Amid Əlioğlu



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə4/43
tarix30.10.2018
ölçüsü1,73 Mb.
#76472
1   2   3   4   5   6   7   8   9   ...   43

www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
insanlar ki, yaşamları boyunca ən azından bir dəfə də 
olsun yalan alıb, yalan satıblar... 
Qeyd  etdiyim  kimi,  öz  dostlarım  haqqında 
yazacam.  O  insanlar  ki,  tək  ortaq  dostları  mən  idim. 
Bir-biriləri ilə tanış etmək imkanım olmasa da, onları 
tanıdığım  üçün  özümü  dünyanın  ən  şanslı  insanı 
sayıram.  Yaşca  məndən  kiçiyi  də  vardı,  böyüyü  də. 
Doğuluşdan  ölümə  kimi  bir  həyatı  müxtəlif  yaşlarda 
görə  bildim  onların  sayəsində.  Ona  görə  ki,  onların 
hamısının  xarakteri,  xüsusiyyəti  demək  olar  eyni  və 
məni  də  onlarla  birləşdirən  bəlkə  bu  idi.  Onlarda 
sanki özümü, özümdə  isə onları görürdüm. Onlardan 
başqa  məni,  məndən  başqa  isə  onları  heç  kim 
anlamırdı.  Həyatlarının  çox  acılı-şirinli  vaxtlarını  bir 
yerdə  yaşadıq.  Hətta  dəfələrlə  bir  yerdə  hansısa 
hadisəni  xatırlayanda,  təəccübləndiklərini  sezirdim. 
Hərdən 
məni 
onların 
yanında 
olmadığıma 
inandırmağa  çalışsalar  da,  bu,  mümkün  olmurdu. 
Çünki həmin vaxt, həmin hadisələrdə onlarla birlikdə 
olduğumu sübut edə bilirdim.   
Çox təəssüf ki, onların hamısı gözümün önündə 
tərki-dünya  oldular.  Sonuncusu  öləndən  sonra 
gözümü burada açdım. Deyilənə görə, onları elə mən 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
öldürmüşəm.  Gülməlidir.  İndi  bu  cümləni  yazanda 
belə, gülümsəyirəm...    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
 
BİRİNCİ HİSSƏ 
DÖRD BACININ BİR QARDAŞI... 
 
 
 
Həyatının ən önəmli iki günü:  
1. Doğulduğun gün 
2. Niyə doğulduğunu anladığın gün 
Amerika yazıçı Mark Tven 
 
 
 
Cavidan  dünyaya  gələndə  evin  sayca  beşinci 
övladı  idi.  Amma  bu  “gəliş”  əvvəlki  gəlişlərdən 
deyildi.  Sanki  uzun  illər  həsrəti  çəkilən  ilk  övladın 
dünyaya  gəlişi  kimi  qeyd  olunurdu.  Bu  münasibətlə 
təşkil  edilən  qonaqlıqlarda  müxtəlif  hədiyyələrə  rast 
gəlmək olurdu: Qurbanlıq quzudan tutmuş, birmetrlik 
al-qırmızı  xaraya  qədər.  Özündən  böyük  dörd 
bacısının  olmasına  baxmayaraq,  əksəriyyət  daha  çox 
Cavidanın  gəlişinə  sevinirdi.  Hətta  eşitdiyimə  görə, 
dördüncü  qızdan  sonra  anası  daha  bir  qız  uşağı 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
dünyaya  gətiribmiş.  Amma  o  körpə  yaşamayıb,  ya 
da... Nəisə. 
Beləcə,  ata  və  ananın  “əziyyəti”  ilə  beş  qızdan 
sonra  dünyaya  gələn  körpə,  heç  nəyin  fərqində 
deyildi,  əslində.  Nəinki  ata-anasının,  hətta  nəslinin 
sevinci  sayılan  Cavidanın  valideynlərinin  el  içindəki 
nüfuzu onun gəlişini bir az da hörmətli etmişdi. Evləri 
hər  gün  qonaq-qara  ilə  dolub-daşar,  təbriklərin  ardı-
arası  kəsilməzdi.  Hər  gün  ziyafət  -  yeyib-içmək 
məclisi,  hər  an  sağlıqlar...  Bir  dəqiqədən  sonra  nə 
olacağını  bilməyən  insanlar  Cavidanın  məktəbi, 
universiteti,  işi  və  ailə  həyatı  haqqında  proqnozlar 
verirdilər. Allahın haram buyurduğu şərabı, sanki “O” 
göydə imiş kimi, bacardıqları qədər yuxarı qaldıraraq 
arzular  diləyirdilər.  Hamı  da  bir-birinin  ardınca 
“amin”  söyləyərək  guya  öz  səmimiliklərini  nümayiş 
etdirirdilər.  Təşrif  buyuran  hər  qonağın  ağzından 
“Gözün  aydın,  ay  Fazil,  gözün  aydın,  ay  Sevda!” 
sözlərini eşitməmək qeyri-mümkün idi.  
Özü  də  bütün  bunlar  ailənin  digər  dörd  qız 
övladının gözləri önündə baş verirdi. Bəli Şəbnəmin, 
Lalənin,  Samirənin,  Xatirənin  gözləri  önündə.  Fəqət 
burada heç kim qeyri-adi bir şey görmürdü. Heç kim 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
düşünmürdü ki, bu ifrat ayrı-seçkilik qızların  kövrək 
qəlbinə  toxuna  bilər.  Heç  ağıllarına  da  gətirmirdilər 
ki,  gələcəkdə  nəinki  bu  qızlar,  hətta  öz  qızları  “Kaş 
oğlan  doğulaydım!”  -  deyərək  Allaha  şikayətlənəcək 
və dünyaya ancaq oğlan övladı gətirmək istəyəcəklər. 
Beləcə,  Allahın  lütfünü  heçə  sayaraq  günaha  batmaq 
adət  halını  alacaq:  qız  uşaqlarını  elə  ana  bətnindəcə 
tələf  etdirməklə  övlad  qatili  olacaqlar.  İstəyə  çatmaq 
üçün  isə  qətllərin  sayı  durmadan  artacaq.  O  yerə 
qədər  artacaq  ki,  anlı-şanlı  oğlan  övladı  nəhayət, 
dünyaya göz açacaq. Min bir əziyyətlə böyütdükləri o 
oğlan  övladı  üzlərini  qara  edəndə,  başlarını  aşağı 
əydirəndə  inanmaq  istəməyəcəklər  ki,  bu,  məhz 
vaxtilə  bətnlərində  qətlə  yetirdikləri  körpələrin 
cəzasıdır.  
 
Cavidan  ilk  dostum  olub.  Aramızda  dörd-beş 
yaş  fərq  olmasına  baxmayaraq,  yaxın  dost  idik. 
Qonşuluqlarında  yaşayırdılar  deyə,  onu  tez-tez 
əmimgildə görürdüm. Əmimin həyat yoldaşı onu evə 
gətirər,  doyunca  oynadardıq.  Çox  şirin  olmağı  ilə 
yanaşı,  heç  kimi  incitməməyi  ilə  xüsusi  seçilirdi 
Cavidan.  Ona  o  qədər  öyrəşmişdimsə,  hər  gün 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə