A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə57/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   53   54   55   56   57   58   59   60   ...   64

Iıqçı  dedikdə insan nəzərdə tutulur.  İnsanın sənaye üsulu ilə 
istehsalı yoxdur, çox güman ki, bundan sonra da olmayacaqdır.
İkincisi, yuxarıdakı ifadə  "balıqçı sənayesi" yox, "balıq sə­
nayesi" olmalıdır.
Üçüncüsü,  yuxanda qeyd olunan ifadədə  "balıqçı sənayesi 
sərgisi" yox, "balıq sənayesi məhsullannm sərgisi təşkil oluna­
caq" kimi olmalıdır.
Radio  və  televiziya  verilişlərində  ardıcıl olaraq, tibbi və 
səhiyyə  ilə  əlaqədar  müxtəlif  mövzularda  müsahibə 
xarakterli verilişlər olur. Belə verilişlər tibbi maarifləndirmə 
sahəsində  böyük  əhəmiyyət  kəsb  edir.  Lakin  belə yüksək 
səviyyəli  verilişlər  ana  dilimizin  tələbi  baxımdan  qüsurlu 
olur.  Məsələn,  müsahibin  nitqindən  bir  nümunəyə  nəzər 
salaq:  ".. .sonradan qazanılmış xəstəlik". Bu ifadə üslubi və 
məntiqi  baxımdan  qüsurludur.  Birincisi,  "xəstəlik  qaza­
nılmır". Heç kəs özü üçün xəstəlik "axtannaz", xəstələnmək 
istəməz.  "Qazanmaq"  sözü barədə bir neçə kəlmədə izahat 
vermək də yerinə düşərdi. "Qazanmaq" sözü "qazan" feli ilə 
"-maq"  m əsdər  şəkilçisinin  birləşməsindən  düzəlib.  "Qa­
zanmaq"  sözünün  leksik  mənası  insanın  əqli  və  ya  fiziki 
əməyi nəticəsində əldə etdiyi nailiyyətləri (pul əldə etməsi, 
maşm alması, elmi dərəcə alması və s.) bildirir. Bu mənada, 
"qazanılmış xəstəlik"  ifadəsi yerinə düşməmişdir.
Yuxanda  deyilənləri  nəzərə  alsaq,  "...sonradan  qaza­
nılmış  xəstəliklər"  ifadəsi  elmi  baxımdan  da düzgün  deyil, 
insan xəstəliyi  qazanmır, xəstəliyə tutula bilər. Deməli, hə­
min ifadə ".. .sonradan tutulduğu xəstəliklər" kimi olmalıdır.
Aparıcılann nitqində tez-tez məntiqi vurğunun pozulması 
hallanna da rast gəlinir ki, "sizinlə görüşdə men Vüqar (apa-
240
ncılann şəxsi  adını  qeyd etməmək məqsədilə "Vüqar"  şərti 
adını  götürmüşük)  olacam".  Aparıcı  bu  cümlədə  məntiqi 
vurğunun yerini dəyişik saldığı üçün dinləyicilərə belə gəldi 
ki,  aparıcı  indiyə  qədər  “Vüqar”  deyilmiş,  bundan  sonra 
"Vüqar olacaq" məzmununu başa düşür...
Aparıcıların nitqində məntiqi vurğunun yeri tez-tez pozu­
lur. Bu, o  deməkdir ki, efirdə  səslənən mətnlərin məzmunu 
da  tez-tez  təhrif olunur,  dinləyiciyə  aydın  və  dəqiq  halda 
çatdırılmır...
ALINMA SÖZLƏR VƏ İFADƏLƏR
“Bakıda  "modalar və  aksesuarlar"  sərgisi  təşkil  olunub”. 
Bu cümlədəki  "moda" və  "aksesuar"  sözlərinə nəzər salaq. 
Bu sözlərin hər ikisi başqa dillərdən alınmadır. Görəsən, qə­
dim və  zəngin  lüğət  tərkibinə  malik  olan  ana  dilimizdə  bu 
sözlərin  qarşılığı  yoxdurmu?  Əlbəttə,  bu  sözlərin  ana  dili­
mizdə qarşılıqları vardır.  Ancaq, bu sözləri ana dilimizin lü­
ğət  tərkibində  axtarıb  tapan  və  onlardan  istifadə  etmək  is­
təyən yoxdur.
İndi həmin sözlərin dilimizdəki qarşılıqlarına nəzər salaq: 
"Moda"sözünün dilimizdə qarşılığı  "dəb, adət" mənalarında 
işlənir.  Hətta, həmin sözlərlə bağlı  olaraq, dilimizdə  "dəblə 
geyinmək, dəb salmaq, dəb olmaq, dəb qoymaq; adət-ənənə 
ilə geyinmək" və s. ifadələr də vardır.
"Aksesuar"  sözünün  də dilimizdə qarşılığı  "bəzək, bəzək 
əşyaları"  mənalarında  işlənir.  Hətta,  dilimizdə  "bəzək  şey­
ləri", “bəzək əşyaları” və  s.  İfadələr də vardır.
Deməli,  yuxandakı  şərhlərdən  göründüyü  kimi,  dilimiz­
də  yersiz  olaraq  işlədilən  "moda  və  aksesuar”  sözlərinin
241


əvəzinə  dilimizin öz  söz və  ifadələrindən  istifadə edilməsi 
məqsədyönlü olardı. Bu mənada yuxanda qeyd olunan ifadə 
və  ya  cümləni  belə  ifadə  etmək  lazım  idi:  "Bakıda  dəb 
geyimləri və bəzək əşyalan sərgisi açılıb".
"Bəzək aksesuarlan" ifadəsinə nəzər saldıqda belə qənaətə 
gəlirsən ki, "bəzək aksesuarlan" ifadəsinin birinci komponenti 
"bəzək" sözü Azərbaycan dilinin öz sözüdür. Bu söz dilimizdə 
bir sıra sözlərin və ya ifadələrin  düzəlməsində  də fəal iştirak 
edir: bəzək, bəzək əşyalan, bəzəkli, bəzəksiz və s.
"Bəzək  aksesuarlan"  ifadəsinin  ikinci  komponenti  olan 
"aksesuarlan"  sözü də tərkibcə müxtəlifdir:  "aksesuar" alın­
ma  sözdür,  dilimizdə hələ vətəndaşlıq hüququ qazanmayıb, 
ümumişlək  sözlər  sırasına  daxil  olmayıb.  "Aksesuar"  sözü 
Azerbaycan  dilində  "bəzək,  bəzək  əşyaları"  mənalannı  bil­
dirir.  Belə  olduqda,  "bəzək  aksesuarlan"  ifadəsinin  ümumi 
mənası  "bəzək  bəzəkləri"  kimi  səslənir.  Bu  da dilimizdə  ol­
mayan gülünc məna ifadə edir ki, belə ifadələr dilimizə yaddır.
Radio  və  televiziya  verilişlərində  tez-tez  işlədilən  alınma 
sözlərdən biri do "super" sözüdür. Hətta, reklamlarda uşaqlarm 
dilində  də  “mənim  anam  superdi”  kimi  ifadələrin  işlədilmə- 
sinə yol verilir... Bizə belə gəlir ki, "super" "yaxşı" ara sözü ki­
mi  istifadə  edirlər.  Onlar ayaqqabına  da,  köynəyə  də,  coraba 
da, məişət əşyalarına da;  yağa da, ətə də, pendirə də və s. ye­
yinti məhsullarına da, bir sözlə, hər şeyə ara sözü kimi "super" 
deyirlər.  Bizim  mülahizəmizə  görə,  dilimizdə  “yaxşı,  əla” 
sözü ola-ola “super” sözünün işlədilməsinə ehtiyac yoxdur.
Yaxud, son vaxtlar radio və televiziya verilişlərində yerli- 
yersiz  alınma  sözlərin  işlədilməsi  dinləyicilərin  qeyri-ix­
242
tiyari  olaraq  əsəbiləşməsinə  və  kanalı  dəyişməsinə  səbəb 
olur. Belə sözlərdən biri do fars mənşəli "yek" sözüdür. Ana 
dilimizdə  "birinci"  sözü ola-ola onun əvəzinə "yek" sözünü 
işlətməyin nə əhəmiyyəti  vardır?  Həm də  "yek"  sözü miq­
dar sayı yerində  "bir"  mənasım bildirir. Deməli,  "yek"  sözü 
"birinci" mənasını bildirmir.
İndi  də "yek"  sözü işlədilmiş sadə bir cümləyə nəzər sa­
laq. Məsələn, "Gülnarə yekdir". Bu cümlə üslubi və məntiqi 
cəhətdən  qüsurludur.  Birincisi,  bu  cümlə  ana  dilimizdə 
"Gülnarə təkdir,  birdir"  mənasını bildirir. İkincisi, bu cüm­
lədə  birincilik  məzmunu  yox  olur.  Bu  da  mənanın  təhrif 
olunması deməkdir. Çünki hər hansı bir yarışda və ya müsa­
biqədə  qalib  gələnlər  "birinci"  hesab  olunur.  "Gülnarə 
birincidir" yaxud "Gülnarə birinci yeri tutdu" kimi olmalıdır.
Elə buradaca, "Musiqi birinciliyi" yarışından sonra başqa 
bir  misalı  qeyd  etmək  də  yerinə  düşərdi.  "Gülnara  super 
yekdir". Görəsən, Mirzə Cəlil demişkən, bu aparıcı ana dili­
mizə məxsus olan "Gülnara musiqi yarışında birinci yeri tut­
du” cümləsini  söyləməkdən niyə  utanır?
Radio və televiziya yayımları proqramlarının, xüsusilə, mu­
siqi verilişlərinin aparıcılarının nitqində tez-tez mənşəcə başqa 
dillərə məxsus olan bir söz (bəlkə, termin) bir neçə variantda - 
"kipparad,  hipparad,  gipparad"  kimi  tələlfüz  olunur.  Etırdə 
çoxvariantlı  səslənən  bu  sözün  hansı  variantının  düzgün  və 
dəqiq  olduğunu  anlamaq  mümkün  olmur...  Ümumi  dilçilik 
baxımdan, ehtiyac  olmadan, qeyri  peşəkarlıq şəkildə  dilimizə 
belə  sözlərin  gətirilməsinə  yol  vermək  olmaz...Heç  kəs 
dilimizin lüğət tərkibini kor-koranə korlamamalıdır.
243


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə