A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə1/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
  1   2   3   4   5   6   7   8   9   ...   64


A Z Ə R B A Y C A N   ATA TÜRK   M Ə R K Ə Z İ
M .N .Ç O B A N O V ,
FİLOLOGİYA  ELMLƏRİ  DOKTORU, 
PROFESSOR
V IU LU SLA R A R A SI
TÜ R K  D İLİO U RU LTA YA HƏSR OLUNUR
TÜRK ƏDƏBİ DİLLƏRİNİN
BİRLİYİNƏ  DOĞRU
*   *   *
(T ək m illəşd ir/h n ış  və  əla  v ələr olunm uş 
ik in ci n əşri)
A z  A  ta M
BAKI-2008


R ed a kto ru :
Nizami  CƏFƏROV,
M illət  vəkili,  Azərbaycan  M E A -nın  müxbir-üzvü, 
filologiya  elmləri  doktoru,  professor.
Rəyçilər:
Buludxan  XƏLİLOV, 
filologiya  elmləri  doktoru,  professor 
Əzizxan  TANRIVERDİYEV, 
filologiya  elmləri  doktoru,  prfessor
Nasiri:
Müşfiq  BORÇALI
M .N .Ç O B A N O V ,T Ü R K  ƏDƏBİ DİLLƏRİNİN BİRLİYİNƏ 
DOĞRU.  Bakı,  “Təhsil” EİM,  2008,  280  səh.
Oxuculara  təqdim  olunan  bu  kitabda  prof.M.Çobanovun 
ümumtürkoloji  xarakterli  araşdırmaları  (Beynəlxalq  Türkoloji 
Qurultaylardakı  məruzələrinin  mətnləri)  və  Azərbaycan-Türk 
dilinin tarixi və müasir problemləri, həmçinin xalqımızın  milli 
sərvəti  olan  müasir ədəbi  dilimizin  müasir vəziyyəti  və  onun 
inkişaf  etdirilməsi  məsələləri  öz  geniş  əksini  tapmışdır.  Bu 
problemlər,  əslində,  bütün  türk  dilləri  üçün  səciyyəvi  olan 
problemlərdir.  Kitabdan  ziyalılarımız,  aspirantlar  və  tədqiqat­
çılar faydalana bilərlər.
1-02073 
Ç 
700122
2008,  Qrifli  nəşr.
©  M.N.ÇOBANOV,  2008.
Redaktordan
“Söz canın cövhəridir
 ” .
“Dil insanın özüdür
 ” .
X a lq   d eyim i.
Zəhmətkeş  alim,tanınmış  dilçi-türkoloq,  Azərbaycan 
Respublikasının  Prezidenti  yanında Ali  Attestasiya  Komis­
siyasının  Filologiya  elmləri  üzrə  Ekspert  Şurasının  üzvü, 
professor Mədəd  Namaz  oğlu Çobanov çoxşaxəli və zəngin 
məhsuldar  elmi  və  elmi-metodik  yaradıcılığı,  elmi-pedaqoji 
fəaliyyəti  ilə,  nəinki,  Azərbaycan  dilçiliyində,  eləcə  də, 
Türkologiyada  da  xüsusi  yer  tutan,  diqqət  mərkəzində 
saxlanılan,  elmi  yaradıcılığı  elmi-ictimaiyyətin  marağına 
səbəb  olan,  alimlər  arasında  öz  səsi,  öz  sözü,  öz  nəfəsi  və 
mülahizələri  ilə,  öz  qələmi  ilə  fərqlənən  alimlərimizdən 
biridir.
Yorulmaz  alim  bir  çox  Beynəlxalq,  sabiq  Ümumittifaq, 
Respublika  ali  məktəbləıarası  elmi-nəzəri  və  elmi-praktik 
konfransların fəal iştirakçısı olmuşdur.  Prof.  M.Çobanovun 
elmi  yaradıcılığını  LJmumi  Türkoloji  və  Azərbaycan  dil­
çiliyi,  həmçinin,  dil  əlaqələri  olmaqla  bir  neçə  istiqamətə 
ayırmaq olar.
3


Prof.M.Çobanovun  VI  Uluslararası  Türk  Dili  Qu­
rultayına  ithaf  olunan  bu  yeni  kitabı  da  yuxanda  qeyd 
olunan  mülahizələrə  bir  sübutdur.  Kitabın  "Ümumi 
Türkoloji  məsələlər"  adlanan  I  bölməsində  "Türk  ədəbi 
dillərinin  birliyinə  doğru",  "Altay  dilləri  ailəsində 
Azərbaycan-türk dilinin mövqeyi", "I Türkoloji Qurultay və 
türk  dillərinin  müasir  problemləri"  və  "Türk  ədəbi  dilləri 
birliyinin  linqvistik  aspektləri"  mövzularının  mətnləri; 
"Azərbaycan  dilinin  müasir  problemləri"  adlanan  II  böl­
məsində  isə  "Azərbaycanşünaslığın  atributları",  "Ədəbi 
dilimiz-milli  qeyrətimiz",  "Ədəbi  dilimiz  xalqımızın  milli 
sərvətidir",  həmçinin,  mətbuat  və  efir  verilişlərinin  müasir 
dil problemləri  öz geniş əksini  tapmışdır.  Onu da qeyd edək 
ki,  prof.  M.Çobanovun  bu  kitabında  qaldırdığı  bütün 
problemlər müasir türk dillərinin hamısı  üçün səciyəvidir.
4
I   B ö l m ə .
ÜMUMİ TÜRKOLOJİ PROBLEMLƏR
Türkün  d ilin i  öyrənin,  çünki  on­
ların h a k im iyyəti uzun  sü rəcək ”.
Mahmud  Kaşğarlı.
1.  TÜRK  ƏDƏBİ DİLLƏRİNİN 
B İR L İY İN Ə   D O Ğ R U
Avropa  vo  Asiya  qitələrində  yayılmış,  qədim  tarixə 
malik  olan  türk  xalqlarının  keçmiş  şərəfli  vo  keşməkeşli 
tarixi yalnız kitabələrdə,  kitablarda, arxiv sənədlərində yox, 
eyni  zamanda,  o  həm  də mənşəyi  və tipologiyası  cəhətdən 
bir-birinə yaxın  və qohum olan türk dillərinin "tarixi yadda- 
ı"nda  da həkk  olunması  və  tədricən  inkişaf edə-edə  bu gü­
nümüzə  qədər  gəlib  çatması  ilə  əlaqədar  olmuşdur.  Altay 
epoxasından  üzü  bəri  qədim  türk  dillərinin  birliyinə  doğru 
istiqamət  götürmək,  hər  şeydən  əvvəl,  türklərin  öz  qədim 
söykökünə,  tarixinə,  mədəniyyətinə,  ədəbiyyatına,  incə­
sənətinə,  tarixin  sınaqlarından  çıxmış  adət-ən'ənələrinə,
5


türk  inamına və  xarakterinə,  etik və  estetik görüşlərinə  qa­
yıtmaq müasir dövrün ən başlıca tələbləri kimi qarşıda duran 
problemlərdəndir.  Məhz  buna  görə  də,  türk  dünyasında 
türklük dəyərlərinin bütöv bir sistem halında götürülməsi və 
araşdırılması  bir  zərurət  kimi  meydana  çıxır.  Çünki  dün­
yanın istər mənşəcə qohum olan və istərsə də dini baxımdan 
eyni  inama,  mənəviyyatə  xidmət  edən  ayn-ayrı  xalqları 
siyasi,  iqtisadi  və  mədəni  cəhətdən  bir-birinə  yaxınlaşdığı, 
bir-birinə  inteqrasiya  olduğu kimi,  həm  söykökü,  mənşəyi- 
qohumluğu,  dini-inamı,  adət-ən'ənələri  də  bir-birinin, 
demək  olar ki,  eyni  olan türk xalqlarının da  siyasi,  iqtisadi, 
mədəni  və  strateji  baxımdan  bir-birinə  yaxınlaşması,  bir- 
birinə  qovuşması,  inteqrasiyası  günün  ən  aktual  məsələ­
lərindən biri  olmalıdır.  Məhz bu baxımdan,  türk xalqlarının 
ədəbi  dillərinin  birliyinə  doğru  yönəltmək,  istiqamət 
götürmək ən vacib problemlərdən biridir. Çünki hər bir xalq 
özünü bəşəriyyətə özünün qədim köklərə, ən'ənələrə malik 
olan  Ana  dili  ilə təqdim  edir.  Bu  təqdimat  isə,  hər  şeydən 
əvvəl,  özünü  etnoqrafik  (adət-ən'ənələr  və  məişət münasi­
bətləri),  etnopsixoloji  (xalqın  elini  düşüncə  tərzi,  düşüncə 
dairəsi),  mifoloji  (xalqın  inamlar  dünyasının  sirrini  öyrən­
mə) və digər strateji  sahələrdə bürüzo  verir.
Müasir türk dilləri qədim tarixi  olan lüğət tərkibinə, inki­
şaf  etmiş  qrammatik  quruluşuna,  zəngin  ünsiyyət  ən'ənə- 
lərinə malik bir kök  dilin,  ulu  dilin  varisləri  kimi yaranmış, 
təşəkkül  etmiş  və müasir dövrdə  böyük inkişaf potensialına 
malik  dil  ailələrindən  biridir.  Buna  görə  də,  müasir  türk
6
ədəbi  dillərinin  hamısı  ümumtürk  ən'ənələri  üzrə  araş­
dırılmalı,  öyrənilməli  və  tədqiq  olunmalıdır.  XI  əsrin  gör­
kəmli  filoloq  -  alimi  Mahmud  Kaşğarlı  demişkən,  "Türkün 
dilini öyrənin, çünki onların hakimiyyəti uzun sürəcək"dir.
Bu mülahizə XIX əsrin son rübündə nəşr olunmuş "Kəş- 
kül"  qəzetində  də  öz  əksini  belə  tapmışdır:  "Öz  millətini 
əbədi  saxlamaq  istəyənlər öz ana dillərini  saxlamağa çalış­
malıdırlar və o dildə elm və fənni övladi-millətə verməlidi- 
rlər".  Dünya siyasətinin tacidarlanndan biri, türk dünyasının 
görkəmli  dövlət  və  hərb  xadimi,  müasir  Türkiyə  Respub­
likasının yaradıcısı və banisi Mustafa Kamal Atatürk bu mü­
nasibətlə demişdir:
"Bizim  bu  dostumuzun  idarəsində  (Sovetlər  Birliyi  nə­
zərdə  tutulur,  -  M.Ç.) dili  bir,  inancı bir,  özü bir kardaşları- 
mız  vardır.  Onlara  sahib  çığmığa hazır olmalıyız.  Hazır  ol­
maq  yalnız  o  günü  susub  bəkləmək  deyildir.  Hazırlanmaq 
lazımdır.  Millətlər buna nasıl  hazırlanırlar öylə.
Mənəvi  körpüləri  sağlam  tutarak. Dil bir körpüdür. İnanc 
bir  körpüdür.  Tarix  bir  köıpüdür.  Köklərimizə  enməli  və 
olayların olduğu tariximizin içində biitünləşməliyiz. Onların 
(diş türklərin) bizə yaklaşmasını bəkləyəməyiz".
Yuxarıdakı  ifadələr  bu  günümüzlə  nccə  də  həmahonk 
səslənir...
Müasir türk dillərinin inkişafı və ədəbi dil kimi təşəkkülü 
çox tədricən özünü büriizə verir. Bu da təsadüfi deyil. Çünki 
türk  xalqlarının  əksəriyyəti  təxminən  son iki əsrdə  "xalqlar 
həbsxanası"  adlanan  Çar  Rusiyasının  və  sonralar  isə  onun
7


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə