Altenranativ biznes iNKİŞaf modeli KİMİ françayziNQ



Yüklə 278,05 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix27.03.2018
ölçüsü278,05 Kb.
#35299
1   2   3   4   5   6   7   8   9   10

 

 

11



 

a)

 



aktivin tələbinə cavab verirsə; b) ölçülə biləndirsə; c) əhəmiyyətə malikdirsə; d) etibarılıdırsa; e) 

gələcəkdə iqtisadi  gəlir gətirirsə; k) müəyyən edilərsə (yəni, istifadə edildiyi istehsalatdan ayrı 

şəkildə istifadəsi mümkündürsə).  

 

Alınma zamanı qeyri-maddi aktivlər onların alınma (əldə edilmə) dəyəri üzrə əks etdirilməlidir. 



Alınma dəyəri aktivin alınması ilə əlaqədar çəkilən bütün məsrəflər,  eləcə də alış qiyməti, daşınma üzrə 

xərclər  və  hüquqi   xərclər,  həmçinin  alınma  ilə  bağlı  istənilən digər    xərclərdən  ibarətdir.  Əgər  qeyri-

maddi  aktivlər  pulsuz  mübadilə  (barter)  qaydasında  əldə  olunursa,  onların  dəyəri  ya  mübadilə  üçün 

verilən  əmlakın,  ya  da  qiymətləndirmələrdən  hansıına  daha  çox  üstünlük  verilməsindən  asılı  olaraq 

alınmış hüquqların bazar qiyməti üzrə müəyyən edilə bilər.  

Qeyri-maddi  aktivin  dəyəri  fəaliyyət  (qüvvədə  olma)  müddəti    və  ya  qeyri-maddi  aktivin 

nəzərdə  tutulan  istifadə  (yararlılıq)  müddəti  ərzində  sistematik  şəkildə  silinməlidir.  Qeyri-maddi 

aktivlərin satışı və əvəzi ödənilmədən verilməsi üzrə dövriyyələrdən əlavə dəyər vergisi (ƏDV) tutulur. 

Əvəzi  ödənilmədən  verilmə  zamanı  təqdim  edən  tərəf  ƏDV  ödəyicisi  qismində  çıxış  edir.  Lakin 

françayzinq zamanı qeyri-maddi aktivlərin obyektlərini deyil, onlardan istifadə etmək hüququnu satırlar.  

Bu halda qeyri-maddi françayzer aktivlərinin dəyəri və onların köhnəlmə  məbləği dəyişir, satış 

hesabı  üzrə  yalnız  qeyri-maddi  aktivlərin  müvafiq  obyektləri  üzrə  hüquqların  satışından  əldə  edilən 

gəlirin məbləği əks olunur. Françayziyə gəlincə, o franşizanın ilkin dəyərini kapitallaşdırmalı və xərclər 

hesabına    silməlidir.    Əgər  müəyyən  müddət  ilə  məhdudlaşdırılıbsa,  dəyəri  həmin  müddət  üzrə 

amortizasiya  edilməlidir.  Əgər  konkret  müddət  müəyyən  edilməyibsə,  amortizasiya  dövrü 

qiymətləndirmələr  ilə  müəyyən  edilmiş  istifadə  müddətinə  əsaslanmalıdır.  Bu  qiymətləndirmələr 

əvvəlki  qiymətləndirmənin  yenidən  nəzərdən  keçirilməsi  zərurətini  müəyyən  etmək  məqsədilə  həyata 

keçirilir. Lakin tam amortizasiya dövrü 40 ildən artıq olmamalıdır.  

Françayzerə  xidmətlərə  görə  (məsələn,  reklam  kampaniyaları,  təşkilati  məsələlər  üzrə 

məsləhətlərin  və  s.  keçirilməsinə  görə)  françayzinin  illik  və  cari  ödəmələrini  artıq  mövcud  xərclərə 

silmək lazımdır, çünki onlar gələcəkdə ölçülən gəlir gətirməyəcək. Əgər franşiza dəyərini  itirirsə və ya 

qanunla ləğv edilirsə, amortizasiya  olunamamış  məbləği dərhal zərərə silmək lazımdır.  

İndi isə bəzi vergilərin ödənmə xüsusiyyətini  nəzərdən keçirək.  

Mənfəət  vergisi.  İntellektual  fəaliyyətin  nəticəsi  üzrə  hüquqlardan  və  fərdiləşdirmə  

vasitələrindən  (xüsusən,  ixtira,  sənaye  nümunələri  və  intellektual  mülkiyyətin  digər  növlərinə  olan 

patentlərdən  meydana  gələn  hüquqlardan)  istifadəyə  görə  dövri  (cari)  ödəmələri  françayzi  istehsal  və 

satış  ilə  əlaqədar  digər  xərclərin  tərkibinə  daxil  edir.  Nəticə  etibarı    ilə,  bu  məbləğlər  vergi  bazasını 

azaldan  xərclər  qismində  nəzərə  alınır.  Bundan  əlavə,  xatırlamaq  lazımdır  ki,  vergi  bazasını  azaldan  

digər xərclərə françayzinin françayzerə  ödəyə biləcəyi digər ödəniş növləri aiddir: elektron-hesablama 

maşınları  üçün  proqramlardan  və  lisenziya  sazişi  üzrə  hüquq  sahibi  ilə  müqavilələr  üzrə  məlumatlar 

bazasından  istifadə  hüquqlarının  əldə  edilməsi  ilə  əlaqədar  xərclər.  Göstərilən  xərclərə  elektron-

hesablama  maşınları  və  məlumatlar  bazası  üçün  proqramların  yenilənməsi  üzrə    xərclər,    vergi 

ödəyicisinin  fəaliyyətini  həyata  keçirmək    üçün  kənar  hüquqi  və  ya  fiziki  şəxslər  tərəfindən  yerinə 




 

 

12



 

yetirilən  işlər  və  xidmətlərin  dəyərinin    ödənilməsi,  satış  bazarlarının  öyrənilməsinə,  reklama  çəkilən 

xərclər,  məsləhət,  informasiya    xidmətləri,  vergi  ödəyicisinin  fəaliyyəti  üçün    tələb  olunan  kadrların 

hazırlanması  və  yenidən    hazırlanması  üçün  çəkilən  xərclər,  vergi  ödəyicisinin  fəaliyyətində  tələb 

olunan kənar, xarici mütəxəssislərin işə dəvət olunması ilə əlaqədar  xərclər də aiddir.  

Beləliklə,  vergi  qanunvericiliyi  françayzerə  ödənilən  cari  ödəmələrin  əsas  növlərini  xərclərə 

daxil etməyə imkan verir.  

Əlavə dəyər vergisi. İntellektual mülkiyyət obyektlərindən istifadə  hüququnun verilməsi üzrə  

göstərilən  xidmətdir.    Bu,  müqavilə  üzrə  edilən  ödənişlər  zamanı  françayzerin    françayziyə    hesab-

fakturanı,  ƏDV  ayrıca  göstərilməklə,  təqdim  etməli  olduğunu  göstərir.  Əgər  françayzer  vahid  vergi 

ödənişini həyata keçirən hüquqi şəxsdirsə, bu zaman françayzer  ƏDV-siz, yəni “ƏDV tətbiq olunmur”  

qeydi  ilə    hesab  fakturanı    françayziyə    təqdim  edir.  Əgər  françayzer    qismində    Azərbaycan 

Respublikasının vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyatda olmayan  xarici şirkət çıxış  edirsə, 

bu zaman vəziyyət fərqlidir. Bu halda françayzerin qeydiyyat  ölkəsi xidmətlərin satış yeri hesab olunur. 

Nəticə etibarı ilə, Azərbaycan şirkəti xidmətlərin idxalçısı  qismində çıxış edir və əcnəbiyə münasibətdə 

vergi  agenti  funksiyalarını  yerinə  yetirməlidir.  Xidmətlərin    alınması  ilə  bağlı    sənəd    imzalandıqdan 

sonra    françayzi    verginin  məbləğini  müəyyən  edilmiş  dərəcə  üzrə  hesablamalı  və  onu  büdcəyə 

köçürməlidir.  Françayzi  xarici françayzerə  məbləği  ƏDV-siz ödəyir.  

 

7.

 

Françayzinq müqaviləsini digər oxşar müqavilələrdən fərqləndirən nədir?  

 

Françayzinq  müqavilələri  sazişlərin  digər  formalarına  -  agentlik,  distribütor  və  lisenziya 



sazişlərinə,  eyni  zamanda  nou-hau  üzrə  müqavilələrə  olduqca  yaxındır.  Bu  formaları  qısaca  nəzərdən 

keçirək və onları françayzinq  ilə müqayisə edək.  



Agentlik  müqavilələri.  Bu  zaman  agent  öz  adından  fəaliyyət  göstərmir,    agent  satıcı  və  öz 

tərəfdaşının  mallarının  alıcısı  kimi  çıxış  etmir.  Agent  françayzerin  tapşırığı  və  onun  adından  fəaliyyət 

göstərir.  Üçüncü  tərəfin  qarşısında  onlar  arasında  fərqlər  yoxdur.  Tərəfdaş  və  onun  agenti  arasında 

adətən  üçüncü  tərəfə  aidiyyatı  olmayan  müəyyən  öhdəliklər  mövcuddur.  Françayzinqin  bütün 

növlərində  tərəflər  onların  münasibətlərinin  agentliklərdə  mövcud  olan  münasibətlər  ilə  eyni  xarakter 

daşımaması üçün səylər göstərirlər. Sazişdə operatorun agent və ya françayzerin tərəfdaşının olmaması, 

onun  bu  hüquqa  malik  olmaması  xüsusi  şəkildə  vurğulanır.  Müqavilədə  operatorun  françayzerin 

lisenziya hüququnun sahibi olduğu göstərilir.  



Distribütor  müqaviləsi.  Burada  müəssisəyə  mülkiyyət  forması  üzrə  maddi  baxımdan  tam 

müstəqil olan və mal ilə bağlı müəyyən distribütor hüquqları verilir. Müəssisənin məşğul olduğu biznes 

onun  şəxsi  biznesidir  və  distribütor  razılaşması  ilə  ona  məcbur  şəkildə  həvalə  edilmiş  müəyyən 

məhdudiyyətləri qəbul etmək  və  ya etməmək ilə bağlı yaranmış vəziyyətlərdə tam olaraq kommersiya 

fikirlərini rəhbər tutur. Distribütor tələb olunanları öz hesabına alır və kifayət  qədər  gəlir əldə edərək 

malı yenindən sata biləcəyi ilə bağlı tam olaraq riski öz üzərinə götürür. “Satıcı-alıcı” kimi münasibətlər 




Yüklə 278,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə