A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə56/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   52   53   54   55   56   57   58   59   ...   64

üslubi baxımdan belə olmalı idi:  "Akalkalaki-Türkiyə dəmir 
yolunun  çəkilişi  zamanı  "bir  tam  onda  iki  (1,2  km)  kilo­
metrlik tunel qazılacaqdır".
Yuxanda qeyd olunduğu kimi,  radto və televiziya  aparı- 
cılannm nitqində çox vaxt orfoepik qaydalanna (düzgün tə­
ləffüz qaydalanna) riayət olunmur:  Ya sözün sonuna artm- 
lan  şəkilçilər tələffüz  olunmur, ya da ismin təsirlik hal  şə­
kilçiləri  (-
1
,  i)  ismin  yönlük hal  şəkilçiləri  ilə  (-a,  -ə)  əvəz 
olunur, tələffüz normaları  - nitq, ahəng, vurğu, heca vurğu­
su,  sərbəst  vurğu  və  məntiqi  vurğu  və  s.  yerində  tələffüz 
olunmur, tələffüzün yeri pozulur.
Bu da, şübhəsiz ki, cümlənin və ya ifadənin ümumi məz­
munun  təhrif olunmasına,  mənanın  düzgün  başa  düşülmə- 
m əsinə,  dinləyicilərin  isə  əsəbləşməsinə  və  kanalı 
dəyişməsinə səbəb olur.
Radio verilişlərinin birində "fərəhlən mənə"  ifadəsi  efir­
də  səslənmişdir.  Bu ifadə üslubi cəhətddən qüsurludur.  Bu 
ifadə əsimdə  "Mənimlə fərəhlən" kimi olmalıdır.
Yeri gəlmişkən, onu da qeyd edək ki, bəzən radio və tele­
viziya verilişlərinin aparıcıları verilişə qabaqcadan hazırlaş­
madıqları  üçün  milyonlann  auditoriyası  olan  televiziya  ek­
ranlarında  və  həmçinin,  radio  yayımlan  vaxtını  şit  və  süni 
zarafatları,  süni  gülüşləri,  bir-birini  yersiz  "tərifləməsi"  və 
m əişət  söhbətləri  ilə  dinləyiciləri  bezdirir,  dinləyici  həmin 
verilişlərdən zövq alınaq əvəzinə əsəbləşir və qalxıb kanalı 
dəyişir. Biz ümüdvarıq ki, əlaqədar təşkilatlar bu barədə öz 
sözlərini deyəcəklər.
Bəzən  radio  və  televiziya  aparıcılan  hərdən  çıxışlarında 
məcazlardan da istifadə etməyə səy göstərirlər. Bu çox yax­
236
şıdır.  Lakin aparıcılar elə  məcazdan  istifadə  edirlər ki,  "on­
lara  görə",  güya  həmin  məcazlar  hələ  "xoruz  səsi  eşitmə­
yib". Məsələn, "doğru əldə" ifadəsini məcaz kimi işlətməyə 
"səy göstəriblər". Lakin  bu ifadə məcaza yox,  söz yığınına 
çavrilib.  Dilimizdə  lap  qədim  dövrlərdən  üzü  bəri  "doğru 
söz,  "doğru vəd",  "yalan  söz",  "yalan vəd"  ifadələri  indi  də 
işlənməkdədir.  Bundan başqa,  dilimizdə  "doğru əldə"  yox, 
"halal əldə",  "haram əldə"  ifadələri  formalaşıbdır.
Yaxud,  "ingilis dili dünyanın ən böyük yayılmış dillərindən 
biridir".  Bu  cümlə  üslubi,  elmi  və  məntiqi  cəhətdən  qüsur­
ludur.  Bu cümlədə  "böyük"  sözü yersiz işlənib.  Çünki  "dil  bö­
yük yayılmaz",  "dil geniş və yaxud geniş ərazidə yayıla bilər".
Radio  və  televiziya  verilişlərində  tez-tez  belə  cümlələrə 
rast gəlirik:  "Konfransda 35-dən  çox  ölkənin nümayəndəsi  iş­
tirak  edir".  Bu  cümlə  də  üslubi  cəhətdən  qüsurludur.  Çünki 
dilimizdə  toplululq  bildirən  "az  və  çox"  sözləri  yalnız  onluq, 
yüzlük, minlik, milyonluq və s. qeyri-müəyyənlik bildirən miq­
dar saylarmdan sonra işlənə bilər.  Məsələn, ondan az və ya ona 
qədər-ondan çox,  mindən  az və ya minə qədor-mindən çox və 
s.  miqdar sayları  bildirən  ifadələrin  yanında işlədilə  bilər.
Ədobi  dilimizin  üslubi  normalarına  görə,  təklik  və  ya 
dəqiqlik bildirən müəyyən miqdar saylarmdan  sonra  "az və 
ya çox"  sözlərinin işlədilməsinə heç bir ehtiyac duyulmur.
Yuxanda  nümunə  gətirdiyimiz  cümlə  isə,  əslində  belə 
olmalı  idi.  "Konfransda  35  ölkənin  nümayəndəsi  iştirak 
edir".  Deməli,  yuxanda  nümunə  gətirilmiş  cümlədə  "-dən 
çox"  ifadə ünsürlərinin işlədilməsinə heç bir lüzum yoxdur. 
Bizim  mülahizələrimizə  görə,  belə  hallar  həmin  cümlənin
237


müəllifinin dilimizin üslubi normalarını  dərindən bilməmə- 
məsi ilə bağlı  olub...
Başqa bir misala nəzər salaq: "Bu barədə ətraflı əməkda­
şımız Filankəs (Hüseyn) məlumat verərəcək". Bu cümlə üs­
lubi, elmi və məntiqi baxımdan qüsurludur.  Birincisi, "ətraf­
lı  əməkdaşımız"  ifadəsi  elmi  baxımdan  heç  bir  məzmun 
kəsb  etmir.  Bu cümlədəki "ətraflı” sözü "əməkdaşımız" sö­
zünün yox, "məlumat" sözünün təyini funksiyasında çıxış et­
diyi  üçün  "məlumat”  sözündən  əvvəl  gəlməlidir.  Deməli, 
yuxarıda qeyd olunan cümlə əslində belə olmalıdır:  "Bu barə­
də əməkdaşımız Filankəs (Hüseyn) ətraflı məlumat verəcək".
"Bütün əməliyyatlar Ürək mərkəzində həyata keçirilir". Bu 
cümlə  üslubi,  elmi və məntiqi cəhətdən qüsurludur:  Birincisi, 
"Ürək  mərkəzi "dedikdə  insan  orqanizminin  əsas  və  aparıcı 
üzvü  olan  ürəyin  daxili  mərkəzi  nəzərə  çarpır və  əməliyyat­
ların  aparıldığı yer, yəni ürəyin mərkəzi hissəsi başa düşülür, 
anlaşılır. Əslində isə, bu fikir elmi və məntiqi baxımdan qeyri- 
mümkündür. Üslubi baxımdan, bu cümlə  "Bütün əməliyyatlar 
ürək  xəstəliklərinin  müalicəsi  mərkəzində  həyata  keçirilir." 
kimi  olmalıdır.  Çünki  əməliyyatlar  Ürək  mərkəzində  yox, 
Ürək xəstəliklərinin müalicəsi Mərkəzində apanla bilər.
Başqa  bir  misal:  Efirdə  sağlamlıqla  bağlı  “Həkim  məs­
ləhəti” rubrikası  adı altında veriliş gedirdi.  Həmin  verilişdə 
"Qadm mərkəzi" adlı bir ifadə də işlədildi... Xəstələrə məs­
ləhət görülürdü ki, lazım gələrsə,  "Qadın mərkəzi "nə müra­
ciət edə bilərlər. Bu ifadə də üslubi, elmi və məntiqi cəhət­
dən  çox  qüsurludur.  Birincisi,  "Qadm  mərkəzi"  dedikdə 
müxtəlif “Qadm birlikləri”, "Qadın cəmiyyətləri" və s. yada
238
düşür. İkincisi, efirdə səslənən mətnin məzmunundan aydm 
olur ki, "Qadm  mərkəzi" dedikdə, heç də "Qadm cəmiyyət­
ləri" yox,  qadınların “Müalicə mərkəzləri” nəzərdə tutulur. 
Deməli, "Qadm  mərkəzi"  elmi  və məntiqi baxımdan özünü 
doğrultmur.  Odur  ki,  həmin  ifadə  "Qadm  mərkəzi"  yox, 
"Qadm Xəstəliklərinin Müalicəsi Mərkəzi"  olmalıdır.
Məlumdur ki, son illərdo Kənd Təsərrüfatı Nazirliyi Bakı 
şəhərində  hər  həftə  kənd  təsərrüfatı  məhsullarının  satışını 
təşkil  edir.  Əlbəttə,  bu  alqışa  layiqdir...  Bu  tədbirlə  əla­
qədar olaraq, efirdə belə  bir fikir söylənilmişdir: “...sonuncu 
kənd təsərrüfatı məhsullarının satışı keçiriləcək”. Üslubi cə­
hətdən  qüsurlu  olan  bu  cümlədən  belə  başa  düşülür  ki, 
"sonuncu kənd təsərrüfatı  məhsullarının  satışı keçiriləcək". 
Əslində isə, üslubi  baxımdan bu cümlədəki  "sonuncu"  sözü 
"kənd təsərrüfatı  məhsulları" ifadəsinə yox,  "satışı keçirilə­
cək" ifadsinin əvvəlinə artırılmalı idi. Çünki "sonuncu" sözü 
ilin son həftəsinə aid edilmişdir.  Əslində həmin cümlə belə 
olmalı idi: “İlin sonuncu həftəsində kənd təsərrüfatı məhsul­
larının satışı keçiriləcək”.
Ölkəmizdə  balıq  sənayesinin  inkişaf etdirilməsi  ilə  əla­
qədar  olaraq,  efirdə  iqtisadi  mövzuda  veriliş  yayımlanırdı. 
Həmin  verilişin  tərkibində  "balıqçı  sənayesi  sərgisi  təşkil 
olunacaq"  kimi  bir  ifadə  işlədilmişdir.  Bu cümlədəki  ifadə 
üslubi,  elmi  və  məntiqi  baxımdan  çox  qüsurludur,  ifadənin 
məzmunu aydm və dəqiq şəkildə anlaşılmır.
Birincisi,  "balıqçı  sənayesi"  ifadəsindən  belə  başa  düşülür 
ki,  "balıqçı  sənaycsi"ndə  "balıqçı,  balıq tutan"  istehsal olunur. 
Əlbəttə,  sənaye  üsulu  ilə  bu  qeyri-mümkündür.  Çünki  "ba-
239


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə