A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə51/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   47   48   49   50   51   52   53   54   ...   64

raqlı  informasiya-demək  olar.)  Azərbaycan  dilində  "infor­
masiya"  sözü  "xəbər,  məlumat"  anlayışlarım  bildirir.  Bəs, 
belə olduqda, musiqi haqqında xəbər hansı yollarla dinləyici­
lərə çatdırıla bilər? Bizim mülahizəmizə görə, bunun iki yolu 
vardır:
- Yeni bəstələnmiş və efirdə səsləndirilmiş müəyyən bir
musiqi  əsəri  haqqında  dinləyicilərə  mətnlə  qısa məlumat 
verilir;
-Yeni  bəstələnmiş  və  hələlik  efirdə  səsləndirilməmiş 
musiqi  əsərindən  qısa  fraqmentlər  və  ya  epizodlar (yaxud 
bütövlükdə) efirdə səsləndirilərək dinləyicilərə çatdırılır.
Yuxarıda qeyd olunanlardan göründüyü kimi, musiqi haq­
qında dinləyicilərə məlumat verməyin üçüncü yolu yoxdur. 
Odur ki,  yuxanda adı  qeyd olunan proqramı  sadəcə olaraq, 
"Musiqi proqramı"  adlandırmaq daha məqbul sayılar.
Bir neçə kəlmə də "Səhər informasiya xidməti" proqramı 
haqqında.  Əvvələn,  bu  proqram  da  digər  proqramlardan 
əsaslı  şəkildə fərqlənmir.  Diger tərəfdən  isə  dilimizdə "in­
formasiya"  və  "xidməti"  sözlərinin  yanaşı  işlədilməsi  də 
süni  və  məntiqsiz  görünür.  Çünki  "xidməti"  sözü  tarixən 
hərbi  və  digər  silahlı  qüvvələrin  tərkibində  öz vəzifə  bor­
cunu  yerinə  yetirmə  ilə  əlaqədar olmuş  və  indi də  həmin 
məzmunda  fəal  şəkildə  işlədilməkdədir.  Dilimizin  üslubi 
baxımından  da  "informasiya  xidməti"  ifadəsinin  məna  və 
məzmun  tutumu  dinləyicilərə  tam  aydm  olmur.  Çünki  bu 
ifadənin özündə bir-birinə yaxın iki məna çaları vardır: Əgər 
"xidmət"  informasiyaya  (xəbər  və  ya  məlumat  sözlərinə) 
aid  edilərsə,  onda  “xəbərə  və  ya  məlumata xidmət  ;  yox,
216
əksinə  "informasiya"  (xəbər,  məlumat)  "xidməf'ə  aid  edi­
lərsə,  onda  "xidmət  xəbəri-məlumatı"  şəklində  işlədilmə­
lidir...  Odur  ki,  bu  proqramı  sadəcə  olaraq,  "Səhər 
xəbərləri" proqramı adlandırmaq daha doğru olardı...
Bir neçə kəlmə də  "Sıra şənbə viktorinası" haqqında. Bu 
ifadə  dilimizdə  üslubi  baxımdan  çox  qüsurlu  görünür. 
Birincisi, "sıra şənbə" ifadəsinin məzmunu dəqiq anlaşılmır, 
bu ifadə  dilimizdə üslubi baxımdan hələlik fonnalaşmayıb. 
İkincisi  "viktorina"  sözü  dilimizdə  "ümumi bir mövzu ətra­
fında apanlan  sual-cavab oyunu" mənasını bildirir.  Odur ki, 
həmin proqramın sadəcə olaraq,  "Şənbə  sual-cavab oyunu" 
adlandırılması daha münasib olarda...
Yaxud  "Cənab Ukrayna Respublikasının  Prezidenti  Leo­
nid  Kuçma!"  ifadəsində  "Ukrayna  Respublikasının  Prezi­
denti" və "Prezident Leonid Kuçma" olmaqla iki məzmun öz 
əksini  tapmışdır.  Yuxarıdakı ifadədə  "cənab" sözü də üslubi 
baxımdan  öz yerində  işlədilməmişdir.  Dilimizdəki  "cənab" 
sözü  özünün  məna  tutumuna  və  ifadə  etdiyi  bütün  məna 
çalarian ilə şəxsiyyətlə, insana müraciət olunan şəxsdən əv­
vəl  işlədilməli  idi.  Yəni  həmin  ifadə  bütövlükdə  "Ukrayna 
Respublikasının Prezidenti cənab Leonid Kuçma!"  şəklində 
olmalı idi.
Həmçinin kənd təsərrüfatına aid verilişlərdə tez-tez üslu­
bi və məntiqi baxımdan qüsurlu ifadələri  eşidirik. O cümlə­
dən, "...əkin sahələrinə "yemləmə gübrəsi" verilmişdir".  Bu 
cümlədəki  "yemləmə  gübrəsi"  ifadəsinə  nəzər  salaq.  Mə­
lumdur ki,  "yemək" yalnız canlılara məxsus  olan bioloji  an­
layışdır.  Bioloji  anlayışları  isə  süni  olaraq,  torpağa  və  s.
217


şamil  etmək  olmaz. Məhz buna görə  də, efirdə tez-tez səs­
lənən  "yemləmə gübrəsi"  ifadəsinin dilimizin daxili inkişaf 
qanunları  baxımından  süni  yolla  yarandığı  özünü  büruzə 
venr. Odur kı,  "yemləmə gübrəsi" ifadəsinin əvəzinə xalqı­
mızın  tarixən  yaratmış  olduğu  və  əsrlərlə  cilalaya-cilalaya 
yaşatdığı  "əkin  sahələri  gübrələnmişdir"  və  "əkin  sahələri 
peyinlənmişdir"  kimi  milli  ifadələrimizin  işlədilməsi məq­
sədə daha uyğundur.
İndi  də  televiziyanın  "Reklam"lannda  tez-tez  səslənən 
"Kommersiya  mağazalarında  xarici  divarların  hər  cür 
kağızlarını ala bilərsininz" cümləsinə nəzər salaq. Bu cümlə 
üslubi baxımdan çox qüsurludur. Birincisi, dilimizdə "xarici 
divarlar"  ifadəsi  süni  yolla  yaradılıb,  dildə  belə  ifadə  ola 
bilməz. Çünki  evin bir ölkədə, divarlarının isə başqa bir öl­
kədə-xaricdə  olmasını  təsəvvür  etmək  çətindir.  İkincisi, 
yuxarıdakı  cümlədə söhbət "xarici divarlar"dan yox,  "xarici 
ölkələrdə istehsal olunmuş  divar kağızlarından" getməlidir. 
Məhz  buna  görə  də,  həmin  cümlə  belə  olmalıdır:  "Kom­
mersiya  mağazalarından  xarici  ölkələrdə  istehsal  olunmuş 
divar kağızları ala bilərsiniz".
Son  vaxtlar  televiziya  proqramlarından  biri  "Həftə- 
analitik-informasiya proqramı"  adlanır.  Bu proqramın adın­
da  istifadə  olunan  həm  "analitik",  həm  də  "informasiya" 
sözlərinin dilimizdə hər cür mətləbləri ifadə edən "təhlil və 
"xəbərlər"  kimi  qarşılığı vardır.  Həm də bu  sözlər efir jur- 
nalistikası-radio və televiziya verilişləri üçün həm ahənginə, 
həm  məzmununa,  həm  ümumişləkliyinə, həm  də hamı  tə­
rəfindən  anlaşıqlı  olmasına  görə  fərqlənir.  Bizim  müla­
218
hizəmizə  görə,  əsrlərdən  bəri  dilimizdə  vətəndaşlaşmış 
sözlər ola-ola süni şəkildə alınma sözlərin işlədilməsinə heç 
bir  ehtiyac  yoxdur.  Odur  ki,  həmin  proqramın  "Həftə-Xə­
bərlərinin  təhlili"  proqramı  adlandırılması  daha  münasib 
olardı.
Yaxud  televiziya  verilişlərində  səslənən  "Bədii  infor­
masiya proqramı"  ifadəsinə nəzər  salaq.  Dilimizin üslubla­
rına dərindən nəzər saldıqda aydın olur ki, "bədii" sözü əsas 
etiban  ilə  bədii  üslubla  bağlı  olan  mətləbləri  ifadə  etmək 
məqsədilə  istifadə  olunur.  Odur  ki,  dilimizdə  "bədii  infor­
masiya"  ifadəsinin  işlədilməsi  çox  süni  görünür.  Bizə  belə 
gəlir  ki,  həmin  proqramın  sadəcə  olaraq,  "Bədii  proqram" 
və  yaxud  "Bədii  verilişlər  proqramı"  adlandırılması  məq­
sədyönlü olardı.
İndi  də  televiziyanın  "Xəbərlər-informasiya  proqramı"- 
ııın adma nəzər salaq. Məlumdur ki, "informasiya" Azərbay­
can  dilində  "xəbər, məlumat"  mənalarında  işlənir.  "Xəbər­
lər  informasiya  proqramı"  dedikdə  biz  sadəcə  olaraq,  eyni 
mənanı  və  ya  məzmunu  müxtəlif dillərə  məxsus  olan  söz­
lərlə  iki  dəfə  təkrar  edirik.  Yəni  həmin  ifadənin  hərfi  və 
mənaca  tərcüməsi  belə  alınır:  "Xəbərlər-xəbərlər  proq­
ramı". Bu da, şübhəsiz ki, həm dinləyicini çaş-baş salır, həm 
də dilimizin üslub qaydalannı təhrif edir. Əlbəttə, belə ifadə 
tərzi dilimizə yaddır.  Həmin proqramın sadocə olaraq,  "Xə­
bərlər"  və  ya  "Son  xəbərlər"  adlandırılması  məqsədə  daha 
uyğun  olardı.
Radio  və televiziya proqramlarında tez-tez  "İnstrumental 
muğamlar",  "İnstrumental  musiqi"  adlı  verilişlər  səslənir. 
Bizim  mülahizəmizə  görə,  bu  verilişlərdə  "instrument"
219


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə