Ake met indd



Yüklə 35,99 Mb.
Pdf görüntüsü
səhifə8/296
tarix31.10.2018
ölçüsü35,99 Mb.
#77394
1   ...   4   5   6   7   8   9   10   11   ...   296

  

AZƏRBAYCAN KİTABXANA ENSİKLOPEDİYASI

18

AĞDAM RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ 

KİTABXANA SİSTEMİ (Ağdam rayon 

MKS) – 1979-cu ildə  təşkil edilmişdir. 

1990-cı illərin  əvvəllərinə – erməni 

iş ğa lına qədər MKS-in tərkibində 1 

Mərkəzi Kitabxana (MK), 2 şəhər, 2 uşaq, 

1 gənclər kitabxanası  və 101 kənd 

kitabxana filialı  fəaliyyət göstərirdi. 

Ağdam rayon kitabxanasının əsası 1907-ci 

ildə görkəmli yazıçımız  Ə. Haqverdiyev 

tərəfi ndən ayrı-ayrı şəxslərdən toplanmış 

kitablar hesabına təşkil edilmişdir. 1920-

ci ilə  qədər kitabxana qapalı  fəaliyyət 

göstərmiş, sonra kitabxana-qiraətxana 

xalqın xidmə  nə verilmişdir. 1930-cu 

illərdən sonra fəaliyyə  ni rayon mərkəzi 

kitabxanası kimi davam etdirmişdir. 

1993-cü il iyulun 23-də  Ağdam rayonu 

düşmənin işğalına məruz qalmışdır. 

Rayonun böyük hissəsi – 77,4 faizi, o 

cümlədən Ağdam  şəhəri, rayonun 1 

qəsəbə  və 82 kəndi işğal olunmuş, 143 

min nəfərə yaxın ağdamlı doğma ev-

eşiyindən didərgin düşmüşdür. Erməni 

silahlı  dəstələri işğala məruz qoyduqları 

ərazilərdə vandalizm ak    törətmiş, 67 

kitabxana fi lialını tamamilə məhv etmişlər. 

Qalan 40 kitabxana fi lialının yerləşdiyi 

binalar, kitablar fondları  və inventarlar 

tamamilə yararsız hala salmışdır. MK 

fəaliyyə  ni Bakı şəhərinin Yasamal rayo-

nunda – BDU-nun yataqxanasında davam 

etdirmək və yataqxanada məskunlaşan 

məcburi köçkünlərə xidmət göstərmək 

məcburiyyə  ndə qalmışdır. 2010-cu ilin 

noyabr ayından MK Ağdam rayonunun 

Yeni Quzanlı  qəsəbəsində  fəaliyyət gös-

tərir. MK-nın 3838 nüsxə kitab fondu, 

4030 nəfər oxucusu, 250 nəfərlik tədbir 

salonu və geniş oxu zalı var. MKS-in 

İnternet ünvanı: www.agdam.cls.az.



AĞDAŞ RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ 

KİTABXANA SİSTEMİ (Ağdaş rayon MKS) 

– Ağdaşda 1906-cı ildə Azərbaycanın 

görkəmli maariçisi Muxtar Əfəndizadənin 

təşəbbüsü ilə ilk qiraətxana açılmışdır. 

İlk kitabxana isə 1923-cü ildə  təşkil 

edilmişdir. Ağdaş rayon MKS 1980-ci ildə 

yaradılmışdır. MKS Mərkəzi Kitabxana 

(MK) və 73 kitabxana fi lialından ibarətdir. 

Filialların 9-u şəhər mərkəzində  və  qə-

səbədə, 64-ü isə  kənd yerlərindədir. 

MK XX əsrin  əvvəllərində   kilmiş tarixi 

binada yerləşir. Hazırda MKS-in kitab 

fondu 415 min nüsxədən çoxdur (2014). 

1704 adda la  n qrafi kalı kitabların, 1164 

adda kiril qrafi kalı kitabların elektron 

kataloqu yaradılmışdır. MKS-in işçiləri-

nin sayı 195 nəfərdir. MKS-in İnternet 

ünvanı: aghdash.cls.az.



AĞSTAFA RAYON MƏRKƏZLƏŞ DİRİL-

MİŞ  KİTABXANA SİSTEMİ (Ağstafa 

rayon MKS) – 1990-cı ildə yaradılmışdır. 

MKS 1 Mərkəzi (MK) və 49 kitabxana 

fi lialını özündə birləşdirir. MKS-in kitab 




  

AZƏRBAYCAN KİTABXANA ENSİKLOPEDİYASI

19

fondu 333 min nüsxədən çoxdur, 800-



dən çox kitabın elektron kataloqu 

hazırlanmışdır (2014). MKS-in işçiləri-

nin sayı 113 nəfərdir. MKS-in İnternet 

ünvanı: www aghstafa cls.az.



AĞSU RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ 

KİTABXANA SİSTEMİ (Ağsu rayon MKS) – 

1979-cu ildə yaradılmışdır. Ağsu rayonunda 

ilk kitabxana 1943-cü ildə Böyük Vətən 

müharibəsində vuruşan həm yerlilərimizə 

göndərilmək üçün top 

lanmış kitablar 

hesabına təşkil edilmişdir. Toplanmış 

5135 nüsxə kitabın çox hissəsi cəbhəyə 

göndərilmiş, qalan kitablar bir otağa 

yığılmış  və kitabxana kimi fəa liyyətə 

baş lamışdır. Həmin kitabxana son 

ralar 


Mərkəzi  Kitabxana  (MK)  kimi  fəaliyyət 

göstərmişdir. MK-ya 1979-cu ildə görkəmli 

şair  Əhməd Cavadın adı verilmişdir. 

MKS-də 1 mərkəzi, 1 şəhər, 36 kənd ki-

tabxana  fi lialı var. MKS-in fondunda 

230 min nüsxəyə yaxın kitab saxlanılır 

(2014). MK-da eyni vaxtda 30 nəfər 

oxucuya xidmət edən oxu zalı və “Hüquq 

İnformasiya Mərkəzi” fəaliyyət göstərir. 

MKS-də 2011-ci ildən Avtomatlaşdırılmış 

Kitabxana  İnformasiya Sistemi tətbiq 

edilmiş  və  İRBİS-64 proqramından is  -

fadə olunmaqla yüz mindən çox kitabın 

elektron kataloqu yaradılmışdır. MKS-

də 88 nəfər kitabxana işçisi çalışır. 

MKS-in İnternet ünvanı: www.agsumks.

webs.com.

A X U N D O V   N a z i m   F ə r r u x   o ğ l u 

(20.06.1924,  Şuşa – 10.03.1994) – 

biblioqraf,  ədəbiyyatşünas, Azərbaycan 

Yazıçılar Birliyinin üzvü, filologiya 

elmləri doktoru (1966), professordur 

(1970).  İbtidai təhsilini Tərtər rayo-

nu 

nun Qazax kəndində almışdır. Bakı 



Xalq Maarif şöbəsinin Pedaqoji Mək-

təbində oxumuşdur (1937 – 1940). 

Əmək fəaliyyə  nə  Tərtər rayonunun 

Azad Qaraqoyunlu və Qaynax kənd mək-

təblərində müəllim, dərs hissə müdiri 

və  məktəb direktoru kimi başlamışdır 

(1940 – 194 4). Pedaqoji fəaliyyətlə 

ya naşı, Azərbaycan Dövlət Pedaqoji Uni-

versite  nin  qiyabi  şöbəsində  təhsilini 

davam etdirmişdir (1937-1944). ADPU-

nin aspiranturasında Azərbaycan  ədə-

biy ya   tarixi ix  sası üzrə  təhsil almışdır 

(1944-1947). 1948-ci ilin oktyabrında 

Bakı Dövlət Universite  nin  Elmi  Şura-

sında “Molla Nəsrəddin” jurnalının nəşri 

tarixinə aid tədqiqlər” mövzusunda dis-

sertasiya işini müdafi ə edərək  fi lologiya 

elmlər namizədi alimlik dərəcəsi al-

mışdır. N.Axundov müxtəlif dövrlərdə 

ADPU-nun dil və  ədəbiyyat fakültəsinin 




Yüklə 35,99 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə