ŞƏKİ Üsyanlari



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə1/35
tarix14.04.2018
ölçüsü0,79 Mb.
#38232
  1   2   3   4   5   6   7   8   9   ...   35


 

 



 

 

 

 

 

 

 

 

 

 

ŞƏKİ ÜSYANLARI 

 

 

 

Həbibulla Manaflı 


 

 



 

 

 

 

 

MÜNDƏRİCAT 



 

 

- Ön söz 

- Giriş 

- I fəsil. 1930-cu il üsyanına gedən yollar  

- II fəsil. Böhranın yetişməsi  

- III fəsil. Üsyanın başlanması, gedişi və nəticəsi 

- Nəticə 



 

 



 

 

Bəxtiyar Vahabzadədən  



 

Ön Söz 

 

  Şəkidə  Yuxarı  Karvansaranın  arxasındakı  meydanda  1930-cu  il  üsyanı 

zamanı  həlak  olmuş  yerli  kommunistlərin  xatirəsinə  bir  abidə  qoyulmuşdu.  60-cı 

illərdə  raykomda  məsul  işdə  çalışan  bir  qohumum  ilə  həmin  yerdən  keçdiyimiz 

zaman məsul partiya işçisi ayaq saxlayıb mənim nəzərimi abidəyə cəlb etdi: 

  -    Bu  abidə  Vətən  yolunda  canlarını  qurban  verən  köhnə  kommunistlərin 

xatirəsinə ucaldılmışdır. 

Əsəbiləşdim və qeyri adi olaraq: 

  -  Məgər bunlar Vətənin nə olduğunu bilirdimi? - deyə qəzəblə onun üzünə 

baxdım. 


O eyhamımı başa düşüb susunca mən: 

  -    Əslində  bunlar  Vətən  xainləridir.  Vətən  yolunda  canlarını  qurban 

verənlər isə bunları cəhənnəmə vasil edənlərdir. 

  Bu söhbətdən sonra qohumum məndən soyumağa başladı. Aramızda soyuq 

münasibət yarandı. İllər keçdi. Qohumumu işdən qovdular. O, haqsız qovulduğunu 

bildirmək  və  məndən  kömək  diləmək  üçün  Bakıya  gəldi.  Qohumum  cidd-cəhdlə 

günahsız  olduğunu,  amma  raykomun  I  katibinin  rüşvət  aldığını  və  əxlaqsız 

olduğunu MK-ya açıq imza ilə yazdığına görə işdən qovulduğunu bildirdi. 

Mən gülüb neçə il əvvəlki söhbətimizi onun yadına salıb dedim:  

-  Sənin işdən qovulmağını mən çox təbii sayıram. Çünki bu gün səni işdən 

qovan  partiya  rəhbəri  dünən  Şəki  üsyanında  öldürülmüş  həmin  kommunistlərin 

törəmələridir. 

O: -  Neyləyim, hamı kimi mən də bu rejimin ədalətinə inanmışdım. 

Dedim:    -    Xeyir,  Xalq  heç  zaman  bu  bic  quruluşun  ədalətinə  inanmayıb. 

İnanan  sənin  kimi  nomenklatura  işçiləri  idi.  Çünki  kor-koranə  inanmaq  sizə  sərf 

edirdi. İndi get, inandığın rejimin ədalətini tap, görüm necə tapırsan. 

  Qohumum  2  il  yuxarılara  məktublar  yazdı,  teleqramlar  vurdu.  Moskvaya 

qədər getdi. Amma ədaləti tapa bilmədi. 

  Mən  hər  dəfə  Şəkiyə  getdiyim  zaman  həmin  abidənin  önündən  keçəndə 

orda  yatanlara  lənət,  xalqın  haqqı  uğrunda  canlarını  qurban  verən,  güllələnən, 

sürgünə  göndərilən  Bəhram  bəylərin,  Mustafa  bəy  Əlicanbəyovların,  Qaçaq 

Abbasların,  Nəcməddin  Əfəndilərin,  Kor  Xuduların  və  Şeyxzadələrin  ruhuna 

rəhmət oxuyardım. 

  Allaha  min  dəfə  şükürlər  olsun,  Kreml  əsarətindən  xilas  olduq.  Amma  o 

vaxtdan bu günə qədər Şəki üsyanı mənim ürəyimdə qara bir yara kimi durur, hər 



 

dəfə  yadıma  düşəndə  göyüm-göyüm  göynəyirdim.  Çünki  Bakıdan  gələn  rus 



ordusunun məzlum xalqa necə divan tutduğunu, xalqın naləsini, Qurcana dərəsində 

gecələr  səhərə  qədər  güllələnən  igidlərin  sinəsində  soyuyan  güllə  səslərini 

eşidirdim. 

   O zaman mən 5 yaşlı uşaq olduğuma baxmayaraq, nənəmin və gəlinlərin 

qara kəlağayı örtdüklərini, əmilərimin və atamın babamla xısın-xısın, qorxa-qorxa 

danışdıqlarını  və  xüsusilə  dağda  vurulan  qaçaq  Abbasın  şələ  üstündə 

sürüdüldüyünü  görən  camaatın  gizlində  hönkür-hönkür  ağladığını  dünən  olmuş 

kimi xatırlayıram. 

   Uşaq  ikən  qəlbimə  düşən  o  qara  ləkəni  sətirlərə  çevirib  vərəqlərə 

köçürmək son illər mənim arzum oldu. Amma arxivlərdə işləmək, üsyana aid olan 

faktla, sənədləri üzə çıxarmaq yaşımın bu çağında mənə çox çətin idi. Amma vaxt 

keçir, üsyanın canlı şahidi olan qocalar sıradan çıxırdı. 

  Azərbaycanın  tarixində  qızıl  hərflərlə  yazılmağa  layiq  olan  30-cu  il  Şəki 

üsyanı  haqqında  bədii  əsər  yazmaq  üçün  öncə  tarixi  faktlar  və  sənədlərin  üzə 

çıxarılması lazım idi. Buna görə də mən Bakıdakı bir neçə tarixçiyə, o cümlədən də 

Şəkinin bir neçə qələm əhlinə bu məsələni öyrətməyi təklif etdimsə də yaxın duran 

olmadı. Nəhayət, Şəki ziyalılarından Həbibulla Manaflı bu işi boynuna götürdü və 

arxiv sənədləri əsasında bu kitabı üzə çıxartdı. 

Kitabın  I  fəslində  üsyanın  yaranma  səbəbləri  -  istehsal  vasitələri  üzərində 

dövlət  inhisarı,  yeni  iqtisadi  siyasət  nəticəsində  xalqın  dilənçi  kökünə  düşməsi, 

«Mübariz Allahsızlar cəmiyyəti»nin əli ilə yüz illərin sınağından çıxmış gözəl adət 

və  ənənələrə,  milli  və  dini  dəyərlərə  qarşı  səlib  yürüşləri  inandırıcı  faktlar  və 

sənədlər əsasında göstərilmişdir. Müəllif, inkar edilməsi mümkün olmayan dəlillər 

əsasında vurğulayır ki,  sovet diktaturasının gətirdiyi qanlı rejimin, insan təbiətinə 

qarşı  yönəlmiş  zorakılığı,  insan  düşüncəsini  məhdud  çərçivələr  içərisinə  salmaq 

niyyəti,  azad  sənətkarlığı  və  fərdi  kəndli  təsərrüfatlarını  məhv  etmək  yönündə 

aparılan  iqtisadi  siyasət  mövcud  üsul-idarəyə  qarşı  xalq  qəzəbini  və  nifrətini 

zəruriləşdirirdi. 

   Kitabın nəzərimizi cəlb edən  uğurlu cəhətlərindən biri də xalqın  mövcud 

quruluşa qarşı etirazını Şəki çərçivəsindən çıxararaq ümumazərbaycan fonunda əks 

etdirə bilməsidir. Belə ki, müəllif Naxçıvan, Qax, Zaqatala, Gəncə və Şamaxıda da 

baş verən kəndli üsyanlarını da əhatə etməyə çalışmışdır. 

   Şəki ətrafındakı kənd və şəhərlərdə təşkil olunmuş silahlı üsyanları ad və 

ünvanları  ilə  göstərən  müəllif,  «Şəki  üsyanı»  adı  ilə  tarixə  düşmüş  bu  hərəkatın 

coğrafiyasını  da  çəkmişdir.  Məsələn,  müəllif  Əliabaddan  Novruz  Şirinovun, 

Varxiyandan  İslam  Qara  oğlunun,  Baş  Göynükdən  Süleyman  Salman  oğlunun, 

Qabaqçöl  kəndindən  Məmməd  Ramazan  oğlunun,  Tala  kəndindən  Həsən  Osman 

oğlunun dəstələrini bir-bir oxucuya təqdim edir. 

  Üsyanın  rəhbəri  isə  Peterburq  Konstantin  artilleriya  məktəbini  bitirmiş, 

1919-cu  ildə  qardaşları  Vahid  bəy  və  podpolkovnik  Hüseyn  bəylə  birlikdə 




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə