Altenranativ biznes iNKİŞaf modeli KİMİ françayziNQ



Yüklə 278,05 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix27.03.2018
ölçüsü278,05 Kb.
#35299
1   2   3   4   5   6   7   8   9   10

 

 

4



 

1.

 

Françayzinq biznes modeli  

 

1.1

 

Françayzinq nədir? 

 

Françayzinq (və ya franşiza) – bir şirkətin əmtəə nişanının, firma texnologiyalarının, idarəetmə 

sisteminin  istifadə  etmə  hüququnu  müəyyən  şərtlərlə  başqa  şirkətə  satışı  və  ya  müvəqqəti  təqdim 

edilməsidir. Burada birinci şirkət/tərəf, bu hüququ verən – françayzer, hüququ alan tərəf isə - françayzi 

adlanır.  Tərəflər  kommersiya  təşkilatları  və  ya  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  fərdi  sahibkarlar 

olar bilər.  

 

1.2

 

Üstünlükləri nələrdir?  

 

“Françayzinq”  adlandırılan  bu  sistem  sahibkarlıq  subyektlərinə  qarşılıqlı  razılaşma  yolu  ilə 



fəaliyyətlərini  daha  da  genişləndirmək  imkanı  verir.  Françayzinq  sistemində  əsasən  iri  və  kiçik 

sahibkarlıq subyektlərindən ibarət 2 tərəf iştirak edir. Tərəflərdən biri istehsal və ya təqdim etdiyi mal 

və xidmətlərdən onların satışını təşkil etmək yolu ilə digər tərəfin də yararlanmasını təmin edir.  

Qeyd etdiyimiz kimi, françayzerlər əsasən böyük şirkətlər, françayzilər isə kiçik şirkətlər və ya 

fərdi  sahibkarlar  olurlar.  Belə  bir  sistemin  tətbiqinin  hər  iki  tərəf  üçün  böyük  faydaları  var.  Təqdim 

olunan mal və xidmətlərin satışının daha asan həyata keçirilməsi və bu zaman risk səviyyəsinin aşağı 

olması françayzerlər üçün ən başlıca faydalardır.  

Françayzinq  –    françayzer  və  françayzi  arasında  yaradılan  şəffaf  münasibətlər  sistemidir.  Bu 

razılaşma  nəticəsində  qarşılıqlı  maraqların  təmin  edilməsi  ilə  françayzerin  bilikləri,  imici,  uğuru, 

istehsal  metodları  və  marketinqi  françayziyə  ötürülür.  Başqa  cür  desək,  françayzinq  –  bir  şirkət 

(françayzer)  tərəfindən  digər  bir  şirkətə  (françayziyə)  patentləşdirilmiş  ideyanın,  brenddən  istifadə 

hüququnun,  biznesin  idarə  edilməsi  metodikasınınn,  marketinq  və  reklam  strategiyasinin,  həmçinin 

lazimi xüsusi avadınlıqların və digər biliklərin qarşılıqlı razılaşma əsasında verilməsidir.  

Françayzer, françayzinin uğurlu biznesini təmin etmək üçün müxtəlif vasitələrlə kömək göstərir, 

françayzinin  iqtisadi  və  hüquqi  müstəqilliyinə  xələl  gətirmədən  onun  bazarda  fəaliyyətinin  idarə 

olunması  hüququndan  istifadə  edir.  Françayzerin  hüququndan  istifadə  və  göstərdiyi  dəstəyə  görə 

françayzi  müəyyən  haqlar  ödəyir.  Françayzer  sazişi  fərdi  xarakter  daşıyıb,  fəaliyyət  şərtlərindən, 

françayzerin yürütdüyü siyasətdən asılı olur və başqa sistemlərə tirajlanmır. Françayzinin inkişaf tarixi o 

nəticəyə gətirir ki, françayzinq alıcısı və satıcısı arasında yeni münasibətlər yaranır: françayzer lisenziya 

alanı  bərabər  hüquqlu  partnyor  kimi  tanıyır.  Françayzilər  arasında  ən  yaxşı  xidmət  səviyyəsi,  ən  çox 

satış  həcmi,  xərclərin  azaldılmasının  ən  effektiv  üsullarını  təyin  etmək  üçün  müsabiqələr  keçirilir, 

iqtisadiyyatın özəyini təşkil edən müəssisə, firma, şirkət və s. kimi təşkilatlarda istehsalın və xidmətin 

daha səmərəli qurulması modelləri seçilir, az xərclə daha çox və daha keyfiyyətli məhsul buraxılmasına 

çalışılır.  İstehsal  xərcləri,  mənfəət,  qiymət,  əmək  haqqı,  tələb-təklif  kimi  iqtisadi  amillərdən  daha 

konkret şəkildə istifadə olunur və idarəetmədə daha çevik formalar tətbiq edilir. 



 

 

5



 

Françayzinq  şirkətlərin  brendləşdirilməsində  və  biznesin  genişləndirilməsində  alternativ  bir 

model kimi çox maraqlıdır. Bu sistem keyfiyyəti ilə bazarda tanınmış firmalara satış məntəqəsi olmayan 

yerlərdə icarə və işçi qüvvəsi kimi əsas xərclər olmadan satışlarını artırmaq imkanı verir.  

Bunlarla  yanaşı,  sahibkarlar-françayzilər  üçün  françayzinqin  aşağıdakı  üstünlüklərini  də  qeyd 

etmək olar:  

 

Uğurlu biznes təcrübəsi



 

Yeni biznes-ideya; 



 

Peşəkar kadrlar;  



 

Beynəlxalq əlaqələr. 



 

2.

 

Françayzinqin tarixi və çoğrafiyası 

 

Françayzinqə  oxşar  işgüzar  müqavilələr  hələ  orta  əsrlərdə  mövcüd  idi.  Hazırkı  françayzinq 

təşkilatlarının oxşar formaları isə XIX əsrin ikinci yarısında ABŞ-da yaranmağa başlayıb. Məsələn, tikiş 

maşınları istehsal edən “Singer Sewing Machine Company” şirkəti və cihazların təminini gerçəkləşdirən 

şirkətin  atelye  şəbəkəsi  sahibləri  arasında  olan  münasbətlərin  bu  günkü  françayzinqə  müəyyən 

bənzərliyi var. O zaman atelyelərin üzərində “Singer” ticarət nişanı təsviri qoyulurdu.  

İkinci  nəsil  françayzinq  “biznes-format  françayzinqi”  adlandırıldı.  Bu  sistem  ABŞ-da  1940-cı 

illərin sonu, 1950-ci illərin əvvəllərində yarandı. 1946-cı ildə bir neçə françayzerə rast gəlmək olardı. 

1960-ci  ildə  isə  onlar  artıq  700-dən  çox  idilər.  Bu  müddət  ərzində  adları  bu  günədək  məhşur  olan 

müəssisələr yarandı: “McDonald’s”, “Holiday Inn”, “Budget-Rent-a-Car”. 1960-cı illərin sonunda ABŞ-

da  françayzinqin  sayında  azalma  müşahidə  edildi  ki,  bu  da  onun  inkişafina  mane  oldu.  Bu,  bir  çox 

amerikalı françayzerləri xarici bazarları əldə etmək barədə düşündürdü.  Hazırda françayzinqin yüksək 

sürətlə  yayıldığı  və  inkişaf  etdiyi  ölkələrdə  ekspertlər,  qlobal  bazarlarda  sürətlə  xidmət  edən  böyük 

ticarət  və  xidmət    şəbəkələri  yaratmağa  əlverişli  olduğu  üçün  françayzinqin  daha  da  genişlənəcəyinə 

əmindirlər. Françayzinq şəbəkəsi bütün ölkələri əhatə edir və hazırkı göstəricilərə görə onların gəliri və 

dövriyyəsinin həcmi milyard dollarla ölçülür.  

 

 

 

 

 

 

 

 

 

 

 



Yüklə 278,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə