Amid Əlioğlu



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə23/43
tarix30.10.2018
ölçüsü1,73 Mb.
#76472
1   ...   19   20   21   22   23   24   25   26   ...   43

www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
fikirli-fikirli  əyləşən  gördüm.  Mən  də  onun  yanında 
özümə  yer  elədim.  İlk  olaraq  nə  baş  verdiyini 
soruşdum: 
-
 
Nə olub? Kimdi ki, onlar? 
-
 
Sakitcə  dayanan  qadını  görürsən?  –  əlini 
onlara tərəf uzatdı. 
-
 
Görürəm, – dedim. 
-
 
Bax, həmin qadın dünənə kimi elə həmin yerdə 
limon satırdı. 
-
 
Başa  düşmədim,  –  həqiqətən  hələ  də  heç  nəyi 
dərk edə bilmirdim.  
-
 
Azər,  o  qadın  uzun  müddət  idi  ki,  beş  ədədini 
bir  manata  limon  satırdı.  Hər  ehtiyac  olanda  limonu 
ondan  alırdım.  Bu  gün  isə  dilənir.  Bu  qədər  sadə. 
Gedək, - dedi və ayağa qalxaraq yataqxanaya getmək 
üçün yolunu dəyişdirdi.  
Sanki  ürəyimdən  daş  salladılar.  Ehtiyacı 
olanlara halal qazanc vermək əvəzinə, dilənçiliyi peşə 
seçənlərə  dəstək  olmağımızdır  bizi  cahil  edən. 
Özümüzü  göstərmək  üçün  pul  verməyimizdir 
dilənçilərin  sayını  artıran.  Bir  sözlə,  bizi  sivil 
insanlardan  fərqləndirən,  iyirmi  qəpik  verməklə 
hansısa istəyimizin gerçəkləşəcəyinə inanmağımızdır. 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
İki  dəqiqə  kimi  görünən  iki  gün  gəlib  çatdı. 
Bəli,  iki  dəqiqə  kimi  görünən  iki  gün.  Çünki 
istədiyimiz  məqam  gec,  istəmədiyimiz    isə  tez  çatar. 
İmtahan 
öncəsi 
yanıma 
gələn 
Əhmədi 
həvəsləndirmək  üçün  əlimdən  gələn  hər  şeyi  etdim. 
Amma  dostumun  o  saf  təbəssümü  saniyəlik  olurdu. 
Bütün dərs vəsaitini komplektləşdirdiyi dəftəri iyirmi 
dəqiqə ərzində təkrarlayıb ayrıldı yanımdan.  
Başım o qədər qarışmışdı ki, dörd saatdan sonra 
narahat  olmağa  başladım. Digər imtahanlardan sonra 
təəssuratlarını  bölüşmək  üçün  yanıma  gəldiyi  halda, 
bu dəfə ondan səs-soraq yox idi. Tələm-tələsik kəndə 
getdiyi  üçün  mənimlə  sağollaşmağa  vaxt  tapa 
bilmədiyini  düşündüm.  Bəlkə  da  imtahan  hələ 
bitməmişdi.  İçimdəki  narahatlıq  qurda  çevrilib 
daxilimi  yavaş-yavaş  yeyirdi.  İmtahan  keçirilən 
auditoriyaya  qalxdım.  İmtahan  bitmişdi,  tək-tük 
tələbələr  orda-burda  laqqırtı  vururdular.  Mətləbin  isə 
imtahan  başlayandan  bir  saat  sonra  oranı  tərk 
etməsini  eşidən  kimi  o  dəqiqə  dalağım  sancdı. 
Ağlıma  ilk  gələn  telefonuna  zəng  etmək  oldu.  Lakin 
on  bir  dəfə  ard-arda  etdiyim  zənglərim  cavabsız 
qalınca  çarəni  yataqxanaya  getməkdə  gördüm.  Sanki 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
həmin  an  ürəyim  ağzımdan  çıxacaqdı.  Nəsə  hiss 
edirdim.  Qəlbim  o  qədər  möhkəm  döyünürdü  ki, 
udquna  bilmirdim.  Yataqxananın  girişində  nəzarətçi 
kimi  dayanan  Abış  kişiyə  salam  verməmiş  Mətləbi 
soruşanda,  kişi  çaşqınlıq  içində  onun  xeyli  vaxtdır 
otağında olduğunu bildirdi. Bu mənim üçün şad xəbər 
idi.  Boş-boşuna  həyəcanlandığımı  fikirləşdim. 
Ağlımdan  keçdi  ki,  Mətləb  sonuncu  imtahanın 
suallarına  hamıdan  tez  cavab  yazıb,  kəndə  getməyə 
tələsdiyindən, 
pal-paltarını 
yığışdırmaq 
üçün 
yataqxanaya  gəlib.  Ona  görə  də  dəhlizin  sonundakı 
otağına  rahat  addımlarla  irəlilədim.  Həmişəki  kimi, 
daima  bağlı  saxladığı  qapını  özüməməxsus  şəkildə 
döydüm.  Bu  tip  qapıdöymə  sağ  əlin  dörd  barmağını 
ardıcıllıqda  qapıya  iki  dəfə  toxundurmaqdan  ibarət 
idi. Lakin Mətləb qapını açmaqda gecikirdi. Yır-yığış 
etdiyi üçün eşitmədiyini düşündüyümdən bu hərəkəti 
təkrarladım.  Lakin  qapı  yenə  də  açılmırdı.  Artıq 
çoxunun etdiyi kimi barmaqlarımın orta büklümlərini 
qapıya  zərbə  ilə  vurmağa  başlamışdım.  Sonra 
yumruq,  hətta  təpik...Qırmaq  üçün  cəftəni  var 
gücümlə aşağı-yuxarı edəndə qapı açıldı. Əslində heç 
bağlı  deyilmiş.  Hərə  üçün  fərqli  bir  dünyaya  açılan 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
qapı  mənim  üçün  cəhənnəmə  açılmışdı.  Və  bu 
cəhənnəmin  düz  ortasında  Mətləbin  hərəkətsiz 
vəziyyətdə  sallanan  cansız  bədəni.  Var  gücümlə 
qışqırmağımın  ilk  üç  saniyəsi  xaricində  həmin  ana 
dair heç nə xatırlamıram. 
Sonrası  da  ki,  cəmiyyətin  həmişəki  laqeydliyi. 
Dörd-beş  gündən  sonra  nə  yataqxanada,  nə  də 
universitetdə  belə  bir  hadisəni  xatırlayan  olmadı.  Elə 
bil  orada  hamıdan  yüksək  bal  toplayaraq  adını  əlaçı 
tələbə  kimi  tanıtdıran  Mətləb  heç  olmayıbmış.  Sanki 
sonuncu imtahanda müəllimin də qoşulduğu məsxərə 
olmayıbmış.  Elə  bil  tələbələrdən  birinin  “Eybi  yox, 
müəllim,  Mətləb  də  hər  gün  maşının  təkərlərini 
qaraldar...” – sözünə dəqiqələrlə gülənlər olmayıbmış.    
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
 
DÖRDÜNCÜ HİSSƏ 
DÜŞMƏN GÜLLƏSİ 
 
Əgər biz tez-tez keçmişi düşünürüksə,  
deməli indiki zamanı doğru yaşamırıq. 
Natalya Aleksandrovna 
 
 
Hərbi xidmət illərimin xatirələri... O xatirələr ki, 
yada 
salındıqca, 
düşünüldükcə, 
kiminləsə 
paylaşıldıqca,  sanki  yenidən  yaşanılır.  Dindən  sonra 
bəlkə  də  yeganə  müzakirə  mövzusudur  ki,  haqqında 
danışıldıqca  bezmək  olmur,  məsələlərin  əsas 
mahiyyəti  dərk  edilmədən  fikirlər  səsləndirilir.  Ən 
maraqlısı  isə  bu  xidməti  görmüş  insanların 
əksəriyyətinin  özünü  hər  sahədə  hamıdan  fərqli 
olduğunu  dilə  gətirməsi,  ancaq  ən  yaxşı  günlərindən 
dəm vurması və uydurduğu səhnələrə zaman keçdikcə 
özünün də inanmasıdır.  


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə