Ake met indd



Yüklə 35,99 Mb.
Pdf görüntüsü
səhifə289/296
tarix31.10.2018
ölçüsü35,99 Mb.
#77394
1   ...   285   286   287   288   289   290   291   292   ...   296

  

AZƏRBAYCAN KİTABXANA ENSİKLOPEDİYASI

612

ta keçirilir. Məsafəsən dialoq altrejimi 



(buna həm də onlayn əlyetərlik deyilir) 

isə kommunikasiya vasitələrindən-tele-

fon rabitəsindən, radioəlaqədən və digər 

texniki vasitələrdən- is  fadə etməklə 

həyata keçirilir. VAE-nin icra edilməsinin 

paket rejimində is  fadəçi əvvəlcədən in-

san tərəfi ndən emal üçün işlənib hazırl-

anmış  və müəyyən qaydada toplanmış 

sənəd və verilənlər pake  nin emal pro-

sesinin tam dövrü başa çatmamış proq-

ram-texniki vasitələr sisteminin işinə 

təsir edə bilmir. Məsələn, hesablama 

mərkəzinin operatoru axşam ayrıca veri-

lənlər (fayllar) massivində gün ərzində 

toplanmış biblioqrafi k  yazıların VB-ya 

yüklənməsi üzrə paket tapşırığını  işə 

salır. Nəzarət zamanı səhvləri olan biblio-

qrafi k yazılar səhvlər protokolunda qalır, 

sistem tərəfi ndən “qəbul edilmiş” yazılar 

isə kataloqlaşdırıcıdan qəbul edilmiş 

şəkildə VB-yə yüklənir. Protokolların təh-

lilindən sonra çıxdaş edilmiş yazılar re-

daktə edilir və yenidən VB-yə daxil edilir. 

VAE-nin tərkibində  həm də verilənlərin 

konvertasiyası-onların bir   pdən başqa 

bir   pə çevrilməsi modulu da olur. Kon-

vertasiyaya aşağıdakı maşın  əməliyyat-

ları daxildir: verilənlərin redaktəsi (dəyər 

kəsb etməyən simvolların silinməsi, 

punktasiyanın qaydaya salınması, sim-

volların və  sə  rlərin inversiyası), veri-

lənlərin transformasiyası. (formatların, 

parametrlərin dəyişdirilməsi, kodlama və 

dekodlama), verilənlərin yenidən təşkili 

(kompanovka, yeni elementlərin yaradıl-

ması). Misal üçün, müxtəlif elektron 

kataloqlar arasında biblioqrafi k yazıların 

fayllarının mübadiləsi təcrübəsində bib-

lioqrafi k  yazının elementlərinin və s. 

verilənlərin təqdim edilməsinin bir for-

ma  ndan digərinə konvertasiya edilmə-

si geniş yayılmışdır. Sistemin çalışdığı 

kompüterlərin başqa   pli kompüterlərlə 

əvəz edilməsi zamanı verilənlərin digər 

 pli  verilənlər bazalarının idarəetmə 

sistemində is  fadə edilməsi üçün kon-

vertasiya edilməsi lazım gəlir. Maşın-

la oxunan informasiya daşıyıcılarına 

yazılmış verilənlərin ötürülməsi, verilən-

lərin mühafi zəsinin təmin edilməsi və 

s. üçün ayrı-ayrı yazıların, faylların, VB-

lərin, proqramların nüsxələnməsi və ya 

bötöv bir sistemlərin doldurulması lazım 

gəlir. Verilənlərin nüsxələnməsi onların 

əvvəlki yerlərində saxlanması  şər    ilə 

digər daşıyıcılarda və ya eyni daşıyıcının 

(diskin, diske  n  və s.) digər sahəsində 

yaradılmasından ibarətdir. Kağız və ya 

fotoplyonka üzərində yazılmış nüsxəyə 

maşınla oxunan nüsxələrdən (maşın 

nüsxəsi) fərqli olaraq sərt nüsxə deyil-

ir. Sistemin arxivində saxlanmaq üçün 

nəzərdə tutulmuş nüsxələrə arxiv nüs-

xəsi deyilir (Bax: maşınla oxuna bilən 

verələnlərin arxivasiyası). Faylın  əsas 

nüsxəsinin (orijinalının) zədələnməsi 

halında is  fadə edilmə üçün nəzərdə 

tutulmuş fayl nüsxəsinə eh  yat  nüsxə-

si (nəzarət nüsxəsi, dubl nüsxə) deyilir. 

VB-nin tamlığının bərpa edilməsi üçün 

maşınla oxunan digər daşıyıcıda onun 

sığorta nüsxəsi yaradılır. Verilənlər kimi, 

proqramların da orijinal əsasında gündə-

lik is  fadə üçün nüsxələri yaradılır. Fayl-

ların nüsxələnməsinə çox zaman faylların 

saxlanması deyilir, çünki bu əsas infor-

masiya daşıyıcısının sıradan çıxması  və 

ya AİS-in işində nasazlıqlar nə  cəsində 

verilənlərin i  rilməsinin qarşısını alır. 



  

AZƏRBAYCAN KİTABXANA ENSİKLOPEDİYASI

613

VAE prosesi verilənlərin məsafədən (dis-



tant) emalı– yəni onların rabitə kanal-

ları (Bax: rabitə  şəbəkələri) vasitəsi ilə 

emalında, verilənlərin avtonom emalı 

– yəni verilənlərin mərkəzi kompüterdə 

deyil, periferik hesablama qurğularında, 

satellit kompüterlərdə emalında, bir he-

sablama mərkəzində, vahid bir VB-də 

yerləşdirilmiş verilənlərin mərkəzləşdiril-

miş emalında, verilənlərin paylaşdırılmış 

emalında (paylaşdırılmış AİS-lərdə) müx-

təlif  şəkildə  həyata keçirilir. Misal üçün, 

toplu EK üçün biblioqrafi k yazıların hazır-

lanması kitabxanaların birində katalo-

qun toplu VB-yə  məsafədən  əlyetərlik 

(teleəlyetərlik) rejimində  iş  rakçı kitab-

xanalar və ya mərkəzləşdirilmiş kitab-

xanalar arasında paylaşdırılmış  şəkildə 

təşkil edilə bilər (Həm də bax: Kitab-

xana kompüter şəbəkəsi). Eyni zaman-

da kitabxananın  əməkdaşları kompüter 

şəbəkəsinin mərkəzinə (serverə) qoşul-

muş, öz iş yerlərindəki fərdi kompüterləri 

vasitəsi ilə verilənləri avtonom şəkildə 

emal edirlər.  Həm də bax: Avtomat-



laşdırılmış informasiya sisteminin texniki 

təmina  .

VERİLƏNLƏRİN ÇIXIŞI (VÇ) – (AİS-dən, 

kompüterdən), hesablama texnikası va-

sitələri ilə  və ya kömpüterlə  sənədin 

emalı üzrə avtomatlaşdırılmış informasi-

ya sistemləri və  ya  kompüterin  veri-

lənlərin kompüterin əsas yaddaşından 

xarici qurğuya –displeyin ekranına, çap 

üçün printerə, disketə, maqnit len  nə və 

ya diskinə, op  k  disklərə  və digər por-

ta  v elektron informasiya daşıyıcıları-

na ötürülməsindən ibarət olanı son 

əməliyyatdır (Həm də bax: İnformasiya 

daşıyıcıları, Avtomatlaşdırılmış informa-

siya sistemlərinin texniki təmina  ). 

Sənədlərdən və ya verilənlərdən ibarət 

olan fayl ya ilkin şəkildə çıxışa verilir, ya 

da xüsusi olaraq VÇ üçün emal edilir. Çıxış 

proqramında müvafi q olaraq verilənlərin 

çeşidlənməsi rejimi, məsələn, əli  a üzrə, 

ədədi qiymə  n artan və ya azalan sırası 

ilə əli  a sırası ilə, onlara verilmiş təsnifat 

indeksləri ilə  və s. nəzərdə tutula bilər. 

Sistemdən çıxışa verilən sənədlər çı xış 

sənədləri adlanır. Avtomatlaşdırılmış in-

formasiya sistemi tərəfi ndən VÇ üçün 

formalaşdırılan çıxış verilənləri çox za-

man xüsusi formalarda yaradılır. Belə çı-

xış formalarına misal olaraq biblioqrafi k 

yazıları, mühasibat uçotu cədvəlləri,  

oxu cu  biletlərini, inventar vərəqlərini, 

 pik məktub formalarını və s. göstərmək 

olar. Müvafi q  formalı  çıxış  sənədlərinin 

alınması üçün çıxış formalarını genera-

siya edən xüsusi proqramları  və sistem 

tərəfi ndən seçilmiş verilənlər massivin-

dən is  fadə edilir. Sənədlər massivi və 

ya digər verilənlər AIS is  fadəçisinin 

tapşırdığı müəyyən  əlamətlərə görə 

sorğu verməklə  aşkara çıxarılır. Beşinci 

nəslə aid yeni kompüterlərdə VÇ-nın yeni 

formaları daha geniş  tətbiq edilir. Bun-

lara misal olraq avtomatlaşdırılmış tədris 

sistemlərində, xəbərdarlıq-mühafi zə siq-

nalizasiya sistemlərində, görmə qüsuru 

olan şəxslər üçün mütaliə sistemlərində, 

kompüter oyunlarında və s. tətbiq edilən 

informasiyanın səslə  çıxışı metodunu 

göstərmək mümükündür. Bu metod mul-

 media  texnologiyalarında da is  fadə 

edilir. VÇ qurğuları geniş sıralı texniki va-

sitələr sinfi dir. Bunlar kompüterlərin pe-

ri ferik  qurğularına aiddir.




Yüklə 35,99 Mb.

Dostları ilə paylaş:
1   ...   285   286   287   288   289   290   291   292   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə