Ake met indd



Yüklə 35,99 Mb.
Pdf görüntüsü
səhifə293/296
tarix31.10.2018
ölçüsü35,99 Mb.
#77394
1   ...   288   289   290   291   292   293   294   295   296

  

AZƏRBAYCAN KİTABXANA ENSİKLOPEDİYASI

621

kartotekadır. Bu kartoteka müvafi q  in-



ziba  -ərazi bölgəsində meydana gələn 

nəşrləri  əli  a və ya xronoloji qaydada

birbaşa və ya əks xronologiya ilə, nəşriy-

yatlar və ya nəşr edən təşkilatlar üzrə 

tər  b edilir. 

YEVLAX  ŞƏHƏR MƏRKƏZLƏŞDİRİL-

MİŞ KİTABXANA SİSTEMİ (Yevlax şəhər 

MKS) – Yevlax Dövlət Arxivində mühafi zə 

olunan sənədlərə  əsasən 1934-cü ilə 

qədər rayonda 3 klub və 4 kitabxana 

fəaliyyət göstərmişdir. Bunlar 1928-ci 

ildə Yevlaxda   kilən Dəmiryol klubu, 

1928-ci ildə Malbinəsi kəndində, 1930-

cu ildə Qaramanlı  kəndində   kilən klu-

blar idi. Həmin binalarda həm də kitab-

xanalar üçün otaq nəzərdə tutulmuşdu. 

1936-cı ildə rayonda 9 klub, 7 kitabxana, 

11 qiraətxana vardı. 1946-cı ildə res-

publikanın bütün şəhər və rayonların-

da olduğu kimi Yevlaxda da klub, kitab-

xana və qiraətxanaların qeydə alınması 

və pasportlaşdırılması  həyata keçirilm-

işdir. Həmin vaxt rayonda 26 kitabxana 

fəaliyyət göstərmişdir. Almaz İbrahim 

qızı  Məmmədova rayonun ilk ali təhsilli 

kitabxana işçilərindən biri kimi 1958-ci 

ildən Mərkəzi Kitabxananın müdiri və-

zifəsində fəaliyyətə başlamış və 40 ildən 

çox bu vəzifədə çalışmışdır. 1982-ci ildə 

“Şərəf nişanı” ordeni ilə  təl  f  edilmiş, 

1985-ci ildə  “Əməkdar mədəniyət işçi-

si” fəxri adına layiq görülmüşdür. Yevlax 

şəhər Mərkəzi Kitabxanası 1935-ci ildən 

fəaliyyət göstərir. MKS 1976-cı ildə təşkil 

edilmişdir. MKS-ə 1 Mərkəzi Kitabxana, 

9 şəhər və 36 kənd kitabxanası olmaqla 

46 kitabxananı özündə birləşdirir. MKS-

in ümumi kitab fondunda 488 min nüs-

xədən çox çap vahidi saxlanılır (2014). 

MKS üzrə oxucuların sayı 285 min 

nəfərdir. MKS-də 76 nəfər kitabxana 

işçisi var. 



YIĞIM  – nəşrə  təsdiq olunmuş  əlyaz-

manın kompüterdə (fotoyığım maşının-

da, linotipdə) yığılmasıdır.

YUMŞAQ MAQNİT DİSKİ (YMD) – üzərinə 

maqnitlənə bilən materialdan ibarət 

təbəqə oturdulmuş yumşaq polimer ma-

terialdan hazırlanan diskdən ibarət infor-

masiya daşıyıcısıdır. Ölçülərinə görə stan-

dart (diametri 208 mm), midi (diametri 

133 mm) və  mini  (89;  82,5;  76,2  mm) 

disklər fərqləndirilir. 208 və 133 mm-lik 

diametrli disklər ar  q çox nadir hallar-

da is  fadə edilir. Bu   pli disklər ilk dəfə 

ABŞ-da İBM şirkə   tərəfi ndən yaradıldığı 

üçün bir çox hallarda onların diametri 

düyüm ilə göstərilir. Sonuncuların  ən 

çox yayılmış konstruk  v  varian  nda  in-

formasiya daşıyıcısı  olan  disk  kvadrat 

formalı plas  k qıla  n içərisində yerləşir. 

Materialın maqnit sahəsində  həssaslığı 

və keyfi yyə  nə görə disketlər adi sıxlıq – 

SD, ikiqat sıxlıq – DD, yüksək sıxlıq – HD, 

ifrat yüksək sıxlıq – VHD markalarında 

ola bilər. Hazırda ən geniş is  fadə edilən 

digər   p DS HD – 1,44 meqabayt fl oppi 




  

AZƏRBAYCAN KİTABXANA ENSİKLOPEDİYASI

622

disketlərdir. Bu   pli  yumşaq disklərdən 



başqa Iomega və bir sıra digər  şirkətlər 

tərəfi ndən istehsal edilən daha böyük 

informasiya tutumlu (120 Mbayt, 240 

Mbayt və s.) ZİP disk deyilən maqnit disk-

ləri də vardır. Onlardan fərqli olaraq 89 

mm-lik disk yazan və oxuyan qurğu-FDD- 

çox geniş yayılmışdır və  fərdi kompüter 

istehsalçılarının  əksəriyyə   öz məhsulu-

na bu qurğunu da montaj edirlər. İndi bu 

 p daşıyıcılar is  fadədən çıxmaq üzrədir. 

İnformasiyanın yazılıb saxlanması, daşın-

ması,  şəbəkəsiz ötürülməsi üçün fl oppi 

disklərin yerinə əsasən fl eş yaddaş cihaz-

larından is  fadə edilir.



YUNАNISTАN KİTАBХАNАLАRI – Qədim 

Yunаnıstаn dünyanın tarixi mədəniy-

yət mərkəzlərindən biridir. Yunаnıstаn 

mədəniyyə   e.ə. II-I minilliklərdə yaranıb 

formalaşmışdır. Qədim yunan polis-

lərində müxtəlif tərbiyə  və maarif sis-

temləri yaranmışdı. Daha hərtərəfl i  və 

demokra  k olan Afi na  sistemində  əqli, 

əxlaqi, este  k və fi ziki tərbiyə bir-biri ilə 

əlaqələndırilirdi.  Spartada  yeni  doğulan 

körpələr arasından yalnız sağlam olan-

lar tərbiyə  məqsədi ilə dövlət tərəfi n-

dən seçilib götürülürdü. 8-10 yaşlı hər bir 

yeniyetmə spartalı üçün dövlət məktəb 

təlimi məcburi idi. 13-15 yaşlılar gimnazi-

yada, 18-20 yaşlılar hərbi və mülki xidmət 

məktəbləri sayılan xüsusi düşərgələrdə 

(efebiya) bilik və hazırlıqlarını  tək-

milləşdırırdilər. Yunаnıstаnda görkəm-

li alimlər öz məktəblərini yaradırdılar. 

Onlardan Afi na  şəhərindəki Platon 

akademiyası, Aristotel Likeyi, Sokrat 

məktəbi daha məşhur idi. “Bibliotеkа” 

(“kitаbхаnа”) sözü də Yunаnıstаndа 

mеydаnа  gəlmişdir.  Аn  k  kitаbхаnаlаr 

hаqqındа  ən ilkin məlumаtlаr  е.ə. II 

minilliyin I yаrısınа  аiddir. Bеlə ki, Krit 

аdаsındаkı  sаrаyın binаlаrındа  хə    

yаzılı gil lövhələrin tоplanılmаsı  fаk-

   elm  аləminə  məlumdur. Tаriхi mən-

bələr  е.ə. VI-IV əsrlərdə Yunаnıstаnda 

mövcud olmuş kitаbхаnаlаr hаqqındа 

məlumаtlаrı  dа  sахlаmışdır.  Ən zəngin 

kitаbхаnаlаrdаn biri qədim yunan mü-

tə fəkkiri Pifаqоr Samoslunun məşhur 

nаturfi lоsоfi ya  məktəbinin nəzdində 

yеrləşirdi. Rəvayətə görə, Pifаqоr Hin-

distanı, Misiri, Babilistanı  gəzmiş,  Şər-

qin müdrik fi kir  mənbələri ilə yax-

ından tanış olmuşdu. Alim vətəninə 

qayıdandan sonra gənc aristokra  ya 

nümayəndələrindən ibarət olan Pifаqоr 

məktəbi yaratmışdı. Bu məktəbin əsasın-

da  ədədlər təlimi durur, allahlar, ruhlar, 

incəsənət və s. ədədlərlə  təsvir edilirdi. 

Həmin təlim  əvvəllər məktəbdə  şifahi 

şəkildə ötürülürdü. Pifаqоr məktəbi döv-

lə  n ic  mai-siyasi işlərində  və idarə ol-

unmasında da yaxından iş  rak edirdi. Bu 

məktəbdə riyaziyyat, fəlsəfə, təbiət elm-

ləri tədqiq olunurdu. Burada hesab və 

həndəsəyə dair aparılmış mühüm kəşf-

lər qədim elmin inkişa  na böyük təkan 

vermişdi. Pifaqorçular Misir və Babilistan 

kahinlərindən həm öz dini e  qadlarını, 

həm də hesab, həndəsə, musiqi nəzəri-

yyəsi və astronomiyanı götürüb daha 

da inkişaf etdirmişdilər. Pifаqоr məktə-

binin nəzdində yaradılmış kitabxananın 

fondunda dövrün bütün elmlərinə dair 

əlyazma kitablar vardı. Onlar həm qədim 

dillərdə, həm də yunan dilində idi. Е.ə. VI 

əsrin əvvəllərində Sаmоs аdаsının hökm-

darı  Pоlikrа  n  zəngin kitаbхаnаsı  vаrdı. 




Yüklə 35,99 Mb.

Dostları ilə paylaş:
1   ...   288   289   290   291   292   293   294   295   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə