Ake met indd



Yüklə 35,99 Mb.
Pdf görüntüsü
səhifə6/296
tarix31.10.2018
ölçüsü35,99 Mb.
#77394
1   2   3   4   5   6   7   8   9   ...   296

  

AZƏRBAYCAN KİTABXANA ENSİKLOPEDİYASI

14

M.Dyu ilə birlikdə) və kitabxanaçılığa 



dair ilk jurnal olan “Kitabxana jurnalı”nın 

əsasını qoymuşdur. “Nəşriyyat hə  ə-

liyi”nin hər buraxılışında yeni kitablar 

haq qında məlumatlar “Hə  əlik məlu-

matlar” bölməsində  təqdim olunurdu. 

Materiallar aylıq, yarımillik və illik şə-

kildə  təkrarlanırdı. Uilson fi rmasını XIX 

əsrin axırlarında Minneapolis şta  n-

da kiçik kitab dükanının sahibkarı olan 

Hals Uilson (1868-1954) yaratmışdır. 

H.Uilson yeni kitablar haqqında məluma   

Leypoldt-Bauker  fi rmasının çap etdirdiyi 

“Nəşriyyat hə  əliyi” jurnalından  əldə 

edirdi. 1898-ci ildə Uilson özünün ilk 

biblioqrafi k  jurnalı olan “Kitabların ku-

mulya  v göstəricisi”ni çap etdirir. Tezliklə 

jurnal böyük müvəff əqiyyət qazanır 

1901-ci ildə ikinci, 1905-ci ildə üçüncü və 

i.a. buraxılışları  işıq üzü görür. 1913-cü 

ildə Uilson fi rması Nyu-Yorka köçərək öz 

fəaliyyə  ni daha da genişləndirir. 1914-

cü ildən “Uilsonun kitabxana bülleteni” 

adlı aylıq jurnal nəşr olunur. 1901-ci ildən 

fi rmanın məhsulu olan dövri nəşrlər üzrə 

“Soraq kitabçası” nəşr edilmişdir. 1913-

cü ildən “Soraq kitabçasına  əlavələr” 

nəşr edilir ki, bunlar da 1921-ci ildən 

“Dövri nəşrlərin beynəlxalq göstəricisi” 

adı ilə buraxılır. “Soraq kitabçası”nda 

həm dəqiq, texniki, təbiətşünaslıq elm-

lərinə, həm də sosial və humanitar elm-

lərə dair jurnallar haqqında məlumat 

verilirdi. Lakin 1955-ci ildən o yalnız sosial 

elm lərə dair jurnalların qeydini aparır. 

1959-cu ildən aylıq “Rəylər xülasəsi” 

çap olunmağa başlayır. Burada elmi, 

ədəbi-bədii jurnallardan götürülmüş 

rəylər haqqında məlumat verilirdi. 

1880-ci ildə “Eyer və  oğulları”  fi rması 

“Amerika qəzetləri üzrə illik məlumat 

kitabçası”nın birinci cildini çap etdirir. Bu 

məlumat kitabı  çap  olunan  kimi  1869-

cu ildən Nyu-Yorkda “Rouel” fi rması 

tərəfi ndən hazırlanan oxşar adda digər 

illik ilə  rəqabətə başlayır. 1930-cü ildə 

Eyer  fi rmasının illiyi “Qəzet və jurnallar 

üzrə Eyerin məlumat kitabı” adlanır və 

bu nəşrin adı sonralar bir neçə  dəfə  də 

dəyişdirilir. Hazırda “Dövrü mətbuat üzrə 

Eyerin məlumat kitabı” adlanan bu nəşrdə 

təkcə ABŞ  deyil,  eyni  zamanda,  bu  ölkə 

ilə bağlı, yaxın olan bəzi ölkə və ərazilərin 

dövri nəşrləri haqqında da məlumat 

verilir. Bu səbəbdən burada material 

ərazi əlamə   üzrə, yəni ölkələr və ərazilər 

üzrə düzülür. Əvvəlcə Amerika ştatları 

əli  a üzrə, sonra Kanada əyalətləri və 

nəhayət, digər ölkələr təqdim olunur. 

Hər  şəhər daxilində jurnal və  qəzetlər 

birlikdə ümumi əli  a üzrə  əks olunur. 

Ayrıca vərəqlərdə ştatların və əyalətlərin 

əhatəli xəritəsi verilir ki, bu da is  snasız 

olaraq istənilən bir qəze  n çap olunduğu 

ərazini müəyyənləşdirməyə imkan verir. 

Hər bir şta  n dövrü mətbua  nın siyahısı, 

onun iq  sadiyya    və  mədəniyyə   haq-

qında arayış   pli  məlumatla müşayiət 

olunur. Göstəricinin quruluşu o qədər 

mürəkkəbdir ki, hər hansı bir dövri 

nəşri harada və necə axtarmaq üçün 

yarım rubrikaların ümumi siyahısı  tər  b 

olunmuşdur. “Dövri nəşrlər üzrə standart 

məlumat kitabı” adlı bu nəşr müntəzəm 

çap olunmasa da, bütün elm sahələri üzrə 

ABŞ və Kanadada çap olunan dövri nəşrlər 

haqqında məluma   daha tam əks etdirir. 

Məlumat kitabının əsas hissəsini predmet 

göstəricisi təşkil edir. Köməkçi aparat 

kimi dövri nəşrlərin  əli  a  göstəricisi 



  

AZƏRBAYCAN KİTABXANA ENSİKLOPEDİYASI

15

tər  b olunur. ABŞ federal nəşrlərinin 



cari qeydi 1895-ci ildən çap olunan 

“Birləşmiş  Ştatların rəsmi sənədlərinin 

kataloqu”nda öz əksini tapır. Kataloq 

1907-1939-cu illərdə “Birləşmiş Ştatların 

rəsmi sənədlərinin aylıq kataloqu”, 

1940-cı ildən isə “Birləşmiş  Ştatlar 

höku mə    nəşrlərinin aylıq kataloqu” 

adlanır. ABŞ-da biblioqrafi k  fəaliyyət 

gös tərən mühüm müəssisələrdən biri 

ABŞ Konqres Kitabxanasıdır. 1800-cü 

ildə ABŞ-ın ikinci preziden   Con Adams 

tərəfi ndən imzalanmış  fərman  əsasında 

təşkil olunmuş  kitabxana  20 0 0-ci 

ildə özünün 200 illiyini qeyd etmişdir. 

Konqres kitabxanasının illik büdcəsi 330 

milyon dollardır. ABŞ-ın, o cümlədən 

dünyanın  ən böyük kitabxanası olmaq 

e  barilə Konqres Kitabxanası ABŞ-da 

kitabxana və biblioqrafi ya işində həlledici 

rol oynayır. Kitabxana milli biblioqrafi ya 

mərkəzi olmaqla yanaşı, dünyanın  ən 

böyük biblioqrafi ya  müəssisəsi hesab 

olunur. Müəllifl ik Hüququ Bürosu kitab-

xanada 1891-ci ildə xüsusi şöbə kimi 

ya radılmışdı. Büro ona göndərilmiş  əsər-

ləri qeydiyyatdan keçirir, bu haqda 

şə ha dətnamə verir və 1891-ci ildən 

“Müəllifl ik  hüququ  şəhadətnamələrinin 

kataloqu”nu çap edir. 1965-ci ildə 

Konqres Kitabxanası “Maşınla oxunan 

kataloqlaşdırma” (MARC) proqramını 

işləyib hazırladı. Proqramın ilkin vəzi-

fəsi Amerika kitabxanalarına daxil 

olan yeni ədəbiyya  n vahid qaydada 

kataloqlaşdırılmasının həyata keçiril-

mə sini  təmin etmək idi. Konqres 

kitabxanasında EHM mərhələlərlə, cari 

məlumat banklarının bir-birinin ardınca, 

ardıcıl tətbiq edilməsi yolu ilə  həyata 

keçirilmişdir. Mərkəzi bank əsasən in-

gilis dilində olan ədəbiyyat haqqında 

biblioqrafi k  məlumatlar bankı olub, 

elektron kataloqların bazası idi. MARC 

proqramı  əvvəllər yalnız ingilis dilində 

olan kitabları  əhatə edirdi. Sonralar isə 

buraya digər növ sənədlər (dövri nəşrlər, 

fi lmlər, xəritələr,  əlyazmaları, notlar) və 

başqa dillərdə olan ədəbiyyat (fransız, 

alman, ispan, holland və s.) da daxil 

edilir. 1968-ci ildə Konqres Kitabxanası 

MARC-II forma    haqqında kitab nəşr 

edir. 1974-cü ildə Vaşinqtonda “Milli 

biblioqrafi k  nəzarət” adı ilə keçirilən 

konfransda cari milli biblioqrafi yanın 

vahid modelinin yaradılması, bir sıra 

nəşr lərin avtomatlaşdırılması  və mexa-

nik ləşdirilməsi məsələsini həyata keçir-

mək vəzifəsi qarşıya qoyulur. 1981-ci 

ildə Baş Kartoçka Kataloqu tamamilə 

bağlanaraq Elektron Kataloqla əvəz 

olundu. 1990-cı ildə Konqres Kitabxanası 

3 min qüvvədə olan terminala malik 

idi. Bütün MB (məlumat bazası) üzrə 

yazıların sayı 15 milyona çatmışdı. 

Avto matlaşdırma sahəsində yeniliklər 

1986-cı ildə CD-ROM   pli  op  k  disk-

lərin tət biqinə perspek  vlər açdı. 70-

80-ci illərdə Konqres Kitabxanasında 

Müəllifl ik Hüququ Bürosuna daxil olan 

və qeydiyyatdan keçən sənədlərin 

in for masiya  bazası yaradıldı  və  sərlöv-

hələrdəki  əsas sözlərə görə kitab axtar-

mağa imkan verən sistem (Mul  ple 

Use  MARC  System  (MUMS)  fəaliyyət 

gös tərməyə başladı. Tezliklə Konqres 

Kitab xanasında kitabxana-biblioqrafi ya 

proseslərinin avtomatlaşdırılması, MARC 

proqramı  çərçivəsində  əldə edilmiş nai-

liyyətlər dünya kitabxanalarının diqqə  ni 



Yüklə 35,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə