Altenranativ biznes iNKİŞaf modeli KİMİ françayziNQ



Yüklə 278,05 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix27.03.2018
ölçüsü278,05 Kb.
#35299
1   2   3   4   5   6   7   8   9   10

 

 

13



 

françayzinqdə  də  mövcud  ola  bilər,  lakin  bir  çox  hallarda  bu,  müqavilənin  bütün  məğzi  deyil,  yalnız 

bölmələrindən biri olacaq.  

            Lisenziyalaşdırma  və  nou-hau  üzrə  razılaşmalar.  Bu  müqavilələr  əsasən,  eyni  növ  sazişləri 

təşkil  edirlər.  Lisenziya  sövdələşmə  zamanı  bir  tərəfin  digər  tərəfə  müəyyən  funksiyaları  yerinə 

yetirmək üçün  icazə verməsidir. Nou-hau üzrə müqavilə isə lisenziya müqaviləsinin  xüsusi  növüdür, 

əsasən istehsalat prosesi və ya komplektləşdirici məmulata münasibətdə bağlanılır. Bu növ müqavilələr 

patent  və  ya  əmtəə  nişanından  istifadə  əsasında  meydana  gəlir  və  adətən,  mal  və  ya  komplektləşdirici 

məmulatın istehsalına  icazə verir. Lisenziyanı verən  (lisenziya sahibi-françayzer) yalnız bir biznes ilə 

məğul ola bilər: lisenziya sahibi lisenziya müqavilələri və ya nou-hau üzrə müqavilələrə müvafiq olaraq 

fəaliyyətini istənilən digər fəaliyyət növləri ilə birləşdirə bilər.  

Distribütor  kimi  lisenziya  sahibi  də  müstəqil  biznesmendir.  Lisenziya  sahibi  ona  hüquqları 

verən  şəxsin  adından  və  ya  onun  tapşırığı  ilə  hərəkət  etmir.  Bu  razılaşma  françayzinqin  sahibkarlıq 

formasına olduqca yaxındır (oxşardır),  lakin onunla fərqlənir ki, lisenziya sahibi  hər hansı   məcburi 

sistemə tabe olmamalıdır.  

         Təcrübədə françayzinqin bu formalardan nə ilə fərqləndiyinə diqqət yetirək. Ət məhsulları istehal 

edən və öz xətlərinin birində hamburgerin istehsalına başlayan şirkətin timsalında buna baxaq. Təcrübə 

hamburgerlərin yaxşı satıldığını və onlara böyük tələbatın olduğunu göstərir. Marketinq şöbəsinin gənc 

əməkdaşı  şirkətə  hamburgerlərin  satışı  üzrə  yeni  şəxsi  restoranı  açmağı  təklif  edir.  Şirkət  bu  ideyanı 

həyata keçirir. 

       Beləliklə,  farnçayzinq  sadəcə  alternativ  həll  deyil,  həmçinin  öz  biznesini  genişləndirmək  üçün 

istifadə  edilə  biləcək,  istehsalçı,  topdansatış  və  pərakəndə  satış  tacirinin  arsenalında  olan  daha  bir 

vasitədir.  Buradan  belə  nəticəyə  gəlmək  olar  ki,    françayzinq  sistemi  demək  olar  ki,  istənilən  işgüzar 

fəaliyyət  növü  üçün  tətbiq  oluna  bilər.  Lakin  bu,  istənilən  biznesin  françayzinq  ilə  uğurlu  olacağı 

anlamına  gəlmir.  Uğurlu  françayzinq  sistemləri  adətən  yeni  ideyalar,  patentləşdirilmiş  avadanlıq  və 

əmtəə  nişanları  assosiasiyaları  əsasında    yaradılır.    Onlar  mövcud    konsepsiyalara  yeni  yanaşmaları  

nümayiş  etdirirlər.  



 

8.

 

Françayzinq - alternativ biznes inkişaf modeli kimi 

8.1 Françayzerin qazancları 

 

Şirkətlərin françayzer olma qərarları aşağıdakı üstünlüklər nəzərə alınaraq verilir: 



1)

 

Biznesin yeni bazarlarda yayılması  

Bu, bir şirkətin məhsul və xidmətlərinin yeni bazarlara çıxışının və tanınmağın təmin edilməsidir.  



 

2)

 

Satış şəbəkəsinin səmərərli genişləndirilməsi  

Bu, məhsul və xidmətlərin satış şəbəkəsinin minimum xərclə (icarə, işçi, reklam və s.) 

genişləndirilməsidir.  

 



 

 

14



 

3)

 

Əlavə biznes fəaliyyətinin olması 

Françayzinq fəaliyyəti zamanı əlavə biznes sub-xidmətlərin göstərilməsi və dolayı qazanc mənbəyi 

olmasıdır.  

 

4)



 

Biznesin sürətli inkişafı  

Bu,  normal  şərtlərlə  biznesin  və  satış  şəbəkəsinin  genişləndirilməsinə  sərf  olunan  vəsaiti  xərcləmədən 

maraqlı  bir  franşiza  ilə  qısa  bir  zamanda  bazarda  böyüməsidir. Məşhur  “GroupOn  internet”  alış-veriş 

saytı  fəaliyyətə  başladığı  ilk  ildə  satış  dövriyyəsi  150  milyon  dollar  olub.  Hazırda  şirkətin  dəyəri  9 

milyard dollardır.  

 

5)



 

Reklamla yeni hədəf müştərilərin cəlb olunması  

Françayzerin təşviqat və təbliğat fəaliyyəti ilə hədəf müştəriləri üçün məhsul və xidmətlər daha əlçatan 

hala  gəlir.  Məsələn,  TV  kanallarında  yayımlanan  reklam  vasitəsilə  françayzinin  fəaliyyət  göstəridiyi 

ərazidəki potensial müştərisini real müştəriyə çevirməsidir.  

 

6)

 

Yeni investisiyaların cəlb olunması 

Açılan  hər  bir  françayzi  mövcud  biznesə  qoyulan  investisiyadır.  Xüsusən  tələbatlı  məhsul/xidmətləri, 

uğurlu idarəetməsi, maraqlı əməkdaşlıq şərtləri və rentabelliyi olan franşizalarda yeni investorların cəlb 

olunması daha rahatdır.  



 

7)

 

Yeni qazanc mənbələri 

Françayzinq  şəbəkəsinə  daxil  olan  hər  yeni  françayzinin  ödəyəcəyi  ilkin  ödəniş  və  aylıq  satış 

dövriyyəsindən əldə olunan məbləğ (royalti) françayzerə qazanc mənbəyi təmin edir.  

 

8)

 

Yeni satış kanalları 

Françayzerin  məhsul  və  xidmətlərinin  satışlarına  müsbət  təsir  edərək  yeni  satış  nöqtələrində  ümumi 

dövriyyəni artırır.  

 

9)

 

Bazar payının artırılması  

Bu,  françayzerin  məhsul  və  xidmətlərinin satışlının  artırılması  ilə  bazar  payının  artırılması  və  bazarda 

mövqeyinin gücləndirilməsidir.  

 

10)

 

Bazar araşdırması  

Hər  bir  françayzinin  müştəri ilə  birbaşa işlədiyinə  görə  onun tələbatlarını, istək  və  ehtiyaçlarını  yaxşı 

bilməsi  və  onun  françayzerlə  bölüşməsi  marketinq  araşdırması  baxımından  ən  sağlam  informasiya 

mənbəyi hesab olunur.  



 

 


Yüklə 278,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə