Ake met indd



Yüklə 35,99 Mb.
Pdf görüntüsü
səhifə288/296
tarix31.10.2018
ölçüsü35,99 Mb.
#77394
1   ...   284   285   286   287   288   289   290   291   ...   296

  

AZƏRBAYCAN KİTABXANA ENSİKLOPEDİYASI

610

ədəbiyyat, o cümlədən təxminən 60 min 



manuskript, 7 min inkunabula, 1 mil-

yondan çox çap kitabı, 100 mindən ar  q 

avtoqrafl ı kitab, 100 min coğrafi   xəritə, 

100 min qravür, 300 min medal və metal 

pul, eləcə də çoxlu sayda sənəd saxlanılır. 

VK-da daimi sərgi fəaliyyət göstərir. Sayı 

xeyli çox olan qədim illüstrasiyalı kitablar 

arasında IV əsrdə köçürülmüş 2 nadir 

əlyazma da var. Vergilinin, Sisoronun və 

Terensinin  əsərlərinin qədim  əlyazma 

mətnləri bu kitabların müasir nəşri üçün 

ilkin mənbə sayılır. VK-nın digər nadir nü-

munələri arasında məşhur müəllifl ərin 

əlyazmaları, o cümlədən orta əsrlər və 

İn  bah dövrünün görkəmli  şəxslərindən 

olan Foma Akvinlinin, Petrarkanın, Mike-

lan 

celonun, Rafaelin, Lüterin və VIII 



Henrixin məktubları; Dantenin “İlahi ko-

mediya”  əsərinə Bo   çellinin  çəkdiyi 

illüstrasiyalar, Antonio da Sanqallonun 

Roma gündəliyi; Bizans incəsənə  nin  2 

nadir incisi – Coşua Rollanın və N Me-

nologion Vasilinin lülə halında bükülmüş 

əlyazmaları; eləcə  də Bibliyanın bir çox 

ilk nəşrləri (onlardan ən birincisini XV 

əsrin ortalarında Qutenberq çap et-

mişdir); Bibliyanın  ən kiçik və  ən böyük 

çap formatlarında buraxılmış ilk nəşrləri 

və s. kimi qiymətli əsərlər də vardır. Dəb-

dəbə  və  təmtərağına görə VK ən gözəl 

kitabxana sayılmağa layiqdir. Burada 

ital yanların özlərinin “Miniatürün Rafae-

li” adlandırdıqları don Culio Klovionun 

miniatürlərlə bəzədiyi əlyazmalar da sax-

lanılır. Bu əlyazma ilə yalnız həmin rəs-

samın Neapol Kitabxanasında qorunan 

başqa bir qiymətli incisi – pravoslav xris-

 anların “Dua kitabı” (“Çasoslov”) rəqa-

bət apara bilər. “Aldobrandini toyu” adlı 

məşhur freska (divar nəqqaşlığı) da VK-da 

mühafi zə edilir. Bu əsər 1604-cü ildə Es-

kivil tərəfi ndən tapılmışdur. O, divardan 

söküldükdən sonra papa VIII Klimen  n 

Aldobrandini bağında saxlanıldığına görə 

bu adı daşımağa başlamışdır. 1818-ci 

ildə həmin freska VK-na köçürülmüşdür. 

VK-da saxlanılan çoxlu sayda nadir əlyaz-

malar içərisində Azərbaycanın ana kitabı 

olan “Kitabi-Dədə Qorqud”un 6 boydan 

ibarət nüsxəsi, Şah İsmayıl Xətainin “Di-

van”ının əlyazması və s. xüsusi yer tutur.



VCD (VİDEO KOMPAKT DİSK) – op  k in-

formasiya daşıyıcılarının bir növüdür. Bu 

bir çox parametrlərinə görə CD-ROM ilə 

eynidir. Yalnız bəzi texniki parametrdə 

fərqlər vardır ki, bu da videofi lmlərin 

yazılması və baxılmasına imkan yaradır.



VEKTOR QRAFİKASI (VQ) – Adobe Illus-

trator, Corel DRAW kimi proqramlarda 

yaradılan, riyazi düsturlara əsaslanan 

xə    və  əyrilərdən təşkil olunan şəkillər 

vektor qrafi kası yaradan kompüterin 

yaddaşında elemen  n  parametrlərini 

göstərən (nöqtənin koordina  ,  ölçüsü, 

rəngi və s.) rəqəmlər saxlanılır. Ona görə 

də belə qrafi kanın ölçüsünü dəyişdikdə, 

onların pikselləri deyil, riyazi göstəriciləri 

dəyişir. Məntiqi olaraq, böyütdükdə də 

heç bir keyfiyyət itkisi və  fаylın həc-

minin  əhəmiyyətli dərəcədə artması 

baş vermir. Belə şəkillər dənəvərlikdən 

asılı deyillər.

VERİLƏNLƏR BANKI (VB) – bir və ya bir 

neçə verilənlər bazasının və verilənləri 

idarəedilməsi (manipulyasiya edilməsi) 

vasitələrinin məcmuudur. VB funksiyası 




  

AZƏRBAYCAN KİTABXANA ENSİKLOPEDİYASI

611

böyük həcmdə verilənlərin emal edilmə-



si ilə bağlı olan avtomatlaşdırılmış infor-

masiya sistemlərinin və  həm də funk-

siyası böyük həcmdə informasiyanın 

emalı ilə bağlı olan AİS-in, həm də İste-

hsala  n  Avtomatlaşdırılmış  İdarəetmə 

Sisteminin və  İstehsalat Proseslərinin 

Avtomatlaşdırılmış  İdarəetmə Sistem-

inin vacib tərkib hissəsidir. Anlayışın 

məzmununa həm də texniki və  təşkila   

vasitələr, məsələn, sorğuların və  tətbi-

qi proqramların kitabxanası daxildir. VB 

termini “verilənlər bazası” termininin si-

nonimi deyildir. Paylaşdırılmış verilənlər 

bankı  ərazi baxımından aralı  məsafədə 

olan hesablama şəbəkəsi vasitələri və 

funksional idarəetmə ilə birləşməsinə VB 

deyilir.  Bax: Biblioqrafi k  verilənlər bankı 

və bazaları.

VERİLƏNLƏR MASSİVİ (VM) – eyni   p-

li verilənlərun (sənədlərin) çoxluğunun 

nizamlanmış strukturu; eyni   pli  (mən-

 qi  baxımdan yekcins) informasiya el-

ementlerinin yazılarının indekslər üzrə 

nizamlanmış  məcmusu; eyni   pli  ele-

mentlərin nizamlanmış  məcmusu. Mas-

sivin hər bir elemen   onun axtarıb 

tapılmasını  təmin edən ada (iden  fi ka-

tora) malikdir. Verilənlərin avtomat-

laşdırılmış emalı vəzifələrinə tətbiq bax-

ımından “massiv” və “fayl” terminləri 

sinonim kimi is  fadə edilə bilər. Lakin 

müvafi q  anlayışlar fərqlərə  də malikdir: 

belə ki, “massiv” anlayışı heç də mütləq 

şəkildə maşınlaoxunana daşıyıcılardakı 

informasiya elementlərinin (tammətn-

li sənədlər də daxil olmaqla) yazıları ilıə 

əlaqədar deyildir. Azərbaycan və rus 

dilllərində “fayl” anlayışı  məhz bu mə-

nanaı nəzərdə tutur. İnformasiya-axtarış 

massivi.  İnformasiya axtarış massivi, 

axtarış massivi-daxilində informasiya 

ax tarışı prosesi həyata keçirilən sənəd 

massivi və ya verilənlər massivi (ingilis-

cə müvafi q şəkildə document collec  on 

и data collec  on). Ədəbiyyat:Воройский 

Ф.  С.  Систематизированный  тол-

ко вый  словарь  по  информатике: 

Ввод ный  курс  по  информатике  и 

вычислительной технике в терминах. 

2-еизд.  М., 2001; Синклер  А.  Большой 

толковый  словарь  компьютерных 

терминов. М., 1998.

VERİLƏNLƏRİN AVTOMATLAŞDIRILMIŞ 

EMALI (VAE) – verilənlərin kompüterlər 

vasitəsi ilə daxil edilməsi, axtarılması, 

nüsxələnməsi, çeşidlənməsi, redaktə-

si, çıxışa verilməsi və onlarla bağlı digər 

əməliyyatların yerinə ye  rilməsidir (Həm 

də bax: Avtomatlaşdırılmış kitabxana-in-

formasiya sistemi, Verilənlərin daxil 

edilməsi, Verilənlərin çıxışa verilməsi) 

VAE-nin dialoq və paket rejimi fərqləndi-

rilir.  VAE-nin  dialoq  (onlayn,  interak  v) 

rejimi sistemlə insan arasında fasiləsiz 

qarşılıqlı  təsiri həyata keçirməyə im-

kan ve 

rir. VAE-nin idarə edilməsi üzrə 



funksiyaları  AİS-in işçi heyə  nə daxil 

olan mütəxəssis yerinə ye  rir.  Sistemlə 

qarşılıqlı  təsiri həyata keçirən mütəx-

əssislərin hansı  məkanda olmasından 

asılı olaraq VAE-nin tərkibində  həm 

də lokal dialoqun dəstəklənməsi alt-

rejimi və  məsafədən dialoq altrejimi 

fərqləndirilir. Lokal dialoqun dəstəklən-

məsi altrejimi bilavasitə AİS-in yerləşdiyi 

ərazidə (o cümlədən, lokal hesablama 

şəbəkəsindən is  fadə etməklə) həya-



Yüklə 35,99 Mb.

Dostları ilə paylaş:
1   ...   284   285   286   287   288   289   290   291   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə