A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə55/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   51   52   53   54   55   56   57   58   ...   64

"vaxtımız"  sözü işlədilməlidir. Çünki "zaman"  sözü  fəlsəfi 
kateqoriyanı,  vaxt"  sözü isə, astronomik anlayışı bildirir.
Göründüyü kimi,  fəlsəfi termin anlamında işlədilən  "za­
man "(ımız) termini vaxt ölçüsünə malik olmayan  "müddət" 
mənasını  bildirsə  də,  daha  çox  fəlsəfi-mücərrəd  zamanı, 
yəni sonsuz davam edən və ardıcıllıqla təzahür edən müddət 
anlayışını bildirir, bir növ, materiyanın varlıq forması olduğu 
mənam  əks  etdirir,  Fəlsəfi  mənada  məkan  və  zaman 
materiyanın varlıq formasıdır.
Dilçilikdə, xüsusilə morfologiyada fəlsəfi kateqoriya olan 
"zaman"  sözü  mücərrəd  müddət  anlayışını  ifadə  edir:  keç­
miş zaman, indiki zaman, gələcək zaman.
Morfologiyada geniş  şəkildə işlədilən bu qrammatik ka­
teqoriyaların  hər üçü mücərrəd məna daşıyır və vaxt  ölçü­
lərindən  kənarda  mücərrəd  zaman  anlayışını  bildirir.  Mə­
sələn,  "keçmiş  zaman"  dedikdə  konkret olaraq,  keçmiş  za­
manın vaxt ölçüsü məlum olmur...
Astronomik termin  olan  "vaxt"  anlayışı  dedikdə isə,  hər 
şeydən  əvvəl,  çağdaş  dövrdə  "cərəyan  edən  bir işin  və  ya 
hadisənin  əsrlər,  illər,  və  saniyələrlə  ölçülən  davametmə 
müddətini bildirir". Başqa sözlə desək, vaxt ölçüləri ən kiçik 
andan-saniyədən başlanır, qərinələrə  və əsrlərə qədər arta- 
arta,  birləşə-birləşə  davam  edir:  saniyələr  dəqiqəni,  dəqi­
qələr saatı, saatlar günü, günlər həftəni, həftələr aylan, aylar 
illəri, illər qərinələri, qərinələr əsrləri əmələ gətirir. Bu da, 
heç  şühbəsiz ki,  yuxanda qeyd olunan cümlədəki  "zamanı­
mız" sözü əvəzinə "vaxtımız" sözünün işlədilməsini məntiqi 
baxımdan  reallaşdırır,  cümlənin  ümumi  məzmununu  daha
232
aydın  şəkildə  ifadə  etməyə  imkan  verir.  Bu mənada,  radio 
və  televiziya  verilişlərinin proqramları  da konkret  vaxt  an­
layışı  ilə  yaxından  bağlıdır.  Bu  da,  şübhəsiz  ki,  "vaxt" 
sözünün ümumişlək xarakter daşıması  və məna çalarlannın 
aydınlığı,  hamı tərəfindən anlaşılması ilə əlaqədardır.
Yaxud,  "Kinonun  bir  xasiyyəti  var".  Televiziya  aparıcı­
sının müsahibə prosesində söylədiyi bu cümlə elmi və mən­
tiqi  baxımdan  qüsurludur.  Birincisi  yuxanda  qeyd  olunan 
cümlədəki "xasiyyət" sözü elmi və məntiqi baxımdan yerinə 
düşməmişdir.  Çiinki  "xasiyyət"  sözü  yalnız  insanlara  məx­
sus  olan  psixoloji  xassədir.  Deməli,  "xasiyyət"  sözünün 
kinoya aid edilməsi aparıcının qeyri-peşəkarlığına işarə edir. 
İkincisi  yuxanda  qeyd  olunan  cümlədəki  "bir  xasiyyəti" 
ifadəsinin  əvəzinə  "özünə  məxsus  səciyyəvi  texnoloji  xü­
susiyyəti"  ifadəsi  işlədilməli  idi.  Bütün  bunlan  nəzərə  al­
dıqda yuxanda qeyd olunan cümlə belə olmalı idi:  "Kinonun 
özünəməxsus  səciyyəvi texnoloji xüsusiyyəti var".
Son  illərdə  radio  və  televiziya  əməkdaşları  efir  veriliş­
lərinin ahongdar, cəlbedici  və daha məzmunlu olması  məq­
sədilə  ayrı-ayn  tanınmış  alimlərimizdən  və  ya  incəsənət 
ustadlarından geniş müsahibələr götürürlər. Bu çox yaxşıdır, 
təqdirəlayiqdir... Bəzi jurnalistlər müsahibəyə başlamazdan 
əvvəl müsahibdən xahiş edirlər ki,  "xəsislik etməyin", geniş 
və  ətraflı  məlumatlar  verin...  Müsahib  do  qarşıya  qoyulan 
sual  və  problemlərə  geniş  və  ətraflı  məlumatlar  verir... 
Montaj  zamanı  müsahibin  verdiyi  məlumatların  çox  hissəsi 
müsahibin  nitqindən  ixtisar edilir (bəzən belə  ixtisarlar ara­
sında  ardıcıllıq  və  uzlaşma pozulur)  və  həmin  ixtisar  olun­
233


muş mətni  "jurnalist" səliqə-səhmanla hazır materialı öz adı 
ilə  efirdə  səsləndirir, dinləyiciyə təqdim edir...Şübhəsiz ki, 
jurnalistlərin  belə  hərəkəti  -  “plagiyaf’la  məşğul  olması 
müsahibi  əsəbiləşdirir.., bir də jurnalistlərə müsahibə  ver­
m ək istəmir. Bəs, jurnalist etikası...
Son illərdə efir verilişlərinin dilində tez-tez reklam xarak­
terli "Paşa çay", "Paşa İnşaat", "Paşa Sığorta" "Tomat paşası" 
və  s.  kimi  yersiz  ifadələr  səslənir.  Görünür,  bu  ifadələri 
işlədən müəssisələrin rəhbərliyi  də,  bu mənasız reklamları 
efirdə  səsləndirən  radio  və  televiziya  yayımlarının  aparı­
cıları da hələ "Paşa"  sözünün mənasını bilmirlər.
Bəs, "Paşa" sözünün mənası nədir?
"Paşa"  sözü keçmişdə  (elə indi  də) Türkiyədə,  Misirdə  və 
bəzi  Şərq ölkələrində (müsəlman ölkələrində) ali əsgəri vəzi­
fə tutan şəxslərə verilən rütbə-general mənasım bildirir. Məsə­
lən, Num paşa-general Nuru, Həbib paşa-general Həbib və s.
Həmçinin,  mülki  sahələrdə  isə  "paşa"  sözü  həm  mülki 
məmurlara verilən "fəxri ad, ünvan (vəzifə)” mənalarını bil­
dirir. Məsələn, Həsən paşa  (xan), Aslan paşa və s.
Dilimizdə  "paşa" sözündən  "paşalıq"  sözü də əmələ gəl­
mişdir.  Məsələn,  Aslan  paşa  car  çəkdirib  paşalığm  bütün 
camaatım meydana yığdırmışdır.
Yuxarıdakı nümunələrdən göründüyü kimi,  "paşa"  sözü­
nün ilkin məna çalan  çox fəxrli, fəxarətli  anlamlarını  ifadə 
edir.  Odur ki, belə fəxrli, fəxarətli  şəxsləri və onlann rütbə­
sini  və vəzifə ünvanını bildirən sözlərin məna çalannı  çaya, 
inşaat  idarəsinə,  tomata  və  sığorta  idarəsinə  verilməsi,  ilk 
növbədə,  xalq  arasında  daha  çox  fəxr və  fəxarətlə  yayılan
234
və  hörmətlə  qarşılanan  "general",  eləcə  də,  "xan,  rəhbər" 
mənalannda  işlənən "paşa"  sözünün gənclər arasında nüfu­
zunun aşağı düşməsinə və hərbi vətənpərvərlik tərbiyəsinə, 
müəyyən dərəcədə, mənfi təsir göstərir. Digər tərəfdən isə, 
həmin sözlərin  istər mətbu orqanlarının səhifələrində, istər­
sə  də,  efir  verilişlərinin  yayımlarında,  yaxud  da  küçə  rek­
lamlarında yazılması  istər dilimizin ahəngdarlığı, ifadəliliyi, 
emosionallığı,  eləcə  də,  elmiliyi  və  məntiqliyi  baxımdan 
düzgün  sayıla bilməz.  Çünki  belə  hallar xalqın  fəxri,  fəxa­
rəti  və  adı  ilə  qürur hissi  keçirdiyi general və  paşa adlarına 
hörmətsizlik gətirir, həmin sözlərin məna tutumunu və tarixi 
məzmununu təhrif edir.
Diger tərəfdən  isə,  ədəbi  dilimizin  lüğət tərkibini  və se- 
mantik  məna  çalarlarını  korlayır.  Ədəbi  dilimizin  qanuna­
uyğunluqlarını korlamağa isə, heç kəsin haqqı  yoxdur...
ÜSLUBİ QEYDLƏR
Onu  da  qeyd  etmək  istəyirəm  ki,  istər  radio,  istərsə  də 
televiziya verilişlərinin ayn-ayn proqramlarında aparıcıların 
çıxışlarında  üslubi  baxımdan  qüsurlu  olan  ifadələrə  və  ya 
cümlələrə  iez-tez təsadüf etmək olur (demək  olar ki, bütün 
çıxışlarda). Son vaxtlar həm radio, həm də televiziya veriliş­
lərində  tez-tez  "top  beşlik,  top  onluq,  top  şou"  kimi  ifadə­
lərə,  "Top  şoumuza  başlamazdan  əvvəl"...  kimi  cümlələrə 
rast gəlirik.  Bu ifadə və cümlələrdə “top” ehtiyac yoxdur.
Yazud,  "Axalkalaki-Türkiyə dəmir yolu çəkilişi zamanı" 
"bir kilometrlik onda iki  kilometrlik tunel açılacaqdır"  ifadə­
si  üslubi  baxımdan çox qüsurludur.  Hətta, cümlənin  ümumi 
məzmunu  belə  aydın  deyil.  Yuxarıdakı  cümlə  dilimizin
235


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə