Altenranativ biznes iNKİŞaf modeli KİMİ françayziNQ



Yüklə 278,05 Kb.
Pdf görüntüsü
səhifə8/10
tarix27.03.2018
ölçüsü278,05 Kb.
#35299
1   2   3   4   5   6   7   8   9   10

 

 

17



 

10.


 

Françayzinq şəbəkəsinin idarə olunması və inkişafı  

 

Françayzinq şəbəkəsinin uğurla idarə olunması və inkişaf etdirilməsi üçün təcrübə ilə sınaqdan keçən 

texnikalar var. Bunları 4 istiqamət üzrə təsnifləşdirmək mümkündür:  

 

1)



 

Françayziyə daimi dəstək verməklə françayzinq şəbəkənizi genişləndirin. 

Bir françayzinq şəbəkəsinin uğuru onun françayzilərinin uğurlu fəaliyyəti deməkdir. Françayziyə dəstək 

onun loyallığını artırır. Eyni zamanda françayzi bu dəstəyi hiss etdiyi zaman ümumi brendin imicinin 

yüksəlməsinə də müsbət təsir edir.  



 

2)

 

Françayzinin fəaliyyətinə daimi nəzarət edin. 

Françayzer tərəfindən aparılan monitorinq və nəzarət açıq və gizli formada  ola bilər. Bu kimi nəzarət 

sistemi  françayzinin  daha  məsuliyyətli  olması  və  onun  məhsul/xidməti  keyfiyyətli  təqdim  etməsi  ilə 

nəticələnir.  



 

3)

 

Françayzilərinizə daimi marketinq texnikalarını tətbiq edin. 

Françayzinq daha çox sərbəst bazar iqtisadiyyatında geniş şəkildə biznes model kimi özünü doğruldur. 

Məhz  sağlam  rəqabətin  olduğu  bazarlarda  françayzinqin  uğurlu  fəaliyyəti  üçün  müasir  marketinq 

texnikalarından istifadə edilməsi qaçınılmazdır  



 

4)

 

Françayzidən gələn hər bir müştəri istək və ehtiyaclarına çevik reaksiya verin. 

Françayzilər  ümumi  françayzinq  sisteminin  bir  parçasıdırlar.  Onlar  bazarla  birbaşa  işlədiklərinə  görə 

bazarın tendensiyasının daha tez öyrənilməsi və dərhal reaksiya verilməsi baxımından əvəzolunmaz bir 

informasiya  mənbəyidirlər.  Françayzer  bu  kimi  bazar  araşdırması  xarakterli  məlumatları  mütəmadi 

almalı və lazım olduqda dərhal reaksiya verməlidir. 

 

11.

 

Dünyada və Azərbaycanda françayzinq  

11.1 ABŞ və Avropa təcrübəsi  

 

Françayzinq fəaliyyətinin hüquqi cəhətdən tənzimləməsi hər bir ölkədə fərqlidir. Qanunvericilik 

baxımından belə ölkələri 2 qrupa ayırmaq olar:  

1)  ABŞ-da  françayzinq  modelinin  tarixi  19-cu  əsrdən  başlayır.  1863-cü  ildə  “Zinger”  tikiş 

maşınları şirkətinin distribusiya  sistemində etdiyi  yenilik  bugünkü  françayzinq  anlayışına uyğun  gələn 

ilk nümunə sayılır. Belə nümunələr arasında 1888-ci ildə “General Motors”un və 1902-ci ildə dərman 

sektorunda “Racall”ın etdiklərini də göstərmək olar. Françayzinq sistemində əsl partlayışın baş verdiyi 

dövr isə 1950-ci illərin sonlarıdı. Bu dövrdə ticarət etməyin fərqli bir üsulu kimi tanınan françayzinq, 

1960-cı illərlə birlikdə sahibkarlığın inkişafını təmin edən mühim bir vasitə olub. İllər ötdükcə inkişaf 

edən, yeni çalarlar qazanan sistem müstəqil bir ixtisas sahəsinə çevrildi. Bu proseslərin təsirilə 1960-cı 




 

 

18



 

illərdə  françayzinq  sektorunun  ilk  birliyi  olan  IFA  Beynəlxalq  Françayzinq  Assosiasiyasının 

(International Franchise Association) yaradıldı.  

ABŞ  başda  olmaqla  əksər  inkişaf  etmiş  ölkələrdə  françayzinq  ətraflı  şəkildə  hüquqi  aktların 

mövzusu olub. Bunun üçün ABŞ-da ayrı bir francayzinq investisiya qanunu (Franchise Invesment Law) 

və  ticarət  tənzimləmə  qaydalari  (Trade  Regulation  Rules)  mövcuddur.  Bununla  da  françayzinq  bu 

ölkədə federal dövlətin və əyalətlərin qoyduğu möhkəm qaydalara görə aparılır. 

 

2)  Avropada  1970-ci  illərdən  başlayaraq  françayzinq  firmalarına  rast  gəlinir.  Avropa  ölkələri 



qanuni  tənzimləmə  yolu  tutmadılar  və  françayzinqin  tətbiqini  ümumi  hüquq  qaydaları  çərçivəsində 

aparmağa  çalışdılar.  Avropa  ölkələrində  yaradılan  milli  françayzinq  assosiasiyaları  Beynəlxalq 

Françayzinq Assosiasiyasının üzvüdür.  

 

11.2



 

MDB ölkələrinin (Qazaxıstan, Ukrayna, Rusiya) təcrübəsi  

 

Rusiyada françayzinq 1990-cı illərdən başlayaraq inkişaf edib. Bəzi qaynaqlar 1993-cü ili Rusiyada 

françayzinqin  başlanğıcı  kimi  təqdim  edir.  Bu  Rusiyada  ilk  “Baskin  Robins”in  açıldığı  tarixdir. 

Rusiyada  ən  tanınmış  françayz  şirkətləri  bunlardır:  “Subway”,  KFC,  “IL  Patio  Planet  Sushi”,  “Sela”, 

“Savage” və s. 



Ukraynada da françayzinq sistemi 990-cı ildən inkişaf etməyə başlayıb, lakin əsl partlayış 2004-cü 

ildən  sonraya  təsadüf  edir.  Həmin  tarixdən  ölkədə  françayz  şəbəkələrin  sayı  hər  il  orta  hesabla  30% 

artır. Hazırda bu ölkədə françayzinq prinsiplərindən 400 şirkət istifadə edir. Françayzinqin sahələr üzrə 

paylanması belədir: ticarət - 57,6%, iaşə - 19,2%, xidmət - 18,4%, sənaye - 2,5% və informasiya - 2%. 

Ukrayna  bazarında  həm    xarici,    həm  də  daxili  françayzerlər  fəaliyyət  göstərir.  Bəzi  Ukrayna 

şirkətlərinin başqa ölkələrdə françayz obyektləri var. Məsələn, FFS, “Arber”, “Jeans Super”, “VD one”. 

Ukraynada ən məşhur françayzerlər bunlardır: “Pizza Celentano”, “Sela”, “Fornetti”, “Eurotop”, “Bizim 

Edge”, “DiaWest”, “Good Day Pharmacy”, “TNK”.  



Qazaxıstanda 1990-cı illərin ortalarından bir çox markalar öz mağaza və moda butiklərini françayz 

sistemi  əsasında  açdılar.  1999-cu  ildə  açılan  “Ankara"  otelini  (hazırda  françayzi  otel  şəbəkəsi  - 

“InterContinental”),  "Ramstore"  ticarət  kompleksini,  “Baskin  Robbins”  kafesini  nümunə  göstərmək 

olar. Hazırda  bu ölkədə Rusiyanın pərakəndə satış və restoran  şəbəkələri üstünlük təşkil edir. Bu gün 

Qazaxıstanı françayzinq sahəsində regionda qabaqcıl ölkə adlandırmaq olar.  

 

11.3

 

Azərbaycanda Françayzinq 

 

Françayzinq Azərbaycan  Respublikasında  yeni  anlayış  olduğu  üçün  onun  haqqında  məlumat 

azdır. Françayzinq haqqında qanun, onun hüquqi tənzimlənməsi haqqında normativ hüquqi aktlar hələ 

hazırlanmayıb. Françayzinq əqli  mülkiyyətlə  əlaqəli  olduqda  ona  “Əqli  mülkiyyət  və  əlaqəli  hüquqlar 

haqqında”  qanun,  habelə,  “Patent  haqqında”  qanun,  malların  satışı  ilə  bağlı  olduqda  ticarət 



Yüklə 278,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə