A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə63/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   56   57   58   59   60   61   62   63   64

1966- 
1978-ci  illərdə  Darbaz  orta  məktəbində  və  eyni 
zamanda  1970-1978-ci  illərdə  A.S.Puşkiıı  adma  TDPİ- 
nin  “Azərbaycan  dili  və  ədəbiyyatı»  kafedrasında  müəl­
lim  işləmişdir.
1967- 
1970-ci  illərdə  Azərbaycan  SSR  EA-nın  Niza­
mi  adma  Ədəbiyyat  və  Dil  İnstitutunun  dissertantı  olmuş 
və  1973-cü  ildə  namizədlik  dissertasiyası  müdafiə  etmiş 
və  filologiya  elmləri  namizədi  alimlik  dərəcəsi  almışdır.
1978-1992-ci  illərdə  S.S.Orbeliani  adına  TDPİ-nin 
“Azərbaycan  dili  və  ədəbiyyatı”  kafedra  sınm  dosenti 
vəzifəsində  çalışmışdır.
1992-ci  ilin  fevralında  doktorluq  dissertasiyası  müda­
fiə  etmiş  və  filologiya  elmləri  doktoru  alimlik  dərəcəsi 
almışdır.
1992-1993-cü  illərdə  S.S.Orbeliani  adma  TDPİ-nin 
“Azərbaycan  dili  və  ədəbiyyatı”  kafedrasının  professoru 
vəzifəsində  çalışmışdır.
1973-1993-cü  illərdə  kafedra  müdirinin  müavini  və 
iki  dəfə  kafedra  müdiri  vəzifəsinin  icraçısı;  eyni  zaman­
da  S.S.Orbeliani  adma  TDPİ-da  Metodik  Şura  Sədrinin 
müavini  vəzifəsində  çalışmışdır.  Eyni  vaxtda  1973- 
1992-cü  illərdə  Gürcüstan  Təhsil  Nazirliynin  Mərkəzi 
Müəllimləri  Təkmilləşdirmə  İnstitutunda  Ümumtəhsil 
Məktəblərinin  Azərbaycan  dili  və  dəbiyyatı  müəllim­
lərinin,  səkkizillik  və  orta  məktəblərinin  direktorlarının 
və  direktor  müavinlərinin  təkmilləşdirmə  kurslarında 
dərs  demişdir.
1993-1995-ci  illərdə  Azərbaycan  Fasiləsiz  Təhsil 
Kompleksində  profrektor-vitse-prezident  və  daxili  Elitar 
İnstitutun  rektoru  vo  eyni  zamanda  “Dillər”  kafedrasının 
müdiri  vəzifələrində  çalışmışdır.
1995- 
1996-cı  illərdə  APKİA  və  Yenidən  hazır­
lanması  Baş  İnstitutunda  Ali  və  Orta  İxtisas  məktəbləri 
üzrə  Tədris-Təşkilat  Kabinetinin  müdiri  və  Ali  məktəb­
lərin  professor-müəllim  heyətinin  İxtisasartırma  fakültə­
sinin  dekanı  vəzifəsində  çalışıb  və  həmin  fakültədə 
mühazirələr  oxumuşdur.
1996- 
2003-cü  illərdə  Azərbaycan  Ali  Hərbi  Dəniz­
çilik  Məktəbində  “Dillər”  kafedrasının  müdiri,  2003-cü 
ildən  hal-hazıra  kimi  AAHDM-nin  professoru  vəzifə­
lərində  işləyir.  1993-cü  ildən  “Alimlər  İttifaqı”-nm  üz­
vü,  Azərbaycan  Onomastikası  Cəmiyyəti  İdarə  Heyəti­
nin  üzvü  və  Elmi  Əlaqələndirmə  Şurasının  sədr  müavi­
ni,  1996-cı  ildən  AAHDM-də  Elmi  Şurasının  üzvü,  At­
testasiya  Komissiyası  sədrinin  müavini,  “Elmi  əsərlər”in 
Redaksiya  heyətinin  üzvü,  Metodik-seminann  rəhbəri, 
Hərbi  terminalogiya  komissiyası  sədrinin  müavinidir.
I  iyun  2002-ci  ildən  hal  -hazıra  kimi  A  zərbaycan 
Respublikası  Prezidenti  yanında  Ali  Attestasiya  Komis­
siyasında  Filologiya  elmləri  üzrə  Ekspert  Şurasının  və 
ixtisas  fənni  üzrə  namizədlik  minimumu  imtahan  qəbul 
edən  komissiyanın  üzvüdür.
1996-1998-ci  illərdə  AAHDM-nin  «Dalğalar  qoynun­
da»  çoxtirajlı  qəzetinin  məsul  redaktoru,  1996-2000-ci 
illərdə  AAHDM-nin  nozdində  ictimai-peşə  hazırlığı  üzrə


ictimai-müxbir  hazırlayan  “Jurnalistika”  kursunun  müdi­
ri,  “Dalğa”  ədəbi-bədii  birliyinin  təşkilatçısı  və  rəhbəri 
olmuşdur.
Prof.  M.Çobanov  2000-ci  ildən  “Türk  dilləri  kuru- 
mu”nun  üzvüdür.  2000-ci  ilin  sentyabrında  həmin  Kuru- 
mun  təşkil  etdiyi  “Dördüncüsü  Uluslararası  Türk  Dili 
Kurultayf’nda  (25-29  sentyabr  2000)  “Türk  əbədi  dillə­
rinin  birliyinə  doğru”  mövzusunda  Plenar  iclasda  m ə­
ruzə  ilə  çıxış  edib.
2000-ci  ildən  hal-hazıra  kimi  “Şərqin  səsi” :  “Elm  və 
təhsil”  qəzetlərinin  və  “Qara  papaq” jurnalının  redaksiya 
heyətinin  üzvüdür.
Prof.  M.Çobanov  geniş  diapozonlu,  çoxsahəli  elmi 
tədqiqatla  məşğul  olan  alimlərimizdən  biridir.  O,  Müasir 
Azərbaycan  dili,  onun  dialektologiyası,  antroponimiyası,' 
toponimiyası,  leksikası  və  leksikoqrafıyası,  ümumtürko- 
logiya  və  Azərbaycanşünaslıq  məsələləri,  Azərbaycan- 
rus  və  Azərbaycan-gürcü  dillərinin  qarşılıqlı  münasi­
bətləri,  terminologiya  və  nitq  mədəniyyəti  məsələləri, 
mədəniyyətimizin  qədim  incisi  sayılan  “Kitabi-Dədə 
Qorqud”  dastanları  üzərində  geniş  tədqiqat  aparmışdır. 
Prof.  M.Çobanovun  elmi  və  elmi  metodik  yaradıcılığı 
zəngin  və  çoxşaxəlidir.  O,  ümumtəhsil,  ali  təhsilin  ba­
kalavr  və  magistratura  pillələri  üçün  26  proqramın, 
Azərbaycan,  türk,  qazax,  türkmən,  rus,  gürcü  və  s.  Dil­
lərdə  çap  olunmuş  66  kitabın,  kitabçanın,  pedaqoji-me- 
todik  göstəriş  və  tövsiyyələrin,  həmçinin,  müxtəlif jur­
nallarda,  elmi  məcmuələrdə  və  ayrı-ayrı  kitablarda  çap
266
olunmuş  128  elmi  məqalənin,  müxtəlif qəzetlərdə  Azər­
baycan,  rus,  gürcü,  erməni  və  s.  dillərdə  müxtəlif  qə­
zetlərdə  çap  olunmuş  500-dən  çox  məqalənin  müəl­
lifidir.  Əsərləri  Azərbaycan,  türk,  qazax,  özbək,  türk­
mən,  rus,  gürcü  və  erməni  dillərində  çap  olunmuşdur. 
Professor  M.N.Çobanovun  çap  olunmuş  əsərlərinin 
ümumi  həcmi  666  çap  vərəqi,  yaxud  10654  səhifədən 
çoxdur.  O  cümlədən,  kitablarının  ümumi  həcmi  497  çap 
vərəqi,  yaxud  7.952  səhifə;  proqramların  ümumi  həcmi 
16  çap  vərəqi,  yaxud  252  səhifə;  elmi  məqalələrinin 
ümumi  həcmi  53  çap  vərəqi,  yaxud  852  səhifə;  elmi- 
publistik  və  ədəbi-tənqidi  məqalələrinin  və  rəylərinin 
ümumi  həcmi  94  çap  vərəqi,  yaxud  1.505  səhifə.  Həm­
çinin,  prof.  M.Çobanov  50-yə  yaxın  kitabın  rəyçisi, 
redaktoru  və  tərcüməçisi  olmuşdur.
Onun  əsərlərinin  müəyən  hissəsini  Azərbaycan 
Ali  Hərbi  Dənizçilik  Məktəbində  işlədiyi  12  il  ərzində, 
ilk  dəfə  olaraq,  Hərbi  humanitar  elm  sahələrinin  özü­
lünü  və  təməl  daşının  qoyulmasına  və  inkişaf etdirilmə­
sinə  həsr  olunmuşdur.  Professor  bu  dövrdə  hərbi  mək­
təblərimizin  sə  ciyyəvi  xiisusiy  yətlərini  nə  zərə  ala  raq, 
hərbi  humanitar  elm  sahələri  üzrə  onlarla  monoqra­
fiyalar,  dərslik  və  dərs  vəsaitləri,  metodik  göstərişlər  və 
tövsiyyələr,  elmi  və  elmi-metodik  məqalələr,  müxtəlif 
kitablar  haqqında  rəylər,  həmçinin,  ədəbi-tənqidi  pub­
lisistik  məqalələr  hazırlayıb  çap  etdirmişdir.  Onun  hərbi 
humanitar  elm  sahələri  üzrə  çap  olunmuş  əsərlərinin
A
/
67


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə