Altenranativ biznes iNKİŞaf modeli KİMİ françayziNQ



Yüklə 278,05 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix27.03.2018
ölçüsü278,05 Kb.
#35299
1   2   3   4   5   6   7   8   9   10

 

 

6



 

Dünya üzrə ən geniş şəbəkəyə və gəlirə sahib ilk 10 françayzer 

müəssisəsi və fəaliyyət sahələri 

 

Adları 



Fəaliyyət sahələri 

Franşiza dəyəri 

1. “Hampton Hotels”  otelçilik 

 

$1,786,929 - $7,596,688 



 

2. “Ampm” 

Market və yanacaq doldurma məntəqəsi (YDM) 



$1,057,200 - $1,885,000 

3. “McDonald's” 

Hamburqer, toyuq, salatlar (“Fast food”) 



$1,057,200 - $1,885,000 

4. “7-Eleven Inc.” 

Market 


$30,800 - $604,500 

5. “Supercuts” 

Gözəllik salonu 



$112,550 - $243,200 

6. “Days Inn” 

Otelçilik 



$192,291 - $6,479,764 

7. “Vanguard 

Cleaning Systems” 

Təmizlik xidməti 



$8,200 - $38,100 

8. “Sverpro” 

 

Sığorta/Fəlakət sonrası bərpa və təmizlik 

xidmətləri  

$127,300 - $174,700 

9. “Subway” 

Dəniz məhsulları və sendviçlər  



$84,300 - $258,300 

10. “Denny's Inc.” 

 

 

Ailəvi restoran 



$1,125,609 - $2,396,419 

 

 



3.

 

Françayzinqin uğurlu olduğu biznes sahələri 

 

Françayzinqin  sənaye  istiqaməti  məhdud  deyil.  Mövcud  təşkilatı  model  brend  məhsullarının  

satışında (kosmetikadan tutmuş avtomobil istehsalına qədər), eyni zamanda,  əhaliyə xidmət və biznes 

sahələrində  də  fəaliyyət  göstərir,  həmçinin  orijinal  texnologiya  məhsullarının  istehsalı  sahəsindədə 

istifadə olunur. Aşağda françayzinqin daha çox istifadə olunduğu sahələrin xarakteristikası verilib: 

 



Ticarət.  Fraçayzi    françayzerin    firma  məhsullarının  (kosmetika,  ayaqqabı  və  geyimdən  tutmuş 

avtomobilə  kimi)  satışını  həyata  keçirir.  Mövcud  vəziyyətdə  mahiyyətcə  françayzer  (istehsalçı  və 

topdan satıcı) firma mağazalarının şəbəkəsini qurur. 

 



Xidmətlər. Xidmətlərdə istiqamətlər çox olduğundan françayzinq sistemi bu sahədə daha geniş yayılıb: 

YDM,  avtoservis,  avtomobil  kirayəsi,  turizm,  mehmanxana  biznesi,  ofis  xidmətləri,  nəşriyyat 

avadanlıqları  xidməti,  kartriclərin  doldurulması  və  yenidən  qurulması;  Kadrlar  üzrə  mütəxəssis  və 

mövsümi  işçi  götürülməsi  xidməti;  mühasibatlıq    və  vergi  konsaltinq  xidmətləri;  avtomatlaşdırılmış 

mühasibat uçotu, sığorta, inşaat, əmlak alqı- satqısı  və kirayəsi, yükdaşıma, nəşriyyat fəaliyyəti,  təhsil 

və  tərbiyə  (sürücülük  məktəbləri,  uşaq  bağçaları,    texniki  peşə  tədrisi  müəssisələri),  məişət  xidmətləri 

(gözəllik  salonları,  quru  və  kimyəvi  təmizləmə  xidmətləri),  evə  aid  xidmətlər  (təmizlik  xidmətləri, 

zərərli həşəratlara qarşı mübarizə xidmətləri, qapı-pəncərə, mühafizə xidmətləri, ev tekstili),  sağlamlıq, 

idman, istirahət,  əyləncə, evə çatdırılma s. 

 



İstehsalat. Bu sahəyə əsasən içki, qida, əczaçılıq, kosmetika, optika, uşaq məhsulları, kənd təsərüffatı 

malları istehsalı və kimya sənayesi aiddir. 



 

 


 

 

7



 

4.

 

Françayzinqin növləri 

 

Françayzinqin növlərini ümumi fəaliyyət və françayzer-françayzi münasibətləri baxımından 



təsnifləşdirmək olar:  

 

4.3



 

Ümumi fəaliyyət üzrə növlər 

 

Hazırda iş dünyasında istifadə olunan françayzinq biznes modelinin 4 əsas növü mövcuddur. Bunlar 

aşağıdakılardır:  

 

-

 



Məhsul / mal françayzinqi  

Ən geniş yayılmış bu françayzinq növündə françayzer tərəfindən istehsal olunan bir malın əmtəə nişanı 

altında françayziyə satış hüququ verilir. Bu françayzinq növündə farançayzi müəyyən üstünlüklərə sahib 

olur.  Bu  üstünlüklər  malın  endirimli  satışı,  marketinq  və  reklam  dəstəyi,  işçilərin  təlimi  və  digər 

formalarda  olur.  Bununla  yanaşı,  françayzi  özü  üzərinə  müəyyən  öhdəliklər  götürmüş  olur.  Bunlar 

markanın  istifadə  qaydaları,  satış  texnikaları,  malların  çeşidi  və  sairdir.  Dünyada  ilk  məhsul/mal 

françayzinqini  biznes  inkişaf  modeli  kimi  istifadə  edən  məşhur  şirkətlər  “Singer  Sewing  Machin 

Company” və “General Motors” olub.  

 

-

 



İstehsalat françayzinqi  

İstehsalat françayzinqi franşizanı alana sərbəst françayzinq brendinin istehsalı və realizasiyası hüququ 

verir. Brendin sahibi françayziyə kommersiya və texnologiya sirlərini açıqlayaraq istehsalatın keyfiyyət 

standartlarını  öyrədir.  İstehsalat  françayzinqində  françayziyə  istehsalat  və  satışın  təşkili  üçün  istifadə 

olunan avadanlıq və texnikalar çox güzəştli (endirimli qiymətlə, kreditlə və s.) şərtlərlə təmin edilir. Bu 

biznes modeli ilə “Pepsi”, “Coca-cola” və digər məşhur brendlər fəaliyyət göstərir.  

 

-

 



Xidmət (servis) françayzinqi 

Xidmət  sahəsi  ilə  əlaqəli  bu  françayzinq  növündə  bir  marka  adı  altında  patentli  hüquq  françayziyə 

verilir.  Hər  bir  françayzinqdə  olduğu  kimi  burada  da  françayzer  tərəfindən  reklam  və  marketinq, 

təlimləndirmə  və  digər  standartlarla  bağlı  dəstəklər  mütəmadi  xarakterli  olur.  Bu  françayzinq  növünə 

“Hugo Boss”, “Pizza Hut”, “BlockBaster” və digərləri aid edilə bilər.  

 

-

 



İşgüzar və ya sahibkarlıq françayzinqi  

İşgüzar  və  sahibkarlıq  françayzinqinin  mahiyyəti  brendin  sahibi  françayziyə  sadəcə  bu  və  ya  digər 

marka  adı  altında  fəaliyyət  göstərməyi  deyil,  həmçinin,  biznesin  giriş  mexanizmi,  şirkətin  rəqabət 

mühitinin  təhlili  dəstəyini  verir  və  nəticə  olaraq  françayzi  şirkətin  bir  parçasına  çevrilir.  Bu  formada 

müştərinin  gözündə  françayzer  və  françayzi  vahid  bir  firma  kimi  tanınmağa  başlayır.  Buna  ən  bariz 

örnək kimi “McDonalds” göstərmək olar.  




Yüklə 278,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə