Mövzu. Qender və ƏDƏBİyyat



Yüklə 185,05 Kb.
səhifə1/6
tarix25.06.2018
ölçüsü185,05 Kb.
#51412
növüYazı
  1   2   3   4   5   6


MÖVZU. QENDER VƏ ƏDƏBİYYAT 

 

Ədəbiyyatın incəsənətin bir növü kimi spesifikası. Yazıçının müəllif mövqeyindən bədii  əsərdə qender 



aspektinin qarşılıqlı  əlaqəsi. Bədii  ədəbiyyatda qadın obrazları: xronoloji baxışda  ənənə  və novatorluq. Ədəbi 

tənqiddə qender aspekti 

 

Ədəbiyyatda qender tədqiqatlarının tarixi, «qender» anlayışının meydana çıxması ilə bağlıdır. Söz 



yox ki, ədəbiyyata qender yanaşması qadınlar üçün hərtərəfli sosial emansipasiyanı  tələb edən qadın 

hərəkatı, eləcə də ədəbiyyatın feminist nəzəriyyəsi ilə çıx bağlıdır. 

Biz artıq qeyd etmişdik ki, XX əsrin 90-cı illərində «qender» anlayışı feminizm və sosiologiyanın 

çərçivələrindən çıxmışdır. Amma, onlarla genetik əlaqəni kəsməyərək, qenderin, cinsin ümumi 

kateqoriyasının ekvivalenti kimi istifadəsi meyli (tendensiyası) olan müxtəlif elmlərdə xüsusi ahəng alır. 

Qenderin müxtəlif akademik fənlərə daxil olması bir sıra elmlərdə yeni istiqamətlər yaratdı. Qeyd 

etmək lazımdır ki, bu proses ədəbiyyatşünaslığa da toxunmuşdur. Bu gün ədəbiyyatda qender aspektini 

nəzərdən keçirən bir sıra tədqiqatlar mövcudur ki, bunun nəticəsində «qender ədəbiyyatşünaslığı» 

termini yarandı. 

Bu tədqiqatların müəllifləri qadın, qadın mənşəyi, qadın obrazları haqqında təsəvvürlərin 

fərqlənliricisi cəhətlərini qeyd edərək, onların dünyagörüşü, mədəni dəyərlərlə  əlaqəsini (nisbətini) 

göstərə bildilər. Bu da öz növbəsində göstərilmiş  təsəvvürləri ilə qender identikliyinin formalaşması 

mexanizmlərinin qarşılıqlı əlaqəsini dərk etməyə imkan verir. Bundan başqa, qender tədqiqatlarında əsas 

anlayışlara vurulan qender damğasının xüsusiyyətlərini, dünyanın qender mənzərəsini yaratmaq 

spesifikasını aydınlaşdırmaq cəhdi mədəniyyətin aspektləri, o cümlədən  ədəbiyyat haqqında çox vacib 

informasiya mənbəyidir. Eləcə  də  ədəbiyyat sahəsində qender tədqiqatları üçün qadın və kişilərin 

spesifik qarşılıqlı əlaqəsindəki qender rollarının təsviri və öyrənilməsi xarakterikdir.  

Ədəbiyyatda qender aspektlərindən danışarkən, qeyd etmək zəruridir ki, sarsılmaz kimi görünən 

«qadın» və «kişi» anlayışları çox hərəkətlidir. Onlar nəinki müxtəlif mədəniyyətlərdə müxtəlif fərqli 

mövqə tuturlar, həm də tarixin hərəkətə uyğun, siyasətdə iqtisadiyyatda, sosial həyatda gedən 

dəyişikliklərə doğru təkamül edirlər. Bu metodları başa düşməyə cəhd edərkən nəzərə almaq lazımdır ki, 

qender fərqləri təbiət tərəfindən qoyulmayıb. Onlar insan tərəfindən müəyyənləşdirilb və mədəniyyətin 

bir konstrukturudur ki, onunla birlikdə ideyaların və cəmiyyətin inkişafına uyğun dəyişilir. Bu prosesdə 

ədəbiyyat həmişə  iştirak edir. Ədəbiyyat qadın hərəkatının aktivləşməsi dövrlərində  həmişə diqqət 

mərkəzinə çevrilir, ona görə ki, ədəbiyyat elə bir mədəniyyət sahəsidir, orada qadınlıq həmişə aşkar rol 

oynayır. 

Ədəbi mətnlərin materiallarında qender tematikasının aşkarlanması spesifikasını yaxşı 

qiymətləndirmək üçün, «ədəbiyyat», «bədii əsər» kimi anlayışlarla bağlı suallara cavab vermək lazımdır.  

Ədəbiyyat təsviri incəsənət növünə aiddir. Bununla belə vizual təsvirin xas olduğu incəsənət 

növlərindən prinsipialcasına fərqlənir. Rəssam və heykəltəraşlar, aktyor və rejissorlar əyaniliyi olan 

obrazlar yaradırlar. Rəngkarlıqda cizgi və rənglər, heykəltəraşlıq əsərlərində tunc, taxta, mərmər fiqurlar, 

teatr tamaşaları və kinofilmlərdə artrislərin hərəkətləri birbaşa bizim görmə hissiyyatımıza təsir göstərir. 

Bütün bunlar onları, bədii söz sənəti olan ədəbiyyatdan fərqləndirir.  Ədəbiyyatda hər  şey başqa cür 

gedir. «Söz sənəti» adlandırılan ədəbiyyatda sözlər öz mənaları ilə ancaq assosiativ şəkildə bağlanıblar. 

Ədəbi əsəri oxuyan və ya dinləyən zaman biz təsvir olunanı görmürük, amma öz xəyalımızın gücü ilə

sözü gedən predmet və faktları yenidən yaradır, onların mənasını bərpa etməyə çalışırıq. Bədii dil bədii 

mətnlərin semantik xüsusiyyəti olan məcazilik üzərində qurulmuşdur. 

Bədii-ədəbi obrazların  əyaniliyinin yoxluğu onların xüsusi, spesifik imkanları ilə kompensasiya 

olunur. rəssamdan və skulptordan fərqli olaraq, yazıçı varlığın təkcə görünən tərəfini deyil, həm də 

eşitmə, lamisə və qoxu ilə duyulacaq tərəflərini də yarada bilir. Ən əsası isə yazıçı oxucunun intelektual 

təxəyyülünü birbaşa istiqamətləndirilir. Bədii söz əsərləri hansı dildə yazılmasından asılı olaraq həmin 

xalqa və xalqın tarixində müəyyən dövrə  məxsusdur. Məsələnin başqa tərəfi  ədəbiyyatın zaman 

daxilində mövcudatıdır. Yarandığı tarixi dövrün milli həyatının xüsusiyyətlərini özündə  əks etdirən 

bədii əsərlər üstündən əsrlər, minilliklər keçsə də, dəyişmir və özündə yarandığı dövrün xüsusiyyətlərini 

daşıyır. Öz forma və  məzmununun xüsusiyyətlərində onlar təkcə bütöv tarixi dövrün deyil, həmçinin 



onun ayrıca bir mərhələnin, hətta hər hansı bir xalqın sosial-siyasi, ideya, mədəni inkişafının müəyyən 

anını əks etdirirlər.  

Bütün bunları, bədii əsərlərin yazıldığı dövr üçün səciyyəvi olan çoxlu fakt, hadisə, münasibətləri 

başa düşmədən, həmin dövrün «ruhunu» dərk etmədən bədii ədəbiyyatı öyrənmək mümkün deyil.  

Qeyd etmək lazımdır ki, bədii  ədəbiyyatda təsvirin  əsas predmeti insan həyatının sosial 

mahiyyətinin xarakterik xüsusiyyətləridir (ibtidai cəmiyyətin sinkretik söz yaradıcılığından fərqli olaraq) 

başqa sözlə desək, bu insanların həm xarici təzahürləri, münasibətləri, fəaliyyəti, həm də daxili, mənəvi 

həyatında, onların hiss və həyəcanlarının vəziyyəti və inkişafında büruzə verən sosial xarakteridir. Ədəbi 

qəhrəman, bədii aləmin özünəməxsus reallığında hərəkət edir, başqa iştirak edən  şəxslərlə kontrakta 

girir, səyahət edir, qəzet oxuyur və sair. Yəni onun sosiumda özünəməxsus reprezentasiyası gedir, buna 

görə də qender təhlilinə verilə bilər. 

Qender problematikası  ədəbiyyatşünaslıqda  ədəbiyyatşünaslıq üsulları ilə  aşkara çızarılıb həll 

oluna bilər.  Ədəbiyyatşünaslıq haqqında bir çox qender işlərində çox vaxt bədii diskursun strukturası 

nəzərə alınmır, mətnin qavranmasının problemləri mərkəzə çəkilir. Bu zaman ədəbi qəhrəman və onun 

reallığı tamam yaddan çıxır, halbuki, məhz onun varlığı bədii diskursda vacib əsasdır. Məhz o publisistik 

diskrsu bədii diskursa çevirir. Bizə elə gəlir ki, ədəbiyyat haqqında qender tədqiqatlarında mərkəzə məhz 

estetik obyekt və  bədii diskurs qoyulmalıdır ki, buna da müxtəlif səviyyələrdə (müəllif intensiyası, 

qəhrəmanın gerçəkliyi və oxucunun qavrayışı) birlik kimi baxmaq lazımdır. 

Bədii  əsərdə qender aspektini ifadə etməyin müxtəlif üsulları mövcuddur. Birinci növbədə, bu 

yazıçının ideya-estetik baxışları, onun dünyagörüşüdür ki, bu sözsüz ki, müəllif mövqeyinə təsir göstərir. 

Bütün  ədəbi  əsərlər yazıçının nəzər-nöqtəsindən verilmiş  həyatı öz əsaslarında  əks etdirirlər. O, hər 

şeydən  əvvəl yazıçının hiss və düşüncələrini  əks etdirir, onun daxili həyatının hadisəsi sayılır. Ancaq 

yazıçını həyəcanlandıran şeylər əsərdə əks olunduğu təqdirdə, əsər oxucuların hisslərinə də toxunacaq. 

Bu mənada hər bir əsər yazıçının dünyagörüşünün, onun ideya-estetik baxışlarının ifadəsidir.  

Yazıçının dünyagörüşü əsərində nə haqqında danışmaq seçimində özünü göstərir. Hadisəni seçən 

yazıçı hökmən ona öz münasibətini bildirməli, qiymətini verməlidir. Yazıçının öz qəhrəmanlarına olan 

münasibətini, onun öz yazdıqlarına verdiyi qiyməti oxucu həmişə hiss edir. Yazıçı  həyatın müəyyən 

tərəfini və onunla bağlı insan xarakterləri təsvir etmək üçün seçir. O, onları elə hərəkət etməyə məcbur 

edir ki, yazıçı üçün daha zəruri və vacib cizgilər aşkara çıxsın. Yazıçının dilində bizim insan və hadisələrə 

münasibətimizi istiqamətləndirən təriflər və xarakteristikalar olur. İ.V.Hötenin xarakterik qeydinə görə: 

«Böyük və ya balaca olmasından asılıl olmayaraq istənilən sənət əsərində kiçik xırdalıqlarına qədər hər 

şey ideyadan asılıdır».

1

 

Beləliklə, hadisələrin seçimi, onların bir-biri ilə  əlaqəsinin təsviri və qiymətləndirilməsi – bütün 



bunlar yazıçının dünyagörüşü, ideya-estetik baxışlarını, müəllif mövqeyinin yaradıcılığında birbaşa 

həyata keçirilməsini göstərir.  

Ədəbi  əsərdə oxucu, yazıçının təsvir etdiyi həyatın müəyyən tərəfinə aid düşünmə üçün çoxlu 

miqdarda material tapa bilər. Yazıçı bizə bu həyatı xarakterizə edən faktları verir, biz də bu nəticələrdən 

fərqli nəticələr çıxartmaqda haqlıyıq. Müəllif mövqeyi sözsüz ki, onun yazınım qiymətləndirməsinə  də 

təsir göstərir. Biz qəti təsdiq edə bilərik ki, bədii  əsərdə qender aspektinin olmasının, yazıçının ideya-

estetik baxışları, dünyagörüşü, müəllifin mövqeyi ilə birbaşa əlaqəsi vardır.  

Sənət  əsərləri, xüsusilə  bədii  ədəbiyyat həmişə  təsvir etdiyi sosial xarakterlərə qarşı yazıçının 

ideya-emosional münasibətini göstərir.  Əsərdə ifadə olunmuş  həyata münasibət və ya onun emosional 

qiyməti həmişə yazıçının təsvir olunan xarakterlərinin anlamasından asılıdır və  həmişə onun 

dünyagörüşündən axıb gəlir. Həyatı yaradan müəllif onu həmişə öz ideallarının işığında təsvir edir. 

Təsvir olunan xarakterlərin ideya-emosional qiymətinin verilməsinin iki əsas yolu var. Yazıçı onların 

həyatından razılığını, onların müxtəlif xüsusiyyətlərinə  rəğbətini, heyranlığını bildirə bilər, onları 

müdafiə edə bilər. Və yaxud, onların həyatının hər hansı xüsusiyyətlərindən narazı qalaraq onları tənqid 

edərək, öz etirazını bildirə bilər. 

Qender aspektinin ifadəsi birbaşa bədii əsərin ideya-estetik baxışlarından asılıdır. Müəllif, bundan 

asılı olaraq, bu problemi öz əsərinin yuxarı başına qoyur. Ədəbi inkişafın müxtəlif mərhələlərində 

yaradılmış ədəbi nümunələri tədqiq edərək, onlarda qender aspektinin olduğunu əyani göstərmək olar. 

Xronoloji planda qısa ekskurs deyilənləri aşkar göstərməyə  və dünya xalqları  bədii  ədəbiyyatının 

                                                 

1

 Гёте И.В. Статьи и мысли об искусстве. - М., Л., 1936, с.328 




Yüklə 185,05 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə