A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə64/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   56   57   58   59   60   61   62   63   64

ümumi  həcmi  169  çap  vərəqi,  yaxud  2709  səhifə  həc­
mindədir.
Onu  da  qeyd  etmək  yerinə  düşərdi  ki,  professor 
M.Çobanov  Azərbaycan  Ali  Hərbi  Dənizçilik  M ək­
təbində  işlədiyi  dövr  ərzində  həm  də  ayrı-ayrı  m üəl­
liflərin  əsərlərinin  elmi  redaktoru  və  tərcüməçisi  olmuş­
dur.  Bu  mənada,  onun  redaktorluğu  və  tərcüməçiliyi  ilə 
Hərbi  humanitar  elmin  müxtəlif  sahələrinə  dair  onlarla 
kitab  çap  olunmuşdur.  Onun  redaktorluğu  və  tərcü­
məçiliyi  ilə  ümumi  həcmi  136  çap  vərəqi,  yaxud  2172 
səhifə  həcmində  olan  müxtəlif kitablar  çap  olunmuşdur.
Prof.  M.Çobanov  50  illik  elmi  axtarışları  zamanı 
daim  filologiyamızda  diqqətdən  kənarda  qalan mövzuları 
seçmiş  və  onların  araşdırılmasına  üstünlük  vermişdir. 
Onun  əsərlərində  istər  ümumtəhsil,  istər  ali  məktəblər 
üçün  yazdığı  dərslik  və  dərs  vəsaitlərində,  istərsə  də 
ayrı-ayrı  monoqrafik  araşdırmalarında  müasir  elmin  çox 
vacib  və  aktual,  çox  ciddi  problemləri  qarşıya  qoyulur, 
onların  elmi-nəzəri  və  tətbiqi  məsələlərinin  müasir  el­
min  tələbi  baxımından  həll  edilməsi  məqsədilə  zəngin 
elmi-nəzəri  təcrübədən  irəli  gələn  təkmilləşdirilmiş  və 
cilalanmış  elmi  mülahizələr  və  təkliflər  irəli  sürülür  və 
tövsiyə  olunur.  Onun  elmi  yaradıcılığının  mövzu  dairəsi 
çox  genişdir.  Məsələn,  prof.  M.Çobanov  ümumtəhsil 
məktəblərinin  X-XI  sinifləri  üçün  “Azərbaycan  dili” 
fənni  üzrə  ilk  tədris  proqramım  və  dərsliklərini,  ali 
məktəblərin  qeyri-filologiya  fakültələri  üçün  ilk  tədris 
proqramım  və  dərsliyini,  Azərbaycan  dialektologiyasın-
268
da  ilk  dəfə  dialekt  və  şivələrimizin  leksik  xüsusiyyətlə­
rini;  Azərbaycan  onomastikasmda  ilk  dəfə  Azərbaycan 
antroponimiyasının  əsasları  üzrə  proqram  və  dərs  vəsai­
tini  və  Borçalı  toponimlərini;  Azərbaycan  dilinin  tədbiqi 
sahəsində  ilk  dəfə  mətn  dilçiliyi  üzrə  prqoram  və  dərs 
vəsaitini;  ali  hərbi  məktəblərdə  tədris  olunan  hərbi  hu­
manitar  elm  sahələri  üzrə  də  ilk  dəfə  geniş  araşdırmalar 
aparmış  və  beləliklə  do,  hərbi  humanitar  elmin  ilk  to- 
məldaşını  və  özülünü  qoymuşdur.  O,  cümlədən,  Ümum­
milli  liderimiz,  Müstəqil  Azərbaycan  Dövlətinin  müəllifi 
və  qurucusu,  Silahlı  Qüvvələrimiz  üçün  zabit  hazırlı­
ğının  ilk  təşəbbüskarı  (1970-1990,  1993-2003):  Azər­
baycan  Respubliksının  sabiq  Prezidenti,  Silahlı  Qüvvələ­
rinin  Ali  Baş  Komandanı  Heydər  Əliyevin  hərbi  starateji 
görüşlərinə  həsr  olunmuş  “Görkəmli  strategiyaçı”  mono­
qrafiyası  bu  qəbildəndir...
Prof.  M.Çobanovun  əsərləri  haqqında  Azərbaycan, 
türk,  rus,  özbok,  türkmən,  gürcü,  erməni  və  s.  dillərdə 
160-a  yaxın  rəy  yazılıb.  Prof.  M.Çobanov  80-dən  çox 
namizədlik  vo  doktorluq  dissertasiyalarına  rəsmi,  qeyri- 
rəsmi  opponet  olmuş  və  ya  avtoreferatlarına  rəy  yazmış­
dır.  Aparıcı  Təşkilat  adından  rəy  yazmış,  yaxud  nami­
zədlik  və  doktorluq  dissertasiyalarına,  dosent  və  profes­
sor  elmi  adı  almaq  üçün  təqdim  olunmuş  işlərə  ekspert 
rəyi  yazmışdır.
Prof.  M.Çobanov  1972-2007-ci  illərdə  bir  çox  elmi 
simpozium  və  elmi  konfransların  fəal  iştirakçısı  olmuş 
və  110-dan  çox  elmi  konfransda,  o  cümlədən,  Beynəl­
269


xalq  (17  dəfə),  Ümumittifaq  (36  dəfə),  Respublika  (41 
dəfə),  aliməktəblərarası  (22  dəfə),  ali  məktəb  və  fakül- 
tələrarası  (11  dəfə)  konfransların  və  metodik  toplan­
tıların  fəal  iştirakçısı  olmuşdur.  Əksər  Elmi  konfrans­
larda  bölmə  sədri  olmuş  və  Plenar  iclaslarda  maraqlı  və 
aktual  mövzularda  məruzə  ilə  çıxış  etmişdir.
Prof.  M.Çobanovun  ali  məktəblər  üçün  hazırladığı 
tədris  proqramlarından,  dərslik  və  dərs  vəsaitlərindən 
Respublikamızın  hüdudlarından  kənarda,  o  cümlədən 
Gürcüstanda,  Türkiyədə  və  digər  Türk  ölkələrinin  ali 
məktəblərində  dərs  vəsaiti  kimi  istifadə  edilir.
Prof.  M.Çobanov  ali  məktəbi  bitirdikdən  sonra  sabiq 
SSRİ-nin  Silahlı  Qüvvələrinin  tərkibində  xidmət  etdiyi 
müddətdə  (X.1960-XL1962)  kiçik  leyntant  rütbəsi  verən 
Hərbi  məktəbi  əla  qiymətlə”  bitirdiyinə,  siyasi  və  döyüş 
hazırlığına  görə,  familiyası  SSRİ  Müdafiə  Nazirliyinin 
“Fəxri  kitabf’na  yazılıb.  Elmi-pedaqoji  sahədəki  fəaliy­
yətinə  görə,  1985-ci  ildə  “Xatirə  medalı”,  20  dəfədən 
çox  “Fəxri  Fərman”,  Azərbaycan  Respublikası  Müdafiə 
Nazirinin  əmri  ilə  qiymətli  hədiyyə  ilə,  AAHDM-nin 
komandanlığı  tərəfindən  bir  neçə  dəfə  qiymətli  hədiyyə 
və  pulla  mükafatlandırılmış,  bir  neçə  dəfə  “Təşəkkür” 
elan  olunmuşdur.
Prof.  M.Çobanov  Beynəlxalq  Elmi  Konfranslarda 
müasir  və  aktual  mövzularda  maraqlı  məruzə  ilə  çıxış 
etməsinə  və  konfransın  işində  fəallıq  göstərdiyinə  görə, 
2001-ci  ilin  may  aymda  Türkiyənin  Trabzon  şəhərində 
“Tarix,  Dil  və  Ədəbiyyat  problemləri”nə  həsr  olunmuş
270
ölkələrarası  Elmi  simpoziumdakı  maraqlı  elmi  məru­
zəsinə  və  fəallığına  görə  “Türkiyənin  Dövlət  Bayrağını” 
və  “Türk  ocaqlarf’nm  simvolunu  əks  etdirən  Xatirə 
Bayrağı  ilə  təltif olunmuşdur.
Prof.  M.Çobanov  Əmək  veteranıdır.
*  4=  %
Elmi-pedaqoji  fəaliyyətinin  50,  anadan  olmasının  70 
illik  Yubileyi  təntənə  ilə  qeyd  olunmuş  tanınmış  və 
məşhur  dilçi-alim,  istedadlı  türkoloq,  Azərbaycan  Res­
publikasının  Prezidenti  yanında  Ali  Attestasiya  Komissi­
yasının  Ekspert  Şurasının  üzvü,  Nyu-York  EA-nm  üzvü 
(2001-ci  ildən),  filologiya  elmləri  doktoru,  professor 
Mədəd  Çobanov  çoxşaxəii,  zəngin  və  məhsuldar  elmi 
və  elmi-metodik  yaradıcılığı,  elmi-pedaqoji  fəaliyyəti 
ilə,  nəinki  Azərbaycan  dilçiliyində,  eləcə  də,  Türkolo­
giyada  xüsusi  yer  tutan,  diqqət  mərkəzində  saxlanılan, 
yaradıcılığı  elmi-ictimaiyyətin  marağına  səbəb  olan, 
alimlər  arasında  öz  səsi  və  nəfəsi,  qələmi  ilə  fərqlənən 
alimlərimizdən  biridir.
Prof.  M.  Çobanov  50  illik  elmi-pedaqoji  fəaliyyəti 
dövründə  çoxsahəli  nəzəri  və  təcrübi  istiqamətlərdə 
araşdırmalar  aparmışdır:
1.  Müasir  Azərbaycan  ədəbi  dili
2.  Azərbaycan  dialektologiyası
3.  Azərbaycan  onomastikası
4.  Ümumi  tiirkoloji  məsələlər
271


5.  Mətnlərin  dilinin  təhlili
6.  Dilin  tədrisi  metodikası
7.  Dil  əlaqələri
8.  Əbədi  tənqid  və  ədəbi  əlaqələr
9.  Hərbi  humanitar  elmlər
10. Təhsil  məsələləri
11. Lüğətçilik  məsələləri
Yuxanda  qeyd  olunanlardan  göründüyü  kimi  prof. 
M.Çobanov  çoxsahəli  elmi  və  metodik  yaradıcılığa  ma­
lik  olan  yenilikçi  alimlərimizdən  biridir.
Elmin  yuxarıda  qeyd  olunan  sahələrinin  bir  çoxu  üz­
rə  ümumtəhsil  və  ali  məktəblər  üçün  onlarla  tədris 
proqramı,  dərslik  və  dərs  vəsaitləri  hazırlayıb  çap  etdir­
mişdir.
Bir  sözlə,  o,  müasir  elmin  tələblərinə  həm  nəzəri, 
həm  də  tətbiqi  cəhətdən  ətraflı  cavab  verən,  elmi  əla­
qələndirmə  problemlərini  dərindən  bilən,  elmdə  özünü 
göstərən  boşluqları  müəyyənləşdirməyi  bacaran,  yara­
dıcı,  təhşəbbüskar,  yüksək  dərəcədə  ixtisaslaşmış  və  ge­
niş  fəaliyyət  göstərən  istedadlı  alimlərimizin  ön  sırala­
rında  Adı  çəkilən  alimlərimizdəndir.
Azərbaycan  Ali  Hərbi-Dənizçilik  Məktəbində  bütün 
nailiyətlərin  qazanılmasında  professor-müəllim  və  müəl­
lim-zabit  heyəti  ilə  yanaşı,  filologiya  elmləri  doktoru, 
Nyu-York  EA-nın  üzvü,  professor  Mədəd  Namaz  oğlu 
Çobanovun  da  xüsusi  fəaliyyəti  olmuşdur.
272
MƏDƏD  NAMAZ  OĞLU
COBANOV
  -  
70
ALİM  VƏ 
VƏTƏNDAŞ
Heydər  Əliyev  adma  Azərbaycan  Ali  Hərbi  Məktəbinin, 
Azərbaycan  Ali  Hərbi  Dənizçilik  Məktəbinin  və  Azərbaycan. 
Respublikası  “Təhsil”  Mərkəzinin  birgə  təşkilatçılığı  ilə  gör­
kəmli  türkoloq,  tanınmış  dilçi-alim, 
Azerbaycan  Respubli­
kası  Prezidenti  yanında  AAK-m  Ekspert  Şurasının  üzvü, 
Nyu-York  Elmlər  Akademiyasının  akademiki,  filologiya 
elmləri  doktoru,  professor  Mədəd  Çobanovun  anadan 
olmasının  70,  elmi-pedaqoji  fəaliyyətinin  50  illik yubile­
yinə  həsr olunmuş  Elmi  sessiya keçirilmişdir.
Elmi  sessiyanı  giriş  sözü  ilə 
H.Əliyev  adma  Azərbaycan 
Ali Hərbi  Məktəbinin rəisi general-mayor Heydər Priyev 
aç­
mış,  Azərbaycan  Respublikası  Müdafiə  Nazirliyinin  və  Ali 
Hərbi  Məktəblərin  Fəxri  Fərmanlarını  və  təbriklərini  yubil- 
yara  çatdırmışdır.
273


Sonra çıxış  üçün  söz 
Azərbaycan Təhsil Problemləri İnstitu­
tunun  rektoru,  professor  Abdulla  Mehrabova 
verildi.  Abdulla 
müəllim  Təhsil  Nazirliyinin  və  kollegiyanın,  şəxsən 
hörmətli 
nazirimiz  professor  Misir  Mərdanovun 
təbriklərini  çatdırdı, 
Təhsil  Nazirliyinin  və  Təhsil  Problemləri  İnstitunun  Fəxri  fər­
manlarını  və  təbrik  məktublarını  professor  Mədəd  Çobanova 
təqdim  etdi,  ona  70  illik  yubileyi  münasibətilə  ürək  sözlərini 
söylədi.
Azərbaycan MEA-nın Dilçilik İnstitutunun şöbə müdiri, fi­
lologiya elmləri doktoru, professor  Qəzənfər Kazımov 
“Mə- 
nal ı  həyat  yolu”, 
Azərbaycan Ali  Hərbi Dənizçilik Məktəbi­
nin  rəis  müavini,  polkovnik-leytenant  Tərlan  Seyfullayev
“Tanınmış  alim  və  əməkdar  təhsil  işçisi”, 
Azərbaycan  MEA 
Ədəbiyyat İnstitutunun şöbə müdiri, şair tərcüməçi, professor 
Əflatun  Saraclı 
“Təvözökar  və  məhsuldar  alim,  pedaqoq”, 
ADPU-nun  filologiya  fakültəsinin  dekanı,  filologiya  elmləri 
doktoru,  professor  Buludxan  Xəlilov 
“Prof.  M.Çobanovun 
Elmi  yaradıcılığında  Azərbaycan  dilinin  müasir  səviyyəsi  və 
problemləri xüsusi yer tutur”, 
filologiya elmləri doktoru, pro­
fessor Əzizxan Tanrıverdiyev 
“Mədəd  Çobanov  və  onomolo- 
giya  m əsələləri”  mövzularında  məruzələr  etdilər,  yubilyara 
uğurlar arzuladılar.
Azərbaycan  Hərbi  Dəniz  Qüvvələri  Komandanının 
müavini, 

dərəcəli  kapitan  Rakif Hüseynov 
öz  adından  və
274
AHDQ  komandam  vitse-admiral  Şahin  Sultanovun 
adından 
yubiları təbrik etdi,  xoş  arzularım  söylədi.
Daha  sonra 
Türk Hərbi Dəniz Donanmasının nümayən­
dəsi  Vulkan  Önər,  Azərbaycan  İqtisad  Universitetinin 
dekanı  Əli  Hacıyev,  Azərbaycan  Respublikası  Prezidenti 
yanında Dövlət İdarəçilik Akademiyasının dillər kafedra­
sının müdiri, professor Akif Bayramov, Azerbaycan Res­
publikası Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, 
ADPU-nun  professoru  Əmrulla  Paşayev,  Qafqaz  Media 
İctimai  Birliyinin  sədri  Azadə  Taleh,  şairə  Səadət  Buta 
vo  başqaları  alimin  çoxşaxoli  yaradıcılığından  söz  açdılar, 
onunla bağlı  xatirələrindən  danışaraq, yubliyarı təbrik etdilər.
Bakının  müxtəlif ali məktəblərindən,  eləcə  də  qardaş Tür­
kiyədən  -  Ankaradan,  İstanbuldan,  Qarsdan,  İzmirdən,  Mos­
kvadan,  Daşkənddən,  Tbilisidən  və  Mameulidən  Yubiliyara
 
ünvanlanmış  təbrik  məktublarını,  o  cümlədən 
Ali  Hərbi  Tə- 
yarəçilik  məktəbinin  şəxsi  heyəti  admdan  təbriki  və  Fəxri 
formanı da H.Əliyev adma Azərbaycan Ali Hərbi Məktəbinin 
rəisi  General-mayor Heydər Priyev 
Mədod  Çobanova  təqdim 
etdi.
Görkəmli  türkoloq,  tanınmış  dilçi-alim  Mədəd  Çobanova 
eyni  zamanda 
Müdafiə Nazirliyinin vo Azərbaycan  Ali  Hər­
bi Dənizçilik Məktəbinin, Qafqaz Media İctimai Birliyinin də 
fəxri fərmanları 
təqdim  olundu.
275


Sonda isə söz yubliyara - professor Mədəd Çobanova veril-- 
di.  O,  tədbirin  təşkilatçılarına  və  bütün  tədbir  iştirakçılarına 
öz  səmimi  təşəkkürünü  bildirdi,  elm  və  təhsil  işçilərinə  gös­
tərdiyi  diqqət  və  qayğı  üçün 
respublikamızın  prezidenti 
İlham Əliyev cənablarına, Müdafiə naziri general-polkovnik 
Səfər  Əbiyevə,  Müdafiə  nazirinin  müavini,  general- 
leytenant  Çingiz  Məmmədova,  H.Əliyev  adına  AAHM-nin 
rəisi  general-mayor  Heydər Priyevə,  Azərbaycan  Ali  Hərbi 
Dənizçilik  Məktəbinin  rəisi,  I  dərəcəli  kapitan  Nurulla 
Əliyevə,  Təhsil  naziri,  professor  Misir  Mərdanova, 
Azərbaycan  Təhsil  Problemləri  İnstitutunun  direktoru, 
professor Abdulla Mehrabova, 
eləcə  də  bütün  çıxışçılara  və 
iştirakçılara  öz dərin  minnətdarlığını  və  təşəkkürünü  bildirdi.
Elmi  sessiyadan sonra Yubiley tədbiri ədəbi-bədii hissə ilə 
davam  etdirildi.
Ədəbi-bədii hissəni giriş sözü ilə Azərbaycan Respublikası 
“Təhsil”  Mərkəzinin  Baş  direktoru  Müşfiq  Borçalı 
açdı, 
yubilyarı  təbrik  etdi  və  bütün  iştirakçıları  salamladı.  Sonra 
ədəbi-bədii hissənin  aparıcısı 
- şair, professor Vaqif Nəsir 
yu- 
bi lyarın  -  professor  Mədəd Çobanovun  ömür yoluna  bir daha 
qısa  nəzər  yetirdi,  10  il  əvvəl keçirilmiş  60  illik  yubileyi  xa­
tırlatdı.  Sonra  o,  musiqi  sədaları  altında  yubilyarı  təbrik  et­
mək  üçün  sözü  növbə  ilə  əvvəlcə  şairlərə verdi.
276
Şairlərdən 
Cavad  Cavadlı,  Yəhya  Borçalı,  Oqtay  Rza, 
Nizami  Paşa  Saraclı  (Mutlutürk),  Ramiz  Abdullayev,  Eldar 
Təbib, Ağaveys Şirvani, Mayqa Mətin, Aysel Mədədli 
və baş­
qalarının  yubilyara  həsr etdikləri  şerlər səsləndi.
Sonra  həkim 
Səməd  Çobanov,  polkovnik-leytenant  Vaqif 
Bayramov,  professor  Abbas  Hacıyev,  BDU-nun  kafedra 
müdiri  Həmid  Vəliyev,  dosent  Telman  Quluyev,  dosent 
Nəbi  Əsgərov,  dosent  Vaqif  İsrafilov,  “Təhsil”  Cəmiy­
yətinin  sədri  dosent  Nuğay  Əliyev,  Xətai  rayon  İcra 
hakimiyyətinin  məsul  işçisi  Gülehmed  Qəribov,  yazıçı- 
jurnalist Mehman Vəliyev,  “Ulu  Körpü” qəzetinin Baş re­
daktoru  Musa  Nəbioğlu,  “Ədalət”  qəzetinin  şöbə  müdiri 
Məhəmmədəli Mustafa,  “Şərqin səsi” qəzetinin əməkdaş­
ları  Zal  Abbasov,  Xanım  Bilalqızı,  Dilşad  Xaqaniqızı, 
Natiq  Həsənov,  Müsafir  Məmmədov,  Şahin  Qəmberoğlu, 
Zakir  İsmayılov 
və  başqaları  yubiları  təbrik  ctdilor  və  ona 
uğurlar arzuladılar.
Daha  sonra 
Aşıq Solmaz, Aşıq Aidə Gülzar, Azəri-Star-ın 
iştirakçısı  Nahidə 
və  başqaları  hozin  musiqi  sədaları  ilə 
yubilyarı  təbrik etdilər.
Ədəbi-bədii  hissənin  sonunda  da  söz yubliyara  -  professor 
Mədəd  Çobanova  verildi.  O,  bir daha  tədbirin  təşkilatçılarına 
və  bütün  tədbir  iştirakçılarına  öz  səmimi  təşəkkürünü  və 
minnətdarlığını  bildirdi.
277


Tədbirin  sonunda  “Şərqin  səsi”,  “Borçalı”,  “Qafqaz- 
press”,  “Respublika”,  “Yeni Azərbaycan”,  “Təhsil”,  “Elm  və 
təhsil” qəzetlərinin yubilyara həsr  olunmuş  xüsusi  nömrələri 
və  yazıçı-jurnalist  Əli  Abbasın  tərtib  etdiyi  708  səhifəlik
“ELM  FƏDAİSİ”  kitabı  yubiley  iştirakçılarına  hədiyyə 
olundu.
P.S.  Yubiley tədbiri elə bəmin gün AzTv, İctimai Tv, 
“Speys”və “Lider’televiziyalarının 
“Xəbərlər”proqramlarmda işıqlandırılmış  və 
yubileyə həsr olunmuş ayrıca verilişlər səslənmişdir.
“Şərqin səsi” qəzeti, 
25 may 2007-ci il.
278
M ÜNDƏRİCAT
R e d a k t o r d a n
.................................................................................
3
1 BÖLMƏ.  ÜMUMİ  TÜRKOLOJİ  PROBLEMLƏR
1.  Türk ədəbi dillərinin  birliyinə doğru.............................. 5
2.  Altay dilləri ailəsində Azərbaycan-türk dilinin mövqeyi.22
3.  Azərbaycan-türk dilinin  təşəkkülü tarixi......................36
4.  Azərbaycan-türk  dilinin  dövlət statusu  haqqında....... 59
5.  Azərbaycan-türk  dilinin  təsir dairəsi.............................67
6.  1  Türkoloji  Qurultay  və  türk  dillərinin  müasir  prob­
lemləri.................................................................................. 85
7.  Türk  ədəbi  dilləri  birliyinin  praktik  aspektləri..............99
8.  Türk ədəbi  dilləri  birliyinin linqvistik  aspektləri...........110
II. BÖLMƏ.  AZƏRBAYCAN  DİLİNİN 
MÜASİR PROBLEMLƏRİ
9  Azərbaycanşünaslığın  atributları..................................... 131
10.  Ana dilimiz-milli  qeyrətimiz........................................... 161
11.  Ədəbi dilimiz xalqımızın milli sərvətidir........................ 169
12.  Mətbuatımızın dili  haqqında qeydlər............................ 204
13.  Efir verilişlərinin  dili  haqqında  qeydlər........................213
14.  Efirdə müğənni və xanəndələrin çıxışlarından qeydlər.245
15.  Əlifbamız və repressiyalar................................................255
Professor  M ədəd  Çobanovun  elmi-pedaqoji fə a ­
liyyəti haqqında qeydlər
...................................................................
263
Alim  və  Vətəndaş 
(P r o fe s s o r   M ə d ə d  Ç o b a n o v - 7 0 )
........... 273
279


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə