A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə54/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   50   51   52   53   54   55   56   57   ...   64

Birincisi, həmin cümlədeki  "55-ə yaxm rayonun" ifadəsi 
dilçilik  və  riyazi  elmlərin  tələbi  baxımdan  düzgün  ifadə 
olunmamışdır.  Çünki  "55"  konkret  rəqəmdir.  Həm  ümumi 
dilçilik,  həm də  riyazi  dilçilik baxımdan, konkret rəqəmlər 
"55-ə  yaxm,  55-ə  qədər,  55-dən  artıq,  55-dən  az  və  s." 
şəklində  ifadə  oluna  bilməz.  Deməli,  yuxarıdakı  cümlədə 
konkret olaraq,  "55 rayonun" ifadəsi işlənməli idi.
İkincisi,  həmin  cümlədəki  "rayonun  ançıları  ançılıq 
sərgisində  iştirak  etmişdir"  ifadəsi  də  üslubi  və  məntiqi 
baxımdan qüsurlu görünür. Çünki  "rayonun  arıçıları"  dedik­
də  canlı  əməksevər insanlar nəzərdə  tutulur.  Canlı  insanla- 
nn  sərgisi  isə  heç  vaxt  təşkil  olunmayıb,  bundan  sonra  da 
təşkil olunmayacaqdır. İnsanlar arasında yalnız əmək bəhs­
ləşmələri,  elm,  mədəniyyət,  incəsənət  sahəsində  yarışma- 
lan,  müsabiqəsi keçirilə bilər.  (Muğam müsabiqəsi kimi)
Üçüncüsü, həmin cümlədəki  "ançılıq sərgisində" ifadəsi 
də  qeyri-dəqiq  səslənir.  Çünki  "arıçılıq"  bir peşə  sahəsidir. 
Peşə  sahələrinin  (dəmirçilik,  misgərlik,  kartofçuluq  və  s.) 
əməkdaşlannın  sərgisini  təşkil  etmək  isə  fiziki  cəhətdən 
qeyri-mümkündür. Deməli, həmin ifadə "arıçılıq sərgisi" yox, 
"an  məhsullarının  sərgisi"  olmalı  idi.  Ümumilikdə  isə, 
yuxarıda qeyd olunan cümlə üslubi  baxımdan belə olmalı  idi: 
"55 rayonun arıçıları arı məhsulları sərgisində iştirak etmişdir".
Radio  və  televiziya efirində  tez-tez  səslənən  reklam  xa­
rakterli  bir mətnə  də  nəzər salaq:  "Mərkəzi  Neftçilər Xəs­
təxanasının  "Göz  mərkəzi "nə  müraciət  edə  bilərsiniz"  Bu 
ifadə  istər üslubi,  istər  elmi,  istərsə  do  məntiqi  baxımdan 
qüsurludur.
228
Birincisi,  yuxanda  qeyd  olunan  cümlədəki  "Mərkəzi 
Neftçilər Xəstəxanası"  ifadəsi  də üslubi və  məntiqi  baxım­
dan  "Neftçilərin  Mərkəzi  Xəstəxanası"  olmalıdır.  Çünki 
"Mərkəz" sözü "Neftçilər"  sözünün yox, "Xəstəxana"  sözü­
nün  təyini  funksiyasını  bildirir.  Deməli,  yuxandakı  ifadə  - 
mürəkkəb ktematonim (onomastik vahidi) "Neftçilərin Mər­
kəzi Xəstəxanası" kimi yazılmalı və oxunmalıdır, efirdə səs­
ləndirilməlidir.
İkincisi, yuxanda qeyd olunan "Göz Mərkəzi" ifadəsi çox 
mücərrəd  səslənir.  Çünki  göz mərkəzi dedikdə,  hər şeydən 
əvvəl, göz çanağı, gözün bəbəyinin mərkəzi hissəsi nəzərdə 
tutulur.  Odur  ki,  yuxandakı  cümlənin  "Göz  mərkəzi"nə 
müraciət edə bilərsiniz" ifadəsindən isə, gözü xəstə olanlara 
müraciət  edildiyi mücərrəd  halda  anlaşılır.  Bu  mücərrədlik 
isə,  bəzi  dinləyiciləri  çaş-baş  sala  bilər.  Belə  anlaşılmazlıq 
olmasın  deyə  yuxanda  qeyd  olunan  cümlə  "Neftçilərin 
Mərkəzi Xəstəxanası’nın nəzdində fəaliyyət göstərən "Göz 
xəstəliklərinin  müalicəsi  Məıkəzi"nə  müraciət edə  bilərsi­
niz"  şəklində olmalı və efirdə səslənməli idi...
Başqa bir misal:  "Zamanın çaldığına oynamağa məcburuq" 
cümləsi üslubi  cəhətdən  bitkin  deyil.  Bu cümlə,  əslində  "Za­
manın çaldığı havalara oynamağa məcbur idik" kimi olmalıdır.
Radio  yayımları  proqramlannda "Gözəllik  də qurban  tə­
ləb edir" kimi məntiqsiz ifadə tez-tez işlədilir.Apancı bilmə­
lidir ki,  "gözəllik"  mücərrəd anlayışdır.  Məsələn,  insan  gö­
zəlliyi,  qadm  gözəlliyi,  uşaq  gözəlliyi,  zahiri  gözəllik,  etik 
gözəllik,  əxlaq  gözəlliyi, mənəvi  gözəllik,  Vətən gözəlliyi, 
qadm  gözəlliyi,  el-oba  gözəlliyi,  yurd-yuva  gözəlliyi  və  s.
229


belə  ifadələrin  sayını  artırmaq  da  olar.  Lakin  buna  ehtiyac 
duyulmur.  Aparıcının  çıxışından  məlum  olmur  ki,  o,  hansı 
gözəlliyi nəzərdə tutur və həmin gözəllik nə  üçün  "qurban 
tələb  edir"?.  Bu  gözəlliyin  "qurban  tələb  etməsi"  nə  ilə 
bağlıdır? Bu sualın cavabı isə açıqlanmır. Həm də apancı bu 
ifadəni elə bir tonla ifadə edir ki, bu da dilimizin orfoepiyası 
baxımından bağışlanılmazdır...
Efir verilişlərində  "top beşliyimiz",  "top onluğumuz"  ki­
mi ifadələri tez-tez eşidirik.  Bu ifadələr istər üslubi,  istərsə 
də  məntiqi  baxımdan  qüsurludur.  Birincisi,  ana  dilimizdə 
hələlik  "top  beşlik"  ifadəsi  fonnalaşmayıb,  belə  ifadə  dili­
mizə  yaddır.  Bu  ifadələr  dilimizə  qeyri-peşəkarlar  tərəfin­
dən  gətirilsə  də  onun  ömrü  uzun  ola  bilməz.  İkincisi,  dili­
mizdə  toplu  isimlər  vardır.  Bu  qrup  isimlər  dilimizdə  tək 
halda olsa da, eynicinsli  şəxs və əşyaların hamısını bir bütöv 
vahid  şəkildə  bildirir.  Dilimizdəki  toplu  isimlər  miqdar 
saylan  ilə işlənə bilmir.  Məsələn,  gənclik,  tələbəlik,  insan­
lıq,  dağlıq,  daşlıq,  üçlük, beşlik, onluq, yüzlük,  minlik və  s. 
toplu  isimlərdən  əvvəl  miqdar  sayı  artırmaq  qeyri-  müm­
kündür.  Əgər  belə  sözlərin  əvvəlinə  süni  şəkildə  miqdar 
saylan  artırsaq,  onda  qeyri-elmi,  qeyri-məntiqi  və  gülünc 
səslənən  ifadələr  almış  olarıq:  beş  gənclik,  beş  tələbəlik; 
beş  dağlıq,  beş  daşlıq;  beş  üçlük,  beş  beşlik  (pul  vahidləri 
istisna  olunmaqla)  kimi  ifadələrin  işlədilməsi  dilimizin  da­
xili  qayda  qanunları  baxımdan  qeyri-mümkündür.  Üçüncü­
sü,  süni  xarakter daşıyan  "top beşliyimiz"  ifadəsinin  birinci 
tərəfi  olan  "top"  sözü  də,  ikinci  tərəfi  olan  "beşlik,  onluq," 
sözü  də  topluluq  anlayışlarını  bildirir.  Deməli,  dilimizdə
230
"topluluq"  anlayışlarım  bildirən  iki  sözün  eyni  tərkibdə  və 
ya  ifadədə  işlədilməsi  süni  xarakter  daşıyır  və  beləcə  də, 
mənası  anlaşılmaz  qalır.  Buna görə də,  "top beşliyimiz"  ifa­
dəsi dilimizin daxili inkişaf qanunlarına uyğun olaraq, "beşlik­
də və ya beşliyimizdə" kimi işlədilməsi məqsədə uyğundur.
Yaxud,  "Sağlamlığımızın  tək  ünvanı"  Mərkəzi  Klinik 
Xəstəxana"  ifadəsinə  nəzər salaq.  Bu  ifadə  ədəbi  dilimizin 
üslubiyyatı baxımdan, "Sağlamlığımızın yeganə ünvanı" de­
dikdə başqa ünvanda analoji müalicə mərkəzinin olmaması 
nəzərdə tutulur. Deməli bu ifadə "Mərkəzi Klinik Xəstəxa­
n ad ı  şəklində  olmalıdır.  Çünki  bu  ifadədə  "tək"  sözü  işlə­
dildikdə  "cəm" sözünün də işlədilməsi ehtimalı yaranır...
Radio  verilişlərinin  birində  "De  ki,  de  ki,  dözmür ürək" 
adlı  mahnı  ifa  olunurdu.  Bu  mahnının  mətnindəki  "de 
(mək)"  feli  ilə  "ki" bağlayıcısı bir vurğu ilə deyilir və tələf­
füz olunurdu. Bu da, nəticə etibarı ilə, mahnı  mətninin ümu­
mi  məzmununun  təhrif  olunmasına  və  başa  düşülməyən 
"deki,  deki"  kimi  süni  yolla  yaranan  bir  vurğulu  söz  kimi 
təhrif  olunmuş,  qeyri-müəyyən  bir  söz-isim  kimi  mahnı 
boyunca təkrar-təkrar səslənirdi. Bizim mülahizəmizə görə, 
efirdə  səslənən  belə  ifalara  gələcəkdə  yol  verilməməlidir. 
Bu mənada, hər bir müğənni  və ya xanəndə oxuduğu  mah­
nının mətnini ədəbi dilimizin tələbi baxımdan yüksək səviy­
yədə şifahi əzbərdən öyrənməlidir...
Aparıcının nitqindən götürülmüş "Yəqin, zamanımız ola­
caq, bu məsələyə bir də qayıdaq" cümləsinə nəzər saldıqda 
məlum  olur  ki,  bu  cümlə  üslubi  və  elmi  baxımdan  nöq­
sanlardan  xali  deyil.  Bu  cümlədə  "zamanımız"  sözü  yox,
231


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə