Altenranativ biznes iNKİŞaf modeli KİMİ françayziNQ



Yüklə 278,05 Kb.
Pdf görüntüsü
səhifə7/10
tarix27.03.2018
ölçüsü278,05 Kb.
#35299
1   2   3   4   5   6   7   8   9   10

 

 

15



 

11)

 

Rəqabət üstünlüyü  

Müştəri  istək  və  ehtiyaclarını  öyrənən  və  təhlil  edən  françayzer  bazar  tendensiyasının  daha  yaxşı 

təhlilini  apara  bilər.  Bu  təhlilin  nəticəsi  rəqiblərlə  müqayisədə  bazardakı  tələbata  sürətli  cavab  vermə 

imkanı yaradır.  



 

12)

 

Saxta məhsullarla mübarizə 

Françayzerin məhsullarının satış və reklam hüququna sahib olan françayzi fəaliyyət göstərdiyi ərazidə 

həmin brend altında saxta məhsul/xidmətin satılmasının qarşını alır.   

 

8.4

 

Françayzerin riskləri  

Franşizanın verilməsi zamanı aşağıdakı risklər yarana bilər: 

Brendin imicinə zərər; 



Françayzinin müqavilə şərtlərini yerinə yetirməmə riski; 

Kommersiya sirlərinin və rəqabət üstünlüyü ilə bağlı məlumatların 3-cü tərəfə bildirilməsi riski; 



Françayzinin biznes etik normalarına riayət etməmə riski. 



 

8.5

 

İnvestisiya baxımından müsbət və mənfi cəhətlər  

 

Müsbət cəhətlər:  

Öz işinizi qurarkən itirəcəyəniz vaxtı və enerjini bu sistemlə minimuma endirmək mümkündür



Sistem  eyni  zamanda,  bir  açıq  təhsil  fakültəsi  kimi  də  qəbul  edilə  bilər.  İllərin  təcrübəsi  təcrübəli 

sahibkarlar tərəfindən və qısa zamanda verilən təhsillərlə ötürülməkdədir; 

Tanınmış bir marka ilə əvvəllər sınanmış, müvəffəqiyyət qazanmış  müəssisə sisteminə aid texnika və 



prosedurları istifadə etmək mümkündür;  

Qısa  zamanda  işin  pik  nöqtələrini  öyrənən  təşəbbüskar,  gerçək  bir  rəqabət  üstünlüyünə  sahib 



olmaqdadır;  

Françayzer  françayziyə  təhsil  xidmətləri  və  ixtisaslı  personal  dəstəyi  təmin  edir.  Bu  sistemdə 



təşəbbüskarın  arxasında  davamlı  olaraq  məsləhət  ala  biləcəyi,  hər  mövzuda  özünə  dəstək  olan  "bir 

bilən" var;  

Təşəbbüskar françayz sistemi sayəsində markaların təmin etdiyi davamlı müştəri imkanından faydalana 



bilər.  Marka  istehlakçı  tərəfindən  qəbul  olunduğu  üçün,  təşəbbüskar  rahatlıqla  məhsulu  sata 

bilməkdədir; 

Marka  ilə  birlikdə  milli  və  ya  beynəlxalq  standarta  uyğun  keyfiyyətə  sahib  olunur.  Beləliklə,  məhsul 



keyfiyyətini standart olaraq qoruya bilməkdədir; 

Təşəbbüskar,  hazır  bir  sistemə  sahib  olaraq  işə  başladığı  üçün  reklam  və  tanıtma  xərclərini  azaltmış 



olur; 

Keyfiyyətli  işçi  tapmaq,  işə  götürmək  və  ixtisasartırmaq  məsələlərində  françayzer  müəssisənin 



texnikalarından faydalanmaq mümkündür;  


 

 

16



 

Françayzer müəssisənin maliyyə və hüquq məsləhətçilərindən faydalanmaq olar;  



Françayzerin mütəmadi olaraq apardığı araşdırma və inkişaf etdirmə səylərindən faydalanmaq olar.  



 

Mənfi cəhətlər: 

Françayzinq sisteminə qatılmaq üçün ödənilən məbləğ olduqca yüksəkdir; 



Françayz müqaviləsinə görə lazımlı material və avadanlıq ana firmanın təyin etdiyi mağazalardan alınır, 

ya  da  ana  firma  tərəfindən  təmin  edilir.  Françayzi  öz  regional  tədarükçüsündən  daha  ucuz  satın  ala 

biləcəyi vəsaitləri belə ana firmanın təyin etdiyi yerlərdən almaq məcburiyyətindədir

Françayzi  sistemə  daxil  ödənişindən  əlavə,  mütəmadi  olaraq,  aylıq  satışın  müəyyən  bir  faizini,  yəni 



royalti əvəzini (1-11%) ana firmaya ödəmək məcburiyyətindədir. 

 

9.



 

Françayzinq şəbəkəsinin qurulması mərhələləri 

 

Françayzinq şəbəkəsinin qurulmasını 5 əsas mərhələyə bölmək mümkündür.  



1)

 

Sınaq Layihəsi 

Bu mərhələdə öncə ideyanın biznes konsepti hazırlanır və sınaq işləmə mexanizmi inkişaf etdirilir. 

Burada daha çox təşviqat-təbliğat, imicin formalaşması və s. marketinq işlərinin görülməsi nəzərdə 

tutulur.  



 

2)

 

Lazımi sənədlər 

İkinci mərhələdə müəyyən standartlar və qaydalar inkişaf etdirilir və bütün bunlar sənəd formasına 

salınır.  

 

3)

 

İlkin ödəniş və royalti  

Bu mərhələdə françayzer bazarın konyukturası, tələb-təklif, iqtisadi vəziyyət və s.quracağı françayzinq 

modelinin ilkin ödəniş və aylıq maliyyə gəlirləri siyasətini formalaşdırır. Brend qısa bir zamanda 

tanınması məqsədi ilə əlverişli şərtlərlə təklif olunur. Bəzi hallarda françayzinin satış dövriyyəsinin 1-

1,5%-i reklam xərclərinə də alına bilər.  

 

4)

 

Françayzilərin seçim meyarları 

Bu mərhələdə françayzer ona maraqlı hədəf françayzi namizədlərindən gözləntilərini müəyyən edir və 

ən maraqlı meyarları formalaşdırır.   

 

 

5)

 

Effektiv həvəsləndirmə və cərimələmə  

Hər bir biznes sahəsində olduğu kimi françayzilərin daha effektiv və səmərəli işləməsi üçün müəyyən 

satış  bonusları  və  həvəsləndirici  alətlər  tətbiq  olunur.  Bununla  yanaşı  müəyyən  brendin  imicinə, 

bazardakı mövqeyinə zərər gətirəcək davranışların cərimələnməsi də əvvəlcədən müəyyən edilir.  




Yüklə 278,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə