A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V


insanlardır (“Səs”  qəzeti),  "Yalmz çeçenlərin həlak olması məni



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə50/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   46   47   48   49   50   51   52   53   ...   64

insanlardır (“Səs”  qəzeti),  "Yalmz çeçenlərin həlak olması məni 
sevindirir  (“Müsavat”  qəzeti)  və  s.  Bundan  başqa,  qəzetlərin 
səhifələrində  elə  ifadələrə,  elə cümlələrə rast gəlirsən  ki,  adam 
həmin  yazım  oxumağa  heyfslənir...  Məsələn,  "Hətta  məlumata 
görə,  AXCP-nin  sədr  əvəzi  Əli  Kərimovun  hədyan  yazılmış 
məktubunu qoltuğuna vurub, İlyas İsmayılovun yamna gedən Cə­
mil  Həsənli  ADP-çilər tərəfindən döyülüb  söyülərək,  geri qay­
tarılıb (“Səs” qəzeti). Ədəbi dilimizin müasir səviyyəsinə nisbə­
tən ağır üslubda yazılmış bu cümlədə bir neçə fikir öz əksini tap­
mışdır:
Birincisi,  “Hətta  məlumata  görə,  AXSP-nin  sədr  əvəzi  Əli 
Kərimovun  hədyan  yazılmış  məktubu..."  rəsmi  idarələr  arasın­
dakı  yazışma mədəniyyətinə  görə,  bir müəssisənin  digərini  hə­
dələməsi qeyri etnik norma sayılır...
İkincisi,  "Cəmil  Həsənlinin  AXCP-nin  sədr  əvəzi  Əli  Kəri­
movun  məktubunu  qoltuğuna  vurub  İlyas  İsmayılovun  yamna 
getməsi  ..."
Üçüncüsü, "İlyas İsmayılovun yanma gedən Cəmil Həsənlinin 
ADP-çilər tərəfindən döyülüb söyülərək geri qaytarılması..."
Yuxandakı  cümlədə  ifadə olunan  "hədyan yazılmış məktub", 
"döyülüb söyülərək geri qaytarılma" görəsən hansı etik normaya 
görə, mətbuat səhifələrinə çıxarılmışdır.
Budumıu müasir mətbuatımızın mədəni səviyyəsi?...
Yuxanda deyilənləri nəzərə alaraq belə nəticəyə gəlmək olar 
ki,  bütün  ziyalılarımız,  o  cümlədən  də  dövri  mətbuat  işçiləri 
əməkdaşlıq etdikləri qəzet və jurnalların səhifələrində özünə yer 
tapan hər bir terminin və sözün məna çalarına diqqətlə yanaşmalı, 
onların  düzgün  yazılmasına  və  ümumişlək  xarakter  daşımasına 
sey göstənnəlidirlər.  Axı,  oxucuların  əksəriyyəti  mətbuatda ya­
zılan  hər  bir  sözü  özü  üçün  nümunə  götürür.  Nümunələrdə  isə 
şaşqınlıq və çoxvariantlılıq olmamalıdır...
212
"Türk  balası heç  vaxt razı  olm az ki, 
ana dilinə xəyanət etsin... M illətin dilini 
bilm əm iş  onun  dərdinə  dava  etm ək 
çətindir".
N. Nərimanov
13.  EFİR VERİLİŞLƏRİNİN 
DİLİ HAQQINDA QEYDLƏR
B İR İN Cİ M Ə QA L Ə
Müasir  ədəbi  dilimizin  təkmilləşməsində,  səlişləşmə- 
sində və zənginləşməsində kütləvi məlumat vasitələrinin, o 
cümlədən televiziya və radio verilişlərinin do müəyyən  də­
rəcədə  payı  və  ya rolu  vardır,-desək heç də,  səhv  etmərik. 
Çünki  televiziya  vo  radio jurnalistləri,  demək  olar  ki,  hor 
gün ölkənin ayrı-ayrı bölgələrində olur və bilavasitə  xalqla 
yaxından  təmasda  və  ünsiyyətdə  olurlar.  Bu  ünsiyyət  pro­
sesində  isə jurnalistlər istər-istəməz  xalqımızın  tarixən  ya­
ratmış olduğu müxtəlif terminlər, termin səciyyəli sözlər və 
ifadələrlə rastlaşır, yaxud lüğəvi  xarakter daşıyan  yeni-yeni 
sözlər  eşidir,  oıılann  ifadə  etdiyi  məna  çalarlarmı  mənim­
səyir  və  onların  müəyyən  hissəsini  həm  şifahi,  həm  də 
yazılı  ədəbi  dilimizə  gətirirlər.  Bu  baxımdan  yanaşıldıqda, 
son  onilliklərdə  əvvəlki  illərə  nisbətən  televiziya  və  radio 
verilişlərinin  dili  müəyyən  dərəcədə  inkişaf etmiş,  təkmil­
ləşmiş  və zənginləşmişdir.  İndi, demək olar ki, yazılı  ədəbi
213


dilimiz kimi, radio və televiziya verilişlərinin dili də ən sadə 
fikirləri də,  ən mürəkkəb mətləbləri də ifadə  etmək  səviy­
yəsinə yüksəlmişdir.
Kütləvi  məlumat vasitələri  ümumxalq  üçün nəzərdə  tu­
tulduğuna görə,  onun  dili  də  hamının  başa düşəcəyi,  hamı­
nın  eyni  dərəcədə  anladığı  səlis  və  aydın  bir  dil  olmalıdır. 
Başqa  sözlə  desək,  efir  verilişlərinin  dili  ədəbi  dilimizin 
ümumişlək xarakterinə  və üslubuna uyğun olmalıdır.  Şifahi 
ədəbi  dilimizin  müasir  mərhələdə  inkişafını  istiqamətlən­
dirən radio və  televiziya verilişlərinin dili özünəməxsus  sə­
ciyyəvi xüsusiyyətləri ilə hamıya örnək olmalıdır. Xalqımız, 
xüsusilə  gənclərimiz  şifahi  ədəbi  dilin  normalarını  və 
ahəngdarlığını  yalnız  vo  yalnız  radio  və  televiziya  veriliş­
lərindən öyrənməli və ondan nümunə götürülməlidirlər.  Bu 
mənada  radio  və  televiziya  jurnalistləri  və  diktorları  dili­
mizin orfoepik normalarına və tələffüz qaydalarına dərindən 
yiyələnməlidirlər.  Ancaq bəzi diktorların və ya aparıcıların 
çıxışlarında biz bunları gönnürük...
Radio və televiziya öz verilişlərində efirdə səslənən mət­
nin  məzmunu ilə yanaşı,  şifahi ədəbi  dilin orfoepik norma­
larını,  onun  düzgün  tələffüz  qaydalarım,  intonasiya,  vurğu, 
məntiqi vurğu fasilə və s.  əsas götürməlidir.  Bu normalar şi­
fahi  ədəbi  dilin,  demək  olar  ki,  əti  və  canıdır.  Məlumdur ki, 
efirdə səslənən hər bir mətnin məzmunu öz əksini canlı şəkildə 
yalnız həmin mətnin  ahəngdar ifadəsində  tapır.  Belə olduqda, 
mətnin  məzmunu  da,  ahəngdarlığı  da  dinləyicilərdə  xoş 
təəssürat yaradır və  daha  yaxşı mənimsənilir.  Bəzən isə,  efir 
verilişlərinin dilində bu normaların pozulmasına rast gəlirik...
214
Məsələn,  Azərbaycan  televiziyasının müxtəlif proqram­
larının  verilişlərində  "spiker",  "Musiqi  informasiya  proqra­
mı ", "Səhər informasiya xidməti", "Cənab Ukrayna Respub­
likasının  Prezidenti  Leonid  Kuçma!"  kimi  ifadələr  efirdə 
tez-tez  səslənir.  Bu ifadələri  eşidən  dinləyicilərə  bir  anlığa 
belə gəlir ki, bu "gəlişi gözəl" ifadələrdə dilimizin zəruri tə­
ləblərinə  lazımi  məhəl  qoyulmuşdur.  Lakin  həmin  ifadə­
lərin məzmununa və dilimizin nitq tələblərinə dərindən nə­
zər saldıqda aydm olur ki, bu ifadələr istər elmi,  istərsə  də 
məntiqi baxımdan dilimizin daxili inkişaf qanunlarına uyğun 
şəkildə işlədilməmişdir...
"Azərbaycan  Respublikasının Konstitusiyasf'nda deyilir:
"Azərbaycan  Respublikasının Milli  Məclisi  öz  iş  qayda­
sını müəyyən edir və Milli Məclisin müvafiq orqanlarım ya­
radır,  o cümlədən  öz  sədrini  və  onun müavinlərini  seçir..." 
(Maddə  92).  Lakin  radio  və  televiziya proqramlarının  icti­
mai-siyasi  məzmunlu  verilişlərində  çox  fəal  şəkildə  "Milli 
Məclisin  sədri"  əvəzinə  "Milli  Məclisin  spikeri"  ifadəsi  iş­
lədilir.  Bu da, hər şeydən evvəi, Konstitusiyamıza və ədəbi 
dilimizin qanunlarına biganəlikdən irəli gəlir...
İndi  də  "Musiqi  informasiya  proqramı"  ifadəsinə  nəzər 
salaq.  Birincisi,  bu proqram adi  musiqi proqramından  o  qə­
dər  də  fərqlənmir.  Bu  proqramın  belə  adlandırılması  nə 
musiqimizin,  nə  də  ədəbi  dilimizin  inkişafı  üçün  heç  bir 
əhəmiyyət  kəsb  etmir.  Bu  ifadə  zahiri  cəhətdən  nisbətən 
ahəngdar  səslənsə də,  dilimizin daxili  inkişaf qanunları  ba­
xımından düzgün işlədilməmişdir. Çünki  "musiqi" sözü  "in­
formasiya" sözünün təyini vəzifəsində çıxış edə bilmir (ma­
215


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə