Altenranativ biznes iNKİŞaf modeli KİMİ françayziNQ



Yüklə 278,05 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix27.03.2018
ölçüsü278,05 Kb.
#35299
1   2   3   4   5   6   7   8   9   10

 

 

8



 

 

 

4.4

 

Françayzer-françayzi münasibətləri formaları 

 

Bu münasibətlər üzrə 4 növ françayzinq mövcuddur. Bunlar aşağıdakılardır:  

-

 



Standart/klassik françayzinq  

Françayzi bu françayzinqi alarkən giriş haqqı və aylıq satışdan müəyyən faiz haqqı ödəyir. Burada 

françayzi namizədlər diqqətlə seçilir, əmtəə nişanının istifadəsi, tədris, korporativ standartlar, nəzarət 

mexanizmi və digər şərtlərin yer aldığı müqavilənin notarial qaydada qeydiyyatı vacibdir. Bu növ daha 

çox Avropa və ABŞ-da yayılıb.  

 

-



 

Sərbəst françayzinq  

Tam sərbərstlik vəd edən və daha çox satış dileri kimi fəaliyyət göstərən françayzinq növüdür. Buraya 

əlavə olaraq əmtəə nişanı istifadəsi, tədris, məsləhət və xüsusi şərtlər əlavə olunur. Bu növ 

françayzinqdə giriş haqqı və satışdan faiz  (royalti) ya olmur, ya da simvolik bir məbləğ ödənilir. 

Məqsəd həmin yerdə mal/xidmətlərin satış şəbəkəsinin olması və brendin tanınmasıdır. Daha çox 

inkişaf etməkdə olan ölkələrdə rast gəlinən faydalı françayzinq növüdür.  

 

-

 



Gümüş françazyinq və ya “açar təslimi” biznesi 

Burada qarşılıqlı razılığa əsasın françayzerin özü satış/xidmət mağazasını qurur və françayziyə təhvil 

verir. Françayzi əlavə xərc ödəməklə tam hazır bir biznesə sahib olur.  

 

-



 

Qızılı françayzinq və ya master-françayzinq 

Qızıl françayzinq digərlərinə görə çox bahalı bir növdur. Burada françayziyə həmin coğrafi ərazidə 

başqalarına françayzinin təqdim olunması və biznesin inkişaf etdirilməsi hüququ verilir. Daha çox 

topdançılıq şərtlərinə oxşarlığı var.   



 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

9



 

5.

 

Biznes modeldə diqqət edilməli məqamlar 

 

Françayzinq sistemini yaratmaq üçün bir sıra meyarlar var ki, onlara diqqətlə yanaşmaq lazımdır. 



Bunlar aşağıdakılardır:  

 



Nəzərdə tutulan mallar və ya xidmətlər təcrübədə sınaqdan keçirilibmi? Bu? françayzinin biznesə vəsait 

qoymağa əmin olması üçün vacibdir; 

 

Mallar/xidmətlər fərqli xüsusiyyətlərə malikdir və potensial françayzini biznes sahəsində ticarət nişanı 



və ya ticarət markası dəstəkləyir. Bu başqa yol ilə əldə edilməsi çətin olan françayziyə qiymətli 

kommersiya aktivini təklif etməyə imkan vermir

 

Françayzinin françayzerə ötürdüyü sistem prosesləri sadə, qavranılması asan və istismara daxil edilməsi 



çox vaxt aparmayan olmalıdır. Bu, şirkətin dəyişməz imicinin bütün satış nöqtələrində uğurlu tirajının 

təyin edilməsi üçün vacibdir; 

 

Artım elə olmalıdır ki, həm françayziyə, həm də françayzerə gərəkli olan qazancı və investisiyalardan 



əldə olunan gəliri təmin etsin

 



Mütəmadi texniki dəstək və yardımın təmin olunması, eləcə də françayzinq şəbəkəsi biznesinin inkişafi 

üçün mexanizm yaradılmalıdr; 

 

Potensial françayzerin biznes-planına uyğun olan kifayət qədər françayzi olmalıdır. 



 

6.

 

Azərbaycan Respublikasında françayzinqin hüquqi bazasi  

 

Azərbaycanda françayzinq biznes modelini tənzimləyən əsas qanunverilicik aktı Mülki Məcəllədir



1

Françayzinqlə  dolayısı  ilə  əlaqəli  qanunvercilik  isə  Azərbaycan  Respublikasının  əmtəə  nişanları və 



coğrafi göstəricilər,  patent, sahibkarlıq, müəllif hüquqları və digər hüquqlar haqqında qanunlardır.   

Mülki Məcəllədə françayzinq müqaviləsinin hüquqi forması, tərəflərin vəzifələri, kommersiya sirri, 

tərəfdaşlıq zamanı və sonrası loyal rəqabət və s. müddəalar var.  

Həmçinin françayzinq hüququ münasibətlərinə tətbiq edilən aşağıdakı müddəalar yer alır

2

:   





Əgər  françayzinq  müqaviləsinin  predmetini  əqli  mülkiyyətdən  istifadə  hüquqlarının  verilməsi  təşkil 

edirsə,  ona  müəlliflik  hüququ  və  əlaqəli  hüquqlar  haqqında,  habelə  patent  hüququ  haqqında 

qanunvericiliyin müddəaları tətbiq edilir. (M:731.1.) 



Əgər  françayz  alan  françayz    verənin  və  ya  françayz  verənlə  bağlı  hər  hansı  müəssisənin  mallarını 



yaymaqla daimi məşğul olursa, bu Məcəllənin ticarət nümayəndəliyi və konsessiya müqaviləsi haqqında 

müddəaları tətbiq edilir. (M:731.2.) 



Əgər  françayzinq  müqaviləsinin  iştirakçıları  başqa  öhdəliklər  (o  cümlədən  alğı-satqı,  əmlak  kirayəsi, 



podrat  və  xidmətlər  göstərilməsi)  götürürlərsə,  iştirakçıların  hüquq  münasibətlərinə  bu  Məcəllənin 

həmin müqavilə növləri haqqında müddəaları tətbiq edilir. (M:731.3.) 

                                                           

1

 35-ci fəsil. 723-731-cü maddələr. 



2

 Mülki Məcəllə. 731-ci maddə 




 

 

10



 

Yuxarıda sadalanan müddəalarla yanaşı  françayzinqlə bağlı Mülki Məcəllənin müvafiq Borc

3



Lizinq



4

,  Ticari  nümayəndəlik

5

,  Kommersiya  konsensiyası



6

,  Komissiya  müqavilələri

7

  haqqında 



müddəalları tətbiq edilir.   

Kitabın “Əlavələr” bölməsində françayzinq müqaviləsinin nümunəsi təqdim olunub.  



 

6.1 Françayzinqin vergi və mühasibat uçotunun xüsusiyyətləri 

 

Françayzer  tərəfindən  françayziyə  istifadə  hüququ  verilən  əmtəə  nişanı,  əqli  mülkiyyət, 



texnikalar və s. qeyri-maddi aktivlər mühasibat uçotu əməliyyatlarına aiddir. Bu kimi mühasibat uçotu 

əməliyyatları lisenziya verən və alan tərəflər arasında müqaviləyə əsaslanır.   

12 saylı Milli Mühasibat Uçotu Standartına əsasən qeyri-maddi aktivin ilkin qiymətləndirilməsi 

onun ilkin dəyəri əsasında aparılmalıdır. 

Azərbaycan  Respublikası  Vergi  Məcəlləsinə  əsasən

8

,  aktivlərin  dəyərinə  onların  alınması, 



gətirilməsi,  istehsalı,  tikilməsi,  quraşdırılması  və  qurulması  üçün  çəkilən  xərclər,  həmçinin  vergi 

ödəyicisinin  gəlirdən  çıxmaq  hüququna  malik  olduğu  xərclər  və  əsas  vəsaitlərin  (vəsaitin)  yenidən 

qiymətləndirilməsindən  yaranan  artım  (yenidən  qiymətləndirilmə  nəticəsində  yaranan  müsbət  fərq) 

istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. 

Aktivlər  kreditlər  hesabına  alındığı  halda,  kredit  faizləri  aktivlərin  dəyərini  artırmır  və  Vergi 

Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılır. 

Milli mühasibat uçotu standartına əsasən qeyri-maddi aktivlər - bu, maddi-əşya tərkibinə malik 

olmayan  təsərrüfat  fəaliyyətində  istifadə  edilməsi  yaxud  idarə  edilməsi  üçün  təsərrüfat  subyekti 

tərəfindən (məxsus  olan) nəzarət olunan, həmçinin uzun müddət ərzində (bir ildən artıq)  istifadə üçün 

nəzərdə tutulmuş əmlak obyektləridir.  

Muhasibat  uçotunda  təsərrüfat  subyektlərinin  qeyri-maddi  aktivlərinin    tərkibində  patentlər, 

lisenziyalar,  intellektual  mülkiyyət,  əmtəə  nişanları  (firma  markaları  və  dərc  edilən  adları  daxil 

olmaqla),  müstəsna  hüquqlar,    kompüter  proqram  təminatı,  müəllif  hüquqları,  müştərilən  siyahıları, 

lisenziyalar,  marketinq  hüquqları,  idxal  kvotaları,  təşkilati  xərclər  (yeni  təsərrüfat  subyektinin 

yaradılması üzrə “start (başlanğıc) xərclər” kimi adlandırılan məsrəflər), nou-hau, bazar haqqında bilik,  

qudvil  (firmanın qiyməti), texniki bacarıqlar və s. öz əksini tapır.  

Qeyri-maddi  aktiv yalnız aşağıdakı hallarda aktiv şəklində  nəzərə alınır, əgər:  

                                                           

3

 Yenə orada. 37-ci fəsil. 739-746-cı maddələr 



4

 Yenə orada. 38-ci fəsil, 747-751-ci maddələr 

5

 Yenə orada. 42-ci fəsil. 789-799-ci madələr 



6

 Yenə orada. 43-cü fəsil. 800-807-ci madələr 

7

 Yenə orada. 44-ci fəsil 44, 808-821-ci maddələr



 

8

 Maddə 143. 




Yüklə 278,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə