A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə58/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   54   55   56   57   58   59   60   61   ...   64

Radio və televiziya yayımlarının ayn-ayn proqramlarının 
verilişlərində  tez-tez  elə  ifadələr  səslənir  ki,  həmin  ifadə­
lərin birinci tərəfi alınma sözdən, ikinci tərəfi isə ədəbi dili­
mizdə  fəal  şəkildə  işlənən  sözlərdən  ibarət  olur,  "nastraji 
hisslər".  Bu ifadəni işlədən aparıcı yəqin "nastraji" sözünün 
də  elə  "hiss"  mənasında  işləndiyini  bilmir.  Başqa  dildən 
qeyri-peşagarcasma  dilimizə  gətirilən  "nastaji"  sözü  də  elə 
"hiss"  mənasında  işlənir.  Bu  sözlərin  ifadə  etdiyi  məna 
tutumlarını  nəzərə  aldıqda və  onların köməyi  ilə müəyyən 
bir ifadə yaratmış  olsaq,  onda "hiss hisləri"  kimi  gülünc bir 
məna almar...  Deməli, dilimizin gözəlliyini və zənginliyini
sabitliyini  və  səlisliyini  qorumaq  istəyiriksə,  onda  "gəlişi 
gözəl"  səslənən alınma sözləri dilimizə gətinnəklə dilimizi 
korlamamalıyıq...
Qeyd.
 
Məqalə  "Kreda”  (№20  (495),  7.V1.2008;  №21 
(496),  14.VI.2008)  və  "Azərbaycan  Cümhuriyyəti"  (№  7, 
27.VIII.2008;  №8,  3.IX.2008;  №  9,  10.IX.2008;  №  10, 
17.IX.2008)  qəzetlərinin  səhifələrində  çap  olunub.
244
“Milləti sevmək  üçün  ən  irəli dilimizi 
sevməliyik.  Dilimizi  sevmək  hamımızın 
ən  birinci  müqəddəs  borcu  olmamıdır.
Ö.F.Nemanzadə,
14.  EFİRDƏ MÜĞƏNNİ VƏ XANƏNDƏLƏRİN 
ÇIXIŞLARINDAN QEYDLƏR
İstər  radio  və  istərsə  də  televizya  verilişlərinin  dilində 
həm  gənc  müğənnilərin,  həm  də  xanəndələrin  ifalarında 
ədəbi dilimizin, xüsusilə  şifahi  ədəbi dilimizin daxili  qayda 
və  qanunlarının  pozulması  hallarına  tez-tez  təsadüf etmək 
olur (bəlkə də, bir verilişdə bir neçə dəfə).  Bu da,  şübhəsiz 
ki,  hər şeydən  əvvəl,  bəzi  müğənni  və  xanəndənin  öz  sə­
nətinə-peşəsinə  “soyuq  və  məsuliyyətsiz”  yanaşması,  mu­
siqiyə  aid bilik,  bacarıq  və vərdişlərini artırmaq  məqsədilə 
öz üzərində  fasiləsiz olaraq çalışmaması ilə bağlı olur.  Bəzi 
müğənnilər  musiqi  mətnini  əzbərdən  yaxşı  bilmirlər. 
Azərbaycan  dilində  təhsil  almayan  bəzi  müğənnilər  isə, 
dilimizdəki  о-a,  o-e,  ö-ü,  g-q,  ğ-h,  k-g,  c-ç  və  s.  səsləri 
orfoepik  (düzgün  tələfüz)  baxımdan  fərqləndirə  bilmir 
(hotta,  bəzi  aparıcılar-diktorlar  da).  Belə  hallan  isə, 
xalqımızın  qədimlərdən  bəri  yaradıb-yaşatdığı,  zənginləş­
dirdiyi, səlisləşdirdiyi, sabitləşdirdiyi ana dilimizə biganəlik 
və ya savadsızlıq kimi qiymətləndirmək olar.
245


Müasir  musiqimizlə  əlaqədar  olaraq,  bəzi  m əsələlər 
barədə,  bəlkə  də,  düşünməyə  dəyər.  Ölkəmiz  müstəqillik 
qazandıqdan sonra efir verilişlərində yaradıcılıq sahələrinin 
"SMS"-lərlə  onlarla,  bəlkə  də,  yüzlərlə  yeni-yeni  “nüma­
yəndələri”  meydana  çıxdı.  Bu  çox  yaxşıdır.  Lakin  onlar 
siyasi  müstəqilliyi  sənət-incəsənət-musiqi  ilə  qarışıq  saldı­
lar.  Bəzi  televiziya  və radio  əməkdaşları  ya bilərəkdən,  ya 
da  bilmədiklərindən  onlan  qalib  etmək  və  ya  "eyniləşdir­
mə'' yolu tutdular. Beləliklə, yüzlərlə qeyri -professional in­
cəsənət "ustaları"  meydana çıxaraq, bir növ,  öz yaradıcılıq­
larında həm şairliyi,  həm bəstəkarlığı, həm  də müğənniliyi 
və  ya  xanəndəliyi  "birləşdirdilər".  Onlann  mahnı  mətnləri 
şeri-poeziyanı yox, hər şeydən əvvəl,  söz yığınını;  musiqisi 
isə dinləyiciyə zövq vennək əvəzinə,  əksinə, zövqünü kor­
layır;  ifa  tərzi  isə,  dinləyicinin  əsəbləşməsinə  səbəb  olur. 
Bunlar bir yana qalsın, özlərinin qeyri-professionallığı və sa­
vadsızlığı ilə qədim tarixə və zəngin lüğət tərkibinə, özünün 
ahəngdarlığı  və  musiqiliyi  ilə  dünya  dilləri  arasında xüsusi 
mövqeyə  malik  olan  ana  dilimizin  daxili  qanunauyğunluq­
larını da korlayırlar.  Məsələn, radio və televizyalann musiqi 
proqramlarında  Brilyant  Dadaşovanm  ifasında  dinlədiyimiz 
(əslində,  əsəbiləşdiyimiz)  mahnılarından  birində  belə  bir 
beyt vardır (həm də bu beyt təkrar-təkrar səsləndirilir);
"M ən sənin olmaya gəldim ,
Yanında qalmaya gəldim "
Bu  misralardakı  "olmaya  və  qalmaya"  sözləri  çağdaş 
ədəbi  diliimizin nə  şifahi,  nə  də yazılı qolu üçün səciyyəvi
246
deyildir.  Ədəbi  dilimizin  istər  fonetik,  orfoepik,  istərsə  də 
orfoqrafik,  leksik,  morfoloci  və  sintaktik,  üslubi  baxımdan 
bu misralar belə olmalıdır:
"M ən sənin olmağa gəldim ,
Yanında qalmağa gəldim  "
Azərbaycan Respublikasında "Dövlət dili haqqında Azər­
baycan  Respublikasının  Qanunu"-nun  birinci  maddəsində 
deyildiyi  kimi,  "Dövlət  dilini  bilmək Azərbaycan  Respub­
likasının hər bir vətəndaşının borcudur".
Deməli,  ana dilimizin qaydalarını və  qanunlarını  pozma­
ğa  heç  kəsə  icazə  verilmədiyi  kimi,  müğənnilərə  də  icazə 
verilmir, verilməyəcək də.
Yaxud,  xalq  mahnılarını  ifa  edən  müğənnilərin  bəziləri 
özünün  səsinin  ahənginə-bəminə,  zilinə,  zümzüməsinə 
məsuliyyətlə  yanaşsalar  da,  oxuduqları  mahnıların  mətnini 
əzbərdən  düzgün  bilmədikləri  üçün  mətni  təhrif  edir, 
beləliklə də, ümumi məzmun dinləyicilərə təhriflə çatdırılır. 
Həmin mahnını da həvəskarlar-gənclər təhrif olunmuş halda 
öyrənirlər.  Beləcə də,  musiqi  ifalarında mətnin  təhrif olun­
ması  baş alıb gedir.  Məsələn, məşhur bir xalq mahnısındakı 
"Sev  ki,  sevən  mərd  olar"  misrası  əksər  müğənnilərin  ifa­
sında təhrif olunaraq, "Sevgi sevən mərd olar" kimi dinləyi­
cilərə çatdırılır. Dinləyicilərə təhrif olunmuş halda çatdırılan 
bu misranın ifası həm dil-üslubi, həm məna,  həm də musiqi 
ahəngi etibarı  ilə çox qüsurludur.
Birincisi, "sevgi" sözü iki nəfər gəncin-oğlaıı və qızın bir- 
birinə  olan  ülvi  məhəbbət  hislərini  və  ya  münasibətlərini
247


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə