Ake met indd



Yüklə 35,99 Mb.
Pdf görüntüsü
səhifə296/296
tarix31.10.2018
ölçüsü35,99 Mb.
#77394
1   ...   288   289   290   291   292   293   294   295   296

  

AZƏRBAYCAN KİTABXANA ENSİKLOPEDİYASI

627

qram eyni zamanda səsyazıları, kine-



matoqrafi ya  və televiziya arxivlərini də 

əhatə edir. “Ümumi kitabxanalar haqqın-

da YUNESKO-nun Manifes  ” İFLA ilə bir-

likdə tər  b edilmişdir. Sənəd 1994-cü ilin 

avqustunda  İFLA-nın 60-cı Baş Kon-

fransında və 1994-cü ilin oktyabrında 

YUNESKO-nun ümumi informasiya pro-

qramı üzrə  Şurasında təsdiq edilmişdir. 

2001-ci ildə Baş konfrans YUNESKO-nun 

Mədəniyyət haqqında ümumi deklarasi-

yasını  qəbul etdi. YUNESKO-nun “İnfor-

masiya hamı üçün” Proqramı 2000-ci 

ildə  qəbul edilmiş  və Hökumətlərarası 

Şuranın tövsiyəsi ilə bütün dünyada ya-

yılmışdır. 2008-ci ilin oktyabrında YUNE-

SKO-nun  İcraiyyə Sove  nin 180-ci ses-

siyasında “İnformasiya hamı üçün” 

Proq ramının 2008-2013-cü illər üçün 

yenidən işlənmiş Strateji fəaliyyət planı 

müzakirə edildi və bəyənildi. 2010-cu ilin 

əvvəllərində  “İnformasiya hamı üçün” 

Proqramının 2009-cu il üzrə illik məruzə-

si dərc edilmişdir. “İnformasiya cəmiy-

yə    siyasə  ”  adlı bu məruzədə  həmin 

sa hədə  əsas beynəlxalq və milli sə-

nədlərin icmalı  təqdim olunur. YUNE-

SKO-nun 20-dən çox mətbuat orqanı var. 

Onlardan “Kuryer YUNESKO” (“The Cou-

rier UNESCO” “Müəllifl ik hüququ. YUNE-

SKO Bülleteni” (“Copyright. UNESCO Bul-

le  n”),  “İnforma  ka, kitabxana işi və 

arxivşünaslıq üzrə YUNESKO jurnalı” 

(rübdə 1 dəfə çıxır) və başqaları 25 dildə 

nəşr edilir. 1947-ci ildən YUNESKO-nun 

kitabxanalar üçün xüsusi bülleteni nəşr 

edilir. İldə 6 nömrəsi çıxan bu bülletendə 

məqalələr  əvvəllər ingilis və fransız 

dillərində verilirdi. 1953-cü ildən isə 

məqalələr həm də ispan, 1957-ci ildən 

rus və 1970-ci ildən ərəb dillərində dərc 

edilir. YUNESKO eyni zamanda kitabxana 

işinə dair monoqrafi yalar da nəşr edir.



YUNİSİST – Elmi və Texniki İnforma-

siya Sahəsində Beynəlxalq  Əməkdaşlıq 

Proqramıdır. 1971-ci ildə YUNESKO-nun 

təşəbbüsü ilə dövlətlərarası konfrans-

da dünya elmi informasiya sisteminin 

yaradılması üzrə YUNİSİST proqramının 

əsas prinsipləri işlənib hazırlanmış  və 

onun həyata keçirilməsinə dair tövsi-

yələr formalaşdırılmışdır.  Əsas vəzifə-

si – beynəlxalq miqyasda elm, texnika, 

həmçinin, ic  mai  elmlər sahəsində in-

formasiyanı əldə etməyə kömək etmək-

dən ibarətdir. 1973-cü ildən YUNİSİST 

uzunmüddətli beynəlxalq proqrama 

çev rilir.  NATİS – milli informasiya sis-

temlərinin yaradılması konsepsiyası kimi 

YUNESKO-nun beynəlxalq təşkilatlarla 

bir likdə 1974-cü ildə Parisdə keçirilən 

sənədləşdirilmə, kitabxana və arxivlərin 

milli infrastrukturunun planlaşdırılması 

üzrə hökumətlərarası konfransda işlənib 

hazırlanmışdır. 1979-cu ildə Parisdə ke-

çirilən eyni səviyyəli konfransda YUNİ-

SİST proqramının inkişa  nı  nəzərdə tu-

tan YUNİSİST II qəbul edilmiş, 2001-ci 

ildə onu YUNESKO-nun “İnformasiya 

hamı üçün” proqramı əvəz etmişdir.

YÜKSƏK ÇAP (YÇ) – çap üsullarından 

biridir. Yüksək çap üçün is  fadə olunan 

çap elementləri çap formasından hündür 

olur (adı da buradandır). Ağac üzərində 

qravür, mətbəə naboru, stereo  p, avto-

 piya və klişedən ibarətdir.




  

AZƏRBAYCAN KİTABXANA ENSİKLOPEDİYASI

628

ZAQATALA RAYON MƏRKƏZLƏŞDİRİL-

MİŞ  KİTABXANA SİSTEMİ (Zaqatala ra-

yon MKS) – Rayonda ilk kitabxana (oxu zalı 

ilə birlikdə) 1906-cı ildə açılmışdır. Kitab-

xananın açılışında görkəmli ziyalılardan 

Firudin bəy Köçərli, Rəşid bəy  Əfəndi-

yev və başqaları  iş  rak etmişlər. Nizami 

Gəncəvinin adını daşıyan rayon Mərkəzi 

Kitabxanası 1923-cü ildə yaradılmışdır. 

1933-cü ildə Zaqatalada 2 kitabxana 

və 6 klub fəaliyyət göstərmişdir. 1936-

cı ildə ilk müstəqil uşaq kitabxanası 

təşkil edilmişdir. 1974-cü ildə MKS təşkil 

edilmişdir. MKS-ə 1 Mərkəzi Kitabxana, 

4  şəhər, 2 qəsəbə, 50 kənd kitabxana 

fi lialı daxildir. 2012-ci ilin may ayından 

MKS-də  İRBİS-64 AKİS tətbiq edilmişdir. 

Hazırda MKS-in kitab fondunda 408 min 

nüszədən çox çap əsəri var. Oxucuların 

sayı 23 mindən ar  qdır. MKS-in işçilərin-

in sayı 127 nəfərdir. MKS-in İnternet ün-

vanı: www.zaqatala.cls.az.

ZEYNALLI Hənəfi Baba oğlu (1896-

1937) Bakıda dəmirçi ailəsində anadan 

olmuşdur. 1916-cı ildə Bakıdakı rus-ta-

tar məktəbini və Bakı politexnikumunu 

bi  rmiş, həmin il Bauman adına Moskva 

ali texniki peşə məkətəbinə daxil olmuş-

dur. Lakin tələbə inqilabı  hərəka  nda 

iş  rak  etdiyinə görə  məktəbdən azad 

edilmişdir. 1922-ci ildə ADU-nun (indiki 

BDU) şərqşünaslıq şöbəsinə daxil olmuş, 

1927-ci ildə oranı bi  rərək, Azərbay-

can  ədəbiy ya    kafedrasında işləməyə 

başlamış, 1930-cu ildə dosent olmuşdur. 

Həmçinin Ali Par  ya  İns  tutunda  pri-

vat-dosent kimi dərs demişdir. Bununla 

yanaşı, “Kommunist” qəze  nin  redak-

siya  şurasının üzvü olmuşdur. 1923-cü 

ildə Azərbaycan Dövlət Nəşriyya  nın 

əsas yaradıcılarından biri kimi fəaliyyətə 

başlamış  və oranın baş redaktoru və-

zifəsində çalişmışdır. Azərbaycan Tədqiq 

və  Tətəbbö Cəmiyyə  ndə baş redak-

tor, həmçinin Mərkəzi  Şura Cəmiyyə   

türkologiya bölməsinin rəyasət heyə  nə 

seçilmiş, folklor komissiyasının sədri 

Z



  

AZƏRBAYCAN KİTABXANA ENSİKLOPEDİYASI

629

olmuşdur. 1923-1931-ci illərdə “Kom-



munist” qəze  ndə, “Maarif və  mədəni-

yyət”, “İnqilab və  mədəniy yət”, “Maarif 

işçisi” jurnallarında  ədəbi publisis  k ya-

zılarla çıxış etmişdir. 1923-cü ilin noyabr 

ayında “Azərbaycanı  Tədqiq və  Tətöbbö 

Cəmiy yə  

”nin (ATTC) iclası keçirilmiş 

və kitabxa 

nanın yaradılması haqqında 

qərar qəbul edilmişdir. Bu qərara əsasən 

həmin vaxt dan ATTC-nin nəzdində Elmi 

Kitabxana fəaliyyətə baş lamışdır. Bu 

zaman kitab xananın fon dunu 430 nüsxə 

kitab, 1200 nüsxə qiymətli  əlyazmalar 

təşkil edirdi. Cə miyyətin Elmi Kitab-

xanasının fəa liy yə   H.Zeynallıya, Biblio-

qrafi ya bürosunun fəa liyyə  nə  rəhbər-

lik A.V.Baqriyə  həvalə edilmişdir. Lakin 

1925-ci ilin avqust ayında “Azərbay ca-

nı  Tədqiq və  Tətöbbö Cə miy yə  ”nin 

Mərkəzi  Şurasının iclasında Cəmiyyə-

 n  işində paralelizmi aradan qal dırmaq 

və kitabxanada olan mate 

ria 


lın biblio-

qrafi yalaşdırılması  məqsədilə büro ilə 

kitabxana birləşdirilərək, Kitab 

xana-


Biblioqrafi ya bürosu təsis edilmiş  və 

Kitabxana-Biblioqrafi ya bürosunun sədri 

Hənəfi   Zeynallı  təyin edilmişir. 1930-cu 

ildə ADETİ ədəbiyyat bölməsində folklor 

üzrə  rəhbər işləmiş, Par  ya  Tarixi  İns-

 tutunda  işləyərkən Leninin əsərlərini 

tərcümə etmiş, marksizm klassikləri 

əsərlərinin tərcümələrini redaktə et-

mişdir. 1937-ci il yanvarın 28-də Ruhulla 

Axundovun  əksinqilabi qrupunun üzvü 

kimi həbs olunmuş, haqqında ölüm hök-

mü çıxarılmışdır. Hərbi kollegiyanın hök-

mü Bakıda yerinə ye  rilmişdir. 1957-ci il 

mar  n 30-da bəraət almışdır.  Əsərləri: 



“Azərbaycan atalar sözü. Xalq dilşünaslığı 

üzrə materiallar”.- Bakı, 1926; “Ərəb 

əli  ası ilə  ağız  ədəbiyya  ”.-  Bakı,1926.; 

“Azərbaycan el ədəbiyya  : 1-ci hissə” / 

hazırlayan: H.Əlizadə, red: H.Sultanov, 

H. Zeynallı.- Bakı, ATTC-nin nəşriyya  , 

1929.-157 s., ”Azərbaycan nağılları” // 

“Elmi əsərlər”.- 1937.-17 sentyabr.- 82 s., 

“Azərbaycan tapmacaları”.- Bakı,1928.

ZƏNGİLAN RAYON MƏRKƏZ LƏŞ Dİ-

RİLMİŞ  KİTABXANA SİSTEMİ (Zəngilan 

rayon MKS). Mərkəzi Kitabxana 1976-cı 

ildə yaradılmış, MKS 1978-ci ildə  təşkil 

edil mişdir. Ermənistan hərbi birləşmələri-

nin işğalından əvvəl MKS öz ətra  nda 1 

Mərkəzi Kitabxananı, 1 uşaq, 1 gənclər, 

1 şəhər, 1 qəsəbə və 65 kənd kitabxana 

fi lialını birləşdirmişdir. MKS-in ümumi 

fondu 490 min nüsxə ədəbiyyatdan, oxu-

cuların sayı isə 20 min nəfərdən ibarət 

olmuşdur. MKS-da 158 nəfər  əməkdaş 

çalışmışdır. Erməni qəsbkarları 1993-

cü il oktyabrın 29-da Zəngilan rayo-

nunu işğal etmiş, bütün kitabxanalar 

dağıdılaraq talan olunmuşur. Zəngilan 

rayon MKS öz fəaliyyətini 2010-cu ildə 

Bakı  şəhərinin Nərimanov rayonunda 

bərpa etmişdir. Hazırda MKS öz ətra  n-

da 1 Mərkəzi Kitabxananı  və 1 fi lialı 

birləşdirir. Kitab xananın fondunda 7750 

nüsxə kitab saxlanılır. 

ZƏRDAB RAYON MƏRKƏZLƏŞDİRİLM-

İŞ  KİTABXANA SİSTEMİ  (Zərdab rayon 

MKS). Zərdab rayonunda ilk kitabxana 

1948-ci ildə açılmışdır. MKS 1978-ci ildə 

yaradılmışdır. MKS-ə 1 Mərkəzi Kitab-

xana, 40 kənd kitabxana fi lialı daxildir. 

MKS-də 136 nəfər işçi fəaliyyət göstərir. 

MKS-in kitab fondu 290 min nüsxədən 

çoxdur. MKS- in İnternet ünvanı: h  p://

zardab.cls.az.



  

AZƏRBAYCAN KİTABXANA ENSİKLOPEDİYASI

630

ZƏRDABİ  Rəfi qə  İsa qızı – 1941-ci ildə 

Ağdam rayonunda anadan olmuşdur. 

1965-ci ildə Azərbaycan Dövlət Univer-

site  nin (indiki Bakı Dövlət Universite  ) 

kitabxanaçılıq fakültəsini (indiki kitab-

xanaçılıq-informasiya fakültəsi) bi  r mişdir. 

1965-ci ildən Azərbaycan Mə dəniyyət 

Nazirliyində (indiki Azərbaycan Respub-

likasının Mədəniyyət və Turizm Nazirliyi), 

1970-ci ildən isə  Mədəniyyət işçilərinin 

Hazırlıq və  İx  sasar  rma Kursunun (in-

diki Respublika Mədəniyyət Müəssisələri 

İşçilərinin Hazırlıq və İx  sasar  rma Mər-

kəzi) direktoru vəzifəsində çalışmışdır. 

Azərbaycan Respublikasının  Əməkdar 

mədəniyyət işçisidir.



ZONA BİBLİOQRAFİYASI (ZB) – məzmun-

ca və ya digər  əlamətlərə görə ölkənin 

iri iq  sadi və ya fi ziki-çoğrafi  rayonu (zo-

nası) ilə əlaqədar yaradılmış biblioqrafi k 

vəsaitdir.  Termin  kimi  XX  əsrin 50-ci il-

lərində keçmiş Sovetlər birliyinin bir sıra 

iri zonalarında yaradılmış zona kitabxana 

birliklərinin meydana gəlməsi ilə  əlaqə-

dar olaraq elmi və prak  ki leksikona daxil 

edilmişdir. Ona biblioqrafi yanın müstəqil 

növü kimi, eyni zamanda, regional bib-

lioqrafi yanın bir səviyyəsi, diyarşünaslıq 

biblioqrafi yasının növü kimi baxılır. Kənd 

təsərrüfa   biblioqrafi yasında elə  vəsait-

lər zona biblioqrafi yası hesab edilir ki, 

onlar yerli şəraitlə əlaqədar olan ədəbiy-

ya  , eyni zamanda o materialları əks et-

dirir ki, onlar konkret ərazidə kənd təsər-

rüfa    istehsalını  təkmilləşdirmək üçün 

is  fadə olunur.



ZUBOV Yuriy Sergeeviç (1924-2006) - 

Moskva Dövlət Mədəniyyət və İncəsənət 

Universite  nin  kitabxanaçılıq fa 

kültəsi-


nin dekanı, tanınmış rus biblioqra  ,  ali-

mi, pedaqoqu olmuşdur. Uzun müddət 

kitabxanaşünaslıq, biblioqrafi yaşünaslıq 

və kitabşünaslıq ix  sası üzrə dissertasiya 

şurasının sədri kimi fəaliyyət göstərmiş

Beynəlxalq  İnformasiya laş dırma Aka de-

miyasının və Humanitar Elmlər Akade-

miyasının akademiki olmuşdur.  Əsər ləri: 



“Библиография искусства” (М., 1973); 

“Книга  советских  писа телей” (М., 

1958–1962) və s.


  

AZƏRBAYCAN KİTABXANA ENSİKLOPEDİYASI



Ön söz .................................

A .........................................

B .........................................

C ......................................... 

Ç .........................................

D .........................................

E .........................................

Ə .........................................

F .........................................

G .........................................

H .........................................

X .........................................

İ .........................................

J .........................................

K .........................................

Q .........................................

L .........................................

M ........................................

N .........................................

O .........................................

Ö .........................................

P ..........................................

R .........................................

S .........................................

Ş .........................................

T .........................................

U .........................................

Ü .........................................

V .........................................

Y .........................................

Z .........................................

5

7



113

190


194

199


211

217


233

245


249

259


271

320


323

379


396

403


457

470


479

498


509

545


569

583


597

604


609

619


628

M Ü N D Ə R İ C A T


 

AZ

ƏRBAYCAN KİTABXANA

 

ENS



İKLOPEDİYASI

 

 



Redaktorlar:

 

Y.K



ərimov,  V.Quliyev

 

 



T

ərtibatçı-dizayner:

 

X.Quliyev



 

 

Az



ərbaycan  Kitabxana  Ensiklopediyasının 

hazırlanması  üzr

ə işçi qrupu:

 

 



K.Aslan 

N.

İsmayılov 



Ə.

M

əmmədov



 

Ə.Cəfərova 

A.Abdullayeva 

A.Hacıyeva

 

 

 



 

 

 



Ünvan: AZ-1000 Bakı 

ş., Хaqani küç. 57

 

Е-mail: contact@anl.az



 

URL: www.anl.az

 

 

Sifari



ş № 36

 

Çapa imzalanmı



şdır: 29.12.2015

 

Tirajı: 500



 

Pulsuz


 

 

 



 

 

 



«Z

ərdabi-Nəşr» MMC Nəşriyyat Poliqrafiya müəssisəsi

 

Sifari


ş №14

 

e-poçtu: zerdabi_em@mail.ru



 

Yüklə 35,99 Mb.

Dostları ilə paylaş:
1   ...   288   289   290   291   292   293   294   295   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə