Amid Əlioğlu



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə19/43
tarix30.10.2018
ölçüsü1,73 Mb.
#76472
1   ...   15   16   17   18   19   20   21   22   ...   43

www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
başqa  cür  gördüm,  əziz  dost.  Kamilləşdikcə,  əziyyət 
çəkdim.  İnsani  qorxularımı  insandan  qorxmalar  əvəz 
etməyə  başladı.  Halbuki  dostlarımla  –  Cavidanla, 
Əhmədlə  xoş  keçirdi  günlərim.  Əlavə  heç  nə 
düşünmək  ağlımdan  keçmirdi.  Önlar  öldükcə 
xoşbəxtliyim  də  yox  olurdu.  Çünkü  mənim 
xöşbəxtliyi dərk etməyim əsl dostluqla sərhədlənirdi. 
Beləcə,  cismimin  yaşı  artdıqca,  gözümün  yaşı 
artırdı.  Oxuduqca,  öyrəndikcə,  məlumatlar  çoxalır, 
yaddaş  isə  azalmağa  doğru  yol  alırdı.  Ən  dəhşətlisi 
isə  o  idi  ki,  beynim  yenilənə  bilmirdi.  Fikir 
mübadiləsi  üçün  normal  beyin  tapılmadıqca, 
məlumatlar  beynin  sonsuz  qatlarında  yox  olub 
gedirdi. Belə bir vəziyyətdə Cavidan və Əhməd kimi 
ətrafımda  Mətləbin  olması  ümidlənməyimə  səbəb 
oldu  mənim  üçün.  Demək  olar  ki,  hər  sahəyə  aid  öz 
bildiklərimiz  səviyyəsində  söhbət  etmək  hər  ikimiz 
üçün  çox  maraqlı  idi.  Günün  birinci  yarısını 
universitetdə sıxıntı içində keçirən Mətləbin,  hər gün 
dərsdən  sonra  yanıma  tələsməsi,  belə  düşünməyimə 
əsas verirdi. 
Zaman  keçdikcə  tanışlığımızın  ilk  günlərində 
söhbət  açmadığı  məqamlardan  danışar,  yoldaşlarının 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
və  müəllimlərinin  xüsusiyyətlərindən  bəhs  edərdi. 
Baş  verənləri  eşitdikcə,  əsəbimdən  –  hirsimdən 
sümüyü  ağzından  alınmış  itə  dönsəm  də,  hər  dəfə 
məsələni  dərindən  öyrənmək  üçün  çoxlu  sual 
verirdim.  Lakin  o,  bu  barədə  çox  da  dərinə  getmirdi. 
Tələbəliyə  qədər  sahib  olduqları  ilə  özündən  və 
sözündən utanmayan Mətləbi məcburən yaşayışından 
xəcalət  çəkməyə  vadar  edirdilər.  Getdikcə  dərs 
danışmaqdan  savayı  səsi  eşidilmir,  mümkün  qədər 
göz  onündən  olmaqdan  çəkinirdi.  Tələbəliyin  ilk 
günlərində  əyləşdiyi ön sıraları da  toz  basırdı  yavaş-
yavaş.  Çünki  o  yerlərdə  Mətləbdən  başqa  heç  kim 
oturmurdu.  Müəllimin  gözündən  yayınıb  lazımsız 
işlərlə məşğul olmaq üçün əksər tələbələr arxa sıraya 
can atırdı. Özünü qrupun ən sonuncu adamı kimi hiss 
edən  bu  istedadlı  məzlum  gənc  bir  müddətdən  sonra 
auditoriyanın  sonuncu  yerində  əyləşməyə  başladı. 
Mobil telefonunu mənim  yanımda da səssiz rejimdən 
çıxarmırdı artıq. İstifadə  məntiqinə əsasən ən lazımlı 
funkisayalarla  təchiz  edilmiş  “Nokia  1100”  markalı 
telefonundan utanan Mətləb dərs boyunca ona ən çox 
zəng  edən  anasından  da  zəng  gəlməsini  istəmirdi. 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
Bütün bu vəziyyətin yaranma səbəbini müşahidərimlə 
anlaya bilmişdim.  
Bir gün surətinin çıxarılması üçün mənə verdiyi 
kitabı  qaytarmaq  məqsədilə  onların  fakültəsinə 
getdim.  Cədvəl  üzrə  hansı  auditoriyada  dərs 
keçəcəklərini 
dəqiqləşdirib 
həmin 
mərtəbəyə 
qalxdım.  Dəhlizlə  onların  otaqlarına  doğru  hərəkət 
edirdim.  Auditoriyanın  qapısı  açılar–açılmaz  dağ 
keçisi  kimi  tullana-tullana,  uzanqulaq  kimi  anqıra-
anqıra  dəhlizə  atılan  avaraların  çoxunu  üzdən 
tanıyırdım.  Bunlar  Mətləbin  qrup  yoldaşları  idi. 
Qrupun  yarısından  çoxu  çıxandan  sonra  əlindəki 
telefonun  ekranına  baxa-baxa  çölə  çıxanın  Mətləb 
olduğunu  gördüm.  Telofonuna  zəng  gəlmişdi.  Ona 
yaxınlaşdığım  anda  qrup  yoldaşlarının  Mətləbə 
ünvanladıqları atmacaları eşidəsi oldum. 
-        Ala,  sən  mənim  canım,  səsini  al  o  telefonun, 
qardaşımsan  –  deyə  möminlərin  üzündəki  tükü  lağa 
qoyduğu  halda  özü  dəb  üçün  saqqal  saxlayan  oğlan 
şəhər ləhcəsi ilə dilləndi. 
-        Bu  telefonları  hələ  işlədən  var  yəni?!  –  guya 
təəccüblənən  digər  oğlan  qımışdı.  Mətləb  çaşıb 
qalmışdı.  Ətrafda  nəinki  öz  qrup  yoldaşları,  hətta 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
başqa  qruplardan  tələbələr  də  diqqət  yetirirdi  bu 
söhbətə.  Çünki  alçaqlar  ucadan  danışırdılar.  Onlarla 
bərabər səviyyəli başqa birisi: 
-
 
Ala, anam canı, mən onu 5-ci sinifdə oxuyanda 
işlədirdim  ee.  Özü  də  onun  ekranı  rəngli  idi.  İndi 
vedrəylə  verələr,  işlətmərəm,  –  deyəndə  Mətləbə 
yaxınlaşmaq  istədim,  amma  qəfildən  məni  görərsə, 
utanacağını  və  bir  daha  yanıma  gəlməyəcəyini 
düşünüb ayaq saxladım. Sonuncunun sözündən sonra 
dəstədəkilər bərkdən  gülüşməyə başladılar. 
-
 
Alə, vedrəylə nə idi... 
-
 
Anam canı, açılacam gülməkdən... 
-
 
Yetim,  gəl  gedək,  sən  mənim  canım!  Bunun 
üstündən siqaret əla gedəcək, qaqa canı... 
İşin  qəribə  tərəfi  o  idi  ki,  baş  verənlərə  qrup 
qızları  da  gülərək  tamaşa  edirdi.  Mətləb  isə 
utandığından  boynunun  arxasına  kimi  qızarmışdı. 
Oğlanlar  gülüşə-gülüşə  kənarlaşandan  sonra  mən  də 
oranı  tərk  edərək  tələsik  iş  yerimə  gəldim.  Bilirdim 
ki, Mətləb kitabın nüsxələrini götürmək üçün yanıma 
gələcək.  Lakin  həmin  gün  ondan  xəbər  çıxmadı. 
Növbəti dərsdə də iştirak etməyən Mətləbi iki-üç gün 
universitet 
həndəvərində 
görmədim. 
Qaldığı 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
universitet  yataqxanasını  tanısam  da,  özümü  onun 
yanına  getməkdən  çəkindirirdim.  Əmin  idim  ki, 
utandığından  gəlmir  və  mənim  gedib  onunla  bu 
barədə söhbət etməyim daha da pis nəticə verərdi.  
Üç 
gündən 
sonra 
yanıma 
gəlmək 
məcburiyyətində 
qaldı. 
Çünki 
kitabxanadan 
götürdüyü  kitablar  məndə  idi.  Məsuliyyətli  və 
intizamlı  tələbə  olduğundan,  orada  işləyənlərin 
yanında  yalançı  çıxmaq  istəmirdi.  Odur  ki,  mənimlə 
hal-əhval  edərək  kitabını  və  onun  surətlərini  istədi. 
Mənim  üçünsə  əvvəldən  hazırlaşdığım  məsələni 
həyata  keçirmək  lazım  idi.  Vərəqlərin,  müxtəlif 
kitabların  və  sənədlərin  arasında  bir  müddət  axtarış 
aparırmışcasına  var-gəl  edəndən  sonra  ondan 
telefonunu istədim. 
-
 
Mətləb,  danışmağa  konturun  varmı?  Mənimki 
qurtarıb.  Zəng  vurum,  görüm  oğlan  kitabını  hara 
qoyub, mən tapa bilmirəm.  
Əslində  isə  kitab  aşağıdakı  siyirtmədə  idi. 
Onsuz  da  iş  yoldaşım  mənə  bunu  deyəcəkdi,  özü  də 
təəccüblə. Çünki dükanda olmadığım zaman Mətləbin 
bura  gəldiyi  halda  kitabın  qaytarılması  üçün  ona 
xəbər  vermişdim.  Hara  qoyduğumdan  xəbəri  vardı. 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə