçün  həkimlər 
sakitləşdirici iynə vurmağa məcbur oldular.  
-
 
Bəs sonra? – astaca soruşdum.  
    Məni  izləyən  sirli  hadisələr  sürətlə  yenidən 
canlandı  deyə, 
yaman  duyğulandım.  Gözümü 
qırpanda süzülən yaş qulağımı isladırdı. 
-
 
Sonra heç nə olmadı. Səkkiz saatdan çoxdur ki
sakit  vəziyyətdə  yatmısan.  Ara-sıra  gəlirlər,  yoxlayıb 
gedirlər.  Niyə  soruşdun?  Məgər  bu  acılardan  başqası 
da var? – təəccüblə soruşdu. 
-
 
Var dayı, var, –ah çəkərək dedim: –  Onlardan 
başqa  da  üç  əsl  dostum  olub.  Təəssüf  ki,  onlar  da 
intihar edib bu dünyadan getdilər.  
-
 
Vay,  vay,  vay!..  –  Qoca  heyfisləndi,    nədənsə 
bu dəqiqələrdə onun səmimi olduğuna çox inandım. 
Hardasa  iki-üç  saat  çəkən  sükutdan  sonra  ağlımdan 
qocanın da nə üçün burada olduğunu soruşmaq keçdi. 
Üzümü ona tərəf çevirəndə o, artıq mənə baxırdı.  
-
 
Siz niyə burdasız, dayı? Təbii ki, sirr deyilsə. 
-
 
Sirdir... –  Bu cavabı gözləmirdim. Ani olaraq 
təlaşa düşdüyümü hiss edib düzəliş verdi. 
-
 
Oğul, sənin üçün yox, özüm üçün sirdir. Neçə 
yaşındayam,  bilmirəm.  Niyə  burdayam,  bilmirəm. 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
Kimim-kimsəm  varmı,  bilmirəm.  Ümumiyyətlə,  heç 
nə  xatırlamıram.  Ancaq  adımın  Tahir  olduğunu 
bilirəm,  –  söyləyən  qocanın  gülüşü  xəfif  öskürəyə 
qarışdı.  Əslində  heç  gülməli  də  deyildi.  Həyəcanım 
qorxuya çevrilirdi artıq. Bu nə deməkdir?! 
-
 
Gəl, dost olaq, – birbaşa dedi. -  Bu yaşa qədər 
heç  bir  yaxın  dostum  olmayıb.  Bəlkə  də  olub. 
Xatırlamıram.  Taleyimiz  eynidir  deyəsən.  Oxşar 
taleyi yaşayanların dostluğu möhkəm olur.  
-
 
Tahir  dayı,  məncə,  bu  yaxşı  fikir  deyil,  – 
özümdən asılı olmayaraq bildirdim. 
-
 
Yaxşı fikir deyil? 
-
 
Bəli, məncə,deyil. İndiyə kimi dostluq etdiyim 
yeddi  nəfərin  aqibətini  bilirsiz  axı.  Zənnimcə,  bütün 
problem  məndədir.  Mənə  belə  gəlir  ki,  qaragüruh 
ruhların  əsarətindəyəm.  Kimlə  dostluq  edirəmsə, 
həmin  adama  nəsə  olur.  Odur  ki,  ömrümü  dostsuz 
başa  vurmaq  istəyirəm.  Əgər  buna  ömür  demək 
mümkünsə... 
-
 
Allah səni güldürsün, – qoca ürəkdən güldü. – 
Oğul, sənlik nə var axı burda? Əsl dostsan ki, onlara 
bu  qədər  dəyər  vermisən.  Sən  əsl  dostsan  ki,  onları 
itirməklə  barışa  bilmirsən.  Onların  özünə  qəsd 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
etmələrinin  səbəbkarı  sən  deyilsən,  əmin  ol.  Onlar 
kimi  hər  gün  neçə  nəfər  canına  qəsd  edir.  Bəs 
onlardan  xəbərin  varmı?  Yox.  Sən  sadəcə  yeddisini 
görmüsən.  Bu  bəlkə  də  səkkiz  ola  bilərdi.  Bəlkə 
doqquz,  on,  on  bir  və  sairə.  Bəlkə  mən  də 
yaşamazdım  indiyə  qədər.  Görünür,  məni  də  sənin 
kimi bundan daşındıran hansısa qüvvə var... 
Qocaya  diqqətlə  qulaq  asmamaq  mümkün 
deyildi. Çox maraqlı danışırdı.  
-
 
Ünsiyyətlə,  münasibətlə,  dostluqla  işıqlanır 
həyat yolumuz. Bunlardan məhrum olduqca, qaranlıq 
çökür  həyatımıza.  Qaranlıq  artdıqca  da,  qorxular 
lərzəyə  gətirir  ürəyi.  Və  bir  gün  ürək  ona  birləşən 
damarları  qopartmaqla  özünə  qəsd  edir.  Bu  yaşa 
gəlmişəmsə, demək ki, mənim də həyatımda  insanlar 
olub, hansısa dostlar olub.  
-
 
Haqlısız, Tahir dayı. 
-
 
Odur ki, ümidini itirmə, oğul! Xoşbəxtliyin nə 
olduğunu dərk etsək, xoşbəxt ola bilərik. 
  Bu fikir mənə tanış idi. 
-
 
Mənim üçün xoşbəxtlik yaxın, əziz dostlarımın 
yanımda olması idi,– boğuq səslə dilləndim. 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
-
 
Əla!  Sən  çox  adamın  dərk  edə  bilmədiyini 
anlamısan.  Bu,  əslində,  sevinməli  haldır,  –  qoca 
gülümsəyərək  söylədi.  -  Demək  yenidən  təzə  dostun 
ortaya  çıxsa,  xoşbəxt  olmaq  üçün  şansın  yaranacaq. 
Həyat  gözəldir,  yaşamaq  isə  ondan  da  gözəl.  Bu 
gözəlliyi öz əllərinlə çirkləndirmə! 
Çox  maraqlı  idi,  tanımadığım  bu qoca  da digər 
dostlarım  kimi  məni  həyatla  barışdırmağa  çalışırdı. 
Eynən  Cavidan,  Əhməd,  Mətləb  və  digərləri  kimi. 
Söhbəti məni cəlb edirdi. Tamamilə əlaqəmi kəsmək 
istədiyim dünya ilə aramı düzəldirdi. 
-
 
Bax,  sən  gələnə  kimi  nə  qədər  fikirləşsəm  də, 
keçmişim  haqqında  heç  nəyi  xatırlaya  bilmirdim. 
Amma  səninlə  danışdıqca  yavaş-yavaş  yenilənir 
yaddaşım. Əminəm ki, səndə də belə oldu. 
-
 
Düzdür, dayı. Artıq çox şeyi xatırlayıram. 
-
 
Danışmaq  istəyirsənsə,  danış.  Səni  dinləyə 
bilərəm,  –  Məni  rahat  görə  bilmək  üçün  başını 
çevirərək söylədi. 
-
 
 Baş ağrısı olacaq, Tahir dayı. 
-
 
Nə danışırsan, oğul. Axırıncı dəfə kimlə söhbət 
etdiyim yadıma gəlmir. Mənim üçün də maraqlıdır. 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
-
 
 Yaşarı  xatırlayıram.  İslamı  itirəndən  sonra 
dostlaşdığım  şəxsi  deyirəm...  –  söhbətə  başladım  – 
Yeni  ailə  qurmuşdu.  Uzun  müddət  sevdiyi  bir  qızla 
valideynlərinin  razılığı  ilə  evlənmişdi.  Çox  xoşbəxt 
idilər. Bir ildən sonra dünyaya əkiz övladları gələndə 
bu xoşbəxtlik daha da çiçəklənmişdi. Nəvələr baba və 
nənənin qucağından  yerə düşməzdi. Yaşar da həmişə 
ata-ana  hörməti  saxlayırdı.  Heç  vaxt  valideynlərinin 
yanında  öz  uşaqlarını  qucağına  almazdı,  oxşamazdı, 
öpməzdi, oynatmazdı. 
-
 
Əhsən! 
-
 
Lakin  bir  müddətdən  sonra  bu  xoşbəxtliyin 
parıltısı  azalmağa  başladı.  Yaşarın  anası  oğlunu  o 
qədər  çox  istəyirdi  ki,  getdikcə  bu  istək  qısqanclığa 
çevrildi.  Həmişə  çox  şeyi  güzəştə  getdiyi  oğlundan 
həddindən artıq diqqət gözləməyə başladı. Bu barədə 
Yaşarla  çox  söhbətimiz  olub.  Deyirdi  ki,  istəyirəm 
hər  şey  yaxşı  olsun,  amma  alınmır.  Hər  amili 
diqqətdə saxladığına baxmayaraq, anası ondan tez-tez 
inciyir,  günlərlə  ünsiyyətdən  qaçırdı.  Bu  da  təbii  ki, 
həmişəki xoş əhval-ruhiyyənin yavaş-yavaş itməsi ilə 
nəticələnirdi.  Bəzən  bir  müddətdən  sonra  təsadüfən 
açılan  söhbət  əsnasında  məlum  olurdu  ki,  kiçik 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə