Рассказы (На азербайджанском языке) Redaktoru İlyas Tapdıq Bədii redaktoru Y. Ağayev Nexniki redaktoru B. X. Qurbanova



Yüklə 480,31 Kb.
Pdf görüntüsü
səhifə1/18
tarix06.05.2018
ölçüsü480,31 Kb.
#42118
növüРассказ
  1   2   3   4   5   6   7   8   9   ...   18


 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



Süleyman Rəhimov 

 

GÜLSABAH 



 

 

 



GƏNCLİK 

BAKI – 1968 

 



 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



7 -  6 -  2 

428-67 J 

 

 

Kiçik və orta yaşlı uşaqlar üçün 



Рагимов Сулейман Гусейн оглы 

Гюльсаба 

Рассказы 

(На азербайджанском языке) 

Redaktoru İlyas Tapdıq 

Bədii redaktoru Y.Ağayev 

Nexniki redaktoru B.X.Qurbanova 

Korrektorları C.Həbibzadə, T.Cəfərova 

 

Latın əlifbasında işləyəni və 



redaktə edəni Vəfa Ağamirzəyeva 

     Bakı 2014 

 

 

 



 

 

 



 


 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



KİTABIN İÇİNDƏKİLƏR 

 

Hekayələr 



                                   

 

                                   səhifə 



 

Gülsabah   

                      

 

---------------------------   4 



Günümüzün nağılı  

 

 



 

---------------------------   7 

Usta-şagird   

 

 



 

 

---------------------------  10 



Həcər  

 

 



 

 

 



---------------------------  12 

Baba və nəvə 

 

 

 



 

---------------------------  17 

Nənə   

 

 



 

 

 



---------------------------  21 

Uçuş   


 

 

 



                

---------------------------  25 

 

Nağıllar


 

 

 



 

               

    

 

Boz tülkü və alabəzək cücə 



                  ---------------------------  31 

Şir və Tülkü  

 

 

                



---------------------------  36 

Kəkilli Toyuq və Caynaqlı Çalağan     

---------------------------  39 

 

Əfsanələr



 

 

 



 

 

 



  

 

Buynuzlu və buynuzsuz qoç       



 

 ---------------------------  43 

Əfsanəvi ləpirlər   

 

 



 

---------------------------   50 

Sarıbaba və Sarısaçaq    

 

 



---------------------------   52 

Palıd və qaratlkan   

 

 

 



---------------------------   57 

 

 



 


 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



HEKAY

Ə

L

Ə

 

GÜLSABAH 



 

 

Mənim  bir  neçə  nəvəm  vardır. 



Hamısını  da  çox  istəyirəm  və 

əzizləyirəm.  Ancaq  nəvələrin  içində 

balaca  Gülsabahın  ayrıca  bir  yeri 

vardır.  Hər  meyvənin  dadı-təmi  olan 

kimi,  hər  oğul-qızın  barı-bəhəri  olan 

hər  bir  nəvənin  də  özünə  görə  bir 

dadı,  bir  gözəlliyi,  bir  tamaşası 

vardır...  Mən  bu  nəvəmə  bir  dünyaca 

istədiyim  anamın  adını  qoymuşam. 

Ancaq  Gülsabah  Bakıda  yox,  öz  ata-

anasının 

yanında, 

uzaq 

kənd 


rayonunda  yaşayır.  Arabir  də  Gülsabah  öz  ata-anası  ilə  Bakıya  da  gəlir.  Mənsə 

Gülsabah gələn qatarı qarşılayıram, bir müddət sonra Gülsabah gedən qatarı da yola 

salıram.

 

Əvəzində Gülsabah da borclu qalmır, o da məni  qarşılayır və yola salır. Baxırsan ki, 



Gülsabah  dövrəmə  dolanır,  heç  bilmir  ki,  əziz  babasına  necə  qulluq  eləsin.  Mən 

işdən,  ya  gəzməkdən  qayıdanda  hamıdan  əvvəl  Gülsabah  qabağıma  çıxıb  qayğıma 

qalır, ucadan deyir: 

 



Baba acdır!.. Tez babaya çay-çörək!.. 

Əlimi yuyub qurtarınca Gülsabah evdəkilərə kömək edir, xörək-çörəyi süfrəyə 

daşıyır,  işə  qoşulub  cani-dildən  çalışır.  Bir  qədərdən  özü  də  gəlib  yavaşcadan 

yanımda əyləşir. 




 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



Gülsabahın  belə  qayğıkeşliyini  görəndə  öz  anam  yadıma  düşür.  Axı,  mənim 

anam  da  mən  uşaq  olduğum  zaman,  içəriyə  girər-girməz  mehribanlıqla  məni 

qarşılayıb soruşardı: «Yəqin ki, çox yamanca acmısan eləmi?» 

Nəvəm  Gülsabah  rayonda, öz  qarğı  çəpərli  ikimərtəbəli  evlərində  olanda  mən 

çox  bərk  darıxıram,  ayrılığa  tablamıram.  Altdan-altdan  hazırlaşıb,  qatara  minib 

Gülsabahgilə yollanıram. Mən, Gülsabahgilin evlərinin qabağını tutan qarğı çəpərin 

daldasında durub yavaşcadan səsimi çıxarıram: 

 



Gülsabah, ay Gülsabah! 

Hamıdan  qabaq  Gülsabah  səsimi  alır,  eyvana  çıxıb  boylanır,  mən  bir  az  ucadan 

çağırıram: 

 



Gülsabah, ay Gülsabah! 

Arada şübhə yeri qalmayınca, ikimərtəbəli evin yuxarı eyvanından daş pilləkən aşağı 

tələm-tələsik  düşən  Gülsabah  cəld  qarğı  darvazanı  açıb  çöl  tərəfə  çıxır,  yanıma 

yüyürür. 

 

Baba gəldi, baba gəldi!   



Qız sevindiyindən bilmir nə eləsin? O, boynuma sarılır, ağ saqqalımdan öpür, sonra 

dönüb qışqırır: 

 

Ana,  babam  gəlibdir!—Qız  olmazın  hay-haray  salır.  Mən  qızılsaç  nəvəmi 



dönə-dönə  bağrıma  basıram.  Qızılsaç  nəvəm  də  öz  qollarını  açıb  bərk-  bərk 

boynumu qucaqlayıb şirin dildən tökür: 

 

Yorulmamısan ki, baba?.. Acmamısan ki, dədə?.. 



 

Anamla bazara gedib sənə çoxlu-çoxlu qaymaq alacağam! 



Ancaq nə isə Gülsabah görürəm ki, son zamanlar tez-tez küsməyə, sözə qulaq 

asmamağa, hətta bir az da şuluqluq eləməyə başlayıbdır... Qızın küsəyənliyi heç də 

xoşuma gəlmir... Düşünürəm, çarə axtarıram... Deyəsən bir çarə də tapıram... 

Bəli,  fikir-fikirdən  sonra  bir  gün  paltomu  geyinib  bazara  getdim.  Bir  xeyli 

konfet,  meyvə  aldım.  Oyuncaq  mağazasına  gedib  bəzi  para  oyuncaqları  da  alıb 

bunlarla  birlikdə  evimizə  gətirdim.  Küsən  Gülsabaha  heç  bir  söz  demədim.  Telefon 

dəstəyini  əlimə  götürdüm,  əzbər  bildiyim  nömrələrdən  yığdım,  Bakıda  olan 



Yüklə 480,31 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə