Amid Əlioğlu



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə31/43
tarix30.10.2018
ölçüsü1,73 Mb.
#76472
1   ...   27   28   29   30   31   32   33   34   ...   43

www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
-
 
Nə  məsələdir?  Bu  nə  özbaşınalıqdır?  – 
soruşdu.  Səfərov,  şəxsiyyətsizliyinə  uyğun  olaraq, 
birinin üstünə beşini qoyub dilləndi: 
-
 
Komandir, vallah, xəbərim  yoxdur. Durduğum 
yerdə  məni  söyməyə  başladı.  Özü  də  dəhşət  pis 
söyüşlərlə.  Sıra  düzülüşünə  gəlməməyi  azmış  kimi, 
üstəlik  söyüş  də  söyür.  Əynimdəki  formaya  hörmət 
etdiyimdən  ona  bir  kəlmə  də  cavab  qaytarmadım. 
Yoxsa  onu  elə  burda  sürüyərdim,  –  deyəndə 
komandir onun sözünü kəsdi. 
-
 
Yaxşı,  gözlə  görək!..  Sürüyərdim,  yox  bir... 
Boş-boş  danışma,  –  deyən  komandir,  əslində,  onun 
necə  qorxaq  olduğunu  bildiyinə  işarə  edirdi.  –  Sən 
dillən  görüm.  Bu  nə  meymunluqdur  eliyirsən?  – 
söyləyib üzünü mənə çevirdi.  
Mən  bir  kəlmə  belə  söyləmədən  dolmuş 
gözlərimlə kənara baxırdım. 
-
 
Üzümə bax, əsgərrr! – komandir qışdırdı.  
starşına məsələni, sanki təxmin edərək, araya girdi. 
-
 
Komandir, mən məşğul olaram. Narahat olma! 
-
 
Məşğul  olmalı  bir  şey  yoxdur,  starşına!  – 
Papağını  başına  qoydu  və  dikələrək  uca  səslə:  - 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
Vəzifə  başında  olan  səlahiyyətli  şəxsi  təhqir  etdiyinə 
görə üç sutka həbs! – əmrini verdi. 
-
 
Oldu,  üç  sutka  həbs!”  –  deyərək  əmri 
təkrarladım... 
 
Tağımdakı  günlərimdən  pis  keçməyən  üç 
gündən  sonra  hərbi  hissəyə  qayıtdım.  İlk  olaraq 
gözlərim  təbii  ki,  İslamı  axtardı.  Onu  yeni  verilən 
cəzanın  icrası  üçün  ayrılmış  ərazidə  tapa  bildim. 
Cəzası  isə  ayaqyolu  üçün  yeni  çuxur  qazmaq  idi.  İki 
metr dərinliyində olan ayaqyolu çuxuru altı aydan bir 
dolurdu. Yenisinin qazılması üçün isə ya özünü yaxşı 
aparmayan,  ya  da  gənc  əsgərlər  ayrılırdı.  Çuxur 
qazılandan  sonra  üstünə  dəmir  kabina  qoyularaq 
istismara verilirdi.  
Bir  metrə  yaxın  dərinlikdə  yeri  qazıb  içində 
oturan İslam tamamilə üzülmüş halda idi. Məni görsə 
də, heç sevinmədi.  
-
 
İslam,  necəsən,  neynirsən?  –  soruşdum.  
“Neynirsən?”  sualının  yersiz  olduğunu  sonra 
düşündüm. 
-
 
Özümə qəbir qazıram!... 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
Bir  müddət ikimiz də  susduq. Sonra tez özümə 
gəlib onu ürəkləndirməyə başladım.  
-
 
Xoşbəxt adamsan ki, öz qəbrini özün qazırsan. 
Nə bilirsən e, başqası necə qazacaq? – dedim, əslində 
isə  zarafata  salıb  durumu  yumşaltmaq  idi  məqsədim. 
Mən  güldüm,  amma  onun  simasında  bir  dəyişiklik 
yox idi. 
-
 
Anamın qəbrini başqaları qazdı, qardaş – belin 
ağzını torpağa vura-vura dedi. 
-
 
Nə danışırsan sən? Başa düşmürəm! 
-
 
Sən gedən günün axşamı starşına mənə anamın 
vəziyyətinin ağır olduğunu xəbər verdi və biz rayona 
getməli  olduq.  Evə  çatanda  həyətdə  yas  çadırı 
qurulmuşdu  artıq.  Hətta  anamı  da  dəfn  etmişdilər, 
hava  qaralana  qalmasın  deyə...  –  hönkürtü  ilə 
ağlamağa başladı.  
-
 
Səbirli  ol,  İslam.  Allah  rəhmət  eləsin,  səbirli 
ol!  –  deyərək  sakitləşdirməyə  çalışdım.  Yavaş-yavaş 
yağış  da  yağmağa  başlayırdı.  Ona  gedib  dincəlməyi, 
sonra  gəlməyi  təklif  etdim,  lakin  qəbul  etmədi.  Heç 
kimi  görmək  istəmirdi.  Odur  ki,  bir  az  da  yanında 
oturub  başını  qarışdırmaq  məqsədilə  söhbət  etməyi 
qərara aldım. 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
-
 
Səni  keçən  dəfə  döyənlər  barədə  kiməsə  nəsə 
dedinmi? - soruşdum. 
-
 
Yox,  starşına  nə  qədər  soruşsa  da,  boynuma 
almadım. – asta səslə dilləndi. 
-
 
Bəs bildinmi səni kim vurub? 
-
 
Dəqiq  bilmədim.  Bilmədim  deyəndə  ki,  biri 
yüz  faiz  Səfərov  idi.  Əllərimi  də,  gözümü  də 
bağlamışdılar.  Yuxu  gördüyüm  yerdə  özümü 
cəhənnəmin ortasında tapdım. Təpiklə hər tərəfimdən 
vururdular.  –  Bunları  ondan  eşitdikcə,  həmin  o 
dəhşətli  günü  anbaan  yenidən  yaşayırdım.  -  Əvvəl 
ağrıdan  heç  nə  eşitməsəm  də,  sonra  onun  səsini 
eşitdim. 
-
 
Belə ağıllısan ki, yerimi başqasına yığdırırsan? 
– deyib təpikləyirdi məni. Onda bildim ki, Səfərovdu. 
Səfərovun  bunu  necə  bilməsi  mənə  maraqlı 
gəldi. Axı bunu yalnız ikimiz bilirdik. Mən bu barədə 
heç  kimə  heç  nə  deməmişdim.  Maraq  məni  sıxdığı 
üçün soruşdum: 
-
 
Bəs  Səfərov  bunu  necə  bildi  axı?  Sən  kiməsə 
bu barədə demişdin ki? 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
Əvvəlcə  dayandı,  sonra  gözünü  belin  torpağa 
batan  hissəsindən  çəkməyərək,  başını  yavaşca  aşağı-
yuxarı yellətdi. 
-
 
Sən  posta  gedəndən  sonra  mənimlə  bu  tağıma 
gələn Heydərov mənə yaxınlaşaraq maraqla soruşdu: 
-
 
Neylədin Bəşirov, yığdın Səfərovun yerini?  
           Mən  də  ona  arxayın  olub  sənin  mənə  etdiyin 
hörmət barədə danışdım: 
-
 
Yox  e,  Heydərov,  Azər  imkan  vermədi.  Sağ 
olsun, özü yığdı... Sonrası da bildiyin kimi.  
-
 
Aydındır, İslam, aydındır. Mən sənə dedim axı 
heç  kimə  demə!  –  Səmimiyyətlə  tənbeh  etmək 
istədim onu. 
-
 
Mən  bilməzdim  ki,  o  gedib  bunu  çatdırar.  Biz 
bir  ay  bir  yerdə  olmuşduq.  Andiçməyə  qədər  bir 
gəzib, bir dolanmışdıq. İkimizin də, bir yerə düşməyi 
sevindirmişdi məni, – İslam təəssüfləndi. 
-
 
Heç  kimə  sirr  verəcək  qədər  inanma,  İslam. 
İnamın  adı  qırmızı  kitaba  düşüb,  qardaşım.  Bu 
dünyada  “nəsli  kəsilməkdə”  olanlar  arasındadır. 
Nəinki  heç  kimə,  hətta  heç  kimdə  inam  qalmayıb. 
Burda  tanış  olduğun  heç  kimlə  məxfi  məlumat 
paylaşma.  Hərbidə  minimum  informasiya,  minimum 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə