Ake met indd



Yüklə 35,99 Mb.
Pdf görüntüsü
səhifə16/296
tarix31.10.2018
ölçüsü35,99 Mb.
#77394
1   ...   12   13   14   15   16   17   18   19   ...   296

  

AZƏRBAYCAN KİTABXANA ENSİKLOPEDİYASI

34

elmləri üzrə 625 (Azərbaycan dilində 34 



adda)  ədəbiyyat haqqında bibiloqrafi k 

informasiya verilir. Azərbaycan MEA 

nəşrlərini əhatə edən göstəricinin üçüncü 

cildi 7 kitabda 1982–1984-cü ildə çap 

olunmuşdur (Tər  b edənləri: T.D.Sadıxova, 

N.M.Teymurova, Ç.N.Əhmədova). Birinci 

kitab ümumiyyətlə elm haqqında, fi zika-

riyaziyyat və texniki elmlər, ikinci kimya 

elmləri, üçüncü yer haqqında elmlər, 

dörd üncü biologiya və   bb elmləri, be-

şinci aqrokimya, torpaqşünaslıq, kənd 

tə sərrüfa  , al  ncı tarix, iq  sadiyyat, fəl-

səfə, hüquq elmləri, yeddinci kitab isə 

fi lologiya, dilçilik, memarlıq, incəsənət

mətbuat, kitabxana işi üzrə 1960-1965-

ci illərdə çap olunmuş  ədəbiyya  n  bib-

lio qrafi k  təsvirini  əks etdirir. Burada 

Azərbaycan və rus dillərində çap olunmuş 

materialların biblioqrafi k təsviri ayrılıqda 

verilir.Bütün buraxılışların axırına yar-

dımçı aparat kimi “Müəllifl ərin  əli  a 

gös təricisi” əlavə olunmuşdur. Hər bu ra-

xılışda təqribən 1160-1200, ümumilikdə 

isə  8399  adda  materialın biblioqrafi k 

təsviri toplanmışdır. MEK Akademiya 

nəşrlərinin biblioqrafi k qeydini davam 

etdirmiş  və növbə   cildlər illik şəklində 

çap olunmuşdur, yəni 1966-cı ildən 

bu raxılan  ədəbiyyat illər üzrə  əhatə 

olunur. Üçüncü cildin 7 kitabdan ibarət 

ayrı-ayrı buraxılışlarından fərqli olaraq 

illiklər Akademiyanın bir ildə buraxdığı 

materialları, ümumilikdə, bütün sahələr 

üzrə  əhatə edir. Biblioqrafi k  təsvirlər 

pre zidiumun, elmi kadrlar hazırlayan şu-

ranın, müxtəlif ins  tutlarının nəşrləri və 

həm də “Akademiyanın xəbərləri” ma te-

rialları üzrə qruplaşdırılır və hər bir böl-

mənin axırında “Müəllifl ərin  əli  a gös-

tər icisi”ndən ibarət yardımçı aparat verilir.



ANQOLA MİLLİ  MƏRKƏZİ  KİTABXANASI 

(AMMK) – Luanda, 1968-ci ildən 

Portuqaliya MK-nın tərkibinə daxil olan 

kitabxananın bazasında 1978-ci ildə ya-

ra dılmışdır. 2003-cü ildə kitabxananın 

fondu 84 min nüsxə olmuşdur. 1979-cu 

ildən kitabxana ölkə kitabxana şə bə-

kəsinin baş kitabxanası kimi məc buri 

nüs xələr alır. Depozitar mərkəzlər Milli 

Kitabxananın Kitabxanaçılıq Departa-

men  nin həyata keçirdiyi proqramlarda, 

xüsusilə savadsızlığın ləğvi proqramında 

fəal iş  rak edir. 1972-ci ildən ölkənin 17 

kitabxanasının fondu əsasında Anqola 

ki tabxanasının toplu kataloqu yaradılır. 

1980-cı ildən regionun bir sıra ölkələri 

vahid regional avtomatlaşdırılmış kitab-

xana sistemini təşkil etmişlər.

ANNOTASİYA (lat. annota  on – qeyd, 

xülasə) – çap əsərlərinin (onların ümumi 

və ya hissələrini) məzmunu, is  qamə  , 

forması  və başqa xüsusiyyə    nöqteyi-

nəzərdən qısa  şəkildə  səciyyə lən diril-

mə sidir.  Annotasiyanın həcmi, quruluşu, 

məzmunu və  əsas is  qamə    müxtəlif 

ola bilər. Biblioqrafi k vəsaitlərdə təsvirin 

tamlığı müəyyən dərəcədə göstəricinin 

annotasiyalı olmasından da asılıdır. An-

no tasiyalı biblioqrafi k  vəsaitlərin tər  -

bində  ədəbiyya  n meydana çıxarılması 

və seçilməsi zamanı  aşkar olunan əlavə 

məlumatlar annotasiyada verilə bilər. 

Annotasiya hər bir biblioqrafi k  vəsai  n 

əhəmiyyə  ni  ar  rır və oxucuların daha 

çox məlumat əldə etməsinə səbəb olur. 

Annotasiya çap əsərlərini qısa xarakterizə 

edir və oxucularda əsər haqqında müx-

təsər təsəvvür yaradır. Kitabın və ya 

məqalənin mövzusunu açan anno 

ta 


si-


  

AZƏRBAYCAN KİTABXANA ENSİKLOPEDİYASI

35

yanın məzmunu  əsərdə qoyulan prob-



lemlərin ümumiləşdirilmiş  şərhindən, 

aktual məsələləri meydana çıxaran ifadə-

lərdən ibarətdir. Annotasiyanın yazılma 

metodikası bilik sahələri və  ədəbiyya  n 

növləri ilə  əlaqədar olaraq bir-birindən 

fərqlənir. Annotasiyanın daha ümumi 

me todiki  təsnifa   iki başlıca əlamət üzrə 

həyata keçirilir: funksiya is  qamə  nə və 

annotasiya yazılan sənədin səciyyə lən-

dirilmə üsuluna görə. Annotasiyalar 

funk siya  is  qamətlərinə görə  məlumat 

və tövsiyə annotasiyalarına bölünür. 

Məlumat annotasiyası  əsərin aydın ol-

mayan sərlövhəsini izah edir və sənədin 

müəllifi ,  məzmunu, janrı, məqsəd is  -

qamə   və biblioqrafi k təsvirdə olmayan 

başqa xüsusiyyətləri haqqında  əlavə, 

əsasən, fak  ki məlumat verir. Məlumat 

annotasiyaları son dərəcə qısa olmalıdır. 

Onlar biblioqrafi k  təsvirlə müqayisədə 

dəqiqləşdirmə funksiyasını yerinə ye  -

rə rək, annotasiya yazılan sənədə geniş 

mü nasibət bildirməyi, onu tənqidi qiy-

mətlən dirməyi tələb etmir. Məlumat an-

no tasiyaları ümumi və elmi-köməkçi 

gös təricilərdə xüsusilə geniş  tətbiq 

olunur. Tövsiyə  vəsaitlərində  məlumat 

an notasiyalarından  əsas e  barilə soraq 

kitabçaları, tədris-metodiki  ədəbiyyat, 

bib lioqrafi k  vəsaitlər,  əsasnamələr, təli-

matlar və başqa belə  sənədlərin səciy-

yələndirilməsində is  fadə olunur. Tövsiyə 

annotasiyası sənədi nəzərdə tutulan bib-

lioqrafik vəsaitin istiqamətləndirildiyi 

oxucu qrupunun tələblərinə əsaslanaraq 

səciyyələndirir və qiymətləndirir. Tövsiyə 

annotasiyasının vəzifəsi yaxşı ədəbiyya   

fəal surətdə  təbliğ etməkdən, tövsiyə 

olunan  əsərlərə marağı ar  rmaqdan, 

diqqə    cəlb etməkdən, həmin  əsərlərin 

mütaliəsinin lazım olmasına inandır maq-

dan ibarətdir. Tövsiyə annotasiyası ardıcıl 

və məqsədyönlü mütaliənin düzgün təş-

kilinə  təsir göstərməlidir. Ona görə  də 

tövsiyə annotasiyalarında pedaqoji ün-

sürlər, müxtəlif növ metodiki məsləhət 

və tövsiyələr mühüm yer tutur. Biblioqraf 

sənədi qiymətləndirərkən tənqidi məqa-

lələrə, xülasələrə, resenziyalara, əvvəllər 

çapdan çıxmış biblioqrafi k vəsaitlərə  və 

başqa mənbələrə əsaslanır, lakin bununla 

bərabər bir çox hallarda onun özünün 

ideya-məqsədi, təhlili və annotasiya ya-

zılan əsərə biblioqra  n şəxsi mü nasibə   

həlledici rol oynayır.  Əsərin elmi və ob-

yek  v,  müəyyən oxucu is  qamə    də-

qiqliyi ilə düzgün qiymə  ni  vermək 

tövsiyə annotasiyasının keyfiyyətini 

müəy yənləşdirən cəhə  dir.  Tövsiyə an-

notasiyaları bir qayda olaraq, həcm 

etibarilə  məlumat annotasiyalarından 

xeyli geniş olur, lakin burada da yığ-

camlılıq və dəqiqlik tələbi öz qüvvəsində 

qalır. Təbiidir ki, tövsiyə annotasiyaları 

hər  şeydən  əvvəl kütləvi, maarif, şəxsi 

təhsil is  qamətli göstəricilərdə  tətbiq 

olunur, lakin elmi cəhətdən daha əhə-

miyyətli sənədləri səciyyələndirmək, 

key fi y yətlərini göstərmək üçün elmi-

köməkçi vəsaitlərdə də onlardan is  fadə 

etmək olar. Məlumat və tövsiyə anno-

tasiyaları arasındakı məna-funksiya fərqi 

ondan ibarətdir ki, məlumat  anno ta si-

yaları axtarış  və kommunika  v  (əlaqə) 

vəzifələrini  əməli olaraq yerinə ye  rir, 

tövsiyə annotasiyaları isə biblioqrafi k 

məluma  n  qiymətləndirmə  vəzifəsini 

icra edir. İkinci  əlamətə – sənədi səciy-

yə ləndirmə üsuluna görə annotasiya üç 



Yüklə 35,99 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə