Altenranativ biznes iNKİŞaf modeli KİMİ françayziNQ



Yüklə 278,05 Kb.
Pdf görüntüsü
səhifə10/10
tarix27.03.2018
ölçüsü278,05 Kb.
#35299
1   2   3   4   5   6   7   8   9   10

 

 

22



 

 

 



13.2  Françayzinq müqavilə nümunəsi 

 

FRANÇAYZİNQ MÜQAVİLƏSİ №___ 

  

 Bakı şəhəri                                                           



 

    “___”    _________ 20___  il  

  

Bundan  sonra  "Françayz  verən"  adlanan  Əsasnamə  əsasında  fəaliyyət  göstərən  "Birinci  şirkətin  adı”, 



direktor ________________ şəxsində, bir tərəfdən və bundan sonra "Françayzi alan" adlanan Əsasnamə 

əsasında  fəaliyyət  göstərən  “İkinci  şirkətin  adı”  MMC,  direktor  _____________  şəxsində  digər 

tərəfdən Azərbaycan  Respublikasının  qüvvədə  olan  qanunvericiliyinə  müvafiq  olaraq,  aşağıdakılar 

 barədə razılığa gəldilər:  

  

1. MÜQAVİLƏNİN PREDMETİ 

  

1.1. Françayz verən _________________________ilə məşğul olmaq 



                                                               (sahibkarlıq fəaliyyətinin növü)

 

üçün  haqqı ilə  



                                                                                        (ərazinin adını göstərməli)

 

ərazisində müqavilədə nəzərdə tutulan müddətə əqli mülkiyyət obyektlərindən 



 ___________________________________________________________________ 

(əmtəə nişanı, ticarət markası, xidmət nişanı, firma adı, kommersiya işarəsi, sənaye nümunəsi)

 

 

istifadə hüququnu Françayz alana verir. 



1.2. Françayz alan ona verilmiş müstəsna hüquqlardan istifadəni həyata keçirir 

____________________________________________________________________ 

(Françayz verənin ticarət markası ilə mal satmaq, mal istehsal etmək, xidmət göstərmək, onu adı altında mağaza şəbəkəsi açmaq və 

s.)


 __________________________________________________________________. 

 

1.3. Françayz verən Françayz alana kommersiya sirri haqqında qaydalar gözlənilməklə istehsal sirrini 



(«nou-hau») də verir. «Nou-hau» 

______________________________________________________________ verilir. 

(həcmini və məzmununu göstərmək)

 

1.4. Bu müqavilə imzalandığı andan Françayz alan Françayz verən tərəfindən bütün françayz alanlar 



üçün müəyyənləşdirilən güzəştlərdən istifadə etmək hüququ qazanır. 

  

2. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 




 

 

23



 

  

2.1. Bu müqaviləyə uyğun olaraq Françayz verən borcludur: 



a) Verilmiş hüquqları həyata keçirmək üçün zəruri olan bütün texniki və kommersiya sənədlərini və 

digər informasiyaları Françayz alana verməyə; 

b) Françayz alanın işçilərini təlimatlandırmağa; 

v) Françayz alana ________________________________________________________ istifadə üçün 

(əqli mülkiyyət obyektlərinin adı)

 

lisenziya verməyə; 



q) Françayz alana texniki və məsləhət xidməti göstərməyə; 

ğ) Françayz alanın işçilərini öyrətməyə, ixtisasını artırmağa; 

d) Françayz alanın buraxdığı malın (xidmətin, işin) keyfiyyətinə nəzarət etməyə. 

2.2. Bu müqaviləyə uyğun Françayz alan öhdəsinə götürür: 

a) Françayz verənin kommersiya işarəsini və ya firma adını müqavilədə nəzərdə tutulan qaydada istifadə 

etməyi; 


b) Françayz verənin istehsal sirrini və digər məxfi kommersiya informasiyalarını yaymamağı; 

v) Françayz verənin təlimat və göstərişlərinə riayət etməyi; 

q) Buraxdığı məhsulun (işin, xidmətin) keyfiyyətini Françayz verənin buraxdığı analoji məhsulun (işin, 

xidmətin) keyfiyyətinə uyğunlaşdırmağı. 

  

3. MÜQAVİLƏNİN QİYMƏTİ VƏ QARŞILIQLI HESABLAŞMALAR 

 

3.1. 


Françayz verən mallara görə Françayz alan tərəfindən təqdim edilmiş hesab-fakturalara və 

qaimə-fakturalara uyğun olaraq aldığı malların dəyərini Françayz alanın hesabına ödəyir.  

3.2. 

Təchiz olunmuş mallarla aparılmış ödənişlər arasında uyğunluğun yoxlanması məqsədilə 



tərəflərin hər birinin tələbi ilə qarşılıqlı hesablaşmaların tutuşdurulması aktı tərtib oluna bilər.  

3.3. 


Hazırkı müqaviləyə əsasən bütün ödənişlər köçürmə yolu ilə, manatla həyata keçirilir. 

3.4. Françayz alan _______________________________________________ məbləğində birdəfəlik 

daxil olma haqqı (ilkin) verir. 

3.5. Birdəfəlik daxil olma haqqı Françayz verənə ______________________________ 

________________________________________________ödəniləcək xərci də əhatə edir. 

(təlim, reklam, marketinq və s. üçün) 

3.6. Françayzinq haqqının məbləği _________________________________________ 

(aylıq, rüblük və s.) təşkil edir. 

3.7. Françayz alanla Françayz verən arasında hesablaşma (ödəniş) nəğdsiz qaydada həyata keçirilir.  

  

4. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ VƏ MÜBAHİSƏLİ MƏSƏLƏLƏRİN HƏLLİ 

 



 

 

24



 

4.1 


Hazırkı müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə 

yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən 

hüquqi və maddi məsuliyyət daşıyırlar.  

4.2 


Tərəflər arasında hazırkı müqavilənin icrası ilə bağlı bütün mübahisələr, məsləhətləşmələr və 

danışıqlar yolu ilə razılaşdırıla bilmədiyi təqdirdə, Azərbaycan Respublikasının müvafiq 

məhkəmələrində həll edilməlidir.  

 

5. QARŞISIALINMAZ QÜVVƏ (FORCE MAJEURE) 

 

5.1 


Tərəflərin iradəsindən asılı olmayan, qabaqcadan nəzərdə tutulması və məntiqə uyğun 

ehtiyatlılıq şəraitində dəf edilməsi mümkün olmayan qarşısıalınmaz qüvvə (hərbi əməliyyatlar, 

fövqəladə hallar, hökumətin qərarları, mülki iğtişaşlar, mühasirə, zəlzələ, yanğın, daşqın və s. kimi 

hadisələr) ortaya çıxdığı təqdirdə tərəflər üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsinə görə 

məsuliyyət daşımırlar. 

5.2 


Öhdəlikləri yerinə yetirmək imkanı olmayan tərəf bu barədə yazılı akt tərtib edir və digər tərəfi 

dərhal yaranmış şərait, onun nəzərdə tutulan davamlılığı və sona çatması müddəti barədə məlumat verir.   

 

6. MÜQAVİLƏYƏ DÜZƏLİŞ OLUNMASI 

 

6.1 



Tərəflərin qarşılıqlı razılığı əsasında hazırkı müqaviləyə, onun ayrılmaz hissəsi olan ayrı-ayrı 

protokollarla  müvafiq  qaydada  rəsmiləşdirilən   dəyişikliklər və əlavələr edilə bilər. 

6.2 

Qeyd olunan protokollar hər iki tərəf imzaladığı andan qüvvəyə minir. 



 

7. MÜQAVİLƏNİN QÜVVƏYƏ MİNMƏSİ  

 

7.1 



Hazırkı müqavilə tərəflərin səlahiyyətli şəxsləri tərəfindən sonuncu imzalandığı andan qüvvəyə 

minir və 31.12.2015-ci ilə qədər etibarlıdır. 

7.2 

Tərəflərdən heç biri müvafiq müddətin başa çatmasına 15 (on beş) gün qalmış hazırkı 



müqavilənin ləğv etmək niyyəti barədə qarşı tərəfə yazılı surətdə rəsmi xəbərdarlıq etməzsə, 

müqavilənin qüvvəsi avtomatik olaraq növbəti 1 il müddətlərinə uzadılacaq. 

 

7.3 


Tərəflər hazırkı müqavilənin müddətini vaxtından əvvəl dayandırmaq hüququnu özlərində 

saxlayırlar. Bu halda hazırkı müqaviləni ləğv etmək istəyən tərəf 15 (on beş) gün əvvəl qarşı tərəfi yazılı 

surətdə öz niyyəti barədə rəsmi olaraq xəbərdar etməlidir.  

 

Yuxarıda qeyd olunanlara təsdiq olaraq, hazırkı müqavilə iki əsl nüsxədə, hər tərəf üçün bir nüsxədə, 



tərtib olunub. 

   



 

 

25



 

 

 Françayzinqi alan adından                                                  Françayzinqi verən adından 

_______________  ______________                                   _______________ ____________________ 

   “___” _____________ 2017-ci il                                          “___” _____________ 2014-ci il 

 

 

 



TƏRƏFLƏRİN HÜQUQİ ÜNVANLARI VƏ BANK REKVİZİTLƏRİ 

 

İkinci Şirkətin adı” MMC 



                                                             “Birinci Şirkətin adı” MMC 

Ünvan:                                                                                                      Ünvan: 

Bank rekvizitləri: 

                                                                            Bank rekvizitləri: 



 

 

 

13.5

 

Azərbaycanda ümumi bazar məlumatı (brendlər, fəaliyyət sahələri və s.)  

 

Sektor  



Brendlər 

AZƏRBAYCANDAKI FRANÇAYZİ ŞİRKƏT /  

ÜMUMİ MƏLUMAT/ TƏMSİL OLUNAN ÖLKƏ  

GEYİM  

ZARA 


ALDO 

BERSHKA 


CHARLES&KEITH 

DESIGUAL 

FG4 

GAP 


JENNYFER 

LASENZA 


MARKS&SPENCER 

MASSUMO DUTTI 

NEU LOOK  

OYSHO  


PARFOIS  

QUIZ 


SERGENT MAJOR  

RETAIL GROUP AZERBAIJAN 



“Retail  Group  Azerbaijan” pərakəndə  geyim  satışı  sektorunda  bazar 

lideridir. Bu, pərakəndə satış üzrə böyük təcrübə sahibi  “Alhokair Fashion 

Retail” və yerli bazarı çox gözəl bilən “İSR Holdinq”in düzgün işbirliyinin 

gözəl nümunəsidir. 

“İSR  Holdinq”in  əsası  1995-ci  ildə  qoyulub.  Holdinqin  təsisçisi  və 

prezidenti  İsveçrə,  Rusiya,  Azərbaycan  və  Türkiyə  ofisləri  ilə  müxtəlif 

coğrafi  regionlarda  fəaliyyət  göstərən  şirkətlərdən  ibarət  dinamik  və 

müxtəlif  holdinq  şirkəti  strukturu  yaratmışdır.  “İSR  Holdinq”in  fəaliyyət 

istiqamətlərinə  nəqliyyat,  ticarət,  istehsal,  otel  biznesi,  daşınmaz  əmlak, 

avtomobil biznesi kimi sahələr daxildir. 



“Alhokair  Fashion  Retail MENA”  (Orta  Şərq  və  Şimali  Afrika) 

regionunda pərakəndə françayzinq üzrə bazar lideridir. Şirkətin 1200 geyim 

mağazası  və  pərakəndə  autletləri,  80-dən  çox  beynəlxalq  geyim  şirkətinin 

françayzı  və  4500-dən  çox  işçisi  var.  “Alhokair  Fashion  Retail”  şirkəti 

1990-cı ildə qurulub.  



 

 

26



 

GEYİM 

ACCESSORIZE 

ADIDAS 

BEBE 

COAST 

COCCINELLE 

HACKETT LONDON 

LIU JO 

MONNALISA 

MONSOON 

NIKE 

NINE WEST 

PABLOSKY 

SISLEY 

SIX 

TOMMY HILFIGER 

UNITED COLORS 

OF BENETTON 

“Novco  Şirkətlər  Qrupu”  1994-cü  ildə  Fərid  Novruzi  tərəfindən  yaradılıb. 

Baş  ofis  Bakı  şəhərində  yerləşir.  Şirkət  Azərbaycanda,  Rusiyada, 

Gürcüstanda,  Türkiyədə  və  Birləşmiş  Ərəb  Əmirliklərində  fəaliyyət 

göstərir. Şirkət genişləndikcə tərkibinə müxtəlif sahələrdə fəaliyyət göstərən 

digər şirkətlər daxil olub. 

Bu  gün  şirkəti sahib  olduğu  MYBRANDS-ı  32  brend  mağaza  təmsil  edir. 

Onların 24-ü Bakıda, 8-i isə Gürcüstanda yerləşir. 

GEYİM 

EMPORİUM 

 

“Sinteks MMC” 



KAFE 

RESTORAN 

MADO 


FƏRDİ SAHİBKAR - TÜRKİYƏ 

KAFE-

RESTORAN 

KALİNKA 


FƏRDİ SAHİBKAR – RUSİYA  

ŞİRNİYYAT 

GULLUOGLU 

FƏRDİ SAHİBKAR – TÜRKİYƏ 

FASTFOOD 

YEDOY 


FƏRDİ SAHİBKAR – TÜRKİYƏ 

FASTFOOD 

ATOM TOST 

FƏRDİ SAHİBKAR – TÜRKİYƏ 

OTEL 

HYATT, HİLTON, 

SHERATON 

MMC - ABŞ 



İSTEHSALAT  COCA-COLA, PEPSİ 

MMC-ANADOLU TÜRKİYƏ / ABŞ 



 

 

 

 

 

 

 

 

 


 

 

27



 

13.6

 

AZƏRBAYCAN FRANÇAYZİNQ MƏRKƏZİ  

 

2013-cü  ilin  martından  etibarən  Azərbaycanda  sahibkarlığın  inkişafı  dövlət  proqramına  dəstək 

məqsədi ilə əlaqədar işgüzar və elmi dairələrdə (İqtisadiyyat və Sənaye Nazirliyi, ASK, EDF, ERC və 

s.) aparılan məsləhətləşmələr və dəyirmi masa müzakirələrinin nəticəsi olaraq 2014-cü ilin avqustunda 

“Business Group” nəzdində Azərbaycan Françayzinq Mərkəzi (AFC) təsis edilib.  

AFC  dünyadakı  françayzinqlə  bağlı  təcrübənin  Azərbaycanda  tətbiqinə  çalışmaqla  yanaşı 

ölkədaxili  uğurlu  brendlərin  beynəlxalq  bazarlarda  françayzinq  biznes  modeli  ilə  təmsil  olunmasını 

təşkil edir. Bununla yanaşı, dünyaca məşhur uğurlu brendlərin Azərbaycanda yerli sahibkarlarla işgüzar 

əlaqələr  quraraq  təmsil  edilməsində  də  dəstəklər  göstərir.  Mərkəz  həmçinin,  investorlara  yeni  biznes 

konseptin qurulması və françayzinq biznes modelinin inkişaf etdirilməsi xidmətini təklif edir. 

Azərbaycan Françayzinq Mərkəzi dünyadakı bütün oxşarları kimi franşiza verən (françayzer) firmalarını 

birləşdirən bir mərkəzdir. Françayzinq Mərkəzinin əsas məqsədi françayzinqin Azərbaycanda doğru bir 

şəkildə öyrənilməsini, sağlam bir şəkildə inkişafını təmin edə bilmək, təməl əsasları müəyyənləşdirmək 

və tətbiqinə çalışmaq, françayzinqin Azərbaycan hüquq sistemi çərçivəsindəki yerini alması üçün vacib 

işlərin görülməsi və sistemin inkişaf etdirilməsi üçün məlumat bazası yaratmaqdır.  

AFC-nin fəaliyyət istiqamətlərinə aşağıdakılar daxildir:  



 

 



İşgüzar səfərlər; 

 



İxtisaslaşmış sərgi-konfranslarda iştirak

 



Biznes təlimlər;  

 



Biznes forumlar;  

 



Mərkəzləşdirilmiş məlumat mərkəzi; 

 



Məsləhət xidmətləri; 

 



Marketinq kommunikasiyaları / təbliğat-təşviqat;  

 



Sertifikat və lisenziya sənədləşdirməsi; 

 



İxracata dəstək;  

 



Layihələrin maliyyələşdirilməsinə dəstək. 

 

 

Mərkəzin  xidmətləri  əsasən  ölkəmizin  iqtisadi  siyasəti  ilə  maraqlanan  şəxslərə,  o  cümlədən,  fərdi  və 

korporativ sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara, işadamlarına, assosiasiyalara, ictimai birliklərə və 

s. işguzar dairələrə yönəlib. 

 

Dünyaca məşhur və uğurlu brendlərin Azərbaycanda françayzi olaraq açılmasına dəstək; 



 

Ölkə daxilindəki məşhur və uğurlu brendlərin yerli və xarici bazarlarda biznes inkişafına dəstək; 



 

Yeni biznesin qurulmasına və françayzinq biznes modeli ilə inkişafına dəstək; 



 

Marketinq araşdırmaları: brend araşdırması, sorğuların keçirilməsi; 



 

İşgüzar nəşrlər:  bülleten, kataloq, jurnal, kitab və s.; 




 

 

28



 

 



İşgüzar tədbirlər: sərgilər, biznes görüşlər, biznes səfərlər; 

 



Françayzinqlə bağlı layihələrin maliyyələşdirilməsinə (kredit və ya lizinq) dəstək; 

 



Uğurlu  françayzinq  biznes  fəaliyyətlərinin  qiymətləndirilməsi  və  sağlam  rəqabətin  inkişaf 

etdirilməsi məqsədi ilə françayzinq mükafatının təsis edilməsi

Mərkəzin  məqsəd  və  prinsiplərini  mənimsəyərək  bu  yöndə  işləməyi  qəbul  edən  françayzerlər 

(franşiza  verən)  və  ya  françayzilər  (franşiza  alan),  françayzinq  modeli  ilə  biznesini  inkişaf  etdirmək 

istəyən  fərdi  və  korporativ  sahibkarlar,  mərkəzin  məqsədini  mənimsəmək  və  prinsiplərinə  tabe  olmaq 

şərtiilə aşağdakı müvafiq 4 kateqoriyalar üzrə mərkəzə üzv ola bilərlər: 

 

5)

 



A KATEQORİYA ÜZVLÜYÜ 

Dünyaca  məşhur  və  uğur  qazanmış,  Azərbaycanda  fəaliyyət  göstərən  françayzinq  brendləri  üzv  ola 

bilər. Potensial françayzi arasında biznes və satış şəbəkəsini genişləndirir. 

 

6)



 

tA KATEQORİYA ÜZVLÜYÜ 

Dünyaca  məşhur  və  uğur  qazanmış  brendlərin  Azərbaycanda  fəaliyyət  göstərmək  istəyən,  françayzi 

axtarışında  olan  üzvlərdir.  tA  kateqoriyasındakı  üzvlər  (potensial  A  kateqoriyası)  Azərbaycanda  ilk 

françayzini açandan sonra avtomatik olaraq A üzvlük kateqoriyasına daxil olur. 

 

7)



 

B KATEQORİYA ÜZVLÜYÜ 

Azərbaycanda  uğur  qazanmış  və  françayzinq    biznes  modeli  ilə  yerli  və  xarici  bazarda  inkişaf  etmək 

istəyən brendlərdir. 

 

4)

 



C KATEQORİYA ÜZVLÜYÜ 

Azərbaycanda  maraqlı  biznes  sahəsi ilə  bağlı  biznes konseptin  qurulması  və   françayzinq  modeli  üzrə 

inkişaf etdirilən  layihələrdə investor qismində iştirak etmək istəyən sahibkarlar. 

 

Mərkəzin fəaliyyəti və xidmətləri ilə bağlı ətraflı məlumat üçün:  



Telefon: 012 408 85 87, GSM: 055 500 76 76, Skype: mr_elnur,  

e-mail: 


franchising@businessgroup.az

.  


 

 

 



 

 

 



 

 

Yüklə 278,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə