A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə52/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   48   49   50   51   52   53   54   55   ...   64

sözünün  işlədilməsinə  heç  bir  ehtiyac  duyulmur.  Əgər  bu 
sözün  işlədilməsi  vacibliyi  hiss  olunarsa,  onda  dilimizdə 
qədim  zamanlardan  ümumişlək  xarakteri  almış,  hamı 
tərəfindən  anlaşılan  "alət"  və yaxud  "çalğı  aləti" sözlərinin 
birini  işlətmək  lazımdır.  Deməli,  "İnsturmental  muğamlar" 
və  "İnstrumental  musiqi"  ifadələrinin  süni  şəkildə  işlədil­
məsinə heç bir ehtiyac yoxdur. Bu ifadələrin sadəcə olaraq, 
"Muğamlar",  "Musiqi",  "Xalq musiqisi"  proqramları  adlan­
dırılması daha münasibdir. İstər radio və televiziya verilişlə­
rində, istərsə də dövri mətbuatda tez-tez "instrumentalçı" sö­
zünü  eşidir  və  ya  oxuyuruq.  Bu  sözün  əvəzinə  dilimizdə 
onun bütün məna çalarlanm ifadə edən "çalğıçı" termini var­
dır. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, "çalğıçı" 
sözünün məna çalan,  məna tutumu  daha genişdir, daha qə­
dimdir.  Bu termin dilimizdə, bəlkə də, ulu babalanmızm ilk 
musiqi  alətlərindən  istifadə  etməyə  başladığı  dövrlərdən 
işlədilir. Əgər belədirsə,  Mirzə Cəlil demişkən, biz "instru- 
mentalçı" əvəzinə xalqımızın öz təfəkkürünün məhsulu olan 
"çalğıçı" sözünü  işlətməkdən, bəs, niyə utanmalıyıq?...
Həmçinin  efir  verilişlərində  və  ya  mətbuatda  "instru­
ment",  "instrumentalçı",  "instrumentovka",  "orkestrovka" 
terminlərini  eşidəndə  və  ya oxuyanda  adam  xəcalət  çəkir; 
Xəcalət çəkir ona görə ki, ana dilimizdə "alət", "çalğı aləti", 
"çalğıçı" sözləri ola-ola süni şəkildə alınma sözləri eşidir və 
ya oxuyuruq...
Görəsən,  bu  barədə  musiqi  proqramlarım  hazırlayanlar 
və musiqimizin təbliği  və tədqiqi ilə məşğul olanlar nə dü­
şünür?...
Bir neçə kəlmə də "böyük" və "dahi" sözlərinin dilimizdə
220
işlədilməsi haqqında. İstər efir verilişlərində, istərsə və mət­
buatda yerli-yersiz  "böyük"  və  "dahi"  sözlərinin  işlədilmə­
sinə tez-tez rast gəlirik...  Hər dəfə də bu sözlər cümlədə tə­
yin etdiyi sözlərin yanında yox, başqa sözlərin əvvəlində iş­
lədilir. Məsələn, "Böyük Azərbaycan şairi M.Füzuli...", Da­
hi Azərbaycan  şairi M.Füzuli...", Böyük Azərbaycan bəstə­
karı  Ü.Hacıbəyov...",  "Dahi  Azərbaycan bəstəkarı  Ü .Hacı­
bəyov..."  və  s.  Bu  ifadələrdəki  "böyük"  və  "dahi"  sözləri 
Azərbaycanın  "böyüklüyünü"  və  ya  "dahiliyini"  yox,  şairin 
və ya bəstəkarın böyüklüyünü və ya dahiliyini təyin etdiyinə 
görə,  haqqında  danışılan  şair  və  bəstəkarın  adından  əvvəl 
işlədilməlidir:
"Azərbaycanın  böyük  şairi  M.Füzuli...",  "Azərbaycanın 
dahi  şairi  M.  Füzuli...",  "Azərbaycanın  dahi bəstəkarı  Ü.Hacı- 
bəyov...",  "Azərbaycanın  böyük  bəstəkarı  Ü.Hacıbəyov...". 
yəni, dilimizdə təyin həmişə və hər yerdə təyin  etdiyi  sözdən 
əvvəl  gəlməlidir.  Həmçinin  cümlədə  dilimizin  üslub 
xüsusiyyətləri, sözlərin işlənmə sırası, ifadə etdiyi məzmunun 
dəqiqliyi və məntiqliyi diqqət mərkəzində olmalıdır...
Bütün  yuxanda  deyilənləri  ümumiləşdirərək,  ümid  et­
mək olar ki, radio və televiziya proqramlaram verilişlərində 
dilimizin fonetik tərkibinin ahəngdarlığı, orfoepik nonnaları, 
düzgün  tələffüz  qaydalan,  nitqin  ritmi,  ahəngi,  fasiləsi, 
durğusu,  vurğusu  və  məntiqi  vurğusu;  dilimizin  zəngin  və 
rəngarəng lüğət tərkibi, üslubi imkanları, hər bir terminin və 
ya sözün məna çalarlan öz geniş öz əksini tapacaqdır.  Çünki 
radio və televiziyanın hər bir verilişi kütləviliyi, sadəliyi, ay­
dınlığı,  dəqiqliyi,  kamilliyi,  müasirliyi  və  məntiqliyi  baxı­
mından nitq mədəniyyətinin inkişafının əsas amilləri  və  nü­
munəvi göstəriciləri olmalıdır...
221


EFİR VERİLİŞLƏRİNİN 
DİLİ HAQQINDA QEYDLƏR
İK İN C İ M Ə Q A LƏ
Müstəqil  Azərbaycan  Respublikası  yaradıldıqdan  sonra 
ölkəmizdə kütləvi məlumat vasitələrinin, o  cümlədən  ona 
yaxm  televiziya və radio yayımlan  şirkətləri  təsis  olunmuş 
və  onların  hər biri  bir neçə  kanalda  öz  verilişlərini  yayım­
layır. Bu çox yaxşıdır. Çünki xalqımızın,  xüsusi ilə gənclə­
rimizin  çağdaş  elmi  dünyagörüşünün  və  intellektual  poten­
sialının artırılmasında,  etik-mənəvi tərbiyəsinin  keyfiyyət­
lərinin  yüksəldilməsində  başlıca rola malik  olduğu hamıya 
yaxşı  məlumdur.  Çağdaş  dövrün  nəbzini  çox  mahircəsinə 
tutmağı  bacaran  və  onları  müxtəlif proqramlarında  efirdə 
yayımlayan radio  və televiziya verilişlərinin  fəaliyyəti  təq­
dirə  layiqdir...
Lakin  ölkəmizdə  fəaliyyət  göstərən  bütün  radio  və 
televiziya verilişlərinin dili-efır dili dinləyiciləri qane etmir. 
Çünki  onların  verilişlərində  xalqımızın  milli  sərvəti  olan 
ədəbi  dilimizə,  onun  lüğət  tərkibinin  zənginliyinə,  ahəng­
darlığına-tələffüz və şifahi  üslub qaydalarına, həmçinin,  el­
miliyinə  və  məntiqliyinə  riayət edilməsi bütün  dinləyicilə­
rin təəssüflənməsinə gətirib çıxarır.  Uzunmüddətli müşahi­
dələrimizi  təhlil  edərkən,  belə  qənaətə  gəldik  ki,  radio  və 
televiziya  yayımlarının  efir  dili,  demək  olar  ki,  hər  gün 
müəyyən  qüsurlarla  müşaiyət  olunur.  Belə  qüsurları  aşa­
ğıdakı kimi qruplaşdırmaq  olar:
222
1.  Aparıcıların nitqindəki qüsurlar.
2.  Mətnlərin dilindəki üslubi qüsurlar.
3.  Yersiz  alınma  sözlərin  istifadəsi  ilə  müşaiyət  olunan 
qüsurlar.
4. Müğənni və xanəndələrin çıxışında yol verilən  qüsur­
lar.
Bu  yazımızda  aparılan  linqvistik  təhlildən  aydm  olur  ki, 
radio və televiziya şirkətlərinin eməkdaşlan "Azərbaycan əlif­
bası və Azərbaycan  dili Gününün təsis edilməsi haqqında" (9 
avqust  2001)  "Dövlət  dilinin  tətbiqi  işinin  təkmiləşdırilməsi 
haqqında" (18 iyun, 2003) "Azərbaycan Respublikasında Döv­
lət dili  haqqında Azərbaycan Respublikasının Qanununun tət­
biq edilməsi barədə" (2 yanvar, 2003) ölkə prezidentinin imza­
ladığı  fənnan  və  sərəncamlardan  bəhrələnmək  və  öz  fəaliy­
yətlərini  həmin  fərmanlar  və  sərəncamlar  əsasında  qurmağa 
tələsmirlər...  Tələbkar oxuculanmıza və ya dinləyicilərimizə 
təqdim  olunan  bu  yazımızda  ölkəmizin  radio  və  televiziya 
aparıcılarının nitqində yerli-yersiz özünə, yer tapan ümumiləş­
dirilmiş  qüsurlardan  bəhs edəcəyik.
Radio və televiziya verilişlərində apancının  və ya  dikto­
run  nitqində  tez-tez  səslənən  ifadələrdən  biri  də  "dövlət 
başçımız"  ifadəsidir. Bu ifadə dilimizin üslubi nonnaları  və 
məntiqliyi  baxımından  "Dövlətimizin  başçısı"  kimi  ifadə 
olunmalı və belə də yazılmalıdır.
Novruz  bayramı  günlərində  istər  radio,  istərsə  də  tele­
viziya  verilişlərində  tez-tez belə  bir cümlə  səslənirdi:  "Sür­
fələrə  "es"  hərfi  ilə  başlanan  yeddi  nemət  qoyarlar".  Bu 
cümləyə  ədəbi  dilimizin  daxili  qanunauyğunluqları  baxım­
223


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə