Amid Əlioğlu



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə18/43
tarix30.10.2018
ölçüsü1,73 Mb.
#76472
1   ...   14   15   16   17   18   19   20   21   ...   43

www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
Rahat  yatdığım  gecələri  də  təbii  ki,  Əhmədə  borclu 
idim. Cavidan kimi o da mənə həyatda dostum olacaq 
insan  barədə  işarələr  verirdi.  Mənə  maraqlı  gələn 
Cavidanın da, Əhmədin də  yuxumda həmişə xoşbəxt 
olmaları idi. Həyatda o qədər də xoşbəxt olmadıqları 
halda, yuxumda necə buna nail ola bilirdilər?! Onlara 
paxıllıq  edirdim  bu  mənada.  Özümü  öldürmək  kimi 
fikirlərə  düşəndə,  mütləq  yuxuma  girib  məni  bundan 
daşındırırdılar.  Cənnətdə  olduqlarını  görürdüm. 
Halbuki Əhməd cənnətin, cəhənnəmin, ümumiyyətlə, 
fövqəltəbii qüvvələrin varlığına inanmırdı.  
Bu  dəfə  məhz  Mətləb  göstərilən  əlamətlərə 
uyğun  gəlirdi.  Dərsdən  sonra  dərs  vəsaitinin  surətini 
çıxarmaq  üçün  yanıma gəldiyindən,  demək olar,  onu 
hər  gün  görürdüm.  Bir  vəsaitin  surətinin  çıxarılması 
kifayət qədər vaxt apardığı üçün onunla söhbət etmək 
imkanım olurdu. Oxuduğum  əsərlərin demək olar ki, 
hamısını onun da mütaliə etməsi bizi əməlli-başlı söz 
yoldaşına  çevirmişdi.  Onunla  birgə,  kitablardakı 
müxtəlif  obrazlar  haqqında  uzun-uzadı  danışar, 
işlətdiyi  frazaları  müzakirə  edərdik.  Çox  vaxt  bir-
birimizdən  xəbəri  olmadan  eyni  kitabı  oxuyardıq. 
Buna  görə  də  söhbətimiz  çox  maraqlı  və  rəngərang 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
alınırdı.  Zaman  keçdikcə  onu  hər  gün  görüb, 
söhbətləşmək  üçün  səbirsizlənirdim.  Surətçıxaranla 
bağlı işi oldu-olmadı fərqi yox idi: elə Mətləb də hər 
gün  mənə  baş  çəkirdi.  Bir  müddətdən  sonra  Əhməd 
artıq  yuxuma  girmirdi.  Əmin  idim  ki,  bu,  Mətləblə 
yaxın  ünsiyyətimlə  əlaqəli  idi.  Zaman  keçdikcə 
Mətləblə 
düşüncə  qardaşı  olduğumun  fərqinə 
varırdım. 
Mətləb  ölkənin  ən  qədim  universitetinin  ən  çox 
bilgi  tələb  edən  fakültəsinə,  yüksək  balla  qəbul 
olmuşdu.  Cəmiyyətimizdə  beləsinə  “öz  biliyi  ilə 
qəbul  olunub”  deyirlər.  Gülməlidir,  deyilmi?  Bəlkə 
də  bir  çoxu  üçün  burda  gülməli  bir  şey  yoxdur.  Ən 
maraqlısı  o  idi  ki,  adi  bilgilərə  sahib  olmayan  varlı 
balaları  onun  qrup  yoldaşlarıydı.  Universitetin 
piyadalar  üçün  nəzərdə  tutulan  səkilərini  təkcə 
Mətləbin  oxuduğu  qrupun  tələbələrinin  sürdüyü 
avtomobillər  tuturdu.  Demək  olar  ki,  ilk  gündən 
Mətləbi  “kruq”larına  yaxın  buraxmayan  gələcəyin 
“hüquq-mühafizə  orqanlarının  işçiləri”nin  gündəlik 
söhbətləri  qızlar,  bahalı  avtomobil  markaları  və 
telefonlara  həsr  olunurdu.  O,  isə  bu  barədə 
məlumatları  əlinə  düşən  qəzet  və  jurnallardan,  bir  də 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
şəhərdə  gördüyü  iri  reklam  lövhələrindən  alırdı. 
İstifadəçisi  olmadığı  bir  vasitədən  maraq  yaradacaq 
hansı  söhbəti  edə  bilərdi  ki?  Odur  ki,  ölkə 
abutiruyentlərinin  80  faizinin  yaxın  düşə  bilmədiyi 
fakültədə təhsil almaq Mətləbi artıq usandırırdı.  
Ödənişsiz  əsaslarla  oxuduğu  üçün    ona  təqaüd 
təyin  edilmişdi.  Fəqət  elə  birinci  aydan  etibarən 
təqaüdünü  ala  bilmək  üçün  maliyyə  şöbəsinin 
qapısını  dəfələrlə  döyməli  olmuşdu.  Bu  məsələdə 
nəinki  kömək  edən  yox  idi,  hətta  beş-on  manatdan 
ötrü özünü əziyyətə verdiyi üçün onu ələ salırdılar da. 
Həftədə bir dəfə xərclik üçün rayondan göndərilən az 
məbləğdə  pul  isə  surətçıxaran,  dəftər,  qələm  və 
günlük  ucuz  yeməklərə  getdiyindən  aylıq  təqaüd 
Mətləb  üçün  çox  vacib  idi.  Çalışırdı  ki,  heç  bir 
dərsdən  kəsiri  olmasın.  Çünki  bu  baş  versəydi  ya 
təqaüdünün kəsilməsilə, ya da az olan məbləğin daha 
da  aşağı  endirilməsi  ilə  nəticələnərdi.  Onların 
qrupunda 
 
müəllimin 
candərdi 
səsləndirdiyi 
mühazirəni  yazmaq  belə  ayıb  sayılırdı.  Sonradan 
vəziyyətin  demək  olar  ki,  bütün  universitetdə  belə 
olduğunun şahidi oldum.  


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
Bütün  bunlar  universitet  təhsili  ilə  bağlı 
verdiyim  qərarım  üçün  təsəlliverici  amillər  sayıla 
bilərdi.  Zənnimcə,  savadsız  olması  üçün  pul  verən 
şəxs  işləməsi  üçün  də  pul  verməli  idi.  Mənim  isə 
təhsil  almamağım  üçün  universitetə  verəsi  pulum-
param  yox  idi.  Mən  təhsilimi  də,  təlimimi  də, 
tərbiyəmi də kitablardan alırdım. Özü də pulsuz. Həm 
də istədiyim vaxt.  
Kitablardakı “insan”ı öyrəndikcə, real həyatdakı 
insandan qaçmalı oldum. Onların düşündüklərini hiss 
etmək,  əslində,    həyatımı  asanlaşdırmaq  əvəzinə,  bir 
qədər  də  çətinləşdirirdi.  Çünki  kiminsə  səhv 
düşündüyünü  dediyim  zaman  ona  verilmiş  beynilə 
heyvandan  fərqələnən  insan,  bu  fərqliliyi  aradan 
götürərək,  vəhşiyə  dönürdü.  Əsla  elə  düşünmədiyini 
Allahına  and  içərək,  əzizlərini  söyərək  dilə  gətirirdi. 
Beynin  ötürdüyü  informasiyanı  dəyişərək  başqa 
formada  səsləndirilməsini  əmr  edən  orqan  hansıdır, 
bilmirəm,  amma  bütün  bunların  səbəbkarı  odur. 
Səmimi insan - əsl düşüncəsini dilə gətirəndir, nəinki 
beynini  hansısa  maraqlara  uyğun  düşünməyə  vadar 
edən.  “Üzdə  bir  cür,  arxada  başqa  cür…”  -  ifadəsini 
tez-tez  işlədən  insanları  üzdə  bir  cür,  arxada  tamam 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə