A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə60/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   56   57   58   59   60   61   62   63   64

Əgər  belə  olsa,  xalqın  min  illər  boyu  yaradıb-yaşatdığı 
şifahi  xalq  ədəbiyyatı  nümunələrini toplayanlar da  özlərini 
müəllif  hesab  edərlər.  Lakin  onlar  sadəcə  olaraq  folklor 
toplayıcılan adlanırlar.
Bir neçə kəlmə  də,  radio və teliviziya verilişlərində tez- 
tez  səslənən  "maestro1’  sözü haqqında  söyləmək  də  yerinə 
düşərdi.  "Maestro"  sözü  Azərbaycan  dilində  "usta-ustad" 
mənalannda işlədilir. Yəni, Öz peşəsini həm nəzəri, həm də 
təcrübi  baxımdan  dərindən  bilən  və  həmkarları  arasında 
fərqlənən  şəxslər  "usta"  adlanır.  Bədii  yaradıcılıq  sahəsin­
də, xüsusilə, ədəbiyyat və incəsənətin müxtəlif sahələrində, 
o  cümlədən,  aşıq  sənətində,  peşəkar bəstəkarlıqda və  mü- 
ğəmıilikdə  fərqlənən  şəxslər  "ustad",  elm  sahəsində  fərq­
lənən  görkəmli  alimlər  isə  xalq  və  elmi  ictimaiyyət  tə­
rəfindən "mirzə" adlandırılır. Hətta, ustadlıq sənətinin müx­
təlif  sahələri  ilə  əlaqədar  olaraq,  xalqımız  "Hər  oxuyan 
Molla  Pənah  olmaz",  "Ustad  oğlu  şəyird  olmaz"  kimi  zər- 
bül-məsəllər də yaratmışlar. Onu da qeyd edək ki, XX əsrdə 
başda Üzeyir Hacıbəyli oimaqia dünya miqyasında tanınmış 
onlarla bəstəkarlarımız, müğənnilərimiz fəaliyyət göstərdiyi 
halda,  istər  xalq  arasında,  istərsə  də  musiqi  ictimaiyyəti 
arasında  yalnız  bir  nəfər  bəstəkar-drijor  Niyazi  "Maestro" 
fəxri  adı  ilə  şöhrət  tapmışdır.  Həmçinin,  bədii  ədəbiyyat 
sahəsində  onlarla  istər  sabiq  Ümumittifaq,  istərsə  dünya 
miqyasında  tanınmış  şairlərimiz  və  yazıçılanmız  olduğu 
halada,  yalnız  Səməd  Vurğun  "Hər  oxuyan  Molla  Pənah 
olmaz"  ifadəsi  və  "Xalq  şairi"  adı  ilə  tanınmış  və  indi  də 
tanınmaqdadır.  İndi isə, onun varisi kimi tanınmış Xalq şairi
252
Zəlimxan Yaqub, Xalq yazıçılarından isə İsmayıl  Şıxlı belə 
fəxri adlarla tanınır. Yaxud elm sahəsində istər Azərbaycan, 
istər  sabiq  Ümumittifaq,  istərsə  də  dünya  miqyasında 
tanınmış onlarla məşhur alimlərimiz olduğu halda, yalnız bir 
nəfər alim-professor Feyzulla  Qasımzadə  "Mirzə"  fəxri adı 
ilə  şöhrət tapmışdır.
Yuxanda qeyd olunanlardan belə nəticəyə gəlirik ki, xalq 
hər  şeyə,  hər  sahəyə  özünün  milli  təfəkkürünün  məhsulu 
olan  "El  gözü  tərəzidir"  meyan,  ölçüsü  ilə  yanaşır.  Son 
illərdə  ölkəmizdə  aşkarlıq,  demokratiya,  azadlıq və  müstə­
qillik  şəraitində  yaşayan  xalqımızın  bəzi  nümayəndələri,  o 
cümlədən bəzi "üzədəıı iraq" ziyalılanmız müstəqillik anla­
yışlarından  çox  suii  istifadə  etməyə  başlamışlar:  bir  neçə 
"cızmaqarası"  çap  olunanlar  özlərini  şair,  yazıçı;  musiqi 
çalğı  alətlərində orta  səviyyədə  (bəlkə də,  orta səviyyədən 
də aşağı) çalmağı bacaranlar və ahəngdar səsi  olub, bir neçə 
mahnı  oxuyanlar;  həmçinin,  bəzi  müğənnilərin  oxuduqları 
mahnıların  həm  mətninin  müəllifi,  həm  bəstəkan;  həm  də 
müğənnisi  (xanəndəsi) olduğunu qeyd edirlər.
Təəssüf ki, ölkəmizin ayrı-ayn radio və televiziya şirkət­
lərinin  proqramlarında  belə  "üzdəniraq"  çalğıçılara  da 
"SMS"lə geniş yer verilir.  Onlar ədalətsiz olaraq, "Maestro" 
adlandırılır.  Beləliklə  də,  dünya  miqyasında  şöhrət  tapmış 
maestro Niyazinin adma, şan-şöhrətinə "kölgə" salırlar. Baş­
qa  sözlə  desək,  "SMS"lə  "şöhrət"  tapanlar Niyazi  səviyyə­
sinə  qaldırılır  və  yaxud əksinə  Niyazi  kimi  dünya miqyaslı 
bəstəkar və dirijor onlann səviyyəsinə  endirilir.  Hətta, tele­
253


viziya aparıcıları arasında: "Maestro" yüngül bir hava çal!" - 
deyib, rəqs edənlər də olur.
Onu da qeyd edək ki, xalqımızın mədəniyyətinin, ədəbiy­
yatının  və  incəsənətinin  inkişafında,  çiçklənməsində  və 
dünya  miqyasında  şöhrət  qazanmasında  xidməti  olanlan 
xalq öz tərəzisində "Yüz ölçüb, bir biçir" və "Maestro" fəxri 
adını  verir,  radio  və  televiziyamn  orta  səviyyəli jurnalisti - 
aparıcısı  yox.  Bizim mülahizəmizə görə, Azərbaycan xalqı 
arasında  bəstəkar,  xanəndə  və  müğənni  kimi  tanınmayan, 
qeyri-peşəkar  "həvəskarların"  "SMS"-lə  efirə  çıxarılması, 
hər  hansı  apancmm,  onlara  "Maestro"  ifadəsi  ilə  müraciət 
etməsi yol verilməzdir.
Ümidvarıq ki,  yuxanda qeyd  olunan  iradlardan  əlaqədar 
təşkilatlar  da,  müğənnilər  də,  xanəndələr  də,  digər 
incəsənət  sahələrinin  əməkdaşlan  da  müəyyən  nəticələr 
çıxaracaqlar...  Bəlkə,  ali  qanunvericilik  təşkilatlan  da  bu 
barədə düşünəcəklər...
254
"...başqa  d illəri öyrənərkən  ö z di­
lin izi b eç  vaxt  unutmayın  və  ö z   ana 
d ilin izi  heç  bir  başqa  d ilə  d əyişm ə­
yin .  Xalqm ,  m illətin ,  insanın  ö z  ana 
dilin dən   ə z iz   b eç  b ir  ş e y i  ola 
bılmoz".
Heydər Əliyev.
15.  Ə L İF B A M IZ   V Ə   R E P R E S S İY A L A R
Azərbaycan  xalqı  tarixən  müxtəlif  ictimai-siyasi  və 
başqa  səbəblər  üzündən  bir  sıra  müxtəlif  əlifba  siste­
mindən  istifadə  etmişdir.  Xalqımızın  ən  qədim  dövrlərdə 
müxtəlif  əlifbalardan  istiəfadə  etdiyini  bizə  qədər  gəlib 
çatmış yazılı abidoldər sübut edir.
"Xalqlar  həbsxanası"  olan  Çar  Rusiyası  'Türküstanı  və 
Qafqazı  öz  müstəmləkəsinə  çevirib,  orada  özüniiıı  tam 
hökmranlığını  bərqərar  etdikdən  sonra  İslam  dininə  və 
mədəniyyətinə,  müsəlman ziyalılara  qarşı  aramsız davam 
edən  amansız repressiyalar tətbiq etməyə  başlamışdır.  Bu 
da,  hər  şeydən əvvəl,  imperiya  siyasətinin  həyata  keçiril­
məsi  ilə  yaxından  əlaqədar  idi.  İmperiya  özünün  çirkin 
əməllərinə və məqsədinə nail olmaq, türk  xalqlarım daim 
öz müstəmləkəsi  altında saxlamaq  üçün  bir sıra  "mədəni" 
tədbirlərə  əl  atmış  və  bu  tədbirlər fasiləsiz olaraq  davam 
etdirilmişdir.  Belə  "mədəni  tədbirlər"dən  biri,  həm  də  ən
255


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə