Uşaqların maraq dünyasında əlamətdar tarixi günlər



Yüklə 339,2 Kb.
Pdf görüntüsü
səhifə1/11
tarix20.09.2017
ölçüsü339,2 Kb.
#933
  1   2   3   4   5   6   7   8   9   10   11


 

     



 

Uşaqların maraq dünyasında 

əlamətdar tarixi günlər 

Firidun bəy Köçərli adına Respublika Uşaq 

Kitabxanası tərəfindən hazırlanmış və uşaqlar üçün 

maraq kəsb edən əlamətdar tarixi günlərə həsr 

olunmuş metodik vəsait 

 

 



 

 

 



 

 

Bakı – 2016 




 

 



 

Redaktor və buraxılışa məsul:          Şəhla Qəmbərova 

Tərtibçi:                                 

Təranə Hacıyeva 

 

 

 



 

 

Uşaqların  maraq  dünyasında  əlamətdar  tarixi  günlər

Firidun  bəy  Köçərli  adına  Respublika  Uşaq  Kitabxanası 

tərəfindən  hazırlanmış  və  uşaqlar  üçün  maraq  kəsb  edən 

əlamətdar tarixi günlərə həsr olunmuş metodik vəsait / tərt. 

ed.  T.Hacıyeva;  F.Köçərli  adına  Respublika  Uşaq 

Kitabxanası. – Bakı, 2016. – 66 s. 

 

 



 

 

 




 

 



 

        Tərtibçidən: 

Müasir dünyada uşaqların maraq dünyasına aid olan 

bir  çox  əlamətdar  tarixi  günlər  qeyd  olunur.  Belə  günlərin 

qeyd  olunmasını  ölkəmizdə  də  ənənəyə  çevirmək  üçün 

F.Köçərli  adına  Respublika  Uşaq  Kitabxanası  metodik 

vəsait  hazırlamışdır.  Bu  vəsaitin  hazırlanmasında  əsas 

məqsədlərdən  biri  kitabxanalarda  bu  günlərlə  bağlı 

keçiriləcək tədbirlər haqqında məlumat verməkdir.  

Vəsaitdə  aşağıdakı  mövzular  qeyd  olunur:  “Uşaq 

İxtirası  Günü  -  17  yanvar”,  “Beynəlxalq  Kitab  Bağışlama 

Günü  - 14 fevral”, “Beynəlxalq Kuklaçı Günü  - 21 mart”, 

“Beynəlxalq  Uşaq  Kitabı  Günü    -  2  aprel”,  “Beynəlxalq 

Rəqs  Günü  –  29  aprel”,  “Ümumdünya  İnternet  Günü  –  4 

aprel”, “Ümumdünya Kitab və Müəllif Hüquqları Günü – 23 

aprel”,  “Beynəlxalq  Cizgi  Filmləri  Günü  –  6  aprel”, 

“Ümumdünya  Yer  Günü  –  22  aprel”,  “Beynəlxalq  Günəş 

Günü  –  3  may”,  “Beynəlxalq  Şokolad  Günü  –  11  iyul”, 

“Beynəlxalq Dostluq Günü – 30 iyul”, “Ümumdünya Nöqtə 

Günü  –  9  sentyabr”,  “Ümumdünya  Dəniz  Günü  –  30 

sentyabr”. 

Bu  metodik  vəsaitdə  hər  bir  əlamətdar  günün 

yaranma  tarixi  haqqında  məlumat  verilir,  həmin  günlərlə 

əlaqədar  keçiriləcək  tədbirlərə  dair  nümunələr  təqdim 

olunur.  Vəsaitdən  məktəblərdə,  gimnaziya  və  liseylərdə, 

uşaq kitabxanalarında istifadə oluna bilər.  

 

 



 

 



 

       Uşaq ixtirası günü 

 

Təqvim  üzrə  qeyd  olunacaq  ilk  gün  “Uşaq  İxtirası 



Günü”dür (Kid Inventors Day). Bu gün hər il yanvarın 17-

də qeyd olunur.  

Bizim  sivilizasiyamızın bütün tarixi boyu insan hər 

zaman  nələrisə  ixtira  etmişdir.  Lakin  bəzi  ixtiraçılar  buna 

erkən  yaşlardan başlamışlar. Həm  də  bu onlarda çox gözəl, 

çox parlaq alınıb. Məhz belə balaca ixtiraçıların şərəfinə də 

hər  il  yanvarın  17-də  Beynəlxalq  Uşaq  İxtirası  Günü  qeyd 

olunur.  

Biz adətən alimlərin ağlına heyran olmağa alışmışıq. 

Lakin bəzən uşaqlar da müdriklikləri ilə seçilir, nə isə ixtira 

edirlər.  Gənc  ixtiraçıların  istedadına  həsr  olunmuş  bu  gün 

uşaqlara,  onların  fikirlərinə,  yaradıcılığına  daha  çox  diqqət 

ayırmağa  çağırır,  axı  onların  arasında  nəhəng  ixtiraçılar 

yetişə bilər.  

Bu  əlamətdar  günün  məhz  17  yanvarda  qeyd 

olunması  təsadüfi  deyil.  17  yanvarda  Bencamin  Franklin 

anadan  olmuşdur.  O,  tarixdə  ən  görkəmli  amerikalılardan 

biridir. B.Franklin həm dövlət xadimi, həm də alim, ixtiraçı, 

jurnalist  və  diplomat  olmuşdur.  O  hələ  12  yaşında  olarkən 

üzgüçülükdə  istifadə  olunan  qol  üçün  üzgəcləri  ixtira 

etmişdir. Franklin böyüdükdən sonra da ixtiraçılıqla məşğul 

olmuş,  yellənən  kreslo,  barıtın  elektrik  qığılcımı  ilə 

partladıla biləcəyini və s. ixtira etmişdir.  

 

İnsanların beyninə dahiyanə fikirlərin necə gəldiyini 



alimlər  izah  edə  bilmirlər.  Həmçinin  böyüklərin  ağlına 

gəlməyən  fikirlərin  necə  olur  ki,  uşaqların  ağlına  gəldiyini 




 

də  izah  etmək  mümkün  deyil.  Alyaskanın  bayrağı,  çöp 



üzərində dondurma, su xizəkləri, Brayl şrifti... bütün bunları 

kim ixtira edib? Məhz uşaqlar! Hər il 500 mindən çox uşaq 

və  yeniyetmə  müxtəlif  kompüter  oyunları,  robot  və 

texnikalar  yaradırlar.  Hələ  onların  sayı  gələcəkdə  nə  qədər 

olacaq,  məlum  deyil.  Odur  ki,  17  yanvar  –  Uşaq  İxtirası 

Günü,  gənc  ixtiraçılar  günü  əsl  qeyd  olunmağa  layiq  bir 

gündür.  

 

Bu  əlamətdar  günlə  bağlı  kitabxanalarda  bir  sıra 

tədbirlər keçirilə bilər.  

 

Kitabxanada  bu  günlə  bağlı  kitab  və  şəkillərdən 



ibarət sərgi təşkil etmək olar. Sərgidə aşağıdakı başlıqlardan 

istifadə etmək məqsədəuyğundur: “İxtira etmək uşaqlara xas 

xüsusiyyətdir”,  “Bu  günün  balaca  ixtiraçıları  –  gələcəyin 

böyük  dahiləri”,  “Dünyanı  dəyişdirən  balaca  ixtiraçılar”  və 

s. Aşağıda sizi sərgi nümunələri ilə tanış edirik. 



Yüklə 339,2 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə