Ake met indd



Yüklə 35,99 Mb.
Pdf görüntüsü
səhifə290/296
tarix31.10.2018
ölçüsü35,99 Mb.
#77394
1   ...   286   287   288   289   290   291   292   293   ...   296

  

AZƏRBAYCAN KİTABXANA ENSİKLOPEDİYASI

614

VERİLƏNLƏRİN DAXİL EDİLMƏSİ (VDE) 

– informasiyanın daxil edilməsi (AİS-ə, 

kompüterə), verilənlərin xarici infor-

masiya daşıyıcısından (kağızdan, disket-

dən, maqnit və ya op  k diskdən, maqnit 

len  ndən və s.) və ya klaviaturadan 

kompüte rin  yaddaşına daxil edilməsidir. 

Verilənlər işlənmə, saxlanma və son-

radan is  fadə edilmə üçün sistemə daxil 

edilirsə buna daxil edilən verilənlər deyi-

lir. Daxil edilən verilənlər biblioqrafi k 

yazılar, oxucular haqqında məlumatlar, 

sifariş edilmiş ədəbiyyat, qrafi k təsvirlər 

və s. ola bilər. Daxiletmənin bir sıra üsul-

ları  fərqləndirilir. Bunlara misal olaraq 

əllə, klaviatura ilə, avtoma  k,  op  k, 

(skanlama), qrafi k, dialoq (interak  v), 

səs (nitq) üsulları ilə daxiletmə üsulları 

fərqləndirilir. Kitab 

xana təcrübəsində 

verilənlərin klaviatura ilə daxil edilməsi 

daha geniş is  fadə edilir. Klaviatura ilə 

daxiletmə  əslində  əl ilə daxiletmə üsu-

lunun bir növüdür. Ve rilənlərin klaviatura 

ilə daxiletmə üsulu elektron kataloqlar və 

verilənlər baza larının formalaşdırılması, 

oxucuya xidmət göstərilməsi və s. üzrə 

texnoloji zəncirin mərhələlərinin həyata 

keçirilməsi üçün əsasdır. Verilənlərin kla-

viatura ilə daxil edilməsi üçün lazım olan 

texnoloji vasitə işçi vərəq və ya monito-

run ekranında xüsusi olaraq təşkil edilmiş 

nişanlama ola bilər. Biblioqrafi k  proses-

lərin avtomatlaşdırılması üçün nəzərdə 

tutulan müasir proqram təmina  nda 

belə nişanlama avtomatlaşdırılmış  işçi 

yerindəki interfeysdə  əvvəlcədən hazır 

şəkildə olur. Belə ekran formalarına da-

xil etmə make  ,  şablon, trafaret və ya 

ekran maskası da deyilir. VDE işinə mət-

ni xüsusi qurğularla op  k  skanlamanın 

müxtəlif variantları da aid edilə bilər. 

İnsan və beşinci nəsil kompüterlər ar-

asında dialoqun avtomatlaşdırılmasının 

son zaman lar tətbiq edilən vasitələrinə 

verilənlərin səslə (nitqlə) daxil edilmə-

si aiddir. Bu üsul audio informasiyanın 

avtoma  k şəkildə mətn formasına çevril-

məsini və kompüterin yaddaşına yazıl-

ma sını  təmin edir. VDE-nin op  k,  səsli, 

eləcə də bir sıra digər avtomatlaşdırılmış 

üsul larında xüsusi proqram-aparat va-

si tələrindən is  fadə edilir. Bu vasi 

tə-


lər daxil edilən sənədi, verilənləri təş-

kil edən simvol və  işarələri müstəqil 

şə kildə tanıya və rəqəm formasına çevi-

rə bilirlər. Bu pro sesə ümumiləşdirılmış 

şəkildə “obrazların tanınması” deyilir. 

Kitabların və nadir əlyazmaların skanl-

anma zamanı  zədələnməsinin (skaner-

in konstruk  v  elementləri ilə mexaniki 

təması  və ya işıqlandırma lampalarının 

ultra-bənövşəyi şüalarının təsiri ilə) qar-

şısının alınması üçün aralıq  əməliyyat 

həyata keçirilir. Belə əməliyyatlara sənə-

din mikrofi lmləşdirilməsi və ya rəqəmli 

fotoaparat vasitəsi ilə  şəklinin çəkilmə-

si göstərilə bilər. Sonra bu aralıq forma 

rəqəm formasına çevrilir. 

 

VERİLƏNLƏRİN QORUNMASI (VQ) – 

kompüterlərdə, avtomatlaşdırılmış sis-

temlərdə  və hesablama şəbəkələrində 

sanksiyasız  əlyetərliyin, informasiyanın 

oxumasının, nüsxələnməsinin və ya 

məhv olmasının qarşısının alınmasının 

təşkila  , proqram və texniki metodlar 

və vasitələrinin məcmusudur. VQ-nın 

miqyas baxımdan müxtəlif səviyyələri 

fərqləndirlir. Bunlara böyük kompüter-

lər, mini-kompüterlər, lokal hesablama 



  

AZƏRBAYCAN KİTABXANA ENSİKLOPEDİYASI

615

şəbəkələri, serverlər, işçi stansiyaları, 



ayrıca fərdi kompüterlər, telekommu-

nikasiya  şəbəkələrinin və s. qorunması 

aid edilə bilər. VQ-nın aşağıdakı üsulları 

fərqləndirilir: avtorizasiya edilməmiş is-

 fadəçilərin sistemə fi ziki nüfuzetməsini 

qeyri-mümkün edən təşkila    tədbirlər 

vasitəsi ilə  əlyetərliyin idarə edilmə-

si; aparat qorunması-bura sxem qı  l-

larının qurulması, klaviaturanın, displey 

ekranlarının, sərt disk qurğularının və s. 

bağlanması aiddir; informasiya resurs-

larına və  tətbiqi proqramlara əlyetərli-

yin təşkila    və digər tədbirlər  əsasında 

mən  qi  əlyetərliyinin idarə edilməsi;  

əlyetərliyin idarə edilməsinin  ən geniş 

yayılmış metodu kimi parollardan (pass-

word) is  fadə edilməsi; tələbatların ye-

rinə ye  rdikləri vəzifələrə uyğun olaraq 

onların diff erensiasiyası  və  həmin və-

zifələrə uyğun olan əlyetərliyin verilmə-

si; kompüterin, şəbəkənin kompüter 

viruslarından, mən  

qi, zaman “virus 

bombalarından” qorunması. AKİS is  -

fadəçilərinin hər kateqoriyası üçün (sis-

temin meneceri, administrator, fondun 

komplektləşdiricisi, kataloqlaşdırıçı kitab 

verilişi kafedrasının  əməkdaşı, oxucu və 

s.) fayllara və proseslərə  əlyetərliyin öz 

qaydaları  işlənib hazırlanmalı, verilənlə, 

proqramlara və proseslərə müyəssərli-

yin parolları qoyulmalıdır. Məxfi   infor-

masiyaya  əlyetərliyi is  sna  etmək üçün 

həm də verilənlərin  şifrələnmə (kodlan-

ma) metodu, yəni kriptoqrafi k qorunma 

metodu tətbiq edilir. Kitabxanalardakı 

verilənlər bazalarının əksəriyyə  nə daim 

uzun müddət saxlamaq üçün nəzərdə tu-

tulmuş yeni informasiya (məsələn, elek-

tron kataloqa) əlavə edilir. Buna görə 

də verilənlərin elektrik şəbəkəsində, 

kom püterlərdə nasazlıq, virus düşməsi 

üzündə korlanması, məhv olmasının qar-

şısının alınması üçün eh  yat  nüsxələn-

məsi metodu xüsusi əhəmiyyətə  kəsb 

edir. Verilənlərin xarici yaddaş qurğusu-

na yazılması metodu yaxşı  məlumdur. 

Bu zaman xarici yaddaşa ancaq son nüs-

xələnmədən sonra yazılmış və ya dəyişdi-

rilmiş fayllar əlavə edilir. İri kitabxanalar-

da böyük həcmli veilənlərin saxlanması 

üçün verilənlərin eh  yat  nüsxələnmə-

sindən ötrü sərt maqnit disklərindən və 

ya maqnit lentlərindən is  fadə edilən 

xüsusi qurğulardan (maqint lentli infor-

masiya toplayıcısı-strimer) istlifadə edi-

lir.  Əgər informasiya xüsusi dəyər kəsb 

edirsə, onda WORM (ingiliscə Write-

Once-Read-Many-bir dəfə yazılma, çox 

dəfə oxuma)   pli qurğudan is  fadə edi-

lir. Belə qurğuda informasiya informasi-

ya daşıyıcısı  kimi  xüsusi  diskin  səthində 

lazer vasitəsi ilə dəliklər yandırmaq yolu 

yazılır. Kompüterlərin, digər  əlaqədar 

qurğuların, ilk növbədə fayl-serverlərin 

elektrik  şəbəkəsində nasazlıqdan qo-

runması, arası  kəsilmədən enerji qida-

landırma təmina   üçün UPS adlanan 

xüsusi fasiləsiz enerji qurğulardan (ingi-

liscə UPS-Uninterruptable Power Sys-

tem) is  fadə edilir. Onlar kompüteri, 

serveri təqribən 10 dəqiqə müddə  ndə 

kompüteri, serveri enerji ilə  təmin edə 

bilirlər. Həmin müddət  ərzində onları 

prosedura  əsasında söndürmək və veri-

lənlərin itməsinin qarşısını almaq olur. 

Böyük kitabxanalar mərkəzləşdirilmiş 

elektrik təchiza    şəbəkəsindən enerji 

verilişi kəsildikdə, nasazlıq olduqda bu-

rada aparılan texnoloji proseslərin fasilə-




Yüklə 35,99 Mb.

Dostları ilə paylaş:
1   ...   286   287   288   289   290   291   292   293   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə