Amid Əlioğlu



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə3/43
tarix30.10.2018
ölçüsü1,73 Mb.
#76472
1   2   3   4   5   6   7   8   9   ...   43

www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
“Cəmiyyət  Məcəlləsi”nin  birinci  maddəsi  ilə 
ömürlük azadlıqdan  məhrum edilmişəm. Neçə  yaşım 
var,  nə  müddətdir  buradayam,  belə  şəraitdə  daha  nə 
qədər  ola  biləcəm,  heç  özüm  də  bilmirəm. 
İnanmayacaqsız,  amma  bu  məhbəs  harada  yerləşir, 
neçə  “otaq”lıdır,  məndən  başqa  kimlər  var,  hansı 
dildə  danışırlar,  haralıdırlar,  ümumiyyətlə,  buraya 
necə  və  kim  tərəfindən  gətirilmişəm,  onu  da 
bilmirəm.  
Dörd tərəfi nəm divarla əhatə olunmuş qaranlıq 
bir yerdəyəm. Hərarət həmişə eyni olur deyə, fəsilləri 
də  ayırd  etmək  mümkün  deyil.  Buradakı  yeganə  işıq 
tavana  bitişik  kiçik  nəfəslikdən  içəri  düşən  -  günəş 
şüasına  oxşar  işığın  əksidir.  Günəş  şüasına  oxşar 
dedim,  çünki  mən  burada  olandan  bu  yana  həmin 
nəfəslikdən o işıq elə eyni bucaq altında düşür. 
Ara-sıra  açılan  qapıdan  təpədən-dırnağa  qədər 
qara  geyinmiş  iki  nəfər  daxil  olur.  Hər  ikisi 
qollarımdan  yapışıb,  bir  kəlmə  belə  danışmadan  
məni  qaranlıq  dəhlizlə  zülmət  yerə  aparırlar.  Elə 
həmin  an  səssizliyin  dibinə  çökmüş  sədalar 
yüksəlməyə  başlayır.  Sağ  və  sol  kameralardan 
eşidilən  başa  düşmədiyim  sözləri,  qışqırıqları  və 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
atılan  müxtəlif  əşyaları  anlamaqda  çətinlik  çəkirəm. 
Apardıqları  yer  haradırsa,  ucsuz-bucaqsız  məkana 
bənzəyir.  Nə  qədər  uzaqlaşsam  da,  əlim-ayağım  heç 
yerə dəymir. Bunu elə ilk dəfə yoxlamışdım.  
Mərkəzidir,  küncüdür,  sonudur,  yaxud əvvəlidir 
bilmirəm,  amma  həmin  sonsuzluğun,  sadəcə  bir 
yerində yuxarıdan asılmış su borusu, güzgü, üzqırxan 
maşın  və  uzunluğu  təxminən  bir  santimetrə  bərabər 
olan  şam  ilə  təchiz  edilmiş  “guşə”  var.  O 
“xidmətlərdən” şam sönənə qədər istifadə etməliyəm. 
Əvvəllər  bu  vasitələrdən  maksimum  yararlanmağa 
çalışsam da, hazırda  çox nadir halda gərəyim olurlar. 
Çünki  nədənsə  üzümə  tük  çıxmır,  əl-üzümü  də 
yumağa ehtiyac qalmayıb sanki.  
Gündə  üç  dəfə,  qeyri-standart  vaxtlarda  ətəyi 
yerdəki nəmişlikdən pas atmış dəmir qapının altından 
bir fincan soyuq çay, içinə azca yağ atılmış qaynar su 
ilə  dolu  aliminium  kasa  və  bir  də  zəhləm  getmiş 
qarabaşağı  elə  itələyirlər  ki,  onları  dadmaq  çox  vaxt 
adama  heç  qismət  olmur. Dəqiq vaxtını bilsəm  əgər, 
qapının  yanında  gözləyər,  onları  yerə  dağılmadan 
götürərəm  bəlkə  də.  Hətta  bir  dəfə  bütün  günümü 
orada  oturmaqla  keçirdim.  Amma  həmin  gün  lənətə 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
gəlmiş  qapının  altından  soyuq  havadan  başqa, 
ümumiyyətlə, heç nə gəlmədi. 
Qısası, burada ürəyimdən keçəni istədiyim vaxt 
almaq  şansım  yoxdur.  “Onlar”  istədiyi  üçün, 
istədikləri 
yerdə, 
istədikləri 
şəraitdə  yaşamaq 
məcburiyyətindəyəm. Dəyişən bir şey yoxdur əslində. 
Bura gətirilməmişdən öncə də “həyat”ım belə idi.  
Odur  ki,  yeməklə  bağlı  fikirləşmirəm  artıq. 
Sidiyimin  də,  nəcisimin  də  qoxusuna  öyrəşmişəm. 
Baxmayaraq  ki,  burda  heç  bir  sifarişi  veclərinə 
almırlar,  amma  bir  istəyimi  yerə  salmadıqları  üçün 
onlara  minnətdar  oldum,  desəm,  təəccüblənməyin. 
Bəli,  bəli.  Onlara  minnətdaram.  Çünki  hazırda  bu 
sətirləri  yazdığım  kağızları  və  qələmi  onlar  mənə 
veriblər.  Kağızlar  yazacaqlarımı  əks  etdirməyə 
yetəcək,  zənnimcə.  Yetməsə  belə,  tualet  kağızı  kimi 
verdikləri  qəhvəyi  rulon  kağızlara  yazmağa  məcbur 
olacağam  yəqin.  Onsuz  da  onlardan,  demək  olar  ki, 
istifadə  etmirəm.  Daha  doğrusu,  istifadəyə  gərək 
qalmır.    Qələmimin  də  ki,  içliyi  bitsə  əgər,  qanımı 
doldurub yazacam. Nəyin bahasına olursa olsun, mən 
bu  yazını  axıra  kimi  yazacam!  Ən  azından  bunu 
yazana qədər yaşayacağıma söz verirəm... 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
Bir an düşünürəm ki, məni bura salanlar əziyyət 
verdiklərini  sanırlar.  “Hamam”ı  ülgüc  əvəzinə 
üzqırxan  maşın  ilə  təchiz  etməkləri  mənə  hörmət 
nümayişi  deyil  hər  halda.  Həyatımdan  bezib  həmin 
ülgüclə  özümə  xəsarət  yetirə  biləcəyimi  güman 
edirlər  (Çox  “təsirləndim”).  Bura  salmaqla,  əslində, 
məni 
xilas 
etdiklərindən 
xəbərləri 
yoxdur 
bədbəxtlərin.  Mən  həyatımdan  onların  əhatəsində 
olanda  bezmişdim.  Eyniliklərindən  süniliklərinə, 
tərzlərindən 
fərzlərinə, 
şöhrətpərəstliklərindən 
qeybətpərəstliklərinə,  inanclarından  “qazanc”larına, 
oyunlarından  doyumlarına,  yalanlarından  dolanlarına 
qədər hər şeylərindən bezmişdim. Bezmişdim...  
Səkkiz  dostum  vardı  -  yaxından  tanıdığım 
səkkiz  şəxs.  Yenə  də  inanmayacaqsız,  amma  hazırda 
özümü  çox  xoşbəxt  hiss  edirəm.  Ona  görə  ki,  onlar 
haqqında  yazıram.  Dəqiq,  ona  görə  ki,  bu  kağız  və 
qələm  var.  Məhz  ona  görə  ki,  bu  dəqiqə  heç  bir 
dərdim  yoxdur.  Tıxaclarda  keçirdiyim  əsəbim, 
müdirin  ayrı-seçkiliyinə  dözmək  məcburiyyətim, 
qonşudan  geri  qalmamaq  üçün  dəridən-qabıqdan 
çıxma  çabalarım  da  yoxdur.  Ən  əsası,  alverçilərin 
əhatəsində  deyiləm  artıq.  Bəli,  alverçilərin!  O 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə