A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə53/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   49   50   51   52   53   54   55   56   ...   64

dan  yanaşdıqda  bir  neçə  cəhətdən  qüsurlu  olduğu  özünü 
büruzə verir:
Birincisi,  dilimizdə  "s"  kar  samit  səsi  vardır.  Bu  səsin 
tələffüzü və ya onu bildirən hərfin adı "es" yox, "se" kimi tə­
ləffüz  olunmalıdır.  Çünki  dilimizdə yalnız  sonor  samit səs­
lərinin  (1,  m,  n,  r)  tələffüzü  zamanı  həmin  samit  səslərdən 
əvvəl  "e" sait səsi artırılır. İkincisi "yeddi nemət" ifadəsi də 
üslubi baxımdan  "yeddi növ nemət" kimi işlədilməli idi.
Radio və televiziya yayımlan proqramlanndan birini  "Mu­
siqi koleydskopu" adlandırıblar. Görəsən, bu proqramı "Musiqi 
çələngi"  adlandırmaq  daha  yaxşı  və  daha  məqsədyönlü 
olmazdımı?  Əlbəttə,  olar.  Yalnız bu  barədə  və  dilimizin  gə­
ləcəyi barədə düşünə bilən jurnalist- araşdırıcısı gərəkdir...
Kütləvi  məlumatvermə  vasitələrinin,  xüsusilə  radio  və 
televiziya  aparıcılarının  nitqi  aydın,  səlis,  ahəngdar, 
cəlbedici, yığcam və dəqiq olmalıdır. Lakin bəzi aparıcıların 
nitqi  müasir  nitq  mədəniyyəti  baxımdan  qüsurludur. 
Nədənsə,  efir  və  ekran  verilişlərində  nitqi  qüsurlu  aparı­
cılara "üstünlük"  verilir. Belə hallara isə, radio və televiziya 
verilişlərinin  yayımlanmasında  yer  verilməməlidir.  Çünki 
həm radio, həm də televiziya verilişlərinin hər bir proqramı, 
bir növ, təhsil müəssisəsi və ya məktəb funksiyalarını yerinə 
yetirirlər.  Onun  dinləyiciləri,  xüsusilə  məktəblilər  aparıcı­
ların nitqini  özləri  üçün  örnək  hesab edirlər.  Hətta,  ara-sıra 
boş vaxtlarında aparıcıların  nitqini  yamsılamaqla  da məşğul 
olurlar. Odur ki, məktəblilərin əksəriyyəti aparıcıların təhrif 
olunmuş  nitq qüsurlarını  da  eyni  ilə  təkrarlayırlar...  Hətta, 
şagirdlər arasında  öz müəlliminin yerli və düzgün  iradlarını
224
qəbul  etməyib,  radio  və  televiziya  verilişlərində  səslənən 
qüsurlu nitq elementlərinə üstünlük verirlər...
Məhz  buna görə  də,  dilimizin  orfoepiyası  (tələffüz  qayda­
ları) baxımdan, aparıcıların hər bir çıxışı, ifadə etdiyi sözlər də, 
ifadələr də,  cümlələr də dinləyicilərə nümunə olmalıdır...
Radio və televiziya yayımlan proqramlarının aparıcıların­
dan  danışarkən,  hər  şeydən  əvvəl,  bir məqamı  da  qeyd  et­
m əmək  mümkün  deyil.  Bu  məqam  isə,  yayımlama  prose­
sində aparıcının teleradio studiyaya dəvət olunmuş qonaqla- 
alimlə  müsahibəsi  zamanı  etik  nonnalara,  xüsusilə  ziyalı 
etikasına, təvazökarlığa lazımi qədər məhəl qoymamasıdır.
Yuxanda  qeyd  olunanlan  nəzərə  alaraq, bir neçə  kəlmə 
də təvazökarlıq haqqında qeyd etməyi  lazım bildik. Mədəni 
nitqin, həmçinin, jurnalist-aparıcı  nitqinin əsas və ən başlıca 
keyfiyyətlərindən  birini  natiqin-aparıcının  təvazökarlığı 
təşkil edir. Bu baxımdan, səciyyəvi xüsusiyyətlərə, xüsusilə 
geniş  dinləyici  və  tamaşaçı  auditoriyasına  malik  olan 
jurnalist-aparıcı  nitqi  də  dinləyicilər  üçün  daim  nümunəvi 
olmalıdır.  Çünki  jurnalist-aparıcı  nitqi,  hər  şeydən  əvvəl, 
dinləyiciyə və ya tamaşaçıya həm siyasi, iqtisadi, mədəni və 
elmi  məlumatlar  verməklə  yanaşı,  həm  də  onların  intel­
lektual  mədəniyyətinin  inkişaf etdirilməsi,  həmçinin,  azər- 
baycançılıq  və  yeni  mənəvi  ruhda  tərbiyə  edilməsində  nü­
munə  olmalıdır.  Çünki  hər bir jurnalist və ya apancı  efir və 
ekran  verilişlərinin yayımlan  prosesində  dinləyicilərin  həm 
intellektual  səviyyəsinin,  həm  azərbaycançılıq,  vətənpər­
vərlik  ruhunda  tərbiyə  edilməsi  sahəsində,  həm  də  gənc­
liyimizin  mənəvi-psixoloji  tərbiyə  məsələlərinin  dərindən
225


aşılanmasında apancı rola malik olan və bu sahədə məsuliy­
yət  daşıyan  ən mühüm şəxsdir. Bu mənada, hər bir jurnalist 
və  aparıcı  çıxışlarını  elə  qurmalıdır  ki,  həm  etik,  həm  tə­
vazökarlıq normalarına riayət edə bilsin, nitq prosesində və ya 
müsahibə  zamanı  hər  an  "Mən"  şəxs  əvəzliyini  işlətməyə 
ehtiyac  olmasın.  Çünki  nitq  prosesində  və  ya  müsahibə 
prosesində  birinci  şəxsi  bildirən  "Men"  əvəzliyinin  tez-tez 
işlədilməsi  və  təkrarlanması  natiqi  nüfuzdan  sala  bilər. 
Deməli, hər bir  natiq, eləcə də, jurnalist nitq və ya müsahibə 
prosesində  təvazökarlığa  riayət  etməlidir.  Çünki  ən  yüksək 
zirvə təvazökarlıqdır. Bir sözlə, bir ziyalı kimi jurnalist nitq və 
müsahibələrində  də  özünə,  şəxsi  mənliyinə,  şəxsiyyətmə, 
nüfuzuna  "ağ  ləkələr"  salmamaq  üçün  təvazökarlığını  daim 
yüksəkdə saxlamalıdır. Bu yol əsl təvazökarlıq yoludur...
"Dinləmə mədəniyyəti də təvazökarlıqdır" (El deyimi).
"Təvazökarlıq  qürur  deməkdir.  Qürurlu  olanlar  təvazö­
kardırlar" (Nazim Hikmət).
"Təvazökarlıq müdrikliyin yaraşığıdır" (El deyimi).
Studiyaya  dəvət  olunmuş  qonaqlar,  əsas  etibarı  ilə, 
ölkəmizin tanınmış alimləri, AMEA -nın akademikləri və ya 
müxbir-üzvləri, elmlər doktorları, professorlar olur. Müsahi­
bəyə  dəvət  olunmuş  alim  qarşıya  qoyulan  problemləri 
müasirlik baxımdan,  elmi  ardıcıllıqla  şərh etdiyi bir vaxtda 
apancı qəflətən müsahibin- alimin sözünü yanmçıq kəsir...
Professor və ya müəllim, "elə bilirəm ki, siz də mənimlə 
razılaşacaqsınız",-deyə  orta  səviyyəli  bir jurnalist  -  apancı 
alimin söhbətinə müdaxilə edir, hətta, təhrikedici bir tərzdo 
istəyir ki,  yüksək səviyyəli mütəxəssis-alim onun "qeydlə­
226
rini" təsdiqləsin... Beləliklə də, apancı milyonlarla tamaşaçı 
və ya dinləyicilər qarşısında "özünü çox bilən" kimi təqdim 
etməyə çalışır.  Apancı belə qeyri-etik hərəkətləri və  qeyri- 
təvazökarlığı ilə  "özünü" tanınmış  alim səviyyəsinə qaldır­
mış, tanınmış alimi isə,  "özü"  səviyyəsinə endirmiş olur...
Lakin  ekran-efirdə  çıxış  edən  alimlərin  əksəriyyəti,  çox 
düzgün olaraq,  aparıcının  qeyri-etik hərəkətinə məhəl  qoy­
murlar. .. Özünün elmi və məntiqi mülahizələrini ardıcıllıqla 
davam  etdirir...  Özünün  intellektual  potensialını  və  elmi 
bilikləri  olduğunu tamaşaçılara və dinləyicilərə çatdırır.
Yaxud aparıcının nitqində səslənən "rus ölkələrinin"  ifa­
dəsinə nəzər  salaq.  Bu ifadə elmi baxımdan  düzgün  deyil. 
Çünki  rusların  bir  ölkəsi,-Rusiya,-vardır.Ruslarm  başqa 
ölkəsi yoxdur.  Deməli, yuxarıda qeyd olunan  ifadə "Rus öl­
kələrinin" kimi yox, "Rus ölkəsi" kimi efirdə səslənməli idi.
Radio və televiziya verilişlərində bəzən elmi səhvlərə də 
yol  verilir.  Efirdə  səslənən  "Yeni  ili  necə  qarşıladız  elə  də 
olacaq  365  gün"  Bu  cümlə  üslubi  və  elmi  baxımdan  qüsur­
ludur. Çünki 2008 -ci il 365 gün yox, 366 gün olacaqdır.Ona 
görə ki, 2008-ci il astronomik baxımdan "Uzun ildir".
Yaxud,  başqa bir misala nəzər salaq.  Məlumdur ki, son 
illərdə  Bakı şəhərində arı məhsullarının sərgisi keçirilir.  Bu 
iqtisadi  baxımdan  çox  yaxşıdır.Bu  xeyirxah  işlə  əlaqədar 
olaraq,  ölkəmizin  radio  və  televiziya  verilişlərində-müəy- 
yən materiallar səslənmişdir.Həmin verilişlər zamanı  efirdə 
"55-ə  yaxın  rayonun  arıçıları  ançılıq  sərgisində  iştirak  et­
mişdir"  kimi  cümlə  də  səslənmişdir.  Bu  cümlə  üslubi  ba­
xımdan  qüsurludur.
227


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə