A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə2/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   2   3   4   5   6   7   8   9   ...   64

varisi  kimi  çıxış  edən  keçmiş  SSRİ  imperiyasının müstəm­
ləkəsi altında qalmaqdadır. Beləliklə də, türk xalqlarının ta­
rixən mövcud  olmuş dövlətçilik ən'ənələri  dağıdılmış,  unu­
dulmuş, bə’zi türk xalqlarının (qaqauzlar, çuvaşlar)  əksəriy­
yəti  xristianlaşdırılmış,  təhsil-tədris  ən'ənələri  ləğv  olun­
muş,  türklərin ana dili isə etnik məişət-ünsiyyət dilinə  çev­
rilmişdir.  Tale isə, XX əsrin sonuncu onilliyində türk xalq­
larının üzünə yenidən parlaq şüalar saçmış, SSRİ imperiyası 
dağılmış və beləliklə  də,  Qazaxıstan,  Özbəkistan,  Azərbay­
can,  Türkmənistan,  Qırğızıstan  özünün  suverenliyini  və 
müstəqilliyini  eldə  etmiş,  öz  dövlətçilik  ən'əııələrini  bərpa 
etmiş, möhkəmlətmiş və ana dillərini rəsmi dövlət dili e'lan 
etmişlər.
Beləliklə  də,  türk ədəbi  dillərinin inkişafı  tarixində  yeni 
parlaq  səhifələr  açılmışdır.  Artıq,  türk  xalqlarının  müstəqil 
və  suveren  dövlətləri  dünya  ölkələri  və  Beynəlxalq  təşki­
latlar tərəfindən  tanınmışdır.  Türk  dövlətləri  dünya  siyasə­
tində öz sözü, öz ideyası vo təklifləri ilə çıxış edir və dünya­
nın  bütün  ölkələri  isə  onların  müasir  strateji  siyasətləri  ilə 
razılaşırlar... Bütün bunlar isə, türk ədəbi  dillərinin birliyinə 
döğru  istiqamət  götürmək,  sürət  götürmək  üçün  geniş  im­
kanlar açır. Bir sözlə,  "dildə,  fikirlə, işdə birlik" gərəkdir!
Burada  Bilgə  xanın  bir kəlamını  yada  salmaq  da  yerinə 
düşərdi:  "Türklərim,  cəmi  bəylərim,  cəmi  millətim!  Qaza­
nıb cl tutduğum bu yerdən, xaqanımdan ayrılmasan, yaxşılıq 
görəcəksən.  Evində  oturacaq,  dərdsiz  olacaqsan.  Sözlərim­
də yanlış  varmı?
8
"EY  TÜRK!  TİTRƏ  VƏ  ÖZNƏ  DÖN!  SƏN  ÖZÜNƏ 
DÖNƏNDƏ  GÜCLÜ  VƏ  BASILMAZ  OLARSAN"!  Bu­
nun  üçün,  ilk  növbədə,  türk  dillərinin  aşağıda  qeyd  olunan 
müasir problemlərinin həll edilməsi ön plana çəkilməlidir:
1. 
TÜRK DİLLƏRİNİN HAMISI ÜÇÜN LATIN QRA­
FİKALI  VAHİD  ƏLİFBAYA  KEÇİLMƏSİ  ZƏRURƏTİ­
NİN  YARANMASI.  Türk  ədəbi  dillərinin  birliyinə  doğru 
ilk  addım müasir  türk  dillərinin  hamısı  üçün  latın  qrafikalı 
vahid  əlifba  sisteminin  yaradılması  və  tədricən  həmin  əlif­
baya  keçilməsindən  ibarət  olmalıdır.  Lakin  yeni  əlifbanın 
tərtib  olunmasında  və  əməli  olaraq,  həyatda tətbiq  edilmə­
sində, heç də, tələsikliyə yol vennək olmaz. Bu barədə "yüz 
ölçüb, bir biçmək"  lazımdır ki, gələcəkdə yeni səhvlərə yol 
verilməsin.  Çünki  əlifba - yazı  hər hansı bir dram əsəri de­
yildir ki, nə vaxt istəsən səhnəyə çıxarasan, tamaşaya qoya­
san,  nə  vaxt istəsən  teatrın  repertuarından çıxarasan.  Əlifba 
-  yazı  xalqın  minillik (bəlkə  də, bir neçə minillik)  tarixi  tə­
fəkkürünün bədii, elmi, etik, estetik görüşlərinin məhsulunu 
özündə  qoruyub saxlayan,əsrlərdən-əsrlərə, nəsillərdən-nə­
sillərə yetirən çox yüksək,əlçatmaz,iri qollu-budaqlı bir mə­
dəniyyət  ağacıdır.  Elə  bir  ağac  ki,  onun  kölgəsində  həmin 
əlifbadan istifadə edən çoxmilyonlu bir xalq yayın istisində- 
bürküsündə dincini  alır,  nəfəsini dərir;  qışın buzlu - sırsırah 
dondurmasında isə daldalanır,  isinir. Bax,  budur əlifba-yazı. 
Yazı, hər şeydən əvvəl, keçmiş nəsillə-soy kökümüzlə müa­
sir nəsil,  müasir nəsillə  gələcək nəsil  arasında ünsiyyət ya­
radan  yeganə  və  başlıca  vasitədir.  Bu  vasitəni  heç  nə  ilə 
əvəz etmək olmaz...
9


Çünki  "Əlifba-yazı"  - xalq ünvanlı minillik, bəlkə də, bir 
neçə  minillik  yaşı  olan  ölməz  və  daimyaşar  "mədəniyyət 
ağacı"dır.  Əlifba  və  yaxud Yazı-Xalq deməkdir.  Vətən de­
məkdir.  Xalqın  tarixi  və  Vətənin  tarixi,  hər  şeydən  əw əl, 
onun yazısı ilə ünvanlaşır, aləmə yayılır. Yazı özündə xalqın 
tarixini,  siyasətini,  mədəniyyətini  və  həmçinin,  iqtisadiy­
yatının  və  düşüncəsinin  (bədii,  elmi,  mədəni)  tarixini  mü- 
hafızəkarcasma  qoruyub  saxlayır,  heç  bir  dəyişiklik  edil­
mədən  nəsillərdən-nəsillərə  təqdim  edir.  Bax,  budur  əlif- 
banın-yazmm  məzmunu...  Bu  məzmunu  dolğunlaşdırmaq, 
təkmilləşdirmək  isə  müasir  elmi  ictimaiyyətin  öhtəsinə 
düşür...  Artıq,  bu baradə hərtərəfli  düşünmək vaxtı  çoxdan 
çatmışdır...  Əlifbanı-yazını  dəyişmə  tarixin  hər  hansı  bir 
mərhələsində  keçmiş  nəsillə  müasir  nəslin,  yaxud  müasir 
nəsillə gələcək nəslin ünsiyyətini kəsmək, tarixi və mədəni 
irsimizdən  məhrum  etmək,  bir  sözlə,  müasir  və  gələcək 
nəsli  şərəfli  və  keşməkeşli  keçmişimizə  baxmaq  üçün  kor 
etmək, onların gözünə kül üfürmək deməkdir...
Bizim  mülahizəmizə  görə,  XX  əsr  türk  xalqlarının  tari­
xində  "ağ  ləkələr"  əsridir.  Bu  "ağ  ləkələr"  hələ  çarizmin 
müstəmləkəçilik siyasətinin Şərqdə gücləndiyi dövrlərdən - 
XVHI  əsrin  axırlarından  baş  alıb  gəlir.  Xalqımızın  bə'zi 
"qeyrətli"  oğulları  isə  buna  rəvac  verir,  öz  "gölgəsini",  iş 
masasım  "qorumaq"  və  "daimiləşdirmək"  naminə  hər  şeyə 
əl  atır,  hətta,  xalqın taleyini də  bir anlığa  xalqdan  soruşma­
dan,  xalqla  məsləhətləşmədən  "həll"  edirlər.  Bu  da  təx­
minən  iki  əsr bundan  əvvəl Qafqaz,  Volqaboyu,  Ural,  Sibir
10
və  Orta  Asiyada  yaşayan  xalqlar kimi,  Azərbaycan  türklə­
rinin də müstəmləkə halına düşməsinə, soy kökü bir, dili bir, 
adət-ən'ənələri  bir,  dini-inamı  bir türkdilli  xalqların  parça­
lanmasına,  bir-birindən  ayn  salınmasına  "geniş  imkanlar" 
verir.  Çarizm, hətta, türk xalqlarının birini digərinin üzərinə 
qaldırır və türk xalqları arasında daim nifaq və düşmənçilik 
toxumu səpirdi...  Göründüyü kimi,  son iki  əsr türk xalqları­
nın  tarixində o qədər də  "ürək açan" olmamışdır...
XX əsrin birinci yarısında keçmiş SSRİ məkanında müs­
təmləkə  halında yaşayan  türk xalqlarının əlifbasının-yazısı­
nın başına gətirilən qeyri-humanist, qeyri-elmi oyunlar yada 
düşəndə  insanın  qəlbini  göynədir...  SSRİ  məkanında  yaşa­
yan  bütün  türk xalqları bir anda  1929-cu ildə min ildən çox 
istifadə  etdiyi  ərəb  əlifbasından-yazısından  latın  qrafikalı 
əlilbaya-yazıya,  1940-cı  ilin  əvvəlindən  isə  Kiril  qrafikası 
əsaslı əlifbaya-yazıya keçmişlər... Bu isə. hər şeydən əvvəl, 
türk xalqlarını öz söykökündən ayırmaq, parçalamaq və ümu­
mi Şərq mədəniyyətindən ayrı salmaq məqsədini güdürdü...
Lakin  türk  xalqlarının  birliyi  və  gələcəyi  naminə  ha- 
mılıqla  yeni  vahid  əlifba  sisteminə  keçilməsi  bir  tarixi 
zərurət  kimi  meydana  gəlmişdir.  Deməli,  bütün  türk  xalq­
larının eyni zamanda latın qrafikası əsaslı  vahid əlifba siste­
minə keçməsi məqsədyönlü olardı...
2. 
"ÜMUMTÜRK TAJRİXt’-NİN ÖYRƏNİLMƏSİ.  Ta­
rixi sənədlərin verdiyi məlumatlara görə, qədim türklər hələ 
eramızdan bir neçə  min il  əvvəl  özünün dövlətçilik ən'ənə- 
lərini  yaratmış,  dövlət atributlarını  (bayraq, gerb,  himn) qə­
l i


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə