Altenranativ biznes iNKİŞaf modeli KİMİ françayziNQ



Yüklə 278,05 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix27.03.2018
ölçüsü278,05 Kb.
#35299
1   2   3   4   5   6   7   8   9   10

 

 

19



 

nümayəndəliyi  və  konsessiya  haqqında  Mülki  Məcəllənin  müddəaları,  əgər françayz alan  başqa 

xidmətlərin  göstərilməsini  (alqı-satqı,  podrat,  əmlak  kirayəsi  və  s.)  öhdəsinə  götürürsə,  onda  Mülki 

Məcəllənin  həmin  münasibətləri  tənzimləyən  müddəaları  tətbiq  olunur.  Azərbaycan  Respublikası 

müstəqillik  qazandıqdan  sonra  xarici investorların respublikamıza  marağı  tədricən  artmağa  başladı. 

«Əsrin  müqaviləsi»  imzalandıqdan  sonra  Azərbaycan  bütün  dünyada  tanındı  və  bunun  nəticəsində 

dünyanın bir çox tanınan iri neft şirkətləri, transmilli korporasiyalar Azərbaycana investisiya qoymağa 

başladılar.  Hazırda  Azərbaycanda  «Coca-Cola»,  «Pepsi»  şirkətləri,  «Holiday İnn»,  «Hyatt Regency» 

mehmanxanaları,  «McDonald’s»,  «Pizza Hut»  restoranları françayzinq müqaviləsi  əsasında  fəaliyyət 

göstərirlər. Françayzinq müqaviləsi  əsasında  fəaliyyət  göstərmək,  hər  hansı  sahə  üzrə  iş  qurmaqdan 

daha  sərfəli  olduğuna  görə,  bu  sahə  çox  böyük  sürətlə  inkişaf  edir.  Françayzinqdə hamının  tanıdığı, 

yenidən reklama ehtiyacı olmayan məhsul istehsal olunur və yaxud satılır.  

Françayz verən françayz alanın 

gəlir 


götürməsində 

maraqlıdır. 

Belə 

ki, 


onun 

gəliri françayz verənin  də  gəliri  deməkdir.  Buna  görə  də,  o, françayzer  françayziyə  kömək  göstərir, 

açılışa  yardım  edir,  işçilər  üçün  ixtisasartırma  kursları  təşkil  edir,  işin  gedişinə  nəzarət  edir 

və françayz alanı  yeni françayz sisteminin  tərkib  hissələri  ilə  tanış  edir.  Bundan  başqa,  müəyyən 

ərazidə françayz alana françayz verən  öz  məhsullarının  satışında  və  istehsalında  inhisar  hüququ  verir 

(konsessiya  müqaviləsində  olduğu  kimi).  Bu  baxımdan françayzinq iqtisadiyyatın  bazar  qanunlarına 

əsasən formalaşdırılmasında böyük perspektivlərə malikdir.    

 

12.

 

Dünyada və Azərbaycanda Françayzinq qanunvericilikləri 

 

 



 

Françayzinq 

haqqında 

qanun 

Tənzimlənən müvafiq qanunvericilik və normativ sənədlər 

ABŞ 


Mövcuddur-

1970 


ABŞ-də bu sahədə qəbul edilən qanunvericilik aktları aşağıdakılardır:  

“Lanham Act” (markalar), “Antitrust Law” (Antiinhisar), “Federal Trade 

Commmission Act” (haqsız rəqabətlə mübarizə), “Automobile Dealer 

Franchise Act” (avtomobil satıcıları), “Petroleum Marketing Practices Act” 

(Yanacaqdoldurma məntəqələri), “California Franchise Investment Act/1970” 

(françayzinin müdafiəsi), “Federal Trade Commission Act/1971” 

(françayzinqin tənzimlənməsi). 1975-ci ildə “Midwest Securities 

Commissioners Association UFOC” (vahid françayzinq məlumat forması) 

təkmilləşdirilərək Federal Ticarət Komissiyası tərəfindən qəbul edilib. Bundan 

sonra bütün ştatlarda françayzinq müqavilələrinin qanunla qorunduğu bəyan 

edilib. 



 

 

20



 

Avropa İttifaqı  Mövcud deyil 

Ayrıca qanun olmasa da, françayzinqin Avropada vahid qanunvercilik bazası 2 

əsas sənədə əsaslanır: 

1-

 

Avropa  Françayzinq  Federasiyası  tərəfindən  1991-ci  ildə  qəbul  edilən 



“Françayzinq etikası ilə bağlı Avropa Kodeksi”  və Avropa İttifaqı İqtisadiyyat 

Komissiyasının  1999-cu  ildə  qəbul  etdiyi  “Françayzinq  Anlaşmaları  ilə  bağlı 

tənzimləmə  qaydaları”  (EC  Block  Exemption  Regulation  for  Franchise 

Agreements-VEBA).

 

Türkiyə 


Mövcud deyil 

Türk Ticarət Qanunu ilə tənzimlənir. 

Alqı-Satqı, agentlik, xidmət, vəkalət, nümayyəndəlik müqavilələri,  

Mülku Məcəllə/Borçlar Qanunu (184, 248, 313,355-ci maddələr)/Yargıtay 

(Məhkəmə) doktrinaları françayzinqin ətraflı tərifinə əsaslanır. 

Bundan əlavə, Rəqabət Qurumu (Rekabet Kurulu) françayzinq  müqavilələrinə 

dair nizamnamə (Avropa Topluluğu Kommisiyasının nizamnaməsi əsasında) 

də hazırlayıb. 

Rusiya 

Mövcud deyil  



Rusiya Federasiyasının Mülki Məcəlləsi: 

4-cü fəsil: Müəllif və digər əqli mülkiyyət hüquqlarının qorunması, 

54-cü fəsil: Kommersiya Konsessiyası. 

Qazaxıstan 

Mövcuddur- 

2002 


Qazaxıstan Respublikasının “Françayzinq kompleks sahibkarlıq lisenziyası 

haqqında” qanunu  

Ukrayna 

Mövcud deyil 

Ukrayna Respublikasının Mülki Məcəlləsi: 

76-cı fəsil: 1115-1129-cu maddələr   

Moldova 

Mövcuddur-

1997 

Qanunda françayzinq ilə bağlı çox ətraflı müddəalara yer veriliib.  



Azərbaycan 

Mövcud deyil 

Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 723-731-cü maddələr, 

Digər əlaqəli qanunvericilik aktları:  

o

 



"Əmtə nişanları və coğrafi göstəricilər haqqında” qanun 

o

 



“Patent haqqında” qanun 

o

 



“Sahibkarlıq haqqında” qanun 

o

 



“Müəllif hüquqları və əlaqəli hüquqlar haqqında” qanun 

 

 



 

 

 



 

 

 



 


 

 

21



 

13.

 

Əlavələr 

 

13.1 “YURN BRANDS” ŞİRKƏTİNİN FRANÇAYZİ TƏLƏBLƏRİ (NÜMUNƏ) 

 

Luisvill  (ABŞ)  şəhərində  əsası  qoyulmuş  “Yurn!  Brands  Inc.”  dünyada  ən  böyük  restoran 



biznesinə  malik  şirkətdir.  Şirkətin  dünyanın  100  ölkəsində  35 000-dən  çox  restoranı  var.  Şirkətin 

restoran sahəsindəki 4 brendi - KFC, “Long Dohn Silver`s”, “Pizza Hut” və “Taco Bell” toyuq və dəniz 

məhsulları “fast food”unda, pizza hazırlanması və Meksika mətbəxi sahəsində dünya liderləridir.  

Bununla  bərabər,  “A&W  –  All  american  food”  restoranlar  şəbəkəsi  ən  uzun  ömürlü 

françayzinqdir.  Şirkətin  illik  gəliri  françayzi  şirkətlərdən  gələn  gəlirlər  də  daxil  olmaqla  10  milyard 

ABŞ dollarıdır. Baxmayaraq ki, “Yurn! Brands Inc.”  françayzinqi bir çox sahibkar üçün gözəl şansdır, 

lakin  hər  işadamına  uyğun  deyil.  “Yurn!  Brands  Inc.”  sizə  uyğun  olub-olmadığını  aşağdakı 

kriteriyalardan yoxlaya bilərsiniz: 

 

1)

 

İnkişaf üçün kapitalınız varmı? 

-

 

1 mln. ABŞ dolları dəyərində şəxsi mülk; 



-

 

Gələcək inkişaf üçün təsdiqlənmiş plan. 



2)

 

Göstərilmiş fəaliyyət sahəsində işləmək üçün zəruri şəxsi keyfiyyətlərə sahibsinizmi? 

-

 

İş prosesində daimi məşğul olmaq;  



-

 

Motivasiya, münasib riski üzərinə götürmək bacarığı 



-

 

Kritik vəziyyətdə işləməyi  bacarmaq; 



-

 

Vəziyyətin dəyişməsinə uyğun qərarlar qəbul etmək



-

 

Özünü təkmilləşdirmə sahəsində bacarıqların artırılması və inkişaf etdirilməsi; 



-

 

Müştərilərin vacibliyini başa düşmək və onlarla davranış qaydalarını bilmək. 



3)

 

İşə məqsədyönlülüyünüz varmı? 

-

 

“Fast food” restoranında işin gedişatının öyrənilməsi; 



-

 

Françayzinq sahəsində sərbəst işləmək bacarığı; 



-

 

Uğurlu və böranlı vəziyyətlərdə işləmək bacarığı. 



4)

 

Biznes sahəsində iş təcrübəsinə maliksinizmi? 

-

 

Hazırkı vəziyyətinizdə uğurlusunuzmu, gəlir və itkilərinizə münasibətiniz; 



-

 

Ümumi idarəçiliyi bilmək; 



-

 

Analitik təhlil bacarığı; 



-

 

Yerli bazarın araşdırmalarını geniş şəkildə nümayiş etdirmək



-

 

Qida sahəsində iş təcrübəsinin olması,  əgər yoxdursa, siz bu sahədə təcrübəli işçi dəvət etməlisiniz. 



5)

 

Öz işçilərinizin potensiallarını inkişaf etdirmələrini istərdinizmi? 

-

 

İşçilərə zəngin resurs kimi davranmaq



-

 

İşçiləri işə cəlb etmək; 



-

 

Dəyərli kadrların tapılması və seçilməsi. 




Yüklə 278,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə