"PƏRVİN İNŞaat" Mənzil Tikinti Kooperativi üzvlərinin



Yüklə 14,33 Kb.
tarix10.05.2022
ölçüsü14,33 Kb.
#86455
38, 78 protokol


“PƏRVİN İNŞAAT” Mənzil Tikinti Kooperativi üzvlərinin

19 fevral 2020-ci il tarixli Ümumi Yığıncağının 2 saylı PROTOKOLUNDAN

1.ÇIXARIŞ

(AZ1017, Bakı şəhəri,Yasamal rayonu Yeni Yasamal yaşayış massivi Xarici Dairəvi küçəsi, ev 38, m 78)


MTK-nın üzvləri: 191 nəfər

İştirak etti: 156 nəfər

Yetərsay: 127 nəfər
Ümumi Yığıncağın yekdil qərarı ilə MTK üzvləri Məmmədov Xəyyam Mübariz oğlu yığıncağın sədri, İbrahimova Şölə Gəncəli qızı isə yığıncağın katibi seçildilər. MTK üzvləri yığıncağın gündəliyi ilə tanış edildilər və gündəlik yekdilliklə təsdiq edildi.

Yığıncağın gündəliyi:

Pay haqqını tam ödəmiş MTK üzvü Hüseynova Kifayət Rüstəm qızı MTK-nın binasında yaşayış sahəsinin (mənzilin) verilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun sənədləşdirilməsi və alınması məqsədilə mənzillə bağlı müvafiq sənədlərin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) Bakı ərazi idarəsinə Bakı ərazi idarəsinə təqdim edilməsi haqqında.

Məsələ üzrə eşidildi - Sədrlik edən Məmmədov Xəyyam: MTK üzvü Hüseynova Kifayət Rüstəm qızı MTK-ya müraciət edərək, MTK-nın binasında ona ayrılmış yaşayış sahəsinə (mənzilə) görə pay haqqını tam ödədiyini bildirmiş və bunu nəzərə alaraq, həmin yaşayış sahəsinin (mənzilin) ona verilməsini xahiş etmişdir. Həqiqətən də qeyd edilən ünvanda yerləşən binanın 17 (on yeddinci) mərtəbəsində olan, ona ayrılmış 78 m2 ona ayrılmış yaşayış sahəsinə (mənzilə) görə pay haqqını tam ödədiyi üçün həmin yaşayış sahəsinin (mənzilin) ona verilməsini, eyni zamanda reyesterdən çıxarışın və texpasportun alınması üçün mənzilə dair sənədlərin ƏMDK yanında DƏDRX-nin Bakı ərazi idarəsinə təqdim edilməsini təklif edirəm.

Təklif səsə qoyuldu və yekdilliklə qəbul edildi.

Qərara alındı:

1. MTK üzvü Hüseynova Kifayət Rüstəm qızı ona ayrılmış yaşayış sahəsinə (mənzilə) görə pay haqqını tam ödədiyi üçün MTK-n ın Bakı şəhəri, Xarici Dairəvi küçəsi ünvanında yerləşən 38 binasının 17 (on yeddinci) mərtəbəsində olan, ona ayrılmış 78 m2 olan 2 otaqlı, 78 saylı mənzil ona verilsin.

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun sənədləşdirilməsi və alınması üçün bu qərarın 1-ci bəndində göstərilmiş mənzillə bağlı müvafiq sənədlər ƏMDK yanında DƏDRX-nin Bakı ərazi idarəsinə təqdim edilsin.
Ümumi Yığıncağın sədri:

Ümumi Yığıncağın katibi:


PROTOKOLDAN ÇIXARIŞ DÜZDÜR
PƏRVİN İNŞAAT” MTK-nın sədri Hüseynov Ş.G.
Yüklə 14,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə