Amid Əlioğlu



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə24/43
tarix30.10.2018
ölçüsü1,73 Mb.
#76472
1   ...   20   21   22   23   24   25   26   27   ...   43

www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
Mətləbin  də  faciəvi  şəkildə  özünə  qəsd  etməsi, 
yenicə  düzəlməkdə  olan  sinirlərimi,  sakitləşən 
əsəblərimi  kökündən  sarsıtmışdı.  Gözlərimi  hər 
bağladığımda  o  dəhşət  dolu  mənzərə  canlanırdı 
sonsuz  qaranlıqda.  Onun  tavandan  asılı  qalan  cansız 
bədəni  və  mənim  hayqırmağım.  Hələ  də  özümü 
bağışlaya  bilmirəm.  Özümü  itirməyib  onu  ipdən 
almalı idim. Bəlkə də özünü yenicə asmışdı, bəlkə də 
yaşayacaqdı... 
Əslində 
mən 
yataqxananın 
dəhlizində 
olmalıydım,  amma  başqa  bir  yerdə  açmışdım 
gözlərimi. Yüzlərlə insanın danışığı və avtomobillərin 
səs  siqnalları  eşidilirdi.  Ətrafımdakı  kütlənin  özünü 
məsələdən bixəbər aparması məni az qala dəli edirdi. 
Mətləbi  soruşdum  hamıdan.  “Hardadır?”  -  deyə 
çığırdım,  lakin  dilini  udmuş  insanlar  yad  nəzərlərlə 
məni  müşahidə  etməkdən  başqa  heç  bir  reaksiya 
vermirdi.  Yataqxanaya  doğru  qaçdım.  Birinci 
mərtəbənin 
sonuncu 
otağının 
pəncərəsindən 
boylanmaq  istədim.  Pərdələr  tam  çəkildiyindən  heç 
nə  görə  görə  bilmədim.  Yarıqaranlıq  dəhlizlə 
Mətləbin  otağına  sarı  yüyürdüm.  Yumruq-təpikdən 
sonra  çiynimlə  qapını  sındırmaq  üçün  arxaya 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
çəkilmək  istəyəndə,  cəftə  aşağı  endirildi  və  içəri 
tərəfdən  açar  buruldu.  Qapının  açılmağına  yaman 
sevindim.  Asta  tərpənişlə  baş  görünəcək  qədər 
açılmış  qapıdan  boylanan  yarıyuxulu  şəxs  Mətləb 
deyildi.  
-
 
Nə  lazımdır?  –narazı  və  bir  az  da  əsəbi  səslə 
dilləndi. 
-
 
Mətləb hanı? – tələsik soruşdum. 
-
 
Mətləb nədir? O kimdir? 
-
 
Necə  kimdi?  –  təəccübləndim:  –  Bura  onun 
otağı deyil ki? 
-
 
Əşşi  nə  danışırsan  e,  sən?  –  sifətini  əlilə 
ovuşdura-ovuşdura  dilləndi  –  Buna  görə  beş  saatdır 
çırpırsan  qapını?  Sındırmamışdan  qabaq  bir 
dəqiqləşdir də.  
Qapını 
tam 
açdığından 
artıq 
qarşımda 
dayanmışdı.  Səs-küylə  oyatmağım,  görünür,  onu 
yaman  əsəbiləşdirmişdi.  Mənim  isə  təəccübüm 
getdikcə artırdı. 
-
 
Mətləb  dostumdur,  üç-dörd  ay  idi  bu  otaqda 
qalırdı.  Neçə  dəfə  yanına  gəlmişəm.  Səhv  eləmirəm, 
dəqiq bilirəm ki, buradır, – həyəcanla dedim. 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
-
 
Qardaş,  deyəsən,  məzələnirsən  axı  mənlə.  İki 
ildən çoxdur biz burda qalırıq. Mətləb adında kimsəni 
tanımıram. Varsa da, lap təzə gəlib yəqin. 
O  an  nələr  düşündüyümü  hiss  edə  bilirsizmi? 
Əminəm  ki,  mənim  yerimdə  kim  olsaydı,  elə  həmin 
hissləri  keçirərdi.  Artıq  dəli  olmağa  başlayırdım.  Nə 
yataqxanada, nə də universitetdə Mətləbi tanıyan yox 
idi.  Necə  ola  bilər  axı?  Tanrım,  bu  nə  deməkdir?  Bu 
nə əzabdır çəkirəm? Əvvəlcə Cavidan, sonra Əhməd, 
indi  də  Mətləb.  Ölümlərindən  sonra,  məndən  başqa 
heç kim üçün iz buraxmadılar. Heç kim də, bu barədə 
maraqlanmadı... 
 
Min  bir  əqidəyə  qulluq  edən  cəmiyyət 
üzvlərinin  arasında  yaşamaq  dözülməz  olduğundan,  
vahid  amal  -  vətəni  qorumaq  məqsədi  güdən 
əsgərlərlə  “kişilik  məktəbi”ni  keçmək  ürəyimcə 
olacaqdı.  Lakin  psixoloji  durumum  məni  ikinci  dəfə 
hərbi  xidmətə  yararsız  etdiyindən,  növbəti  üç  ilimi 
kənddə - nənəmin yanında keçirməli oldum.  
Müharibə  şəraitində  yaşayan  bir  məmləkətin 
keşiyini  çəkməyin  həyəcanını  hərbi  xidmətə 
yollanacağım  gün  yaxınlaşdıqca  daha  bariz  hiss 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
edirdim.  Yerli  telekanallarda  sərhəd  bölgələrindəki 
əsgərlərin  hər  an  döyüşə  hazır  olma  ismarıcları, 
onların 
bir-birilərilə 
münasibətlərinin, 
xidmət 
yerlərinin,  qidalanma  şəraitlərinin  yüksək  səviyyədə 
olması  içimi  fəxarətlə  doldururdu.  Efirdən  onlara 
silah-sursatla  bağlı  intensiv  təlimlərin  keçirilməsini 
görmək  bir  an  öncə  əsgər  olmaq  istəyimi  daha  da 
gücləndirirdi.  
Sərhədlərimizə  yaxın  ərazidə  yerləşən  hərbi 
hissələrdən birində xidmət edəcəyimi əsgərliyini başa 
vurmuş  insanlar  sayəsində  dəqiq  bilirdim.  Başqa  cür 
ola  bilməzdi.  Çünki  böyük  şəhərlərdə  və  ya  səfalı 
yerlərdə  yerləşən hərbi hissələrə düşə bilməyim üçün 
ya  xidmət  yaşı  çatmış  gənclərin  ölkə  ərazisi  üzrə 
bölgüsü  ilə  məşğul  olan  idarədə  qohumum,  ya  da 
çoxlu  pulum  olmalı  idi.  Xoşbəxtlikdən  bunların  hər 
ikisindən  məhrum  idim.  Odur  ki,  rayon  hərbi 
komissarlığından gələn bildirişdə göstərilmiş tarixdə, 
qeyd  olunan  ünvandan  xüsusi  ayrılmış  avtobusla 
dəmir yolu vağzalına sarı yola düşdük. 
Dəmir  yolu  vağzalı  kəndimizə  elə  də  uzaq 
məsafədə  deyildi,  amma  buna  baxmayaraq,  qatarı  ilk 
dəfə idi bu qədər yaxından görürdüm. Odur ki, qatara 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
minəcəyim  üçün  içimdə  sevincə  bürünmüş  həyəcan 
var  idi.  İlk  dəfə  yalnız  filmlərdə  gördüyüm  səhnəni 
baş  rolda  özüm  olaraq  yaşayacaqdım.  Bir  an  öncə 
qatarın  dar  dəhlizində  səndələyə-səndələyə  getmək, 
pəncərəsini  iki  əlimlə  yuxarı  qaldıraraq  açmaq, 
küləyin taxıl zəmilərinin üstündə rəqs etdikdən sonra 
üzümə  çırpılaraq  gözlərimi  bağlamasını  hiss  etmək 
istəyirdim. Fəqət, elə bu dəm onun yüksək səsli siqnal 
sədası düşüncələrimi belə ürəyimdə gömdü. 
Vaqon  qapılarından,  yüksək  səslə  ad-soyad 
çığıran  hərbi  komissarlıq  işçiləri,  oğlanlarının 
boynuna 
sarılaraq 
için-için 
ağlayan 
analar, 
qardaşlarını  kədərlə  yola  salan  bacılar,  hərbi  hissədə 
nəsə  alıb  yeməsi  üçün  bəlkə  də  son  beş  manatının 
üçünü  övladlarının  cibinə  dürtən  atalar,  əsgər 
gedəcəyi üçün saçını dibindən kəsdirmiş çağırışçılarla 
məzələnən  dostlar-tanışlar  və  bütün  bu  insanlar 
arasından  ilan  kimi  burula-burula  özünə  yol  taparaq 
sərin su satan yaşlı kişinin “Sərin sular, sərin sular...” 
- çağırışları  başımı gicəldirdi.  
Ümumi  vaqona  yığılan  çağırışçıların  istidən 
qızaran  sifətləri  bir-birinə  bənzəyirdi.  Onların  bir 
qismi  bizim  stansiyaya  gələnə  qədər  söhbət  yoldaşı 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə